Azərbaycan respublikasi təhsil nazirliyi təhsil problemləri institutu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix31.10.2018
ölçüsü0,99 Mb.
#77104
1   ...   22   23   24   25   26   27   28   29   30

73 

 

Portfolioya aşağıdakılar daxildir:  



 

təsviri və ya gündəlik qeydlər; 

 

 



iş nümunələri; 

 



  söhbətlər; 

 



 yaş və inkişaf səviyyəsi cədvəlləri. 

Təsviri  və  ya  gündəlik  qeydlər.  Bu,  uşaqların  fərdi  və  ya  qrup  şəklində 

fəaliyyətləri  haqqında  günün  sonunda  aparılan  təəssüratların  qeydləridir.  Onlar 

subyektiv  xarakter  daşıyır.  Bu  qeydlər  gün  ərzində  baş  verən  hadisələr  arasında 

uşaqların müəyyən nailiyyət və uğursuzluğunu izləməkdə faydalı ola bilər.   



      İş nümunələri.  

 İş  nümunələrinin  təhlili  zamanı  uşaq  əvvəlcədən  tərbiyəçi  (valideyn) 

tərəfindən hazırlanmış хüsusi tapşırığı yerinə yetirir. Tapşırıq  şəkil çəkmək, işarələr 

qоymaq,  yarımçıq  işi  tamamlamaq,  quraşdırma,  yapma,  riyazi  əməliyyatları  yerinə 

yetirmək, əşyalarla оyun və s. ibarət оla bilər. Belə tapşırıqlardan əsasən kö- 

məkçi  metоd  kimi  istifadə  edilir.  Bir  tapşırığın  nəticəsi  ümumi  rəy  üçün  əsas  оla 

bilməz.  Bu  nəticələrin  digər  qiymətləndirmə  metodlarının  nəticələri  ilə  müqayisəsi 

(korrelyasiyası)  aparılır. 

 Söhbətlər.  Uşaqlar  böyüklərlə  onları  narahat  edən  suallar,  fikirlər  haqqında 

danışmağı  çox  sevirlər.  Bu  ünsiyyət  böyüklərin  səmimiliyi  və  uşağın  fikirlərinə 

maraq  göstərmələri  ilə  daha  da  güclənir.  Tərbiyəçi  uşaqların  fikir  və  hisslərini 

dinləməyə  vaxt  taparaq,  onları  daha  yaxşı  anlamağa  başlayır.  Uşaqlara  açıq  suallar 

verərək, onların dünyanı  necə dərk etdiklərini öyrənir («Göydə niyə buludlar var?», 

«Quş və təyyarə arasında hansı oxşarlıq var?»). Onların cavabı düşüncələri  haqqında 

məlumat  verir.  Tərbiyəçi  yuxarıda  verilən  müşahidə  və  qeydiyyat  variantlarından 

nəyi, nə zaman, harada müşahidə edəcəyi haqqında  özü qərar verir.  Uşaqların fərdi 

inkişafının təsvirini verməklə, uşaqlar üzərində aparılan müşahidələrə diqqət yetirilir. 



74 

 

Bu  o zaman xüsusi səmərə verir ki,  uşaqların inkişaf və təliminə  dəstək olmaq üçün  



ailələr ilə əməkdaşlıq edilir.  

Yaş  və  inkişaf  səviyyəsi  cədvəlləri.    Hər  yaş  dövrünün  sonunda  uşaqların 

inkişaf səviyyələri müəyyən olunur.  

Uşaqların  yaş  və  inkişaf  səviyyələrinin  müəyyənləşdirilməsi  və 

qiymətləndirmənin  mütəmadi  aparılması    uşaqların  fərdi  maraqlarına,  öyrənmə 

üsullarına  və  bacarıqlarına  cavab  verən  müvafiq  təlim  strategiyalarının 

planlaşdırılması  üçün  əsas  üsul  hesab  edilir.  Bu  qiymətləndirmə  sistemi    təlim 

strategiyaları  vasitəsilə  tərbiyəçilərin    əsas  nələrə  diqqət  yetirmələrinə  və  uşaqların 

davamlı inkişaf və təliminə dəstək olmaqda köməklik göstərəcəkdir.  

Məzmun standartlarında  nəzərdə tutulmuş  nəticələrin  hamısı təlim prosesində 

nəzərə  alınmalı,  qiymətləndirmə  zamanı  uşaqların nəzərdə  tutulmuş  təlim  nəticələri 



üzrə nailiyyətlərinə xüsusi diqqət  yetirilməlidir. 

İnkişafa  dair  hesabat.    Bu  6-cı  yaşda  ildə  2  dəfə:  yanvar  və  may  aylarında  

aparılır.  Bu  zaman  uşağın  məktəbəqədər  təhsilin  sonunda  inkişafının  səviyyəsi 

müəyyən edilir.  

 

 

 

 

 

 

 

 

 

 

 



75 

 

4.Uşaqların yaş və inkişaf səviyyəsinin qiymətləndirilməsinə dair  



nümunələr 

Nümunə  №1. 

Yaş və inkişaf səviyyəsi cədvəli 

4  yaş 

__________________________________________________________________ 

            Müşahidə edilir       Müşahidə                         

edilmir 

__________________________________________________________________ 

Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik 

__________________________________________________________________ 

Sadə özünəxidmət vərdişləri

 

(soyunmaq,  



geyinmək, yemək, yuyunmaq) nümayiş etdirir.  

 

 



                       

   


Şəxsi mədəni gigiyena qaydalarına əməl edir. 

 

 



 

                       



   


Şəkil çəkir, rəngləyir, qayçıdan istifadə edir.  

 

           



                        

   


Pilləkənləri enib-qalxır.   

 

 



 

 

           



                        

   


Topu təpiklə vurur, tullayır, tutur, qaçır, tullanır, 

 üstündən tullanır.       

 

 

 



 

 

 



                       

   


Müxtəlif məsafələrdə olan əşyaları forma, rəng, hərəkət,  

       ölçü, səs, dad və iyinə görə tanıyır. 

 

 

           



                        

   


Sadə təhlükəsizlik qaydalarına əməl edir. 

 

 



 

 



                       

   



Əsas hərəkətləri  yerinə yetirir.   

 

 



 

           

                        



   


 

Sosial-emosional inkişaf 

__________________________________________________________________ 

Digərləri ilə oynayır və qarşılıqlı fəaliyyətdə olur.   

 



                         

  



 

Ehtiyacları haqqında fikirlərini ifadə edir. 

 

 

 



                         

  

Problemin həllinə maraq  göstərir. 



 

 

 



 

                         



  

Qrup fəaliyyətində iştirak edir, özünü qrupun üzvi kimi   



    göstərməyə cəhd edir.   

 

 



 

 

          



                        

   


Kiçiklər, yaşıdları və yaşlılarla ünsiyyət qurur. 

 

 



                        

   


Sevimli insanları, xoşladığı məşğuliyyəti fərqləndirir. 

 



                        

   



Ünsiyyətdə qoyulan sadə qayda və tapşırıqlara dözümlülük 

nümayiş etdirir.  

 

 

 



 

 

 



                        

   


Kiçik münaqişələri həll edə bilir. 

 

 



 

 



                        

   



Sadə əmək tapşırıqlarını yerinə yetirir.  

 

 



 

                        



   



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə