Azərbaycan respublikasi təhsil nazirliyi təhsil problemləri institutu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix31.10.2018
ölçüsü0,99 Mb.
#77104
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

56 

 

yaradır  və  bu  zaman  onlar  özlərinin  bütün  bilik,  bacarıq  və  istedadlarını  nümayiş 



etdirə bilmək imkanı  əldə edirlər.   Fəal təlim  məktəbəqədər yaşlı uşaqların inkişaf 

etdirilməsi üçün ən yaxşı texnologiyadır. Bu o deməkdir ki, uşaqlar təlim prosesində 

passiv  deyil,  konkret  materiallarla  və  əhatəsində  olan  insanlarla  fəal,  qarşılıqlı 

ünsiyyətdə olurlar.    

Fəal  təlim  metodlarından  istifadə  tədris  prosesinin  təşkilinə,  tərbiyəçi-uşaq 

münasibətlərinə 

yeni 

məzmun 


gətirir, 

tərbiyəçi-uşaq 

münasibətlərinin 

dəyişdirilməsini, onlar arasında pedaqoji əməkdaşlığa, qarşılıqlı hörmətə, bir-birinin 

ləyaqətinə,  hüquq  və  azadlıqlarına  hörmət  etməyə  əsaslanan  yeni  münasibətlərin 

yaradılmasını  təmin  edir.  Məktəbəqədər  təhsil  müəssisələrində  fəal  təlim 

metodlarları  ilə  aparılan  məşğələlərin  aşağıdakı  ardıcıllıqla  həyata  keçirilməsi 

məqsədəuyğun hesab edilir:  

 

Motivasiya  ( problemin qoyulması). 



 

 Tədqiqat sualı. 

 

 Tədqiqatın aparılması.  



 

 Məlumat mübadiləsi. 

 

 Məlumat müzakirəsi. 



 

 Nəticə və ümumiləşdirmələr. 

 

 Dəyərləndirmə (məşğələ boyu aparılır).  



Motivasiya.    Məşğələ  motivasiya  ilə  başlanır.  (Yəni  tərbiyəçi  tərəfindən 

problemin  qoyulması,  uşaq  tərəfindən  fərziyyələrin  irəli  sürülməsi).  Motivasiya 

“motiv”  sözündən  götürülmüşdür.  Latın  dilində  tərcüməsi  “hərəkətə  gətirmək”, 

“itələmək”  deməkdir.  Deməli,  tərbiyəçi  motivasiya  yaradarkən  uşaqları  hərəkətə 

gətirir, düşünməyə “itələyir”. Düzgün qoyulmuş  motivasiya  uşaqda  fəallıq yaradan 

səbəbdir.  

Motivasiyanı necə qurmaq lazımdır? 

 



Diqqəti cəlb etmək və uşağı maraqlandırmaq. 


57 

 



 

Müxtəlif fərziyyələrə səbəb olan vəziyyət yaratmaq. 

 

Müstəqil tədqiqat üçün imkan yaratmaq. 



 

Məktəbəqədər yaşlı uşağın imkanlarına müvafiqliyi nəzərə almaq. 



 

Uşağa öz bacarığını həyata keçirməyə imkan vermək. 



Tədqiqatın  aparılması.    Fərziyyələri  yoxlamaq  üçün  tapşırıqları  həll  etmə 

prosesində məlumatların, faktların axtarılması və toplanmasıdır.  



Məlumat  mübadiləsi  və  müzakirə.    Verilmiş  işi  bitirmək  üçün  uşaqlar  iş 

formasından  asılı  olaraq  qruplarla  və  ya  cütlərlə,  öz  aralarında  fikir  mübadiləsi 

edirlər

.   


Bu  zaman  cütlər  və  ya  qruplarla  işləyən  uşaqlar  öz  aralarında  seçdikləri 

lider  vasitəsilə  verilmiş    tapşırıqla  bağlı  ümumi  fikri  bütün  qrupa  və  tərbiyəçiyə 

çatdırırlar. 

Nəticə  və  ümumiləşdirmə.  Tərbiyəçi  məlumatları  dinlənildikdən  sonra 

tədqiqatla əlaqədar fikirlərə lazımi istiqamət verir, ümumi nəticə çıxarılır. 



İş formaları.  

İş formaları dedikdə fərdi, cütlərlə, qruplarla və  kollektiv iş nəzərdə tutulur. 



Fərdi  iş  uşaqların  potensial  imkanlarının  müəyyənləşdirilməsi  və  onların 

müstəqil fəaliyyət göstərməsi üçün  imkan  yaradır. 



Cütlərlə iş zamanı uşaqların hər hansı problemin həllində biri-birinə köməklik 

göstərmələrinə,  əməkdaşlıq  etmələrinə,  bir-birlərinin  qarşısında  öz  məsuliyyətlərini 

dərk etmələrinə imkan yaranır. 

Qruplarla iş (3-4 nəfər) zamanı uşaqlar kiçik qruplarda birləşir, işin gedişində 

əməkdaşlıq və  müxtəlif problemləri bir yerdə həll etməyə cəlb olunurlar. Bu zaman 

uşaqlar  müstəqil fikir söyləmək, digərlərini dinləmək  imkanı  əldə edirlər. 

Kollektiv  iş    zamanı  kollektivdə  işləmək,  birgə    fəaliyyət  göstərmək  və  

kommunikativ bacarıqların  inkişafı təmin edilir. 



Fəal  təlim üsullari. 


58 

 

Təhsildə  yaradıcı  düşünən,  müstəqil  mühakimə  yürüdə  bilən  demokratik 



dünyagörüşünə  malik şəxsiyyət formalaşdırmaqda  geniş  imkanları olan əqli  hücum, 

rollu  oyunlar,  söz  assosiasiyası,  tap-tapmaca,  müzakirə,  nağıletmə,  diskussiya, 

suallar,  şaxələndirmə  (klaster),  problemli    vəziyyət    kimi  təlim  üsullarından  istifadə 

edildikdə  müsbət nəticələr əldə etmək mümkündür. 



Əqli hücum. Birgə səy nəticəsində konkret problemin bir neçə həllinin işlənib 

hazırlanması,  məhdud  vaxt  ərzində  bütün  uşaqların  problemlə  bağlı  ideyalarının 

toplanması,  dayaq  biliklərinin  fəallaşdırılması  və  ya  təlim  fəaliyyətinin 

stimullaşdırılmasıdır.  Əqli hücüm uşaqlara öz fikirlərini sərbəst ifadə etmək imkanı 

verir və fikrin müxtəlifliyinin zəruriliyini başa düşmək üçün şərait yaradır. 

Bu   üsuldan  məşğələlərdə problemli situasiya,   fikir  müxtəlifliyi yaratmaq  və 

həlli  yollarını  tapmaq  üçün  tətbiq  olunur.  Belə  şəraitdə      uşaq  düşünməli  olur, 

yoldaşlarının  dedikləri  ilə  razılaşmadıqda    öz  mövqeyini    bildirir.  Bu  mövqe  onun 

əvvəllər əldə etdiyi  biliklər  əsasında yaranır, düşüncə tərzi kimi   formalaşır. Bəzən  

bu  fikir  dəqiq    olmur,  lakin    o  uşaqların  fəallığı  baxımından  didaktik  əhəmiyyət 

daşıyır.  Uşaqların  fəallığının  artırılmasına  və  onlar  tərəfindən  ideyaların  irəli 

sürülməsinə  imkan  yaradır.  Bu  üsuldan  demək  olar  ki,  bütün  məşğələlərdə  istifadə 

etmək mümkündür. 

Tap-tapmaca.  Oyun-  tapmaca  formasında  keçirilən  bu  üsul  uşaqlarda  yüksək 

fəallıq yaradır. Tərbiyəçi  lövhədə dairəvi kart asır, onun arxasında yeni mövzu üzrə 

“açar söz” mahiyyəti daşıyan anlayışın şəkli yapışdırılır. Kartın şəkil olmayan  tərəfi 

uşaqlara tərəf asılır. Uşaqlara şəklin arxasında gizlədilmiş anlayışın xüsusiyyətlərinə 

aid  2 və ya 3 yönəldici söz sadalanır. Yaxud lövhəyə kartın yanında həmin anlayışa 

aid  şəkillər    yapışdırır.  Uşaqlar  həmin  şəkillərə  uyğun  olaraq  gizlədilmiş  anlayışı 

tapırlar  (Məsələn,  qış  fəslinə  aid  qar,  şaxta  baba  və  s.).  Uşaqlar  anlayışı  tapmaqda 

çətinlik çəksələr, əlavə olaraq  yeni xüsusiyyətlər sadalanır. Uşaqlar öz fərziyyələrini 

dedikdən  sonra  tərbiyəçi  kartı  çevirir.  Anlayışın  düzgün  tapılmasında  fəallıq 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə