Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNCƏ DÖVLƏt universiteti



Yüklə 300,5 Kb.
səhifə2/3
tarix11.07.2018
ölçüsü300,5 Kb.
#55253
1   2   3

Saz və aşıq havaları

Saz, əsasən, üç hissədən: çanaq, üz və qoldan ibarət-dir. Üç cür saz mövcuddur:



  1. Cürə-balaca saz;

  2. Tavar-orta saz;

  3. Böyük saz;

Aşıqlar indi, əsasən, böyük sazdan istifadə edirlər.



Böyük sazın pərdələri

  1. 10 işlək (danışan) pərdə;

  2. 5 lal (yarım) pərdə;


İşlək (danışan) pərdələrin adları (10)

  1. Baş divani (Şər Xətai) pərdəsi;

  2. Təcnis pərdəsi;

  3. Şah pərdə;

  4. Ayaq divani (Osmanlı divanisi) pərdəsi;

  5. Bayatı pərdəsi;

  6. Beçə pərdəsi;

  7. Ayaq pərdə;

  8. Baş divaninin sinə pərdəsi (başdan 1-ci sinə pərdə);

  9. Təcnisin sinə pərdəsi (2-ci sinə pərdəsi);

  10. Şah pərdənin sinə pərdəsi (3-cü sinə pərdəsi);


Lal (yarım pərdələr (5))

1-ci lal pərdə Baş divani pərdəsi ilə Təcnis pərdəsi arasında bağlanıb;

2-ci lal pərdə Təcnis pərdəsi ilə Şah pərdə arasında bağlanıb;

3-cü lal pərdə Şah pərdə ilə Ayaq divani (Osmanlı) pərdəsi arasında bağlanıb;

4-cü lal pərdə Bayatı pərdəsi ilə Beçə pərdəsi arasında bağlanıb;

5-ci Ayaq pərdə ilə 1-ci sinə pərdəsinin arasında bağlanıb;




Sazın pərdə kökləri (Musiqi ahəngləri 6)


  1. Dilqəmi kökü;

  2. Ürfani kökü;

  3. Şah pərdə kökü;

  4. Şah pərdənin Misri kökü;

  5. Ayaq divani kökü;

  6. Çoban bayatısı kökü;

Aşıq şeirinin inkişafını özündə düzgün əks etdirən pərdələrlə və pərdə kökləri ilə əlaqədar olaraq ayrı-ayrı tarixi dövrlərdə sazın simləri üç, beş, yeddi və doqquz olmuşdur. Bu, səs qatarı ilə əlaqədardır.

Əgər sazın simləri doqquzdursa, simlər üç-üç bölünür:



  1. Əlaltı-danışan (Usta) simlər-3;

  2. Orta-bəm (pəs) simlər-3;

  3. Üst dəm (züy) tutan simlər-3;

Aşıq hər hansı bir kökü, yəni musiqi ahəngini alarkən və ya kökdən-kökə (bir musiqi ahəngindən o birinə) keçərkən sazın pərdə və simlərindən istifadə edir.

Əsas və dəyişməz Şah pərdə kökü əlaltı, yəni danışan (usta) simlərin, yerdə qalan (5) pərdə kökləri (musiqi ahəngləri) isə orta bəm və ya pəs simlərin, üst dəm və ya züy tutan, dəm tutan simlərin köməyi ilə alınır.

Simlər boşalanda pəsə düşür, darta vəziyyətdə olanda zilə qalxır. Şah pərdədən yuxarıda pəsdə, Şah pərdədən aşağıda, yəni Şah pərdə ilə Beçə pərdə arasında zildə çalınıb oxunur. Ayaq pərdə sazın daha zil nöqtəsi hesab olunur.

Aşıq sazda çalanda Baş divani pərdəsindən başlayıb zildə, yuxarıdan başlayıb aşağıda qurtarır.



İŞLƏK (DANIŞAN) PƏRDƏLƏRLƏ

KÖKLƏRİN ƏLAQƏSİ

Saz havaları, əsasən, Baş divani pərdəsində Dilqəmi havası kökündə, Təcnis pərdəsində Ürfani havası kökündə, Şah pərdədə Şah pərdə kökündə, Şah pərdədə Misri havası kökündə, Ayaq divani pərdəsində Ayaq divani kökündə, Bayatı pərdəsində çoban bayatısı kökündə çalınır. Beçə pərdə ilə Ayaq pərdə öz musiqi ahəngini, əsasən, Şah pərdə kökündən alır.




EYNİ PƏRDƏDƏ VƏ KÖKDƏ

(MUSİQİ AHƏNGİNDƏ) ÇALINAN

HAVALAR

I Baş divani pərdəsi və Dilqəmi

kökündə (8)

8-liklər

  1. Baş divani (Şər Xətai);

  2. Baş sarıtel;

  3. Baş müxəmməs;

  4. Borçalı dübeytisi;

  5. Vaqif gözəlləməsi;


11-liklər

  1. Dilqəmi;

  2. Yanıq Kərəmi;

  3. Şirvan şikəstəsi;


II Təcnis pərdəsi və Ürfani kökündə (11)

8-liklər

  1. Orta Sarıtel;

  2. Orta müxəmməs (Cığalı müxəmməs);



11-liklər

  1. Ürfani;

  2. Təcnis;

  3. Hicran Kərəmi (Zarıncı);

  4. Quba Kərəmisi;

  5. Aşıq Hüseyni ;

  6. Orta Cəlili;

  7. Laçını ;

  8. Vanağzı;

  9. Əhmədi-Kərəm;


III Şah pərdə və şah pərdə kökündə (45)

7-liklər

  1. El bayatısı;

  2. Köç bayatısı;

8-liklər

  1. Təxnis;

  2. Qazax dübeytisi (Zülfüqarı, Mirzə dübeytisi);

  3. Yurd yeri;

  4. Sallama gəraylı ;

  5. Mina gəraylısı (İran gəraylısı );

  6. Dübeyti;

  7. Paşaköçdü (Azərbaycan);

  8. Şahsevəni ;

  9. Gödəkdonu;

  10. Ayaq Cəlili ;

  11. Kəkliyi;

  12. Naxçıvan şərilisi;

  13. Qarabağ şərilisi;



11-liklər

  1. Badam şikəstəsi;

  2. Kərəm gözəlləməsi ;

  3. Qaytarma (Qaraçı qaytarması);

  4. Mansırı;

  5. Bayramı (pərdəsiz);

  6. Məmmədbağırı (Şəqayi);

  7. Göyçə şərilisi;

  8. Yastı şərili (Yüngül şərili);

  9. Ağır şərili;

  10. Göyçə gözəlləməsi;

  11. Göyçə gülü;

  12. Qəmərcan;

  13. Nəcəfi;

  14. Güllü qafiyə ;

  15. El havası (Qaraçı);

  16. Duraxanı;

  17. Qəhrəmanı;

  18. Səməndəri;

  19. Süsənbəri;

  20. Mirzəcanı (Kəsmə gözəlləmə);

  21. Şəmkir gözəlləməsi (Aran gözəlləməsi);

  22. Qarabağ qaytağı;

  23. Naxçıvanı;

  24. Müxəyi;

  25. Bəhməni;

  26. Sultanı;

  27. Gilənar;

  28. Qaragöz;

  29. Keşiş oğlu;

  30. Şəmşiri;


IV Şah pərdə və Misri kökündə (2)
11-liklər

  1. Misri;

  2. Ovşarı;



V Ayaq Divani pərdəsi və

Ayaq divani kökündə (2)
8-lik

  1. Ayaq divani;

11-lik

  1. Irəvan çuxuru;


VI Bayatı pərdəsi və çoban

bayatısı kökündə (3)
7-lik

  1. Çoban bayatısı;


8-lik

  1. Ərəsbər;


11-lik

  1. Opera Kərəmisi;


VII Beçə pərdə (Ayaq pərdə

ilə əlaqəli) və Şah pərdə kökündə (9)
8-liklər

  1. Məmmədhüseyni;

  2. Şirin qala (Koroğlu havası);

  3. Koroğlu gəraylısı (gözəlləməsi);

  4. Koroğlu müxəmməsi;


11-liklər

  1. Bozuğu Koroğlu:

  2. Cəngi Koroğlu (dəli Koroğlu):

  3. Döşəmə Koroğlu :

  4. Atlı Koroğlu:

  5. Koroğlu rübaisi:


Müəllif və şakəriləri məlum

olan saz havaları saz havaları


  1. Onu icad edən el sənətkarlarının adı ilə yaşayan saz havaları

(bir neçə nümunə)

1.Aşıq Hüseyni

Bu havanı Şəmkirli Aşıq Hüseyn yaratmışdır. Aşıq Hüseyn Qurban oğlu 1811-ci ildə Şəmkir rayonunun Qapanlı kəndində anadan olmuş, 1891-ci ildə vəfat etmişdir. Aşıq Hüseyn dövrünün ən kamil sənətkarı olmuşdur.



2.Dilqəmi

Həmin saz havası Dilqəmin qəmli, sızıltılı qoşmaları ilə bir yaranmışdır. Yəhya bəy Dilqəm təqribən XVII əsrin II yarısı və XIX əsrin əvvəllərində Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində yaşamışdır.



Müəllif və şakərilərin adı ilə

qoşa yaşayan saz havaları

(bir neçə nümunə)


  1. Məmmədhüseyn (kürdü, heydəri)

Bu saz havasının müəllifi Göyçə mahalının Daşkənd adlı kəndindən olan (1800-1880) şair Məmmədhüseyndir. Həmin havaya ona görə kürdü deyilir ki, o Kürdüstanda Kəlbəcər və Laçında daha çox sevilir. Heydər isə bu havanın şakərisinin adıdır.




  1. Qazax dübeytisi (Mirzə dübeytisi)

Bu saz havasının şakəri, yəni əsl ifaçısı Mirzə Bayramov imiş. O, bu havanı xüsusi məharətlə özünəməxsus bir tərzdə çalırmış.



SÖZÜ, MUSİQİSİ MÜŞTƏRƏK YARANDIĞI MƏLUM OLAN

ŞEİRLƏR VƏ HAVALAR

(ilk nüsxələr)


  1. Yurd yeri.

Bu havanın müəllifi “Əmrah” dastanının yaradıcısı aşıq Əmrahdır. Həmin hava Əmrahın aşağıdakı gəraylısı ilə əlaqəli, bir yaranmışdır:

Getim gördüm yurd yerində,

Yarım gəlib ağlayıbdı.

Tülək tərlanının yerində,

Səyad sarı bağlayıbdı.

***

Mən sevdim yarın boyunu,



Çəkib şanaya muyunu.

Hicran arxının suyunu,

Bizə sar bağlayıbdı.

***


Tanımaz sultanı, xanı,

Görünmür nazlı yar hanı?

Əmrah dolub, bağrım şanı,

Balsız arı ballayıbdı.



2.Məmmədhüseyni

Şair Məmmədhüseyn bu havanı “yatıb oyanmaz, oyanmaz” adlı gəraylısı əsasında icad etmişdir:


Qarşı yatan qarlı dağlar,

Yatıb oyanmaz, oyanmaz,

Üstündəki ağır ellər,

Yatıb oyanmaz, oyanmaz.

***

Xəbər gəldi obasına,



Laçın qonmaz yuvasına.

Əlim qoydum sinəsinə,

Yatıb oyanmaz, oyanmaz.

***


Heç igidin cavan vaxtı,

Yana çevrilməsin taxtı.

Məmmədhüseynin qara baxtı,

Yatıb oyanmaz, oyanmaz.



USTAD AŞIQLARIN YAŞAMAQDA

OLAN İFA ÜSULU
Ustad aşıqların çalıb-oxumaq, məclis keçirmək ənənələrinə sadiq qalan el sənətkarları indi də üç hava üstə çalıb oxuyandan sonra söhbətə və ya dastan söyləməyə başlayırlar.

Birincisi, Baş divani pərdəsi başda olduğundan aşıq çalmağa oradan başlayır və yavaş-yavaş, pərdə-pərdə aşağı enir. Bu üç hava aşığın səsini və sazını nizama salır.

Aşıq birinci Baş divani üstə çalıb oxuyandan sonra başqa havalara keçir.


  1. GƏRAYLILARLA ƏLAQƏLİ SAZ

HAVALARI (18)


  1. Sallama gəraylı;

  2. Mina gəraylısı (İran gəraylısı);

  3. Koroğlu gəraylısı (gözəlləmə);

  4. Dübeyti;

  5. Borçalı dübeytisi;

  6. Qazax dübeytisi (Zülfüqarı, Mirzə dübeytisi);

  7. Baş sarıtel;

  8. Orta sarıtel;

  9. Yurd yeri;

  10. Paşaköçdü (Azərbaycan);

  11. Şirin qala (Koroğlu havası);

  12. Şahsevəni kəkliyi;

  13. Kəkliyi;

  14. Ayaq Cəlili;

  15. Gödəkdonu;

  16. Vaqif gözəlləməsi;

  17. Naxçıvan şərilisi;

  18. Məmmədhüseyni (Kürdü, Heydəri);


II. BAYATILARLA ƏLAQƏLİ

SAZ HAVALARI (3)

  1. El bayatısı;

  2. Köç bayatısı;

  3. Çoban bayatısı;


III. Xalq mahnıları ilə əlaqəli

saz havaları (2)

  1. Ərəsbəri;

  2. Qarabağ şərilisi;


IV. Divani şeiri ilə əlaqəli

saz havaları (2)


  1. Baş divani (Şər Xətai);

  2. Ayaq divani (Osmanlı divanisi);



V. Müxəmməslərlə əlaqəli saz havaları (3)
26. Baş müxəmməs;

27. Orta müxəmməs;

28. Koroğlu müxəmməsi;
VI Təxnislərlə əlaqəli saz havaları (I)
29. Təxnis;
VII. Qoşmalarla əlaqəli saz havaları (51)
30. Yanıq Kərəmi;

31. Dilqəmi ;

32. Şirvan şikəstəsi;

33. Ürfani;

34. Təcnis;

35. Hicran Kərəmi (Zarıncı);

36. Quba Kərəmisi;

37. Aşıq Hüseyni;

38. Orta Cəlili;

39. Laçını;

40. Vanağzı;

41. Badam şikəstəsi;

42. Kərəm gözəllləməsi;

43. Qaytarma (Qaraçı qaytarması);

44. Mansırı;

45. Bayramı;

46. Məmmədbağırı (Şəqayi);

47. Göyçə şərilisi;

48. Yastı şərili (Yüngül şərili);

49. Ağır şərili;

50. Göyçə gözəlləməsi;

51. Göyçə gülü;

52. Qəmərcan;

53. Nəcəfi;

54. Güllü qafiyə;

55. El havası (Qaraçı);

56. Duraxanı;

57. Qəhrəmanı;

58. Səməndəri;

59. Süsənbəri;

60. Mirzəcanı (kəsmə gözəlləmə);

61. Şəmkir gözəlləməsi (Aran gözəlləməsi);

62. Qarabağ qaytağı;

63. Naxçıvanı;

64. Müxəyi;

65. Bəhməni;

66. Sultanı;

67. Gilənar;

68. Qaragöz;

69. Misri;

70. Ovşarı;

71. Keşiş oğlu;

72. Şəmşiri;

73. İrəvan çuxuru;

74. Bozuğu Koroğlu;

75. Cəngi Koroğlu (Dəli Koroğlu);

76. Döşəmə Koroğlu;

77. Atlı Koroğlu;

78. Koroğlu rübaisi;

79. Opera Kərəmisi;

80. Əhmədi Kərəm;


Bu gün gözümüz qabağında ifa edilən və qulağımızla eşitdiyimiz saz havalarının

ümumi siyahısı.


  1. Kədər ifadə edən saz havaları(30)

  1. Baş divani (Şər Xətai);

  2. Dilqəmi;

  3. Yanıq Kərəmi;

  4. Baş sarıtel;

  5. Borçalı dübeytisi;

  6. Vaqif gözəlləməsi;

  7. Şirvan şikəstəsi;

  8. Ürfani;

  9. Təcnis;

  10. Hicran Kərəmi;

  11. Quba Kərəmisi;

  12. Aşıq Hüseyni;

  13. Əhmədi Kərəm;

  14. Orta Sarıtel ;

  15. Badam şikəstəsi;

  16. Kərəm gözəlləməsi ;

  17. Qaytarma (qaraçı qaytarması);

  18. Mansırı;

  19. Bayramı;

  20. Məmmədbağırı (Şəqayi);

  21. Təxnis;

  22. Qazax dübeytisi (Zülfaqarı, Mirzə dübeytisi);

  23. Qurd yeri;

  24. Ərəsbəri;

  25. El bayatısı;

  26. Çoban bayatısı;

  27. Köç bayatısı ;

  28. Opera Kərəmisi;

  29. Məmmədhüseyni;

  30. Şirin qala;

  1. Sevinc ifadə edən saz havaları (40)




  1. Baş müxəmməs;

  2. Orta müxəmməs;

  3. Orta Cəlili;

  4. Laçını;

  5. Vanağzı;

  6. Göyçə şərilisi;

  7. Yastı şərili (yüngül şərili);

  8. Ağır şərili;

  9. Göyçə gözəlləməsi;

  10. Göyçə gülü;

  11. Qəmərcan;

  12. Nəcəfi;

  13. Güllü qafiyə;

  14. El havası (Qaraçı);

  15. Duraxanı;

  16. Qəhrəmanı;

  17. Səməndəri;

  18. Süsənbəri;

  19. Mirzəcanı (kəsmə gözəlləmə);

  20. Şəmkir gözəlləməsi (aran gözəlləməsi);

  21. Qarabağ qaytağı;

  22. Naxçıvanı;

  23. Müxəyi;

  24. Bəhməni;

  25. Sultanı;

  26. Gilənar;

  27. Qaragöz;

  28. Şəmşiri;

  29. Sallama gəraylı;

  30. Mina gəraylısı (İran gəraylısı);

  31. Dübeyti;

  32. Paşaköçdü (Azərbaycan);

  33. Şahsevəni;

  34. Gödəkdonu (Kəvəri);

  35. Ayaq Cəlili;

  36. Kəkliyi;

  37. Naxçıvan şərilisi;

  38. Qarabağ şərilisi;

  39. Koroğlu gəraylısı (gözəlləmə);

  40. Koroğlu müxəmməsi;


v) İnsanı mübarizəyə, döyüşə və

qəhrəmanlığa çağıran cəngi

havaları (10)

71. Misri;

72. Ovşarı;

73. Keşiş oğlu ;

74. İrəvan çuxuru;

75. Ayaq divani;

76. Bozuğu;

77. Cəngi Koroğlu (Dəli Koroğlu);

78. Döşəmə Koroğlu;

79. Atlı Koroğlu;

80. Koroğlu rübaisi;

Sədnik Paşa Pirsultanlının (Paşayev Sədnik Xəlil oğlu)

qısa tərcümeyi-hal


  1. Filologiya elmləri doktoru, professor, şair.

  2. 1988-ci ilin dekabr ayının 30-da “Əmək veteranı”, 1992-ci ilin may ayının 4-də “Əməkdar Mədəniyyət işçisi”, 2007-ci ilin yanvar ayında “Qabaqcıl Təhsil işçisi”, Türkiyə Cumhu­riy­yəti Kültür Bakanlığının “Teşekkür belgesi”-ni almışdır.

  3. 20 may 1929-cu il tarixdə Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qazax­yol­çular (Pirsultan) kəndində anadan olub.

  4. 1946-cı ildə “Daşkəsən” qəzetində “Zəfər bayramı” adlı ilk şeiri çap olunub.

  5. Natamam orta təhsilini Qazaxyolçular kən­dində, orta təhsilini Dəstəfur internat məktə­bində alıb. 1950-ci ildə H.B.Zərdabi adına Ki­ro­vabad Dövlət Pedaqoji İnstitutunun (in­diki Gəncə Dövlət Universitetinin) birinci kur­suna qəbul olunub, 1954-cü ildə Azər­baycan dili və ədəbiyyatı fakültəsini bitirib.

  6. 2004-cü ildən AYB-nin üzvüdür.

  7. 1955-ci ildən 1970-ci ilə qədər “Yeni Daş­kəsən” (Daşkəsən), “Mübariz” (Go­ranboy) və “Ye­nilik” (Kəlbəcər) rayon qəzetlərində re­daktor, “Kirovabad kommunisti” qəzetinin mə­sul katibi işləyib. 1970-ci ilin oktyabr ayında H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna müsabiqə yolu ilə müəl­lim qəbul olunub, baş müəllim, dosent vəzi­fələrində işləyib. Hal-hazırda Gəncə Dövlət Universite­tinin professorudur.

  8. 1993-cü ildə Ankarada keçirilən “İpək yolu uluslararası xalq ədəbiyyatı simpoziumu”nda və Nevşehirdə keçirilən “Hacı Veli Bektaşi” törənində məruzəçi kimi çıxış edib.

1955-ci ilin iyul ayından “Bilik” cəmiy­yətinin, 1960-ci ilin iyun ayından Jurnalistlər Birli­yinin, 1989-cu ilin aprel ayından Aşıqlar Birli­yinin, 1998-ci ilin oktyabr ayından Azərbaycan Vətən Müharibəsi Veteranlar Bir­liyinin (fəxri), 2003-cü ilin iyun ayından Yeni Azərbaycan Partiyasının, 2004-cü ilin aprel ayından Yazıçılar Birliyinin üzvüdür.

  1. Almaniya Avropa Türk-İslam Birliyinin də­vəti ilə “Yunis İmrəyə sevgi ili” kutlama­larında məruzəçi kimi çıxış edib, Türkiyədə elmi konfraslarda və simpoziumlarda iştirak edib, İranda yaradıcılıq səfərində olub.

  2. 2007-ci ildə “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub.

  3. www.sednikpasapirsultanlı.net

  4. Ünvan: Gəncə şəhəri, Gəncə Dövlət Universiteti

  5. Telefon: 050/ 363-21-00


Sədnik Paşa Pirsultanlının kitablarının siyahısı
1. Lalə. Aşıq Bəsti. Gənclik, Bakı, 1969,

55 səh. 10.000 nüsxə

2. Yaşayan əfsanələr, Gənclik, Bakı, 1973, 78 səh. 4.000 nüsxə

3. Xəstə Qasım. Gənclik, Bakı, 1975, səh 64, 2.200 nüsxə

4. Yurdumuzun əfsanələri. Bakı, 1976, 45 səh. 30.000 nüsxə

5. Nizami və folklor. Bilik, Bakı, 1976, 65 səh. 2.500 nüsxə

6. Yanardağ əfsanələri. Gənclik, Bakı, 1978, 160 səh. 20.000 nüsxə

7. Azərbaycan xalq yaradıcılığının inkişafı Bilik, Bakı, 1981, 40 səh. 1000 nüsxə

8. Nizami və xalq əfsanələri. Gənclik, Bakı, 1983, 128 səh. 4.000 nüsxə.

9. Bayatılar (toplayanlar: V.Vəliyev, S.Paşayev). Yazıçı, Bakı, 1985, 200 səh. 40.000 nüsxə.

10. Azərbaycan əfsanələrinin öyrənilməsi. Bilik, Bakı, 1985, 70 səh, 500 nüsxə.

11. Azərbaycan xalq əfsanələri, Yazıçı, Bakı, 1985, 285 səh, 50.000 nüsxə.

12. Azərbaycan mifoloji mətnləri, Elm, Bakı, 1988, (toplayanlar Sədnik Paşayev, Maqbet Əhmədov, Arif Rəhimov, Arif Acalov), 180 səh, 25.000 nüsxə.

13. Azərbaycan folkloru və aşıq yaradıcılığı (dərs vəsaiti), Azərbaycan Dövlət Universiteti Nəşriyyatı, Bakı, 1989, 88 səh, 500 nüsxə.

14. Azərbaycan xalq dastanlarının tədrisinə dair (metodik göstəriş), Bakı, 1989, 48 səh, 500 nüsxə.

15. XIX əsr Azərbaycan aşıq yaradıcılığı (dərs vəsaiti), Azərbaycan DPİ-nin nəşriyyatı, Bakı, 1990, 98 səh, 500 nüsxə.

16. Öz səsim (şeirlər), İdeya nəşriyyatı, Gəncə, 1990, 72 səh, 500 nüsxə.

17. Azərbaycan xalq söyləmələri, Yazıçı, Bakı, 1992, 211 səh, 10.000 nüsxə.

18. Pirsultan bulağı (şeirlər), Elm, Bakı, 1994, 110 səh, 1000 nüsxə.

19. İnciçiçəyim (şeirlər), Gəncə, 1996, 100 səh, 500 nüsxə

20. Karağan Usubun lətifələri, Gəncə, 1997, təkrar nəşr. 2000, 2001, 37 səh, 1000 nüsxə.

21. Xalqın söz mirvariləri, Azərnəşr, 1999, 110 səh, 500 nüsxə.

22. İlahi bir səs (şeirlər), Gəncə, 1999, 110 səh, 500 nüsxə.

23. Unnu Ağcanın lətifələri, Ekologiya nəşriyyatı, Gəncə, 1999, 60 səh, 500 nüsxə.

24. Ağdabanlı şair Qurban, Gənclik, Bakı, 2000, 177 səh, 500 nüsxə.

25. Dabrovol Qasımın lətifələri, «Əsgəroğlu», Gəncə, 2001, 62 səh, 200 nüsxə.

26. Yəhya bəy Dilqəmə el-oba məhəbbəti, Bakı, Agah 2001, 105 səh, 600 nüsxə.

27. Aşıq Bəsti “Bənövşələr” “Əsgəroğlu”, Gəncə, 2001, 80 səh, 300 nüsxə

28. Heca vəznli şeir və mənzum atalar sözləri, Gəncə, Agah, 2001, 110 səh, 200 nüsxə.

29. Heca vəznli tapmacaların inkişafı, Agah nəşriyyatı, Gəncə, 2001, 110 səh, 300 nüsxə.

30. Azərbaycan eposunun əfsanə qaynaqları, Azərnəşr, Bakı, 2002, 102 səh, 500 nüsxə.

31. Qaraxanlı Künə Dəmirin lətifələri, Gəncə, «Pirsultan», 2002, 51 səh, 200 nüsxə.

32. Qamışlı şair Rüstəm, «Laçın qaya, çal yadıma düşəndə», Gəncə, «Pirsultan», 2002, 80 səh, 300 nüsxə

33. Yuxular olmasaydı, «Pirsultan», 2002, 60 səh, 150 nüsxə.

34. Ozan-Aşıq sənətinin nəzəri məsələləri, Bakı, Ozan, 2002, 208 səh, 250 nüsxə.

35. Ozan-Aşıq yaradıcılığına dair araşdırmalar, I cild, Gəncə, «Pirsultan», 2002, 203 səh, 150 nüsxə.

36. Ozan-Aşıq yaradıcılığına dair araşdırmalar, II cild, Gəncə, «Pirsultan», 2002, 230 səh, 100 nüsxə.

37. Bir içim nəğmə (şeirlər), Gəncə, «Pirsultan», 2003, 70 səh, 100 nüsxə.

38. Heca vəznli bayatı və qoşma möcüzələri, Gəncə, «Pirsultan», 2003, 80 səh, 100 nüsxə.

39. Gəncəbasar lətifələri, Gəncə, «Agah», 2005, 201 səh, 300 nüsxə.

40. Bir çiçək də Vətəndir, Gəncə, 2005, 127 səh, 200 nüsxə.

41. Əsatirlər, əfsanələr, rəvayətlər (S.P.Pirsultanlı və digər müəlliflər), “Şərq-Qərb”, 2005, 304 səh, 2500 nüsxə.

42. Mir Cəfər Bağırov yaddaşlarda, «Pirsultan», Gəncə, 2005, 80 səh, 100 nüsxə.

43. Eldən-obadan eşitdiklərim, Gəncə, «Agah», 2005, 170 səh, 200 nüsxə.

44. Yıldızdağdan əsən külək, Gəncə, 2006, 100 səh, 200 nüsxə.

45. Azərbaycan folkloruna dair tədqiqlər, Gəncə, 2006, 402 səh, 200 nüsxə.

46. Publisistika və folklor, Gəncə, 2007, 330 səh, 200 nüsxə.

47. Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi, Elm, 2007, 310 səh, 500 nüsxə.

48. Pirsultan Pinarı (Şeirlər), «Pirsultan», Gəncə, 2007, 666 səh, 100 nüsxə.

49. Azerbaycan efsane ve rivayetlerinin Edebi Yapıtlarımızda Karşılaştırmalı Açıklaması Bakü 2008, Bilim yayınevi, 310 sayfa, 500 adet

50. Saz nəfəsli şeirlərim, «Pirsultan», Gəncə, 2008, 121 səh, 200 nüsxə.

51. Aşıq Şəmşirin poetik aləminə səyahət, “Təknur”, Bakı, 2008, 295 səh, 500 nüsxə.

52. Azərbaycan türklərinin xalq əfsanələri, Azərnəşr, Bakı, 2009, 427 səh, 200 nüsxə.

53. “Novruz-Qəndab” və digər məhəbbət dastan-larının müqayisəli tədqiqi, Azərnəşr, Bakı, 2009 112 səh, 200 nüsxə.

54. “Aşıq Tifil Əsəd və Aşıq Ağbulaqlı Aqil”, “Pirsultan”, Gəncə, 2009 114 səh, 100 nüsxə.

55. “Qızıl beşik və Ana maral”, “Pirsultan”, Gəncə, 2010, 126 səh, 100 nüsxə.

56. “Lilpar bulağı”, “Pirsultan”, Gəncə, 2010, 120 səh, 100 nüsxə.

57. Altın Beşik ve Anne Geğik. Gence 2010, Pirsultan yayınevi, 130 sayfa, 100 adet

58. Azərbaycan aşıq yaradıcılığına dair araşdırmalar, “Azərnəşr”, Bakı, 2010, 260 səh, 200 nüsxə.

59. Azərbaycan folklorunda gülüş”, Gəncə Dövlət Universiteti nəşriyyatı, 2010, 130 səh. 200 nüsxə

60. “Azərbaycan yazarlar aləmində əfsanə inci ləri”. Bakı, 2010, 360 səh. 200 nüsxə

61 “Azərbaycan aşıq poeziyasında və yazılı poe-

ziyada təcnisin inkişaf tarixi”, Bakı. “Azər nəşr”, 2010, 156 səh, 200 nüsxə

62. Azerbaycan Türklerinin Halk Efsaneleri, Bakü, 2010, Azerneşr yayınevi, 427 sayfa, 200 adet

63. “Xəstə Qasımın ədəbi irsinin tədqiqi”, Bakı, “Azərnəşr”, 2011, 250 səh. 200 nüsxə.

64. “XXI əsrdə Azərbaycan folklorundan incələ mələr”. Gəncə Dövlət Universiteti nəşriy yatı, 2010, 130 səh. 200 nüsxə.

65. “Molla Nəsrəddin varislərinin lətifələri”,

Gəncə Dövlət Universiteti nəşriyyatı, 2011,

120 səh. 200 nüsxə.

66. Lilpar Çeşmesi (Türk dilinde) Gence 2011, Pirsultan yayınevi, 157 sayfa, 100 adet

67. “Poeziyamızda Sarı Aşığın bayatı zirvəsi”

Azərnəşr, 2011, 142 səh. 100 nüsxə

68. “Azərbaycan türklərinin xalq rəvayətləri”. Azərnəşr. 2011. 630 səh. 100 nüsxə.

69. “Aşıq Nabat”. Bakı, Azərnəşr. 2012.

70. “Azərbaycan ağız ədəbiyyatında təmsil”. Bakı, Azərnəşr. 2012.

71. “Azərbaycan ağız ədəbiyyatında bayatılar”, Gəncə 2012 səh. 378

72. “Xoş xatirələrim və ipək duyğularım”, Gəncə 2012

73. “Azərbaycan ağız ədəbiyyatında nağıllar”, Gəncə 2012

74. “Pirsultan soyları, Pirsultan köyləri” Gəncə-2012.

75. “Azərbaycan aşıq şeirinin sazla əlaqəli inkişaf yolu”, Gəncə, 2013.




Yüklə 300,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə