Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   44
PEDAQOGIKA-2

 
 
 
 
 


MÖVZU 12. Məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsi 
PLAN: 
1.Fiziki t
ərbiyənin əsas anlayışları 
2. Fiziki t
ərbiyənin məqsəd və vəzifələri 
3. Fiziki t
ərbiyənin məzmunu və vasitələri 
4. Fiziki t
ərbiyənin prinsipləri 
5. M
əktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsində tətbiq olunan metodlar 
1. Şəxsiyyətin mühüm mənəvi keyfiyyətlərindən biri olan fiziki tərbiyə uşaqların səhhətinin 
mühafizəsi və möhkəmləndirilməsinə, onların mükəmməl fiziki inkişafına yönəldilmiş, düzgün 
inkişafetdirmə prosesidir. Uşaqalrın ahəngdar fiziki inkişafı rəngarəng fiziki təmrinlərin həyata 
keçirilməsindən çox asılıdır.
Fiziki t
ərbiyə pedaqoji anlayış olub məqsədi orqanizmin anatomik-fizioloji xüsusiyyətlərinə 
istinad ed
ərək pedaqoji qanunlar əsasında uşağın inkişafını tənzim etməkdir. Fiziki tərbiyə 
prosesind
ə uşaqda müvafiq bilik, bacarıq və vərdişlər sistemi yaranır. Fiziki tərbiyənin əsas 
anlayışları aşağıdakılardır: fiziki təhsil, fiziki inkişaf, fiziki hazırlıq, fiziki mədəniyyət.
Fiziki t
əhsil fiziki tərbiyənin mühüm anlayışlarından biri olmaqla uşaqda fiziki inkişaf 
sah
əsində müvafiq bilik, bacarıq və vərdişlər yaratmaq məqsədi güdür. Hər hansı bir hərəkətin 
mahiyy
əti və icra tərzi uşaq üçün tam aydın olmalıdır. Uşağa verilən hərəki tapşırıqların icrası 
t
əkcə tərbiyəçinin deyil, həm də uşağın arzusu və istəyi əsasında yerinə yetirilməlidir.
Fiziki inkişaf uşaq orqanizmində gedən təbii proses və bizdən asılı olmayaraq həyat tərzinin 
t
əsiri ilə uşaq orqanizmində baş verən funksional fizioloji dəyişikliklərdir. Fiziki tərbiyənin elmi 
metodoloji c
əhətdən düzgün təşkili uşaqların fiziki inkişafını maksimal səviyyəyə çatdırır.
Fiziki t
ərbiyənin əsas vəzifələrindən biri də yetişməkdə olan gənc nəsli fiziki cəhətdən həyata 
tam 
hazırlamaqdan ibarətdir. Bu, əməyə və Vətənin müdafiəsinə hazır olmaqla dözümlülük, 
gümrahlıq, qorxmazlıq, cəsurluq, mərdlik, mübarizlik kimi yüksək əxlaqi keyfiyyətlərin 
formalaşması ilə müəyyənləşdirilir.
Fiziki m
ədəniyyət anlayışı fiziki hazırlağa malik olan gənc nəslin sadəcə cismani güclülüyü 
deyil, h
əm də mənəvi güclülüyü kimi başa düşülür. Yəni fiziki tərbiyə prosesində uşaqların 


əzələlərinin inkişafı ilə yanaşı, onlarda yüksək əxlaqi keyfiyyətlər: mədəni davranış qaydaları, 
qayğıkeşlik, insanpərvərlik kimi əxlaqi keyfiyyətlər də formalaşdırmalıdır.
2. Fiziki t
ərbiyənin başlıca məqsədi uşaqları sağlam, fiziki cəhətdən normal inkişaf etmiş
çevik, dəyanətli, qüvvətli, bədəncə gümrah böyütməkdən ibarətdir. Fiziki tərbiyə uşaqlarda belə 
keyfiyy
ətlərin yaranmasına xidmət etdiyindən bütün xalqlar ona həmişə ciddi fikir verirlər. Bu 
m
əqsədlə uşaq hələ ana bətnində olarkən onun normal fiziki inkişafına xüsusi qayğı ilə 
yanaşırlar. Yeni doğulmuş uşağı isə vaxtlı-vaxtında yuyundurmaq, düzgün bələmək, xüsusi 
rejim üzrə ana südü ilə qidalandırmaq, tez-tez o üz - bu üzü üstə uzandırmaq, bələyi vaxtlı-
vaxtında dəyişdirmək, 5-6 ayında uşağı oturmağa alışdırmaq, 8-9 ayında ona yeriməyi öyrətmək 
v
ə s. fiziki inkişafla bağlı olan ilk tədbirlərdir.
Fiziki t
ərbiyə yetişməkdə olan gənc nəslin fiziki kamilliyini təkmilləşdirmək, dövlət və 
quruculuq işlərində fəal iştirak etmək, Vətən torpağını mərdliklə qorumaq kimi mühüm vəzifələri 
əhatə edir. Bundan irəli gələn bir neçə mühüm vəzifələrin yerinə yetirilməsi zərurət kimi qarşıda 
durur: 
1. 
Uşaq orqanizminin forma və funksiyasını inkişaf etdirməklə onun fiziki 
qabiliyy
ətlərini hərtərfli təkmilləşdirmək, yaradıcı əməkdə iştirakına kömək etmək və xoşbəxt 
g
ələcək naminə onun uzunömürlülüyünü təmin etmək; 
2. 
Fiziki t
ərbiyənin mühüm sahələri üzrə müvafiq bilik, bacarıq və qabiliyyətləri 
formalaşdırmaq; 
3. 
H
ər bir uşaqda yüksək fiziki mədəniyyət və möhkəm iradi keyfiyyətlər tərbiyə etmək;
4. 
H
ər bir uşaqda mütləq estetik fiziki baxış və gigiyenik vərdişlər formalaşdırmaq; 
N
əzərdə tutulan bu vəzifələr müxtəlif yaş dövrləri ilə əlaqədar olaraq konkret şəkildə xüsusi 
rejiml
ə tətbiq edilməlidir.
3. Fiziki t
ərbiyənin məzmununa hərəki mədəniyyət qaydaları, sanitar-gigiyenik mədəniyyət 
qaydaları, bunların həyata keçirilməsi imkanları və yolları daxildir. Hərəki mədəniyyət xüsusi 
rejim vasit
əsilə müxtəlif hərəkətlərin icra tərzinin formalaşdırılmasıdır. Məktəbəqədər yaşlı 
uşaqların fiziki tərbiyəsini səmərəli həyata keçirmək üçün onlarda vaxtında bir neçə mədəni 
gigiyenik v
ərdişləri möhkəmləndirmək lazımdır:
a) qidalanma m
ədəniyyətinə alışdırmaq; b) sanitariya-gigiyena mədəniyyətinə alışdırmaq; c) 
m
əişət qaydalarına riayət etmək mədəniyyətinə alışdırmaq. 
Uşaqlarda hərəki vərdiş və bacarıqları yaradn fiziki təmrinlər də müəyyən edilməlidir: a) əsas 
ümumi hərəkətlər ( yeriş,qaçmaq, tullanmaq və s.); b) idman təmrinləri ( gimnastik hərəkətlər, 


üzmə, dırmanma və s.) c) göstərişli hərəki oyunlar ( süjetli, süjetsiz elementli oyunlar, gəzintilər 
v
ə s.). 
Uşaqların fiziki tərbiyəsi rəngarəng vasitələrlə həyata keçirilməlidir:
-
gigiyenik faktorlar ( düzgün rejim, faydalı qida, gigiyenik şərait, mədəni gigiyena 
v
ərdişlərinin formalaşdırılması)
-
t
əbii faktorlar ( sudan, havadan və günəş şüasından istifadə 
Rejim fiziki t
ərbiyənin başlıca vasitələrindən biridir. Rejim uşaq bağçasında və ailədə uşaqların 
h
əyatı üçün qəbul edilən müxtəlif fəaliyyət növlərinin gün ərzində həyata keçirilməsidir. Rejimin 
köməyi ilə uşaqlar vaxtında yatır, yeyir, oynayır, məşğul olur, gəzintiyə çıxır və təmiz havada 
olurlar. Rejimin t
əşkilində aşağıdakılar nəzərə alınmalıdır: 1. Rejim uşaq orqanizminin fərdi 
fizioloji xüsusiyyətlərinə və uşaqların yaş xüsusiyyətlərinə müvafiq olmalıdır. 2. Rejim müəyyən 
dövr üçün sabit olmalıdır. 3. Rejimin müntəzəm icrası vacibdir. 4. Rejim pedaqoji qanunlar 
əsasında həyata keçirilməlidir. Tərbiyəçi yaşından asılı olaraq uşaqların gəzintisinə, 
soyunmasına, geyinməsinə, yuyunmasına, yemək yeməsinə, yuxusuna ayrılan vaxtı bilməlidir. 
Uşaqların normal inkişafını təmin edən əsas şərtlərdən biri də qidalanma prosesidir. 
M
əktəbəqədər yaşlı uşaqalr mütəhərrik olduğu üçün daha çox enerji itirirlər. Buna görə də qəbul 
edil
ən qida maddələri kalorilik etbarilə uşaqların oyuna sərf etdikləri enerjini təmin etməlidir. 
M
əktəbəqədər yaşlı uşaqlarda mədəni-gigiyenik adət və vərdişlərin tərbiyə edilməsi fiziki 
inkişaf üçün çox əhəmiyyətlidir. Belə adət və vərdişlər sinir sisteminin normal inkişafını təmin 
edir. S
əliqəlilik, sakitlik, tarazlığı saxlamaq qabiliyyəti artıq enerji itkisinin qarşısını alır. Bu da 
uşaqların fiziki cəhətdən sağlam böyüməsinə kömək edir. Mədəni gigiyenik vərdişlərin 
formalaşmasında gündəlik səhər gimnastikasının keçirilməsi də müstəsna əhəmiyyət kəsb edir. 
S
əhər gimnastikası sürətli yerişlə, hava soyuq olduqda isə qaçışla başlanmalıdır. Sonra 
əzələləri möhkəmləndirmək məqsədilə bir sıra gimnastik hərəkətləri icra etməlidirlər. Səhər 
gimnastikası hərəkətlərin sürətini zəiflətməklə başa çatdırılır. 
Hava vannası uşaq orqanizmini möhkəmlətməkdə böyük əhəmiyyət kəsb edir. Hava 
vannaları daha çox yay aylarında qəbul edilir. Belə vannaların qəbuledilmə müddəti 10 
d
əqiqədən başlayaraq, 25 dəqiqəyə çatdırılır.Su vannaları bədəni yaş dəsmalla silmək, bədənə 
su çiləmək və ya çimməklə həyata keçirilir.Yaş dəsmalla bədənin silinməsi bütün yaş 
dövrlərində səmərəlidir.
4. M
əktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsi didaktikanın prinsipləri ( şüurluluq və fəallıq, 
əyanilik, müvafiqlik, yaşauyğunluq, fərdi xüsusiyyətlərin nəzərə alınması, müntəzəmlik, tədricilik) 
əsasında həyata keçirilir.


Şüurluluq və fəallıq prinsipi fiziki fəaliyyətin məqsədəmüvafiq və faydalı icra olunmasını 
n
əzərdə tutur. Yəni fiziki tərbiyə üzrə uşaqlara verilən hər bir tapşırığın məzmunu, mahiyyəti, 
z
əruriliyi, əhəmiyyəti və icra tərzi tam aydın olmalıdır. Məktəbəqədər yaşlı uşaqların fiziki 
t
ərbiyəsində şüurluluq və fəallıq prinsipinə əməl etdikdə fiziki təmrinlərin icrası zamanı onlarda 
çətinliyi aradan qaldırmaq anlayışı güclənir. Məsələn, uşaq fikirləşir ki, ipdən asılmış şarın 
altından necə keçmək olar ki, ona toxunmasın, oyun zamanı maneələrdən necə keçmək olar və 
s.
M
əktəbəqədər yaşlı uşaqlarda təfəkkür zəif olduğundan fiziki tərbiyəni əyani yolla həyata 
h
əyata keçirmək xüsusi əhəmiyyət kəsb edir. Fiziki tərbiyəni əyanilik üzərində qurmaq 
m
əqsədilə tərbiyəçi fiziki təmrinləri ilk növbədə özü yerinə yetirməli, sonra plakatlar üzərində 
izah etm
əli, daha sonra onların icra tərzini yaxşı bacaran uşaqlara nümayiş etdirməlidir.Bu 
zaman uşaqlar fiziki təmrinlərin icrasını asan mənimsəyirlər. 
Müvafiqlik imkan və çətinliklə üzvi surətdə əlaqədardır. Tərbiyəçi uşağın imkanını nəzərə 
alaraq, onu müvafiq çətin fiziki təmrinlərə cəlb etməlidir. Məktəbəqədər yaşlı uşaqların fiziki 
t
ərbiyəsini həyata keçirərkən onların yaşı, fiziki və anlaq səviyyəsi nəzərə alınmalıdır. Əgər 
veril
ən tapşırıqların icrasında uşaq həddən artıq çətinlik çəkirsə, deməli, həmin tapşırıq onun 
gücünə və anlaq səviyyəsinə uyğun deyil.Belə tapşırıqlar uşağın fiziki inkişafına mane olur, 
onlarda inamsızlıq, qorxaqlıq kimi hisslər oyadır. Ona görə müvafiqlik prinsipinə ciddi əməl 
edilm
əlidir. 
M
əktəbəqədər yaşlı uşaqlar fərdi xüsusiyyətlərinə, boyuna, sağlamlığına, xarici görünüşünə, 
temperament v
ə xarakter əlamətlərinə görə müxtəlif olurlar. Fiziki tərbiyə prosesində tərbiyəçi 
birinci növbədə uşaqları yaxşı tanımalı, yeri gəldikcə fiziki təmrinləri elə fərdiləşdirməlidir ki, 
uşaqlar bunu hiss etməsinlər.Nisbətən zəif uşaqlara verilən fərdi tapşırıqlar inkişafetdirici 
əhəmiyyətə malik olmalıdır. Yəni, bu proses elə aparılmalıdır ki, uşaqlar az müddət ərzində öz 
yolda
şlarına çata bilsinlər.
Fiziki t
ərbiyənin müvəffəqiyyəti məşğələlərin müntəzəmliyindən çox asılıdır. Məşğələlərin 
ardıcıl aparılması uşaqlarda müvafiq bacarıq və vərdişlərin formalaşmasına səbəb olur. Fiziki 
t
əkmilləşmənin optimal yolu fiziki tərbiyənin müntəzəm aparılmasındadır. Fiziki tərbiyə zamanı 
istirah
ətin verilməsi də vacibdir. 
Fiziki t
ərbiyə uzunmüddətli prosesdir. Fiziki tərbiyə zamanı tələblərin tədricən 
çətinləşdirilməsi, sadə təmrinlərdən başlayaraq tədricən mürəkkəbləşdirilməsi və idman 
yükünün artırılması vacibdir. Yalnız tədriciliyi gözləməklə uşaqlarda mühüm fiziki və iradi 
keyfiyy
ətləri formalaşdırmaq olar.


5. M
əktəbəqədər yaşlı uşaqların zəruri fiziki bacarıq və vərdişlərə yiyələnmələri müvafiq 
metodların tətbiqindən çox asılıdır. Didaktik metodlar kimi tərbiyə metodları da üç qrupa bölünür: 
a) 
əyani metodlar; b) şifahi metodlar; c) praktik metodlar. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə