Azərbaycan respublikasi təhsil nazirliyi təhsil problemləri institutu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix31.10.2018
ölçüsü0,99 Mb.
#77104
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

62 

 



 

Inteqrasiya:   

 



İş forması:  

 



Üsullar:  

 



 Resurslar. 

Məşğələnin mərhələləri 

 



Motivasiya  ( problemin qoyulması). 

 



Tədqiqat sualı 

 



Tədqiqatın aparılması.  

 



Məlumat mübadiləsi. 

 



Məlumat müzakirəsi. 

 



Nəticə və ümumiləşdirmələr. 

 



Dəyərləndirmə (məşğələ boyu aparılır). 

 

Məşğələ nümunəsi.  (5-6 yaş) 

İnkişaf sahəsi: idrakın inkişafı. 

Standart:   2.3.9.  Ailə  və  vətən  haqqında  (dövlət  rəmzləri,  milli  ordu,  milli 

qəhrəmanlar,  milli  sərvətlər,  tarixi  günlər  və  abidələr,  milli  bayramlar)  sadə 

təqdimatlar edir.  

Mövzu: “Dövlət rəmzləri”.  

Məqsəd:  

1. Dövlət rəmzlərini (bayraq, gerb və himn) sadalayır və  bayrağın 

rənglərini söyləyir.  

         2. Himni oxuyur.  



İnteqrasiya: Estetik və  yaradıcı inkişaf  3.1.1,  3.2.2;  İdrak fəaliyyəti 2.1.1.   

İş üsulu:     Əqli hücum,   suallar. 

İş forması:   Kollektivlə və kiçik qruplarla iş. 


63 

 

Resurslar:  Azərbaycanın  dövlət  rəmzlərinin  şəkilləri,  maqnitafon,  vərəqlər,   

yapışqan, rəngli kağızlar, rəngli qələm və ya markerlər, plastilin. 

  

 



 

 

 



Məşğələnin gedişi 

Motivasiya: 

Azərbaycan  Respublikasının  Dövlət  himni  səslənir,  uşaqlar  ayaq  üstə 

dinləyərək, ifa edirlər.  

T.(tərbiyəçi):  -Uşaqlar,  dinlədiyiniz  bu  musiqi  necə  adlanır?  (Uşaqların

  

cavabları). Bəs himnimiz barədə nə deyə bilərsiniz? 



U.(uşaq)-  Himnin  sözləri  Əhməd  Cavadın,  musiqisi  Üzeyir  Hacıbəyovundur. 

Himn dövlətimizi təmsil edir. Onu ayaq üstə dinləmək lazımdır.  

T

.- 


Bəli,  təmamilə  doğrudur.

 

Gəlin,  yazı  taxtasındakı  şəkilləri  nəzərdən 



keçirək. Uşaqlar, birinci şəkildə nə görürsünüz?  

U.  –  Azərbaycan  Respublikasının  xəritəsini  (uşaq  xəritədə  Azərbaycan, 

paytaxtı Bakı şəhəri və Xəzər dənizini göstərir). 

T.-Kim vətənimiz haqqında danışar? 

Uşaqlardan 1-2-si  danışır. 

T.- İkinci şəkildə nə görürsünüz? (Müəllim şəkli göstərir.) 

U.- Azərbaycan Respublikasının  üç rəngli bayrağını.   

Т. –Üçüncü şəkildə nə görürsünüz? (Müəllim şəkli göstərir.)  

U. - Azərbaycan Respublikasının  gerbini.

 

 



T. - Bəli, bunlar bizim Respublikamızın dövlət rəmzləridir.   

Tədqiqat sualı: 

 Respublikamızın dövlət rəmzləri haqqında  nə  bilirsiniz?  

Tədqiqatın aparılması.  

Tərbiyəçi uşaqları   qruplara bölür və onlara aşağıdakı tapşırıqları verir: 




64 

 

I  qrup:  Qabaqcadan  kəsilib  hazır  qoyulmuş  müxtəlif  rəngli  kağızların 

içərisindən müvafiq rəngli kağızları seçib bayrağımızı hazırlayın. 

II qrup: Bayrağın şəklini çəkin və rəngləyin.  

III qrup: Rəngli plastilindən bayraq düzəldin. 

IV  qrup:  Müxtəlif  təyinatlı  şəkillər  içərisindən  dövlət  rəmzlərini  seçin  və 

verilmiş kağıza yapışdırın. 



Məlumat mübadiləsi. 

Hər  qrupdan  bir  uşaq  öz  işlərini  təqdim  edir.  Təqdimat  zamanı-bayrağımızın 

üçrəngli-yuxarı  zolağın  mavi,  orta  zolağın  qırmızı,  aşağıdakı  zolağın  yaşıl  rəngdə  

olduğu  və  qırmızı  rəngin  ortasında  ağ  rəngli  aypara  ilə  səkkiz  guşəli  ulduz  təsvir 

edildiyi qeyd olunur. 

Gerbin  üzərində  palıd  budaqları,  sünbüllər,  qalxan  təsvir  olunmuş,  qalxanın 

üzərində bayrağımız, ortada isə ulduz və alov təsvir edilmişdir. 

Məlumatin müzakirəsi.  

Uşaqlar  fikir  mübadiləsi  aparır  və  qruplar  bir-birinin  işlərinə  öz 

münasibətlərini bildirirlər.  

   Nəticə və ümumiləşdirmə.  

Tərbiyəçi  yekun  olaraq  qeyd  edir  ki,  bizim  doğma  Vətənimiz  Azərbaycan, 

vətənimizin  paytaxtı  Bakı şəhəridir. Dövlət rəmzləri  isə bayraq,  gerb  və  himndir.  Bu 

rəmzlər dövlətimizi təmsil edir.  

Uşaqlar ayaq üstə bir daha himni oxuyurlar. 



Dəyərləndirmə:   

Məşğələnin  bütün  mərhələlərində  dəyərləndirmə  aparılır  (sonda  “ulduzların” 

sayının    balanslaşdırılması  şərti  ilə  ulduzlardan,  fişkalardan,  medallardan  istifadə 

edilə bilər). 



 

2.4. Ailələrlə əməkdaşlıq. 


65 

 

Uşaq  məktəbəqədər  təhsil  müəssisəsinə  gələnə  qədər  ailədə  müəyyən  bilik, 



bacarıq və vərdişlərə yiyələnir. Ona görə də ailə uşağın ilk tərbiyəçisi hesab olunur. 

Ailənin uşağın ilk tərbiyəçisi kimi qəbul edilməsi gələcəkdə təlim-tərbiyə prosesinin 

məzmunlu  qurulması,  əlverişli  münasibətlərin  yaranması  üçün  vacib  amildir. 

Valideyn  və  tərbiyəçilərin  ümumi  səyləri  uşaq  haqqında  məlumatların  əldə 

olunmasına,  uşağın  davranışı,  rəftarı,  münasibətləri  ilə  bağlı  fikir  və  mülahizələrin 

bölüşdürülməsinə, ən əsası, uşağın böyüməsi və  inkişafı  üçün daha əlverişli şəraitin 

yaradılmasına  yönəldilir.  

Ailə  uşağın  doğulduğu,  böyüdüyü  və  tərbiyə  aldığı  ilk  ictimai-mədəni  ocaq 

olduğundan  tərbiyəçilər  hər  bir  ailənin  mədəni  dəyərlərinə  də  hörmətlə  yanaşır,  öz 

münasibətlərində bu amili diqqət mərkəzində saxlayır. Tərbiyəçilər  uşaqların   ailəsi 

və  yaxınlarının  demoqrafik    problemləri,  ailə  üzvləriniin  məşğuliyyəti,  maraqları, 

idealları haqqında məlumatlar əldə edirlər.  

Valideynlər  uşaqlarla  keçirilən  bütün  kütləvi  tədbirlərdə,  təlimdə, 

problemlərin  həllində    iştirak  etməyə  cəlb  edilirlər.  Valideynlər  tərbiyəçilərlə  

birlikdə inkişafın stimullaşdırılmasında fəal iştirak edir, səy göstərirlər. Bunun üçün, 

ilk  növbədə,  qruplarda  mənimsənilən  bilik  və  bacarıqlar  ailədə  möhkəmləndirilir. 

Belə bir qarşılıqlı əməkdaşlıq uşağın əqli fəaliyyətinin zənginləşməsinə, özünəinamın 

yaranmasına,  nəticə  etibarilə,  məktəb  həyatına  daha  rahat  uyğunlaşma  dövrünü 

keçməyə təsir göstərir. Valideynlər uşaqların təlim fəaliyyətində iştirak etdikləri təq-

dirdə  onların  təlim  nailiyyətləri  yüksəlir.  Belə  bir  əməkdaşlıq  şəraitində  valideynlər 

aşağıdakı məsələlərlə tanış olmalıdırlar: 

• uşaqların yaş xüsusiyyətləri;  

• təlim-tərbiyə işinin əhəmiyyəti; 

• uşaqların fəaliyyətlərini stimullaşdıran öyrədici mühitin vacibliyi;  

•  fiziki,  emosional  müdafiənin  təmin  edilməsi,  mühitin  təhlükəsizliyinin 

zəruriliyi; 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə