Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə35/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   31   32   33   34   35   36   37   38   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

Aktuallaşdırma və ya motivasiya 
(mövcud biliklərin 
səsləndirilməsi və marağın yaradılması); 
2.
Dərketm
ə (yeni bilik və bacarıqların tədqiq edilərək fəal 
şəkildə öyrənilməsi); 
3.
Düşünmə
(qazanılmış bilik və bacarıqların yaradıcı 
tətbiqedilməsi). 
Aktuallaşdırma və ya motivasiya.
 
Məşğələ aktuallaşdırma, yəni 
mövcud biliklərin aşkara çıxarılıb səsləndirilməsi ilə başlayır. Əgər 
motivasiya yaratmaq çətin və ya mümkün deyilsə, o zaman 
aktuallaşdırma ən yaxşı çıxış yoludur. Əlbəttə motivasiya ilə 
başlanan məşğələ daha cəlbedici olur, lakin hər mövzu üçün maraqlı 
və cəlbedici motivasiya qurmaq olmur deyə hərdən aktuallaşdır-
madan istifadə etmək yerinə düşür. Motivasiya “motiv” sözündən 
götürülmüşdür. Latın dilində tərcüməsi “hərəkətə gətirmək”, “itələ-
mək” deməkdir. Məşğələ motivasiya ilə başlanır. (Yəni tərbiyəçi 
tərəfindən problemin qoyulması, uşaq tərəfindən fərziyyələrin irəli 
sürülməsi). Deməli, tərbiyəçi motivasiya yaradarkən uşaqları hərə-
kətə gətirir, düşünməyə “itələyir”. Düzgün qoyulmuş motivasiya 
uşaqda fəallıq yaradan səbəbdir.
Motivasiyanı necə qurmaq lazımdır? 

Diqqəti cəlb etmək və uşağı maraqlandırmaq. 

Müxtəlif fərziyyələrə səbəb olan vəziyyət yaratmaq. 

Müstəqil tədqiqata həvəsləndirmək. 


60 

Məktəbəqədər yaşlı uşağın imkanlarına müvafiqliyi nəzərə 
almaq. 

Uşağı öz bacarığını həyata keçirməyə sövq etmək. 
Dərketmə 
yeni bilik və bacarıqların tədqiq edilərək fəal şəkildə 
öyrənilməsi, tapşırıqları həll etmə prosesində məlumatların, faktların 
axtarılması və toplanmasıdır. Verilmiş işi yerinə yetirmək üçün 
uşaqlar iş formasından asılı olaraq qruplarla və ya cütlərlə, öz 
aralarında fikir mübadiləsi edir, tədqiqat aparır, birgə işləyirlər.
Bu 
zaman cütlər və ya qruplarla işləyən uşaqlar öz aralarında seçdikləri 
lider vasitəsilə verilmiş tapşırıqla bağlı ümumi fikri bütün qrupa və 
tərbiyəçiyə çatdırırlar. 
Düşünmə
qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq 
edilməsidir. Uşaqların əldə etdikləri bilik və bacarıqları möhkəmlən-
dirir, praktik əhəmiyyətini artırır. Bu məqsədlə uşaqlara praktik 
tapşırıq verilir. Məktəbəqədər yaş dövründə əsas fəaliyyət növü 
oyun olduğu üçün tətbiqetmə zamanı mövzuya uyğun oyundan 
istifadə edilməsi məqsədəmüvafiqdir. 
Hər bir məşğələnin sonunda

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə