Azərbaycan respublikasi təhsil nazirliyi təhsil problemləri institutu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix31.10.2018
ölçüsü0,99 Mb.
#77104
1   2   3   4   5   6   7   8   9   ...   30

 

 



GİRİŞ 

Məktəbəqədər  təhsilin  əhəmiyyəti  və  rolu.    3-6  yaş  dövrü  uşaqların  inkişafında  

çox mühüm dövrdür. Məhz bu dövrdə uşaqların beyin hüceyrələrinin artması və onlar 

arasında əlaqələrin qurulması prosesi baş verir. Bunun da nəticəsində uşağın düşünmə, 

qavrama  və  ətraf  mühitdə  insanlar  və  əşyalarla  qarşılıqlı  təsir  istiqamətində  daha 

mürəkkəb  mərhələyə  keçməsi  üçün  zəruri  dəyişikliklər  baş  verir.  Beynin  düzgün 

inkişafı  şəraitində  potensial  dərketmə  qabiliyyətləri  artır.  Uşağın  məktəbdəki  uğurlu 

təhsili,  şəxsiyyət  kimi  formalaşması,  ictimai  həyatda  iştirak  etməsi  məktəbəqədər   

dövrdə  qoyulmuş  təməldən  əhəmiyyətli  dərəcədə  asılıdır.  Məktəbəqədər  təhsil 

uşaqların  intellektual,  fiziki,    psixoloji  və  sosial  inkişafında,  potensial  imkanlarının 

üzə  çıxarılmasında,  məktəbə  hazırlanmasında,  sadə  əmək  vərdişlərinə  yiyələnməsi, 

istedad  və  qabiliyyətlərinin  üzə  çıxarılması,  sağlamlığının  qorunması  və  estetik 

inkişafında,  müstəqillik,  yaradıcılıq,  təşəbbüskarlıq  kimi  keyfiyyətlərin,  hisslərin  və 

həyati  bacarıqların  formalaşmasında  mühüm  rol  oynayır.  Məktəbəqədər  yaş  uşağın 

fəal  sosiallaşması,  böyüklər  və  yaşıdları  ilə  daha  çox  ünsiyyət  qurması,  mədəni 

vərdişləri  mənimsəməsi,  mənəvi  və  estetik  hisslərin  oyanması  dövrüdür. 

Məktəbəqədər müəssisə də  öz növbəsində uşağın ətraf aləmlə qarşılıqlı harmoniyasını 

təmin  etməyə,  xeyirxah  hisslər  oyatmağa,  əməkdaşlığa  və  müsbət  özünütəsdiqə  nail 

olmağa  qadirdir.  Uşağın  sosial  fəallığı  cəmiyyət  tərəfindən  qəbul  edilmiş  mədəni 

ənənələrə uyğun olaraq ətraf aləmə münasibətini ifadə etməyə can atmasında yaranır. 

Bunların  da  əsası  məktəbəqədər  müəssisələrdə  qoyulur.  Məhz  bu  dövrdə  uşaqlarda 

ətraf  aləm  haqqında  ilkin  təsəvvürlər,  təfəkkür  elementləri  formalaşır,  ətraf  aləmin 

hadisələri,  sadə  qanunları  və  qanunauyğunluqları  arasında  qarşılıqlı  əlaqələri 

müəyyənləşdirmək və əldə edilmiş bilikləri praktik fəaliyyətdə müstəqil tətbiq etmək 

bacarığı  yaranır.  Uşaqlar  fakt  və  hadisələri  müqayisə  etmək,  ümumiləşdirmək, 




 

qruplaşdırmaq,  əlamətlərinə  görə  ayırmaq,  nəticə  çıxartmaq  kimi  bacarıqlara 



yiyələnirlər.  

Uşaq  şəxsiyyətinin  inkişafı  üçün  şərait  yaradan  sosial  mühitdə  ünsiyyətin  rolu 

böyükdür.  Ünsiyyət  prosesində  maddi  və  mənəvi  dünyanın,  təbiət,  əşya  və  sosial 

aləmin  dərk  olunması,  şəxsiyyətlərarası  münasibətlərin  inkişafı,  emosional  və  iradi 

mədəniyyətin təşəkkül tapması  baş verir.  Ünsiyyət  yeni sosial  mühitə  uyğunlaşmaya, 

komfortu  hiss  etməyə  imkan  yaradır.  Bunun  üçün  müvafiq  bacarıqların 

mənimsənilməsi  zəruri  hesab  edilir.  Kommunikativ  bacarıqlara  nail  olmaq  uşağın 

sosial davranışını  yaxşılaşdırır: digərini başa düşüb qəbul etməyə, məlumat verməyə, 

hisslərini  ifadə  etməyə,  bütövlükdə  nitq  inkişafına  imkan  yaradır.  İlkin  qazanılan 

bacarıq  və  vərdişlər,  milli-mənəvi  keyfiyyətlər  şəxsiyyətin  həyat  mövqeyini 

müəyyənləşdirir. Müasir təhsil modelində məktəbəqədər təhsilə ümumi təhsilin birinci 

pilləsi,  uşaqların  məktəb  təliminə  müvəffəqiyyətlə  hazırlığı  üçün  bərabər  imkanların 

yaradılmasının əsası kimi baxılır. 

 

Bu  yaş  mərhələsində  uşaqlar  nəinki  bütün  uşaqlar  üçün  ümumi  olan  xarakter 



cizgiləri,  həm  də  xüsusi,  fərdi  psixi  və  davranış  xüsusiyyətləri  qazanırlar. 

Məktəbəqədər  yaş  dövründə  uşaqlarda  hərəkətliliyə  tələbat  güclənir,  operativ  hafizə 

inkişaf  edir,  hərəkətlərin  dəqiqliyi,  uyğunluğu,  ayrılmazlığı  yaranır.  Bütün  hərəki 

fəaliyyətlər  dərk  olunur,  dinamik  və  məqsədyönlü  xarakter  daşıyır.  Fiziki  və  idraki 

çalışqanlıq artır. Xarakter, əqli və iradi keyfiyyətlər, motiv formalaşır. Məktəbəqədər 

təhsil ibtidai məktəbə keçid ərəfəsində (5-6 yaş dövrü) uşağın həm məktəbdə, həm də 

sonrakı həyatda uğurlar qazanmasında həlledici rol oynayır. 

 

Məktəbəqədər  təhsilin  məqsəd  və  vəzifələri.  Məktəbəqədər  təhsil  pilləsində 

uşaqların təhsil alması, təlim-tərbiyə işinin daha səmərəli, tələblərə müvafiq qaydada 

qurulması tələb olunur. Bu zaman psixologiya, pedaqogika, sosiologiya, biologiya  və 

digər  elmlərin  nailiyyətlərinə,  milli  mədəniyyətə,  adət-ənənələrə,  eləcə  də  müasir 

dünya  təcrübəsinə  istinad  olunması  zəruri  hesab  edilir.  Bunlarla  yanaşı,  uşaqların 




 

ümumi 



inkişafı, 

onların 


şəxsiyyətinin 

formalaşdırılması, 

təlim-tərbiyənin 

səmərəliliyinin  artırılması,  inkişaf  və  davranışda  baş  verə  biləcək  ləngimələrin, 

pozuntuların  aradan  qaldırılması,  “uşaq-uşaq”,  “tərbiyəçi-uşaq”,  “valideyn-tərbiyəçi” 

münasibətlərinin,  eləcə  də  kollektivdə  qarşılıqlı  münasibətlərin  düzgün  qurulması 

mühüm istiqamətlər kimi diqqət mərkəzində saxlanılır. 

Məktəbəqədər  təhsilin  məqsədi  uşağın  fiziki,  psixi,  emosional,  sosial  və 

intellektual  potensialının  inkişafı  üçün  şərait  yaratmaq,  uşaqların  sadə  əmək 

vərdişlərinə  yiyələnməsini  təmin  etmək,  uşaqlarda  məntiqi  və  yaradıcı  təfəkkürün 

ilkin  elementlərini  formalaşdırmaq  və  istedadlı  uşaqların  erkən  yaşdan  üzə 

çıxarılmasını təmin etməkdən ibarətdir. 

 

Bu  məqsədin  reallaşdırılması  üçün  aşağıdakı  vəzifələrin  həyata  keçirilməsi 



nəzərdə tutulur: 

 



ailədə və məktəbəqədər müəssisələrdə uşaqların təhlükəsizliyinin qorunması; 

 



uşaqlarda  sağlam  həyat  tərzinə  aid  müvafiq  bacarıq  və  vərdişlərin    

formalaşdırılması; 

 

uşaqların fiziki, psixi,emosional, intellektual inkişafının təmin edilməsi; 



 

uşaqlarda Vətənə məhəbbət, millətinə, dilinə, dininə, dövlət rəmzlərinə, Azər-



baycan  xalqının,  həmçinin  digər  xalqların  milli-mənəvi  dəyərlərinə  hörmət  hissinin 

yaranması və inkişafı; 

 

uşağın tələbat və maraqlarının müəyyən edilməsi, təhsildə bu amillərin nəzərə 



alınması; 

 



uşaqların məktəb təliminə hazırlanması. 

Məktəbəqədər təhsil proqramının( kurikulumunun)  məqsəd və vəzifələri. 

Məktəbəqədər təhsil proqramında( kurikulumunda ) məktəbəqədər yaşlı uşaqların 

ilkin  həyati  bacarıq  və  vərdişlərə  yiyələnməsi  tələb  olunur,  onlara    gələcək  həyat 

fəaliyyətində  lazım  olacaq  bacarıq  və  vərdişlərin  aşılanması,  qabiliyyətlərin 

formalaşması ön plana çəkilir. Onların bir  şəxsiyyət kimi  formalaşmasının bünövrəsi 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə