Azərbaycan respublikasi təhsil nazirliyi təhsil problemləri institutu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix31.10.2018
ölçüsü0,99 Mb.
#77104
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

66 

 

• uşaqların fəallığı.  



Valideynlər öz uşaqlarının əqli qabiliyyətləri haqqında  tərbiyəçidən məlumat 

alır,  onların  təlim  nailiyyətlərinə  verilən  qiyməti  daha  asan  qavrayaraq    uşağın 

irəliləyişini sürətləndirmək məqsədilə tərbiyəçilərlə əməkdaşlıq edirlər. Pedaqoji şura 

iclaslarında  iştirak,  valideyn  şurasına  üzvlük,  məktəb  həyatı  haqqında  söhbətlər  və 

birgə  mütaliə  kimi  pedaqoji  tədbirlər  uşağın  təhsilində  valideynlərin  fəal  iştirakını 

təmin edən çoxsaylı yollarındandır.  

Ailə ilə məktəbəqədər müəssisənin birgə fəaliyyətində  aşağıdakıların nəzərə 

alınması tövsiyə olunur: 

1.

 

Tərbiyəçi və valideynlərin uşaqların təlim- tərbiyəsində tərəfdaş olması; 



2.

 

Tərbiyəçi  və  valideynlərin  uşaqların  təlim-tərbiyəsinin  məqsəd  və 



vəzifələrini bilməsi; 

3.

 



  Tərbiyəçi  və  valideynlər  tərəfindən  uşağa  kömək,  hörmət  və  inamın  

göstərilməsi; 

4.

 

Tərbiyəçi    və  valideynlərin  uşaqların  tərbiyəsində  kollektiv  və  ailənin  



tərbiyəvi    imkanlarını  bilməsi,    uşaqlarla  birgə  iş  zamanı  tərbiyəvi  potensialdan 

maksimum istifadə edilməsi; 

5.

 

Məktəbəqədər müəssisələr və ailənin qarşılıqlı fəaliyyətinin, onun aralıq və 



son nəticələrinin daim  təhlil edilməsi. 

Uşaq  bağçalarında  valideynlərlə  işin  səmərəli  təşkili  nəticəsində  uşaqlarda 

intellektual  bacarıqlar  formalaşmış  olur.  Praktiki  olaraq  bütün  uşaqlar  fəaliyyətin 

məqsədini  dərk  edir,  onun  planını  nəzərdə  tutur,  adekvat  üsullar  seçir,  nəticəni 

yoxlayır,  işdə  qarşıya  çıxan  çətinlikləri  dəf  edir  və  işi  müvəfəqqiyyətlə  sona  çatdıra 

bilirlər.  



Ailələrlə  əlaqə  üçün  aşağıdakı  strategiyalardan  istifadə  edilməsi  tövsiyə 

olunur: 


67 

 



 

uşaq  bağçası    mühiti  xaricində  ailələr  və  uşaqlarla  qarşılıqlı  əlaqənin  

saxlanılması;  

 



geniş  perspektivlər  barədə  fikrini  bildirmək  üçün  valideynlərin 

həvəsləndirilməsi;  

 

valideynlərin  məktəbəqədər  təhsil  müəssisədəki  fəaliyyətlə  əlaqəsi  olan, 



evdə istifadə edilməli resurslarla  təmin edilməsi;  

 



tərbiyəçilərin  ailələri  öyrənməsi  üçün  imkan  daxilində  ailələrə  səfərlər 

edilməsi və valideynlərin maarifləndirilməsi;  

 

uşağın    qayğı  da  daxil  olmaqla    sağlamlığa  dair  qabaqlayıcı  tədbirlər  və 



xidmətlərlə təmin edilməsi;  

 



həssas ailələrə diqqət yetirilməsi. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


68 

 

3. UŞAQ INKIŞAFININ İZLƏNİLMƏSİ VƏ DƏYƏRLƏNDİRİLMƏSi 



3.1.Uşaq inkişafının izlənilməsi 

Yeni 


məktəbəqədər 

təhsil 


proqramının  (kurikulumunun)  tətbiqində 

tərbiyəçilərin ən mühüm funksiyalarından biri müşahidəçi fəaliyyət göstərməsidir. 

Müşahidəçi  kimi  funksiyanı  yerinə  yetirmək  üçün  tərbiyəçi  müşahidə  üçün  vaxt 

ayırmalı və müşahidənin aparılması üçün lazımi vasitələrə malik olmalıdır.  

Uşağın inkişafının izlənilməsi üçün ən səmərəli  yollardan biri təbii şəraitdə - 

evdə, məktəbəqədər müəssisədə, məktəbəqədər müəssisədən kənar mühitdə uşağın 

müşahidə  edilməsi  və  müşahidə  etdiklərinə  dair  qeydlərin  aparılmasıdır. 

Müşahidə və qeydlərin aparılması yolu ilə tərbiyəçilər  uşaqlar haqqında məlumat 

əldə  edib  onun  fəaliyyətini  planlaşdırılmalı,    uşaqların  ailəsi  ilə  paylaşmaq  üçün 

ondan istifadə etməlidirlər.  



Müşahidə nədir?  Müşahidə uşağın məşğuliyyətinə müdaxilə etmədən tərbiyəçi 

tərəfindən seyr edilməsi prosesidir. 

Tərbiyəçilər  qeydə  aldıqları  davranışları  dəqiq  təsvir  etməlidirlər.  Müşahidə 

olunmuş fəaliyyət və davranış nümunələri mütəmadi halda qeyd  olunmalədır. Bu, 

sənədləşdirmə prosesidir və uşaqlar haqqında sistemli biliklərin toplamasına şərait 

yaradır.    Müşahidələr  sistematik  halda  aparılmalıdır.  Sistematik  yanaşma 

uşaqların  müəyyən  müddət  ərzində      bir  çox  fərqli  fəaliyyətlərdə  iştirakı  zamanı 

onların inkişafının izlənilməsinə imkan yaradır.  

3.2. Dəyərləndirmə və  qiymətləndirmə  

Dəyərləndirmə  toplanmış  məlumatların  təhlili  və  nəticələrin  çıxarılması 

prosesidir. 

Dəyərləndirmə  nəzərdə  tutulan  ümumi təlim  nəticələrinə  nail  olmaqda  uşağın 

əldə etdiyi irəliləyişi müəyyən etmək üçün qiymətləndirmə əsnasında toplanmış mə-

lumatlar  barədə  mühakimə  yürütməkdən  və  həmin  məlumatları  şərh  etməkdən 

ibarətdir.   




69 

 

Məktəbəqədər  təhsildə  qiymətləndirmə    uşaqların  inkişafı,  nailiyyətləri  və 



xüsusi ehtiyacları haqqında  məlumatın toplaması və  təhsil  prosesində nailiyyətlərin 

müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə 

ölçülməsidir. 

Yeni  qiymətləndirmə  sisteminin  tətbiq  olunmasında  məqsəd  təlimin 

keyfiyyətini  yaxşılaşdırmaq,  tədris  prosesinin    səmərəliliyini    təmin  etmək,  uşaq 

fəaliyyətinin inkişafını izləmək və istiqamətləndirməkdən ibarətdir. 

Qiymətləndirmə  tədris  fəaliyyətinin  başlanğıc  nöqtəsi  və  səmərəli  tədris  fə-

aliyyətinə,  qiymətləndirmədən  asılı  olaraq,  kurikuluma  düzəlişlər  edilməsinə, 

uşaqların  inkişafı  və  təhsili  ilə  əlaqədar  ailələrlə  ünsiyyətə    imkan  yaradan  əsas 

amildir.  Hər  hansı  uşağın  nailiyyətlərinin  qiymətləndirilməsi  həmin  uşağın  təlim 

fəaliyyətini təkmilləşdirmək üçün nəzərdə tutulur. 

Məktəbəqədər  təhsil  müəssisələrində    üç  növ  qiymətləndirmədən  istifadə 

edilir: diaqnostik (ilkin), formativ (cari) və summativ (yekun). 

Diaqnostik  (ilkin)  qiymətləndirmə  sentyabr-oktyabr  aylarında,  təlim 

məşğələlərinin  əvvəlində  uşaqların  ilkin  inkişaf  səviyyələrini,  fərdi  ehtiyaclarını 

müəyyənləşdirmək məqsədi ilə aparılır.    

Formativ  (cari)  qiymətləndirmə  uşaqların  ümumi  inkişafının  müntəzəm 

izlənilməsi və istiqamətləndirilməsi məqsədilə aparılır.  



«Summativ»  termini ingilis dilində «sum up», yəni müəyyən müddətin və ya işin 

yekunu,  xülasəsi  deməkdir.  Summativ  qiymətləndirmə  müəyyən  müddət  üzrə  aparılmış 

müşahidələri əhatə edən uşağın inkişafının ümumiləşdirmiş xülasəsi deməkdir.  Xülasələr 

yarımillik və illik hesabatlar kimi  və xüsusi formatda verilir.  



Summativ    (yekun)  qiymətləndirmə  məktəbəqədər  təhsil  pilləsində  uşaqların 

ümumi təlim nəticələrinə nail olduqlarını muəyyən etmək üçün məktəbəhazırlıq qrupunda  

ildə 2 dəfə (yarımildən bir) aparılır.  Hər bir uşağın müəyyən müddət ərzində əldə etdiyi 

nailiyyətləri  ümumiləşdirmək  və  qiymətləndirmək,  ibtidai  sinif  müəllimləri  ilə  əlaqə, 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə