Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə33/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   29   30   31   32   33   34   35   36   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

Şəxsiyyətyönümlülük

Şəxsiyyətyönümlülük uşaqlara bütöv bir 
şəxsiyyət kimi yanaşmağı tələb edir. Həyatda lazım olan ən zəruri 


54 
dəyərlərin formalaşdırılmasını bir vəzifə kimi qarşıya qoyur. Bu iş 
məktəbəqədər təhsil mərhələsindən başlayır. Ona görə də təlimin 
məzmununda və həyata keçirilməsində onun nəzərə alınması vacib 
hesab edilir.
Differensiallaşdırma və fərdiləşdirmə. 
Bu prinsip uşaqların 
fərdi xüsusiyyətlərini, maraq və tələbatlarını, fiziki və əqli inkişaf 
səviyyələrini, psixo-fizioloji xüsusiyyətlərini nəzərə almağı, onların 
təliminin bu xüsisiyyətlər əsasında təşkil olunmasını tələb edir.
İdrak
 
fəallığı. 
Idrak fəallığı məktəbəqədər təhsil materiallarının 
koqnitiv xarakter daşımasına, onun fəal təlim şəraitində reallaş-
dırılmasına imkan yaradır, uşaqlarda hər hansı problemin həlli 
tələbatını, onlarda idrak proseslərinin fəallaşdırılmasını gücləndirir. 
 
 
Əyanilik. 
Bu prinsip məktəbəqədər təhsil müəssisələrində 
uşaqların öyrənməyə olan marağını stimullaşdırır, öyrəndiklərinin 
daha keyfiyyətli mənimsənilməsinə şərait yaradır.
Əməkdaşlıq. 
“Tərbiyəçi-uşaq və valideyn” münasibətlərində 
qarşılıqlı fəaliyyətin təmin olunmasını nəzərdə tutur.
Nəticəyönümlülük

Bu prinsip fəaliyyətin əvvəlcədən müəyyən 
olunmuş nəticələr əsasında qurulmasını tələb edir. 
 
2.2. Təlimin təşkili, istifadə olunan forma və üsullar. 
 
İnkişafetdirici mühitin mahiyyəti və prinsipləri 
Təlim mühiti uşaqların təfəkkür, sosial, emosional, fiziki və 
yaradıcı inkişafına böyük təsir göstərir. Tərbiyəçilər fiziki və 
psixoloji baxımdan təhlükəsiz və həvəsləndirici mühit yaradaraq 
uşaqların müstəqil və qrup layihələri, oyun, müxtəlif vasitələr və 
digər uşaqlarla və böyüklərlə qarşılıqlı əlaqə vasitəsilə inkişafı 
dəstəkləyirlər. 
Uşaqyönümlü mühitin yaradılması işində aşağıdakı prinsiplər
nəzərə alınmalıdır: 

Uşaqların ətraf mühitdə olan əşyalar və onları əhatə edən 
insanlarla qarşılıqlı əlaqə quraraq öyrənməsi və biliklər qazanması. 


55 

Uşaqların inkişafını və öyrənməsini təmin etmək üçün onların 
maraq, ehtiyac və güclü tərəflərinin nəzərə alınması.
Elementar tədqiqatların aparılması, yeniliklərin kəşf edilməsi 
və fikir mübadiləsinə şərait yaradan mühitin qurulması məsuliyyəti 
tərbiyəçilərin üzərinə düşür. Belə mühitdə tərbiyəçinin rolu 
uşaqların özünüifadəsini dəstəkləməkdən, arzu olunan davranış və 
şəxsi keyfiyyətlərin: “niyə?”, “nə üçün?” suallarının verilməsinin
ətrafdakılara qarşı hörmət və qayğının göstərilməsinin, məsuliyyət 
hissinin təmin olunmasından ibarətdir.
Uşaqyönümlü inkişafetdirici mühitdə tərbiyəçi uşaqların irəli 
sürdükləri fikirlərə, təşəbbüslərə hörmət və diqqətlə yanaşır, onları 
məşğələlərin planlaşdırılması və həyata keçirilməsi zamanı nəzərə 
alır.
Təşəbbüskar uşaqlar dəstəklənir, bir qədər çəkinən və passiv 
olan uşaqlar isə təşəbbüs göstərməyə həvəsləndirilir. Bunun üçün 
tərbiyəçi “sən nə ilə məşğul olmaq istəyərdin?”, “sən nə 
fikirləşirsən?”, “çəkdiyin şəklin mənasını mənə başa sal” və s. kimi 
sual və təkliflərlə uşaqları fəallaşdıra bilər. Uşaqlar yalnız eşitmək 
və deyilən kimi hərəkət etmək deyil, fikir yürütmək, faktlar 
axtarmaq, səbəb-nəticə əlaqələrini soruşmaq, izah etmək və qurmaq, 
sadə tədqiqatlar aparmaq, həmyaşıdları ilə ünsiyyət qurmaq, 
fəaliyyəti marağına görə seçmək və sərbəst davranmaq hüquqlarına 
malikdirlər.
İnkişafetdirici və dəstəkləyici mühitin yaradılması üçün 
məktəbəqədər təhsil müəssisələrində müxtəlif guşələr (fəaliyyət 
mərkəzləri) təşkil olunur. Bu guşələr inkişaf sahələr üzrə qurulur və 
uşağın butun inkişafını təmin edir. 
Guşələr aşağıdakı şərtlər nəzərə alınmaqla tərtib olunur:
1.Uşaqların maraq və inkişaf ehtiyacları. 
2.Məktəbəqədər təhsil müəssisələrində mövcud olan təlim 
resursları.
Fəaliyyət mərkəzləri (guşələr) dedikdə, əsasən, aşağıdakılar 
nəzərdə tutulur:

riyaziyyat guşəsi;


56 

kitab guşəsi;

stolüstü oyunlar guşəsi;

elm guşəsi;

təsviri fəaliyyət guşəsi;

qum və su guşəsi;

tikinti materialları guşəsi;

sujetli-rollu oyunlar guşəsi;

məişət-təsərrüfat guşəsi;

milli guşə;

gəlincik guşəsi; 

nəqliyyat guşəsi; 

təbiət guşəsi; 

əl əməyi (məktəbəhazırlıq qrupunda) guşəsi. 
Bu materiallar həm dövlət tərəfindən verilir, həm də tərbiyəçi
valideyn və uşaqlar tərəfindən hazırlanır.
Fəaliyyət mərkəzləri bir-birindən ayrı təşkil edilir, xüsusi 
materiallarla təchiz olunur. Mərkəzlərdə qoyulan materiallar (kitab-
lar, oyuncaqlar, həndəsi fiqurlar, oyuncaq qablar, mətbəxə aid 
oyuncaqlar, kağız, qələmlər, karton, boyalar, plastilin, pazllar, müx-
təlif bitkilər, yarpaqlar) uşaqların əli çatan vəziyyətdə qoyulmalıdır 
və uşaqlar həmin materiallarla yaradıcı və müstəqil davranmağa 
həvəsləndirilməlidir. Fəaliyyət mərkəzləri (guşələr) elə yaradılma-
lıdır ki, orada uşaqlar kiçik qruplarda bir-birilə oynayıb ünsiyyət 
qura, istədikləri fəaliyyət mərkəzlərini özləri seçə bilsinlər. Həm də 
fəaliyyət mərkəzlərində uşaqlar qrupda birgə oynamaq və 
əməkdaşlıq etməyi öyrənirlər.
Dəstəkləyici təlim mühiti uşaqların müstəqilliyinə imkan yara-
dır, onların təhsil uğurunun təmin edilməsi baxımından xüsusi 
əhəmiyyət daşıyır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə