Azərbaycan respublikasi təhsil nazirliyi təhsil problemləri institutu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix31.10.2018
ölçüsü0,99 Mb.
#77104
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

59 

 

göstərənlər  qeyd  olunur.  Çətinlik  çəkənlərə  öz  fikirlərini  əsaslandırmaq  üçün  imkan 



yaradılır.  

Nağıletmə.  Nağıletmə  məlumatın  tərbiyəçidən    uşağa  ötürülməsi    və  dinləmə 

bacarıqlarının  inkişafı  üsuludur.  Bu  üsuldan  mövzu  ilə  bağlı    məzmunun  

zənginləşdirilməsi, tamamlanması məqsədilə  istifadə etmək məqsədəuyğundur. Belə 

qısa nağıletmə 10-15 dəqiqə ərzində aparılır. Nağıletmə ilə bağlı  aşağıdakı məsələlər 

diqqət mərkəzində saxlanılır.  

  Nağıletmənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək. 

 Nağıletmə zamanı ardıcıllığı gözləmək. 

 Nağıletmədə süjetli şəkillərdən istifadə etmək. 

  Digər  əyani  və  texniki  vasitələrdən    istifadə  etmək.  Tərbiyəçi  məlumatın 

ötürülmə prosesini  verbal (suallar vermək) və vizual (uşaqların sifətlərinin ifadəsini 

və jestlərini müşahidə etməklə) tənzimləyir. 

Müzakirə.  Müzakirə  mövzu  ətrafında  ideya,  məlumat,  təəssürat,  təhlil  və 

təkliflərin  qarşılıqlı  mübadiləsidir.  Onun  əsas  vəzifəsi  problemi  təhlil  edərək    həlli 

yolunu tapmaq,  düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır. 

Uşaqların    ünsiyyət,    kommunikativ  bacarıqlarının  formalaşdırılmasında 

mühüm  rol  oynayır.  Uşaqlar    sual  və  replikalarla  müzakirələrə  qoşulur,  fakt  və 

hadisələrdən  istifadə  etməklə    inandırıcı  nitq    nümayiş  etdirirlər.  Qazandıqları  bilik 

və bacarıqları  təcrübədə tətbiq etmək imkanı qazanırlar.  

        Müzakirə  apararkən  əvvəlcədən  uşaqlara  müzakirə  qaydaları  deyilir.  Mövzu  

aydın  şəkildə  ifadə  olunur.  Müzakirə  prosesini  inkişaf  etdirən  suallar  vermək  və 

uşaqların  cavablarını  nəzərdən  keçirməklə  tərbiyəçi    müzakirəni  tənzimləyir.  Bu 

zaman cavabı “Bəli”  və  ya “xeyr” olan  qapalı suallar  vermək  məqsədəuyğun  hesab 

edilmir. Müzakirədə mövzuya aid  “Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür 

ola bilərdimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz? Sizin  fikrinizcə, həmin obraz 

nə  hiss  etdi?  Siz  bu  şəraitdə  nə  hiss  edərdiniz?  Bu,  düz  idimi?  Nə  üçün?”  kimi  




60 

 

suallardan istifadə olunur. Bu  təlim üsulundan böyük və məktəbəhazırlıq qruplarında 



istifadə edilir. 

Şaxələndirmə  (klaster).

 

Tərbiyəçi    tərəfindən  lövhədə  və  ya  iş  vərəqlərində 



dairə  çəkilir  və  onun  mərkəzində  yapışdırılmış  şəkil    ilə  bağlı    söz  və  ya  ifadələr 

söyləmək uşaqlara tapşırılır. Mərkəzdə yapışdırılmış şəkildən başlayaraq hər növbəti 

şəkil    onunla    əlaqəli  şəkillərlə  xətlərlə  birləşdirilir.  Məşğələnin  sonunda    alınan 

şaxələndirməyə  əsasən  ümumiləşdirmə  aparılır.  Bu  üsuldan  məktəbəhazırlıq 

qruplarında istifadə oluna bilər. 

Problemli    vəziyyət.  Bu  üsul  tənqidi  təfəkkürü,  təhliletmə  və  ümumiləşdirmə  

vərdişlərini inkişaf etdirir. Tərbiyəçi əvvəlcədən problemi və müzakirə üçün sualları 

hazırlayır. Uşaqlar  4-5 nəfərlik qruplara bölünür. Problemli vəziyyət təsvir  olunmuş  

vərəqlər  uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir 

və həlli yolunu göstərir. Qruplar öz işlərini bitirdikdən sonra qrupda ümumi müzakirə 

aparılır. 



 Rollu-sujetli  oyunlar.      Rollu  oyunlar  hər  hansı  bir  problemə  müxtəlif 

nöqteyi-nəzərdən  yanaşmağı  tələb  edir.  Bu  üsul  uşaqlara    hadisələrin  iştirakçısı 

olmaq  və  mövcud  vəziyyətə  başqalarının    gözu  ilə  baxmaq    imkanı    verir.  Oyun 

prosesində uşaqlar rola girir,  mövcud vəziyyəti başqasının  gözü  ilə  görürlər. Təlim 

prosesinə belə oyun elementlərinin gətirilməsi onun  maraqlılığını, uşaqların yaradıcı 

fəaliyyət göstərməsi imkanlarını genişləndirir. 



Suallar. Uşaqların idrak fəallığının artırılmasında böyük  rol oynayır.  

Sualların  sayının  4-5  arasında  olması  məqsədəuyğundur.  Sualların  qoyuluşu  tənqidi  

təfəkkürün inkişafına doğru yönəldilməli, məntiqi ardıcıllıq gözlənilməli, məzmun və 

mövzu ilə bilavasitə əlaqəli olmalıdır. 

 

          



2.3. İnkişaf sahələri  üzrə təlimin planlaşdırılması 


61 

 

Məktəbəqədər  təhsil  müəssisələrində  təlimin  səmərəli  təşkili  işin  düzgün 



planlaşdırılmasından  başlayır.  Düzgün  planlaşdırma  üçün  yerinə  yetiriləcək  təlim 

işlərinin  əvvəlcədən  layihələşdirilməsi  xüsusi  didaktik  əhəmiyyət  kəsb  edir. 

Məktəbəqədər  təhsil  müəssisələrində  planlaşdırmanın,  əsasən,  aşağıdakı  iki 

növündən istifadə edilməsi zəruri hesab edilir: 

  perspektiv ( illik) planlaşdırma. 

 cari (həftəlik) planlaşdırma. 

Perspektiv  (  illik)  planlaşdırma  standartların  reallaşması    məqsədilə  inkişaf 

sahələrinə əsasən   hər  yaş qrupu  üçün  işin   planlaşdırılması  üzrə aparılır. Məktəbə-

qədər  təhsil  proqramının(kurikulumunun)  əsas  istiqamətlərinə  müvafiq  olaraq 

müəyyənləşdirilmiş  həmin  sahələrin  planlaşdırılmasında  inteqrativlık  prinsipi  ciddi 

şəkildə gözlənilir.  

 

Perspektiv ( illik) planlaşdırma aşağıdakı  nümunəvi  sxem üzrə aparılır 

Standartlar  Bölmə  

Mövzular 

inteqrasiya 

Resurslar 

  Tarix 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

Cari planlaşdırma alt standartların həyata keçirilməsi məqsədilə ayrı-ayrı məş-

ğələlər və məşğələdənkənar fəaliyyət sahələri (oyun, gəzinti, əyləncə, sağlamlaşdırıcı 

tədbirlər və s.) üzrə aparılır.  

Cari (həftəlik)  planlaşdırma aşağıdakı göstəricilər əsasında hazırlanır: 

 



Standart : 

 



Mövzu:  

 



Məqsəd:  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə