Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   44
PEDAQOGIKA-2

Praktik metodlar
uşaqlarda toxumaları inkişaf etdirmək, onlarda fiziki təmrinləri 
formalaşdırmaq və fiziki vərdişlər yaratmaq məqsədilə tətbiq edilir.Buraya təmrinlərin təkrarı, 
oyunlar, m
əşqlər daxildir. 
T
əmrinlərin təkrarı metodu məktəbəqədər yaş dövrünün bütün mərhələlərində geniş tətbiq 
olunur. Düzgün yerimək, oturmaq, qaçmaq, tullanmaq, turnikdə dartınmaq, pilləkənə 
dırmaşmaq, tir üzərində yerimək və s. vərdişlərini yalnız təkrarların nəticəsində yaratmaq olar.
Oyun metodu m
əktəbəqədər yaş dövründə daha çox tətbiq edilir. Tərbiyəçi oyuna 
başlamazdan əvvəl uşaqlara müvafiq məlumat verir və oyunun məqsədini, icra müddətini izah 
edir. Oyun metodu uşaqları fiziki, əqli və əxlaqi cəhətdən inkişaf etdirir. Bu metod uşaqlarda 
oyunda qalib g
əlmək üçün düşünmək, qaydalara əməl etmək, çətinliklərə dözmək və s. kimi 
əxlaqi keyfiyyətlərin yaradır.
M
əktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsində yarış metodundan istifadə etmək çox 
faydalıdır. Yarış zamanı uşaqlar bütün imkanlarını və qüvvələrini tam sərbəstliklə işə salırlar. 
Fiziki t
əmrinlərin yarış metodu ilə həyata keçirilməsi uşaqlarda hərəkətləri dəqiq icra etmək 
qabiliyy
ətini inkişaf etdirməklə yanaşı, onları daha mürəkkəb hərəkətlərin icrasına hazırlayır. Bu 
da fiziki inkişafda başlıca şərtdir. Yarış metodu uşaqlar fiziki təmrinlərin icrasına tam hazır 
olduqdan sonra t
ətbiq edilir. Yarış fərdi və kollektiv formada aparıla bilər.


MÖVZU 13. Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsi.
PLAN:
1. Əxlaq tərbiyəsinin ümumi əsasları 
2. Əxlaq tərbiyəsinin prinsipləri
3. M
əktəbəqədər yaşlı uşaqlarda Vətənə sədaqət və Milli
Orduya m
əhəbbət hisslərinin formalaşdırılması 
4. M
əktəbəqədər yaşlı uşaqların insanpərvərlik və ədəb- 
ərkanlıq ruhunda tərbiyəsi 
5.M
əktəbəqədər yaşlı uşaqların təbiətə məhəbbət ruhunda
t
ərbiyəsi 
1. M
əktəbəqədər yaşlı uşaqlarda yüksək əxlaqi keyfiyyətlərin aşılanması çətin və mürəkkəb 
prosesdir. V
ətənə məhəbbət, milli həmrəylik, milli birlik, mərdlik, insana qayğı, əməksevərlik və 
s. kimi 
əxlaqi keyfiyyətlərin bünövrəsi təlim tərbiyə prosesində qoyulur. Məktəbəqədər yaşlı 
uşaqlarda bu keyfiyyətləri yaratmaq, onu tədricən inkişaf etdirmək tərbiyəçidən, eləcə də 
valideynd
ən bacarıq, pedaqoji mədəniyyət, səbr və gərgin əmək tələb edir. Bunun üçün 
t
ərbiyəçi əxlaq tərbiyəsinin elmi əsaslarına mükəmməl yiyələnməli, öz fəaliyyətində onlardan 
bacarıqla istifadə etməlidir.
Əxlaq insanların mənəvi münasibətlər sahəsini əhatə edən ictimai şüurun formalarından 
biridir. İctimai quruluş, iqtisadi şərait dəyişdikcə əxlaq normaları da dəyişir, inkişaf edir və daha 
yüksək əhəmiyyət kəsb edir. Ona görə də bu əxlaqi normaları məktəbəqədər dövrdən uşaqlara 
aşılamaq üçün tərbiyəçi əxlaq tərbiyəsinin prinsip və metodlarını dərindən bilməlidir. Uşaqların 
əxlaq tərbiyəsi onlarda davranış normalarının tələblərinə uyğun gələn yüksək mənəvi 
keyfiyy
ətlərin, adət və vərdişlərin şüurlu surətdə formalaşmasına yönəldilmiştərbiyəvi təsir 
prosesidir. Əxlaq tərbiyəsi uşaqlarda əxlaqi hisslərin, adətlərin, əxlaqi şüurun inkişaf 
etdirilm
əsinə xidmət edir, çünki məktəbəqədər yaşda uşaqların hərəkət və davranışında hələ 
hissl
ər üstünlük təşkil edir. Uşaqda ilk əxlaqi hisslər onu əhatə edən adamlara münasibətdə 
özünü göstərir. Ancaq 2-4 yaşlı uşaqların insanlara münasibəti hələçox möhkəm olmur. 
M
əsələn, öz oyuncağı ilə oynadığı zaman başqasının ona xoş gəldikdə onun əlindən alır, 
ağlamasına və etirazına baxmır. Lakin 4-5 yaşlı uşaqlarda əxlaqi hisslər get-gedə sabitləşir. Bu 
yaşlı uşaqlar balacalara oyun zamanı kömək edir, sınmış oyuncağı düzəltməyə çalışırlar. 5-6 


yaşlı uşaqlar isə artıq öz hisslərini idarə etməyə çalışırlar. Məsələn, 6 yaşlı uşaq ağlamağını 
böyüklərin məsləhəti ilə dayandırır, ətrafdakılara mane olan hərəkətlərini – qaçmağı, qışqırmağı 
dayandırır. Kiçik yaşlı uşaqlarda əxlaqi adətlər qeyri-ixtiyari yarnır. Buna görə də əxlaqi adətləri 
uşaqlarda səmərəli inkişaf etdirmək üçün onları daha yaxşı hisslərə və meyllərə alışdırmaq 
lazımdir. Kiçik yaşda yaranan vərdiş və adətlər böyük məktəbəqədər yaşlı uşaqların 
f
əaliyyətində daha dərin və möhkəm olur. Məktəbə hazırlıq qrupunda uşaqlara davranışın bəzi 
şüurlu elementləri də tədricən aydın olmağa başlayır. Onlar davranış tələblərini dərk etməyə, öz 
h
ərəkətlərini və rəftarını aydınlaşdırmağa daha çox qabil olurlar. 6 yaşlı uşaqlarla aparılan 
t
ərbiyə işləri onların hərtərəfli inkişafına, məktəbə hazırlığının tam formalaşmasına 
yönəldilməlidir. Onun ən mühüm mərhələsi ictimai həyatın hadisələri haqqında uşaqlarda 
t
əsəvvür və biliklərin ardıcıllıqla genişləndirilməsi, təlimə marağın formalaşdırılması və 
m
əktəbdə oxumağa həvəsin yaradıması olmalıdır.
Uşaq bağçasına məxsus əxlaq tərbiyəsi proqramı yaşdan asılı olaraq tədricən dərinləşir və 
genişlənir. Əgər kiçik qrupda sadə davranış normaları tələb olunursa, böyük yaşlı qruplarda bu 
normalar daha da genişlənir. 5 yaşdan başlayaraq uşaqlarda yaxşı adamların əxlaqi 
keyfiyy
ətləri haqqında ilkin ümumi anlayışlar, özünün və başqalarının hərəkətlərini 
qiym
ətləndirmək təsəvvürləri formalaşdırılır. Bununla da cəmiyyət üçün gələcək vətəndaşın 
m
ənəvi simasının əsası qoyulur.
M
əktəbəqədər yaşlı uşaqların əxlaqi cəhətdən formalaşmasında tərbiyəyə verilən başlıca 
t
ələbləri tərbiyəçi dərindən bilməlidir ki, öz məqsədinə nail olsun.
2. M
əktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsində istifadə olunan prinsipləri aşağıdakı 
qaydada t
əsnif etmək olar: 
1. İdeyalılıq və məqsədyönlülük prinsipi; 
2. T
ərbiyənin real həyatla əlaqələndirilməsi prinsipi; 
3. T
ərbiyənin milli zəmində qurulması prinsipi; 
4. Kollektivd
ə tərbiyə prinsipi; 
5. T
ərbiyədə fərdi yanaşma prinsipi; 
6. T
ərbiyədə yaşauyğunluq prinsipi; 
7. T
ərbiyədə hörmət və tələbkarlıq prinsipi; 
8. T
ərbiyədə nikbinlik prinsipi; 
9. T
ərbiyədə vahidlik və müntəzəmlik prinsipi; 
10. T
ərbiyədə şəxsi nümunə prinsipi; 
İdeyalılıq tərbiyəsində uşaqların yaşına və anlaq səviyyəsinə uyğun çatdırılmalıdır ki, Vətən, 
xalq, milli hissl
ər nə deməkdir. Uşaqlar bilməlidirlər ki, Azərbaycan xalqı özünəməxsus milli 


d
əyərlərə malik olan sülhsevər, başqalarının varına-dövlətinə göz dikməyən, humanist bir 
xalqdır. Eyni zamanda uşaqlar xəyanətkar ermənilərin məqsədini, 20 yanvar qırğınının 
başvermə səbəblərini bəsit formada olsa da, dərk etməlidirlər. Dövlətimizin həyata keçirdiyi 
daxili v
ə xarici siyasət də məktəbəqədər yaşlı uşaqların yaşına və anlaq səviyyəsinə müvafiq 
t
ədbirlər vasitəsilə onlara çatdırılmalıdır.
M
əktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsinin real həyatla və əməklə əlaqələndirilməsi 
uşaqların həyatına sevinc gətirməlidir. Əməyin əxlaq tərbiyəsinə təsiri güclüdür. Uşaqlar hələ 
m
əktəbəqədər dövrdən zəhmətə alışmalı və dərk etməlidirlər ki, həyatda zəhmətsiz yaşamaq 
qeyri-
mümkündür, əmək və zəhmət insanlara şərəf gətirir, hörmət qazandırır. 
Az
ərbaycan xalqının milli-mənəvi dəyərləri uzun əsrlər boyu formalaşmış, qorunmuş və daha 
da z
ənginləşmişdir. Milli əxlaqi anlayışda ifadəsini tapmış nəcib keyfiyyətlər ( səxavətlilik, 
xeyirxahlıq, əməksevərlik, sadəlik və s.) bütövlükdə xalqın mənəvi dəyərləridir və gənc nəslin 
t
ərbiyə olunmasında , uşaqların rəftar və fəaliyyətində bu dəyərlərə riayət olunması tərbiyənin 
z
əruri tələblərindəndir.
M
əktəbəqədər yaşlı uşaqlarda dostluq, birlik, yoldaşlıq, qayğıkeşlik hisslərinin tərbiyə 
olunmasının əsas yolu uşaqlar arasında, kollektivdə tərbiyə etməkdir.Bağçada təşkil edilən 
oyunlar, keçirilən gəzintilər, yaşlıların əməyi ilə tanışlıq, bağçanın rejimi uşaqların kollektivçilik 
t
ərbiyəsi üçün təsirli amillərdir.
M
əktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsində onların fərdi xüsusiyyətlərinin nəzərə 
alınması da tələb olunur. Bəzi uşaqlar utancaq, bəziləri tez qaynayıb qarışan olurlar. Burada 
üsul və vasitələr uşağın fərdi xüsusiyyətinə uyğun seçilir.
M
əktəbəqədər yaş dövrü uşaqların sürətli inkişaf dövrüdür. Ona görə də hər yaş dövrünün 
özünəməxsus xüsusiyyətləri olur. Tərbiyəçi uşaqların diqqətini, hafizəsini, dözümlülüyünü dəqiq 
n
əzərə alaraq, tərbiyə prosesində yaşauyğunluq prinsipinə ciddi əməl etməlidir. 
“Uşağa mümkün qədər çox hörmət etmək və ona çoxlu tələblər vermək” tərbiyənin başlıca 
prinsipl
ərindən biridir. Uşaq nə qədər kiçik olsa da, tərbiyəçi və valideyn ona hörmət etməyə, 
onun şəxsiyyəti ilə hesablaşmağa borcludur. Verilən tələblər isə uşağa aydın olduqda, o, həmin 
t
ələbləri həvəslə yerinə yetirir. Tərbiyəçi tələbləri yerinə yetirməkdən ötrü şərait yaratmalı, 
uşaqda müsbət əxlaqi keyfiyyətlərin yaranmasına kömək etməlidir.
M
əktəbəqədər yaş dövründə uşaqların istəyi, marağı hələ şüurlu xarakter daşımadığı üçün , 
onların hərəkətləri qeyri-ixtiyari, hissi fəaliyyət kimi yaranır. Bu səbəbdən də uşaqlar çox vaxt 
nadincliy
ə, xoşa gəlməyən hərəkətlərə yol verirlər. Nikbin tərbiyəçi uşağın pis hərəkətindən 
əsəbiləşmir, əksinə uşağa mehribançılıq göstərərək onun pis hərəkətini yaxşı istiqamətə 
yönəldir.


M
əktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsində bağçada və ailədə vahidlik və müntəzəmlik 
prinsipin
ə əməl olunmalıdır. Uşaq bağçası tərəfindən verilmiş tələblərlə ailənin verdiyi tələblər 
arasında sabit vahidlik olmalıdır.
M
əktəbəqədər yaşlı uşaqlar böyüklərin hərəkət və davranışlarını daim izləyərək özlərini onlara 
oxşatmağa çalışırlar. Ona görə tərbiyəçinin və valideynin şəxsi nümunəsi məktəbəqədər yaşlı 
uşaqların tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. 
3. V
ətənə sədaqətlilik hissinin aşılanması yetişən nəslin tərbiyəsində xüsusi yer tutur. 
T
ərbiyəçi məktəbəqədər yaşlı uşaqlarda Vətənə məhəbbət , onu qorumaq və qeyrətini çəkmək 
t
ərbiyəsini həyata keçirmək üçün aşağıda qeyd olunan vəzifələri yerinə yetirməlidir: 
1. M
əktəbəqədər yaşlı uşaqlarda Azərbaycan Respublikasının müstəqilliyini qorumağı, 
torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən mübarizədə heç bir 
çətinlikdən qorxmamağı, xalqımıza dərin məhəbbət və sədaqətlə xidmət etməyi tərbiyə etmək
2. Uşaqlarda Vətən yolunda, onun tərəqqisi naminə hər cür fədakarlığa hazır olmaq əzmi 
yaratmaq, onlarda V
ətənə məhəbbəti sözdə deyil, işdə göstərməyi aşılamaq; 
3. Uşaqları müstəqil Azərbaycanda yaşayan xalqlar arasında milli həmrəylik, birlik, dostluq 
ruhunda t
ərbiyə etmək, onlara Azərbaycançılıq hissi aşılamaq; 
4. M
əktəbəqədər yaşlı uşaqlarda düşmənlərə qarşı nifrət hissi tərbiyə etmək. 
Uşaqlarda Vətənə sədaqətlilik tərbiyəsinin bir qolunu da Milli Orduya məhəbbət tərbiyəsi 
t
əşkil edir. Bunun üçün aşağıdakı tələblər nəzərə alınmalıdır: 
1.M
əktəbəqədər yaşlı uşaqlarda Milli Orduya məhəbbət tərbiyəsi əqli, əxlaqi,
ideya-siyasi, fiziki v
ə estetik tərbiyə ilə sıx əlaqədə aşılanmalıdır.
2.Başqa əxlaqi dəyərlər kimi Milli Orduya məhəbbət tərbiyəsində də uşaqların yaş və anlaq 
s
əviyyələrinə uyğun bədii əsərlər üzrə müxtəlif tədbirlərin keçirilməsinə, bədii parçaların, şerlərin 
oxunmasına geniş yer verilməlidir.
3. Milli Orduya m
əhəbbətlə bağlı əxlaqi söhbətlər müntəzəm keçirilməlidir; 
4. Uşaqlar tez-tez hərbi hissələrə, tarixi yerlərə ekskursiyalara aparılmalıdır; 
5. Vaxtaşırı Milli Orduya məhəbbət tərbiyəsindən bəhs edən sənədli filmlərə və televiziya 
verilişlərinə baxış təşkil edilməlidir. 
M
əktəbəqədər yaşlı uşaqların vətənpərvərlik və Milli Orduya məhəbbət tərbiyəsinin 
göstərilən pedaqoji tələblər əsasında həyata keçirilməsi uşaqlarda kiçik yaşlarından vətənə, 
torpağa bağlılıq hissini gücləndirir, onlarda qeyrətliliyi və Milli Orduya məhəbbəti 
möhkəmləndirir.


4. Müasir dövrdə məktəbəqədər yaşlı uşaqlara aşılanması vacib olan əxlaqi sifətlərdən biri 
d
ə insanpərvərlikdir. Uşağa, ailə üzvlərinə, yaşlılara, əlillərə, qohumlara – ümumən bütün 
insanlara hörmət etmək, qayğı göstərmək əsl insanpərvərliyin təzahür formalarıdır. 
M
əktəbəqədər yaşlı uşaqlara bu keyfiyyətləri aşılamaqda bədii mətnlərin tərbiyələndirici 
imkanları çoxdur. Məsələn, M.Dilbazinin “Böyüklərə hörmət et” şerinin uşaqlara oxunmasının 
faydası çox böyükdür. Çünki orada söhbət məhz ata-anaya, baba və nənəyə, ümumiyyətlə, 
yaşlılara qayğı və diqqətlə yanaşmaqdan gedir. “Çörək ətirli nənə” hekayəsində Solmaz nənənin 
əməksevərliyindən, “Hamının nənəsi” şerində nənə nəvazişi və qayğıkeşliyindən, “Anamı 
incitm
ərəm” şerində isə ana zəhmətinin müqəddəsliyindən, anaya qayğıkeş münasibətdən bəhs 
olunur. T
ərbiyəçilər belə bədii parçalardan yüksək səriştə ilə istifadə etməklə uşaqlarda 
yaşlılara, böyüklərə qayğı hissini daha da güclü tərbiyə edə bilərlər.
İnsanın əxlaqi kamilliyinin bir mühüm komponenti də onun ədəb-ərkanlı olmasıdır. İnsanın 
ədəb-ərkanlılığı onun rəftar və davranışında, geyimində, başqalarına, o cümlədən uşaqlara və 
yaşlılara münasibətində təzahür edir. Bunu uşaqlıq dövründən həyata keçirmək daha yaxşı 
fayda verir.Xüsusilə, məktəbəqədər yaş dövründə uşaqlarda ədəb-ərkan qaydalarını müntəzəm 
v
ə məqsədyönlü aparmaq lazımdır ki, özül möhkəm olsun. Davranışında təsadüfən yol verilmiş 
qüsurlar uşaqların vərdişinə çevrilməsin, hərəkətlərinə yol tapmasın. Ədəb-ərkanlılığı 
s
əciyyələndirən əlamətlər, yəni mərifətlilik, nəzakətlilik, mehribanlıq və s. məktəbəqədər 
dövrdən düzgün tərbiyə olunursa, sonrakı yaş dövrlərində bu sahədə aparılan işlər daha əlverişli 
olur. Bunun üçün tərbiyəçilər son dərəcə mədəni olmalı, ailə ilə müntəzəm əlaqə saxlayıb bu 
m
ühüm problemi vaxtında həll etməlidirlər. Uşaqlarda nitq inkişafını formalaşdırmaq, onları 
m
ədəni danışmağa alışdırmaq və 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə