Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti


XI FƏSİL. Asiya və Sakit okean regioanunda inteqrasiya prosesləri



Yüklə 0,78 Mb.
səhifə15/20
tarix24.12.2023
ölçüsü0,78 Mb.
#159298
1   ...   12   13   14   15   16   17   18   19   20
Drs vsaiti.MP.

XI FƏSİL. Asiya və Sakit okean regioanunda
inteqrasiya prosesləri



  1. Asiya-Sakit okean iqtisadi əməkdaşlığı (ATEC)

  2. Şərqi və Mərkəzi Asiyada inteqrasiya prosesləri. ŞƏT.

  3. ASEAN-Cənub Şərqi Asiya ölkələrin Assosiasiyası

  4. Cənubi Asiya regional əməkdaşlıq təşkilatı. SAARC


1) Son dövrdə Şərqi Asiyada inteqrasiya prosesləri sü­rət­lənir. Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyasından son­ra ATEC Asiya-Sakit okean ərazisində yaradılmış ikinci bö­yük inteqrasiya qrumudur. Qeyd etməliyik ki, bu ərazidə hə­lə 1967-ci ildə qeyri-dövlət təşkilatı olan Sakit okean İq­ti­sadi Şurası və 1980-ci ildə isə Sakit okean İqtisadi Əmək­daş­lıq Şurası ya­ra­dıl­mışdır. Hər iki qurum öz milli höku­mət­lərindən hərtərəfli dəs­tək də alırdılar. Asiya-Sakit okean iqtisadi əməkdaşlıq forumu 1989-cu ilin noyabr ayın­da yaradılmışdır və 21 dövləti özündə birləşdirir
Bu birlik Avstraliyanın təşəbbüsü ilə yaradılmışdır. Əsas məq­səd Sakit okean hövzəsində iqtisadi ticari əməkdaşlığın in­ki­şa­fını təmin etməkdir. Əvvəlcə bura daxil olan ölkələrin sa­yı 12, sonra 18, daha sonra 21 olmuşdur. Əvvəlcə ATEC na­zir­lərin görüşü səviyyəsində fəaliyyət göstərmişdir. 1993-cü ildən isə dövlət başçılarının və hökumətlərin müntəzəm gö­rüşləri həyata keçirilir.
Asiya-Sakit okean İqtisadi Əməldaşlıq birliyinin əsas cə­hət­ləri aşağıda göstərilir:
Bu birlikdə inteqrasiya prosesləri əsasən Trans Milli Korporasiyaların aparıcı rolu ilə həyata keçirilir.
İnteqrasiya prosesləri iqtisadi, mədəni, sosial-siyasi cə­hət­dən fərqlənən ölkələr arasında aparılır.
1) Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) Asi­ya-Sakit okean regionu boyunca azad ticarət və iqtisadi əmək­daş­lığı inkişaf etdirməyə çalışan 21 üzv ölkənin təşkil etdiyi inteqrasiya fo­rumu­dur.
Asiya-Sakit okean ərazisi dövlətləri çərçivəsində olan bu inteqrasiya prosesləri regional ittifaqlardan ibarət Cənub-Şərqi Asiya və Şimali Amerika Azad Ticarət zonasını, Cənub-Sakit okean forumunu da əhatə edir.
2) 1996-ci il­də Çinin Şanxay şəhərində bir­gə görüşdə Ru­si­ya, Çin, Qazaxıstan, Tacikistan və Qır­ğı­zıs­ta­nın liderləri tə­rə­findən «Şanxay beşliyi» adlanan birlik ya­ra­dıl­dı.
«Şanxay beşliyi»nə daxil olan ölkələrin ümumi ərazisi Av­ra­siya materikinin beşdə üç hissəsini təşkil edir, əhalinin sayı isə təxminən 1,5 milyarddır. 1999-cu ilin avqustunda Qır­ğı­zıs­tan­da bu 5 ölkə rəhbərlərinin görüşlərinin sonunda imzalanan Biş­kek deklarasiyasında «Şanxay beşliyi»nin məqsədləri geniş və dəqiq ifadə edildi. Onun əsasını Mərkəzi Asiyada əmək­daş­lıq və təhlükəsizliyin güclənməsi üzrə çoxtərəfli regional dia­lo­qun genişləndirilməsi təşkil edirdi. Biş­kek qrupu çərçivəsində 5 ölkənin təhlükəsizlik orqanlarının və xüsusi xidmət or­qa­n­larının əməkdaşlığı barədə qərar qəbul edil­di. İqtisadi və hu­ma­nitar sahədə sərhədyanı əmakdaşlığın pla­nauyğun genişlənməsi məsələsi 2000-ci ilin iyununda Dü­şən­bədə keçirilən sammitdə mü­zakirə edilib. «Şanxay beş­liyi»nin tarixində mühüm ha­di­sələrdən biri 14–15 iyun 2001-ci il­də Şanxay şəhərində ke­çirilən dövlət başçıları səviyyəsində sam­mit oldu. Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaradılması haqqında dek­larasiyaya imza atdılar. ŞƏT-in məqsədləri sırasında işti­rakçı dövlətlər arasında meh­riban qonşuluq və dostluq, qar­şı­lıqlı etimadın güclənməsi, müx­­təlif sfera və sahələrdə müxtəlif effektiv əməkdaşlığın təş­vi­qi, regionda sülhün, sabitlik və təh­lükəsizliyin təmin edil­mə­si üçün birgə sayların dəstəklənməsi də var. Deklarasiyada əsas məq­sədlər kimi, Mərkəzi Asiyada sülh, sabitlik və təh­lü­kə­siz­li­yin təmini ilə yanaşı, siyasi, iq­ti­sadi-ticarət, elmi-texniki, mə­də­niyyət, təhsil, energetika, nəq­liy­yat, ekologiya və digər sə­hə­lər­də əməkdaşlığın inkişaf etdi­rilməsi də yer alıb. Yeni regional təş­ki­la­tın çərçivəsində növbə ilə döv­lət başçılarının illik rəsmi görüşü və hökümət baş­çı­la­rı­nın mün­təzəm görüşü keçirilir. Bununla yanaşı, əməkdaşlığın ge­­niş­ləndirilməsi üçün qarşılıqlı münasibətlərin yeni me­xa­nizm­­lə­rini yaratmaq nəzərdə tutulur.
ŞƏT çərçivəsində əməkdaşlığın koordinasiyası üçün iş­ti­rak­çı dövlətlərin milli koordinatorlarının şurası yaradılıb. Onun fəa­liyyəti iştirakçı dövlətlərin xarici işlər nazirlərinin təsdiq et­dik­ləri müvəqqəti nizamnamə ilə müəyyən edilir. Bu təşkilatın ye­­niləşdirilmiş Nizamnaməsi 2003-ci il­də Moskvada im­zalanıb. ŞƏT-in iki üzvü – Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olması faktoru ŞƏT üzvlərinin BMT Ni­zamnaməsinin pinsip və məqsədlərinə bağ­lılığını göstərən xü­susi deklarasiyada əksini tapıb. ŞƏT-ə ma­raq göstərən Pakistan, Hindistan, Monqolustan və İran təş­ki­lat­da müşahidəçi statusu alıblar. Özbəkistanın ŞƏT-ə qəbulu müxtəlif cür qiymətləndirilən əlamətdar hadisədir.
2003-cü ilin mayında Moskvada ŞƏT-in III sammiti təş­ki­latın əsas orqanlarının iş qaydalarını, büd­cə­nin for­ma­laş­dı­rıl­masını və digər məsələləri müəyyənləşdirən sə­nədlər im­za­landı, ŞƏT-in bayrağı və gerbi qəbul edildi, icraçı ka­tibi se­çildi. Moskva sammiti ŞƏT-in təşkilati qa­nu­ni­ləş­di­ril­mə­sini yekunlaşdırdı. Onun yekunlarına dair qəbul edilən dek­la­rasiyada ŞƏT üzvlərinin Mərkəzi Asiya və bütünlüklə dünya are­nasında fəaliyyətinin xarici siyasi koordinasiyası me­xa­niz­mi­nin işlənməsi vəzifəsi qoyuldu. ŞƏT millət-dövlət əsasında bərabər üzvlərin iştirak etdiyi bey­nəlxalq bir təşkilatdır. ŞƏT yeddi əhəmiyyətli alt şuradan iba­rətdir. Bunların bir hissəsi illik yığıncaqlarda bir araya gə­lər­kən, bir hissəsi daimi quruluşdadır:

    • Dövlət Başçıları Şurası – hər il bir dəfə nizamlı olaraq bir üzv ölkədə toplanan və dövlət başçılarının qatıldığı ən üst sə­viy­yədəki qərar mexanizmidir. Digər şuraların əv­vəldən mü­şa­vi­rə etdikləri əhəmiyyətli məsələlər burada qərara bağ­lan­maq­­da­dır.

    • Hökumət Başçıları Şurası – hər il bir dəfə toplanan və büd­cənin təsdiqi və iqtisadi müqavilələr edilməsi kimi əsas öh­dəlikləri olan ikinci ən əhəmiyyətli alt mexa­nizm­dir.

    • Xarici İşlər Nazirləri Şurası – Dövlət Başçıları Şu­ra­sın­dan bir ay əvvəl toplanan və bu şuranın gündəmini təyin edən, bey­­nəlxalq məsələlərin sıxlıqda müzakirə edildiyi təşkilatın ən funk­­sional orqanlarından biridir.

    • Təqdimat Şurası – üzv ölkələrin əməkdaşlıq etdikləri sa­hə­lərdə xadimlərin (müdafiə nazirləri, polis təşkilatları, ədalət na­zirləri və s.) iştirakı ilə əhatəli görüş və müqavilələrin in­fra­struk­turunun yaradıldığı əhəmiyyətli bir orqandır.

    • Milli Koordinator Şurası – ildə ən az üç dəfə toplanan və ŞƏT üzvü olan ölkələrin milli koordinatorlarının qatıldığı bü­tün digər orqanları istiqamətləndirən orqandır.

    • Katiblik – Pekində olan və təşkilatın bütün işlərinin sə­nəd­ləşdirildiyi, təqib edildiyi, sonrakı fəaliyyətlər üçün sənəd­lə­rin hazırlandığı daimi və əhəmiyyətli bir orqandır.

    • Regional Antiterror Agentliyi – Özbəkistanın paytaxtı Daş­kənddə iştirak edən antiterror şöbəsidir. Daimi xarakter daşıyır.


1994-cü ildə İndoneziyanın Baqor şəhərində yüksək sə­viy­yədə keçirilən yiğincaqda qərara alınmışdır ki, inkişaf et­miş ölkələr üçün 2010-cu ilə, digər ölkələr üçün isə 2020-ci ilə qədər azad ticarət zonaları yaradılması və in­ves­tisiya dairəsində liberallaşdırma prosesi başa çat­dı­rıl­ma­lıdır. Ümumdünya Tica­rət Təş­ki­latı ilə razılaşmalara uy­ğun olaraq gömrük də­rə­cə­lə­ri­nin azaldılması həyata ke­çirilir.
Mütəxəssislərin fikrincə, ATEC bu regionda iqtisadi, hu­manitar ticarət məsələləri üzrə olan problemlərin mü­zakirəsi mərkəzinə çevrilir.
ABŞ-da və Aİ-da müəyyən himayədarlıq meyllərinin art­ması dünya ticarətinin sürətlə liberallaşdırılmasına və Asi­ya ölkələri ilə olan inteqrasiya proselərində məh­du­diy­yətliklər ya­rada bilər.
Hazırda inteqrasiya proseslərinin nəticəsidir ki, bu qrup­laş­maya daxil olan bəzi ölkələrdə, xüsusən Asiya öl­kə­lə­rin­də iq­ti­sadi inkişaf və artım daha dinamik olmuşdur. Odur ki, dünya üz­rə ÜDM-də onların payı xeyli artmışdır. Ha­zır­da dünya üzrə ÜDM-in 60%-dən artığı ATEC ölkələrinin pa­yına düşür.
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu bu reqionda azad ticarət və iqtisadi əməkdaşlığı inkişaf etdirən ölkələrin inteqrasiya formasıdır. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatı (APEC –Asia-Pacific Economic Cooperations) 1989-cu ildə Asiya-Sakit oke­anı regionunun iqtisadiyyatının milli təsərrüfatlarının vahid əra­zidə inkişafı üçün yaradılmışdır.
ASOİƏ forumunun məqsədləri bunlardır:

  • regionda və bütün inetqrasiya məkanında iqtisadi artıma dəstək;

  • Dövriyyə edən əmtəələrdən, xidmətlərdən, kapitallardan və yeni tex­no­lo­gi­yadan effektli istifadə etmək;

  • açıq çoxtərəfli ticarət sisteminin inkişafı və mövcudluğu.

ASOİƏ-nin fəaliyyəti üç geniş miqyasda aparılır:

  • ticarət əlaqələri və investisiya ab-havasının liberallaşdı­rıl­ması;

  • ticarətə və iqtisadi münasibətlərdə investisiya si­ya­sə­tində əlverişlilik;

  • milli ölkələrin iqtisadi və texniki əməkdaşlığı çər­çi­və­sin­də iqtisadi inkişafın sürətləndirilməsi.

Ayrıca tapşırığı Asiya-Sakit okean regionunda 2020-ci ilə qə­­dər, sənayeləşmiş ölkələrdə isə 2010-cu ilə qədər ticarət və in­ves­tisiya üçün əlverişli şəraitin yaradılmasıdır. Regionun in­ki­şafında əsas diqqət xüsusi sektorun rolunun güc­lən­di­ril­mə­si­nə yönəldilir.
Hər il nazirlər səviyyəsində görüşlər keçirilir və təhsil, elek­trik enerjisi, ətraf mühit və davamlı inkişaf, əmək ehtiyatlarının in­kişafı, elm və texnologiyada əməkdaşlıq, kiçik və orta biz­ne­şin təşkili, telekommunikasiya və informasiya sənayesi, ticarət və nəqliyyat mövzularının müzakirəsi aparılır. Həmçinin on iş­çi qrup balıqçılıq məsələləri ilə, əmək ehtiyatları ilə, tex­no­lo­gi­ya və işləmə, dəniz ehtiyatlarının mühafizəsi, elektrikləşdirmə, te­lekommunikasiya, turizm, ticarət, investisiya və nəqliyyat sa­hə­sində regional əməkdaşlıq məsələləri ilə məşğul olur.
ASOİƏ forumunun Avstraliya, Bruney, İndoneziya, Ka­na­da, Çin Ma­­layziya, Meksika, Yeni Zellandiya, Papua, Yeni Qvi­neya, Pe­­ru, Koreya Respublikası, Rusiya, Sinqapur, Ame­ri­ka Bir­ləş­miş Ştatları, Tailand, Tayvan, Filippin, Çili və Ya­po­ni­ya da­xil­dir.

  1. Cənub Şərqi Asiyada inteqrasiya prosesləri XX əsrin 60-cı illərində inkişaf etməyə başlamışdır. 8 avqust 1967-ci ildə Bankokda Cənub Şərqi Asiya ölkələri Assosiasiyası ASEAN təsis edilmişdir. Bu region inteq­rasiya qurumuna İndoneziya, Malayziya, Sin­qa­pur, Fillipin, Tailand daxil olmuşdur. 1984-cü ildə Bru­ney, 1995-ci ildə Vyetnam, 1997-ci ildə Laos, Myan­ma, 1999-cu ildə Kamboca dövlətləri də qatılmışdır. 1992-ci ild’ Sinqapur samitində azad ticarət ərazisinin yaradılması haqqında qərar qəbul edilmişdir. Regionda sülh və təhlükəsizliyin qorunması, gğmrük tariflərinin standartlaşdırılması, ticarətin liberallaşdırılması, inves­ti­si­yaların təminatı, elm, təhsil, mədədniyyət,sosial inkişaf, informasiya kommunikasiya texnologiyaları, ətraf mühit, siyasi, sosial, iqtisadi, humanitar sahələrdə əməkdaşlığı bu ölkələrin ASEAN çərçivəsində in­teqrasiya istiqamətləridir. Region ərazisində əmtəələrin sərbəst dövriyyəsi vahid bazarın formalaşması sub­re­gio­nal ticarətin mübadiləsi, rəqabət qabiliyyətinin artır­mağı kimi məqsədləri Cənub Şərqi Asiya ölkələri As­sosiasiyası öz qarşısına qoyur. ASEAN-nın ali orqanı dövlət və hökümət başçıların görüşüdür. Təşkilati struk­turunda idarə və əlaqələndirmə orqanı Xarici İşlər Na­zirliyinin illik müşavirəsidir. Parlamentlərarası As­so­siasiya təsis edilmişdir. ASEAN-nın fəaliyyətini cari rəh­bərlik Daimi komitə həyata keçirir. Cakartada Baş ka­tibin rəhbərliyi ilə Daimi Katiblik fəaliyyət göstərir.

4) Cənubi Asiya regional əməkdaşlıq təşkilatının əsası (CARƏA, uyğun olaraq ing. – SAARC) Banqladeş, Butan, Hin­­­distan, Maldiv, Nepal, Pakistan və Şri-Lanka dövlət və hö­ku­mət başçılarının 1985-ci ilin dekabrında Banqladeşin Dakka şə­hərində keçirilən birinci görüşündə qoyulmuşdur.


CARƏA institutsional təşkilat strukuruna ali hakimiyyət or­qan­larından ibarət olan dövlət, yaxud hökumət başçılarının illik gö­rüşləri; ümumi siyasətinin hazırlanmasına və qiymətinə ca­vab­dehlik daşıyan fövqəladə sessiyalar şəraitində və yaxud ildə iki dəfə iclası keçirilən xarici işlər nazirləri Şurası aiddir. Siyasətin ümu­mi əlaqələndirilməsinə və yeni əməkdaşlıq sahələrinin mü­əyyən edilməsinə cavabdeh olan seçilən katiblərin Daimi ko­mi­tə­si; təşkilatçılığa və idarəetməyə məsul böyük vəzifəli şəxs­lə­rin Proqramlaşdırıcı komitəsi; beynəlxalq proqramların və regional layihələrin hazırlanmasını həyata keçirən Texniki komitə və on­la­rın yerinə yetirilməsinə cavabdehlik daşıyan Məhkəmə ko­mi­tə­si daxildir.
Xüsusi əməkdaşlıq sahələrinə kənd təsərrüfatı, sənaye, rabitə, ətraf mü­hit, səhiyyə, əhali məşğulluğu, meteorologiya, və narkotika qa­çaqmalçılığı, kənd yerlərinin inkişafı, elm və texnologiya, tu­rizm, nəqliyyat, qadın problemləri və istehsalatda məşğulluq sa­hələri daxildir. CARƏA-nın mühüm təşəbbüsü insanlar ara­sın­da sosial əlaqənin inkişafı üçün radio və videomateriallar mü­badiləsini həyata keçirən audiovizual mübadilə proqramı və in­formasiya-komunikasiya mübadilələri əhəmiyyət daşıyır. İq­ti­sadi əməkdaşlıq Cənubi Asiya inkişaf Fondu regionlararası ti­ca­rətin və region ölkələrinin təchizatının liberal­laş­dı­rıl­masını nəzərdə tutan 1993-cü ildə qəbul edilən CARƏA-nın Pre­ferensial ticarət müqaviləsi əsasında həyata keçirilir. Qə­rar­lar bütün səviyyələrdə yekdillik əsasında qəbul edilir; ikitərəfli və mübahisəli məsələlər CARƏA-nın iclas­larına çıxarılır. Re­gio­nal əməkdaşlıq ikitərəfli, yaxud çoxtərəfli əməkdaşlığın əvə­­zi sayılmır, lakin ona suveren bərabərlik, ərazi to­xu­nul­maz­lı­ğı, si­yasi müstəqillik və başqa ölkələrin da­xili işlərinə mü­da­xi­lə et­məmək prinsiplərinə hörmət gös­tər­mə­yə əsaslanan əla­və­lər edi­lir.
CARƏA Cənubi Asiya regionu ölkələrinin iqtisadiyyat, mə­də­niyyət, texnologiya və elm sahəsində aktiv birgə işlər və qar­şılıqlı yar­dım əməkdaşlıq forumlarını özündə təmsil edir. O, həm də qar­şı­lıq­lı etimadın möhkəmləndirilməsi və bir-birinin prob­lem­lərinə düz­gün münasibət göstərilməsi kimi ümumi ma­raq­la­ra aid olan mə­sələlər üzrə beynəlxalq forumlarda əməkdaşlığın güc­lən­di­ril­mə­sinə böyük əhəmiyyət verir. Katibliyi Kat­man­du­da yerləşir.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə