Azərbaycan respublikasi təhsil nazirliyi təhsil problemləri institutu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix31.10.2018
ölçüsü0,99 Mb.
#77104
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

50 

 



 

uşaqların  gündəlik  həyati  bacarıqlara  yiyələnmələri  üçün  şəraitin  təşkil 

edilməsi; 

 



öyrətmə və öyrənmə strategiyalarının (məsələn, nəğməli  oyunlar,  musiqi  və 

hərəkətləri idraki inkişafla əlaqələndirmək) birləşdirilməsi; 

 

mürəkkəb  tapşırıqların daha  kiçik  hissələrə  bölünməsi  ilə  və  ya  tədbirlərin 



sayının azaldılması ilə sadələşdirilməsi; 

 



gün ərzində uşaqların müxtəlif fəaliyyətlərə və rejimlərə cəlb edilməsi; 

 



öyrənmə    üçün  praktiki  və  sensor    (məsələn,    öyrənmə,  görmə,  dadına 

baxma, iyləmə, və manipulyasiya etmə) təcrübənin təmin edilməsi;  

 

təlimin    uşaqların  müxtəlif  qabiliyyətləri  və  öyrənmə  yolları  ilə 



uzlaşdırılması. 

Uşaqların  estetik inkişafını təmin etmək üçün  aşağıdakı  strategiyalara  istinad 

edilməsi məqsədəmüvafiqdir: 

 



yaradıcılığa həvəsləndirən müvafiq mühitin yaradılması; 

 



rəqs,  musiqi,  rəsm,  yapma  və  s.  kimi  müxtəlif  incəsənət  növlərindən  

istifadə edilməsi; 

 

qiymətləndirmə bacarığının yaradılması; 



 

uşaqların  incəsənət  nümunələri  vasitəsilə  özünü  ifadə  etməyə 



həvəsləndirilməsi; 

 



uşaqların  fəal  şəkildə  öyrənməsi,  təsəvvür  etməsi  və  yaradıcılıq  fəaliyyəti    

göstərməsi üçün qrup otağında şəraitin  yaradılması; 

 

yaradıcı  düşünməni  və  özünüifadəni  asanlaşdırmaq  üçün  tərbiyəçinin 



uşaqlarla interaktiv fəaliyyətinin yaradılması; 

 



estetik inkişafın təmin edilməsi üçün ailələrin maarıfləndirilməsi; 

 



incəsənətin  proqramdakı  digər  sahələrə  təsiri  ilə  əlaqədar  xüsusiyyətlərin 

nəzərə alınması; 

  



 



məhsuldan daha çox, prosesə diqqət yetirilməsi. 


51 

 

         Təlim prosesində  aşağıdakı prinsiplərə istinad edilir:  



ŞəxsiyyətyönümlülükŞəxsiyyətyönümlülük uşaqlara bütöv bir şəxsiyyət kimi 

yanaşmağı  tələb  edir.  Həyatda  ona  lazım  olan  ən  zəruri  dəyərlərin 

formalaşdırılmasını  bir  vəzifə  kimi  qarşıya  qoyur.  Bu  iş  məktəbəqədər  təhsil 

mərhələsindən başlayır. Ona görə də təlimin məzmununda və həyata keçirilməsində 

onun nəzərə alınması vacib hesab edilir.  

Differensiallaşdırma 

və  fərdiləşdirmə.  Bu  prinsip  uşaqların  fərdi 

xüsusiyyətlərini,  maraq  və  tələbatlarını,  fiziki  və  əqli  inkişaf  səviyyələrini,  psixo-

fizioloji  xüsusiyyətlərini  nəzərə  almağı,  onların  təliminin  bu  xüsisiyyətlər  əsasında 

təşkil olunmasını tələb edir.   



İdrak  fəallığı.  Təfəkkürün  fəallaşdırılması  əsasında  yaranan  idrak  fəallığı 

məktəbəqədər  təhsil  materiallarının  koqnitiv  xarakter  daşımasına,  onun  fəal  təlim 

şəraitində  reallaşdırılmasına  şərait  yaradır,    uşaqlarda  hər  hansı  problemin  həlli 

tələbatını, onlarda idrak proseslərinin  fəlallaşdırılmasını gücləndirir.  



 Əyanilik.  Bu  prinsip  məktəbəqədər  təhsil  müəssisələrində  uşaqların 

öyrənməyə  olan  marağını  stimullaşdırır,  öyrəndiklərinin  daha  keyfiyyətli 

mənimsənilməsinə şərait yaradır.  

Əməkdaşlıq.  “Tərbiyəçi-uşaq  və  valideyn”    münasibətlərində  qarşılıqlı 

fəaliyyətin təmin olunmasını nəzərdə tutur.  



Nəticəyönümlülük.  Bu  prinsip  fəaliyyətin  əvvəlcədən  müəyyən  olunmuş 

nəticələr əsasında qurulmasını tələb edir. 



 

 

 

 

 

 


52 

 

2.2. Təlimin təşkili, istifadə olunan forma və üsullar. 



          İnkişafetdirici mühitin mahiyyəti və prinsipləri 

Təlim mühiti uşaqların təfəkkür, sosial, emosional, fiziki və yaradıcı inkişafına 

böyük  təsir  göstərir.  Tərbiyəçilər  fiziki  və  psixoloji  baxımdan  təhlükəsiz  və 

həvəsləndirici  mühit  yaradaraq    uşaqların  müstəqil  və  qrup  tədqiqatları,  oyun, 

müxtəlif vasitələr və digər uşaqlarla və böyüklərlə qarşılıqlı əlaqə vasitəsilə inkişafı 

dəstəkləyirlər. 

Uşaqyönümlü mühitin yaradılması işində  2 əsas prinsip nəzərə alınmalıdır: 

-

 



Uşaqların  ətraf  mühitdə  olan  əşyalar  və  onları  əhatə  edən  insanlarla 

qarşılıqlı əlaqə quraraq öyrənməsi və biliklər qazanması; 

-

 

Uşaqların inkişafını və öyrənməsini təmin etmək üçün onların maraqlarının, 



ehtiyaclarının və güclü tərəflərinin nəzərə alınması.  

Qrup  otağı  “tədqiqat  laboratoriyası”  kimi  təşkil  edilir  ki,  uşaqlar  müxtəlif 

rollarda:  tədqiqatçı,  aktyor,  rəssam,  tamaşaçı,  inşaatçı,  həkim,  aşbaz,  müəllim,  ata, 

ana  və  s.  özlərini  sınayırlar.  Elementar  tədqiqatların  aparılması,  yeniliklərin  kəşf 

edilməsi  və  fikir  mübadiləsinə  şərait  yaradan  mühitin  qurulması  məsuliyyəti 

tərbiyəçilərin üzərinə düşür. Belə mühitdə tərbiyəçinin rolu uşaqların özünü ifadəsini 

dəstəkləməkdən və arzu olunan davranış və şəxsi keyfiyyətləri: “niyə” və “nə üçün” 

suallarının verilməsi, ətrafdıkalara qarşı hörmət və qayğının göstərilməsi, məsuliyyət 

hissinin təmin olunmasından ibarətdir.  

Uşaqyönümlü  inkişafetdirici  mühitdə  tərbiyəçi  uşaqların  irəli  sürdükləri 

fikirlərə,  təşəbbüslərə  hörmət  və  diqqətlə  yanaşır  və  onları,  xüsusilə  məşğələlərin 

planlaşdırılması  və  həyata  keçirilməsi  zamanı  nəzərə  alır.

 

Təşəbbüskar  uşaqlar 



dəstəklənir,  bir  qədər  çəkinən  və  passiv  olan  uşaqlar  isə  təşəbbüs  göstərməyə 

həvəsləndirilir.  Bunun  üçün  tərbiyəçi    “sən  nə  ilə  məşğul  olmaq  istəyərdin?  ”,  “sən 

nə  fikirləşirsən?”,  “çəkdiyin  şəklin  mənasını  mənə  başa  sal”  və  s.  kimi  sual  və 

təkliflərlə  uşaqları fəallaşdıra  bilər. Uşaqlar yalnız eşitmək və deyilən kimi hərəkət 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə