Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə36/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   32   33   34   35   36   37   38   39   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

 
məşğələ ümumiləşdirilir. 
 
İş formaları. 
İş formaları dedikdə fərdi, cütlərlə, qruplarla və kollektiv iş 
nəzərdə tutulur. 
Fərdi iş
 
uşaqların potensial imkanlarının müəyyənləşdirilməsi 
və onların müstəqil fəaliyyət göstərməsi üçün imkan yaradır. 
Cütlərlə iş
zamanı uşaqların hər hansı problemin həllində biri-
birinə köməklik göstərmələrinə, əməkdaşlıq etmələrinə, bir-birləri-
nin qarşısında öz məsuliyyətlərini dərk etmələrinə imkan yaranır. 
Qruplarla iş
(3-4 nəfər) zamanı uşaqlar kiçik qruplarda birləşir, 
işin gedişində əməkdaşlıq və müxtəlif problemləri bir yerdə həll 
etməyə cəlb olunurlar. Bu zaman uşaqlar müstəqil fikir söyləmək, 
digərlərini dinləmək imkanı əldə edirlər. 
Kollektiv iş
zamanı kollektivdə işləmək, birgə fəaliyyət gös-
tərmək və kommunikativ bacarıqların inkişafı təmin edilir. 


61 
Fəal təlim üsulları. 
Təhsildə yaradıcı düşünən, müstəqil mühakimə yürüdə bilən 
demokratik dünyagörüşünə malik şəxsiyyət formalaşdırmaqda geniş 
imkanları olan əqli hücum, rollu oyunlar, söz assosiasiyası, tap-
tapmaca, müzakirə, nağıletmə, diskussiya, suallar,
 
şaxələndirmə 
(klaster), problemli vəziyyət kimi təlim üsullarından istifadə 
edildikdə müsbət nəticələr əldə etmək mümkündür.
 
Əqli hücum.
 
Birgə səy nəticəsində konkret problemin bir neçə 
həllinin işlənib hazırlanması, məhdud vaxt ərzində bütün uşaqların 
problemlə bağlı ideyalarının toplanması, dayaq biliklərinin fəallaş-
dırılması və ya təlim fəaliyyətinin stimullaşdırılmasıdır. Əqli hücüm 
uşaqlara öz fikirlərini sərbəst ifadə etmək imkanı verir və fikrin 
müxtəlifliyinin zəruriliyini başa düşmək üçün şərait yaradır. 
Bu üsuldan məşğələlərdə problemli situasiya, fikir müxtəlifliyi 
yaratmaq və həlli yollarını tapmaq üçün tətbiq olunur. Belə şəraitdə 
uşaq düşünməli olur, yoldaşlarının dedikləri ilə razılaşmadıqda öz 
mövqeyini bildirir. Bu mövqe onun əvvəllər əldə etdiyi biliklər 
əsasında yaranır, düşüncə tərzi kimi formalaşır. Bəzən bu fikir dəqiq 
olmur, lakin o uşaqların fəallığı baxımından didaktik əhəmiyyət 
daşıyır. Uşaqların fəallığının artırılmasına və onlar tərəfindən 
ideyaların irəli sürülməsinə imkan yaradır. Bu üsuldan, demək olar 
ki, bütün məşğələlərdə istifadə etmək mümkündür. 
Tap-tapmaca.
 
Oyun-tapmaca formasında keçirilən bu üsul 
uşaqlarda yüksək fəallıq yaradır. Tərbiyəçi lövhədə dairəvi kart asır, 
onun arxasında yeni mövzu üzrə “açar söz” mahiyyəti daşıyan 
anlayışın şəkli yapışdırılır. Kartın şəkil olmayan tərəfi uşaqlara tərəf 
asılır. Uşaqlara şəklin arxasında gizlədilmiş anlayışın xüsusiyyət-
lərinə aid 2 və ya 3 yönəldici söz sadalanır. Yaxud lövhəyə kartın 
yanında həmin anlayışa aid şəkillər yapışdırılır. Uşaqlar həmin 
şəkillərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar (Məsələn
,
qış 
fəslinə aid qar, şaxta baba və s.). Uşaqlar anlayışı tapmaqda çətinlik 
çəksələr, əlavə olaraq yeni xüsusiyyətlər sadalanır. Uşaqlar öz 
fərziyyələrini dedikdən sonra tərbiyəçi kartı çevirir. Anlayışın 


62 
düzgün tapılmasında fəallıq göstərənlər qeyd olunur. Çətinlik çəkənlərə 
öz fikirlərini əsaslandırmaq üçün imkan yaradılır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə