Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə32/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   28   29   30   31   32   33   34   35   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

 
 


51 
2.1.Təlim prosesi və onun təşkili prinsipləri 
 
Şəxsiyyətyönümlü təhsil sistemində pedaqoji prosesin mərkə-
zində dayanan tərbiyəçi və uşaqların funksiyaları dəyişir. Onların 
fəaliyyəti əvvəlcədən müəyyən olunmuş nəticələrə əsasən qurulur. 
Tərbiyəçi təlim prosesində yeni texnologiyaların içərisindən ən 
münasibini seçir. Bu texnologiyaların müəyyən olunmasında tər-
biyəçi və uşaq şəxsiyyəti təlimin aparıcı subyekti kimi çıxış edir. 
Münasibətlər “subyekt – subyekt” formuluna uyğun qurulur. Bu 
zaman uşaqlar öz təfəkkürünün, düşüncəsinin, tərbiyəçilər isə uşağın 
inkişafı üçün şəraitin təşkilatçısı olur. Tərbiyəçilərin rəhbərlik 
funksiyası dəyişir, informasiya vermək sahəsindəki fəaliyyəti məh-
dudlaşır. O daha çox qrup şəraitində təlim fəaliyyətini əlaqələndirən, 
istiqamətləndirən məsləhətçi kimi uşaqların müstəqil idraki fəaliy-
yətini, yaradıcılığını təşkil edən subyektə çevrilir, uşaqlar isə müs-
təqil axtarışlar aparmağa, yaradıcı fəaliyyət göstərməyə sövq edilir.
Uşaqların fiziki inkişafına, sağlamlığına kömək etmək üçün 
aşağıdakı strategiyalar çox mühümdür
.
Bunlar hər bir uşağın unikal 
ehtiyaclarını təmin etmək, fiziki inkişafına kömək göstərmək baxım-
ından əhəmiyyət daşıyır: 
• 
hər bir uşağın sağlamlığı və təhlükəsizliyi üçün şəraitin 
yaradılması; 
• 
uşaqların tibbi müayinə ilə təmin olunması; 
• 
uşaqların optimal inkişafını artıran qidalanmanın təmin 
olunması; 
• 
uşaqların sağlamlığını, fiziki forma və fəal hərəkətlərini 
artıran gündəlik şəraitin yaradılması; 
• 
materialların bütün uşaqlar üçün asanlıqla əlçatan (hündür-
lük, ölçü, yerləşdirilmə) olması;
• 
məşğələlərin,nəğməli, açıq havada hərəkətli oyunların, 
mahnı oxunmasının, rəqs və digər mədəni baxımdan spesifik fəaliy-
yətlərin uşaqların gündəlik rejimlərinə daxil edilməsi


52 
• 
fiziki xüsusiyyətlər və eləcə də fərdi üstünlüklər haqqında 
müzakirələrin aparılması;
• 
risk faktorları və uşaqların hüquqlarının pozulması, onlara 
qarşı zorakılıq hallarının qarşısının alınması. 
Uşaqların sosial və emosional inkişafı onların böyüdüyü və 
öyrəndiyi kontekstlərlə, mədəniyyət və münasibətlərlə bağlı oldu-
ğu üçün valideynlər və tərbiyəçilər uşaqların sosial və emosional 
inkişafının formalaşmasında əsas rol oynayırlar.
Aşağıdakı yanaşmalar hər bir uşağın öz unikal ehtiyaclarını 
ödəyən təcrübələr əldə etməsinə kömək edəcək: 
• 
uşaqlara qarşı həssas, məsuliyyətli və qayğıkeş olmaq; 
• 
uşaqlara öz emosiyalarını başa düşmək və idarə etməkdə 
kömək etmək; 
• 
müxtəlifliyi bildirən, mədəniyyət baxımından münasib fəaliy-
yətlər, təcrübə və materiallar toplusundan istifadə etmək;
• 
ailə mədəniyyətinin qəbul edilməsinə və yüksək qiymət-
ləndirilməsinə dəstək vermək və ailələrlə əməkdaşlıq qurmaq; 
• 
insanlara hörmət edən və mənfi rəylərdən azad mühit 
yaratmaq; 
• 
qarşılıqlı münasibətlər qurmaq üçün davamlı şərait təşkil 
etmək; 
• 
uşaqların nəyi bildiyinə və nəyi yaxşı bacardığına əsaslan-
maq;
• 
münaqişənin və problemlərin həlli bacarıqlarının modelini 
yaratmaq və uşaqlara öyrətmək. 
• 
telim prosesi uşağa yönəlmiş olmalı,yəni uşağın maraq, ehti-
yac, inkişaf səviyyəsi, imkanları, ailə mədəniyyəti və s. nəzərə 
almaq.
Hər bir uşaq özünün fiziki və sosial dünyasında müxtəlif 
yollarla ümumi biliklər əldə edir. Mahiyyət etibarilə, hər bir uşaq 
özünün ünsiyyət, dil və savadlılıq, zəruri həyati bacarıqlarının 
inkişaf etdirilməsinə dəstək və kömək üçün ehtiyac duyur. İdrakın 


53 
inkişafına kömək etmək üçün aşağıdakı strategiyaların nəzərə 
alınması tövsiyə olunur: 
• 
uşaqların gündəlik həyati bacarıqlara yiyələnmələri üçün 
şəraitin təşkil edilməsi; 
• 
öyrətmə və öyrənmə strategiyalarının (məsələn, nəğməli
oyunlar, musiqi və hərəkətləri idraki inkişafla əlaqələndirmək) bir-
ləşdirilməsi; 
• 
mürəkkəb tapşırıqların daha kiçik hissələrə bölünməsi ilə və 
ya tədbirlərin sayının azaldılması ilə sadələşdirilməsi; 
• 
gün ərzində uşaqların müxtəlif fəaliyyətlərə və çevik 
rejimlərə cəlb edilməsi; 
• 
öyrənmə üçün praktiki və sensor (məsələn, öyrənmə, görmə, 
dadına baxma, iyləmə və manipulyasiya etmə) təcrübənin təmin 
edilməsi;
• 
təlimin uşaqların müxtəlif qabiliyyətləri və öyrənmə yolları 
ilə uzlaşdırılması. 
Uşaqların estetik inkişafını təmin etmək üçün aşağıdakı 
strategiyalara istinad edilməsi məqsədəmüvafiqdir: 

yaradıcılığa həvəsləndirən müvafiq mühitin yaradılması; 

rəqs, musiqi, rəsm, yapma və s. kimi müxtəlif incəsənət 
növlərindən istifadə edilməsi

qiymətləndirmə bacarığının yaradılması; 

uşaqların incəsənət nümunələri vasitəsilə özünü ifadə 
etməyə həvəsləndirilməsi; 

uşaqların fəal şəkildə öyrənməsi, təsəvvür etməsi və yaradı-
cılıq fəaliyyəti göstərməsi üçün qrup otağında şəraitin yaradılması; 

yaradıcı düşünməni və özünüifadəni asanlaşdırmaq üçün 
tərbiyəçinin uşaqlarla interaktiv fəaliyyətinin yaradılması; 

estetik inkişafın təmin edilməsi üçün ailələrin maarıflən-
dirilməsi; 
Təlim prosesində aşağıdakı prinsiplərə istinad edilir:

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə