Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə34/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   30   31   32   33   34   35   36   37   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

 
 
Təlim mühitinin xarakteristikası: 

Bütün uşaqlar üçün səmimi mühit olmalıdır. 


57 

Mühit cəlbedici və zövqlü olmalıdır. 

Mühit dəstəkləyici olmalı, ünsiyyət və əməkdaşlığı təmin 
etməlidir. 

Bütün uşaqlar kifayət qədər materiallarla təmin olunmalıdır. 

Uşaqların materialı müstəqil tapması, istifadə etməsi və 
qaytarmasına imkan yaradılmalıdır. 

Mühit müxtəlif oyun növlərinə həvəs yaratmalıdır. 

Mühit uşağın qrup otağının bütün tərəflərini görməsinə və 
asanlıqla hərəkət etməsinə imkan verməlidir. 

Uşaqların material və vəsaitləri bir sahədən digər sahəyə gəti-
rərək oyun zamanı onlardan istifadə edə bilməsi təmin edilməlidir. 
Məktəbəqədər müəssisədə təhsilin səmərəli qurulması üçün 
psixososioloji mühit təlimə uyğun olmalı və uşaqların öyrənmə 
prosesində ünsiyyət və əlaqə yaratmasına imkan verməlidir. 
 
Təlim mühitinin yaradılmasının əhəmiyyəti: 

Tərbiyəçinin mədəni və müsbət davranışı uşaq fəaliyyətinə 
təsir edir.

Yeni materialların davamlı və fərqli istifadəsi təlimə həvəs 
yaradır. 

Təlim mühitinin fərqli təşkili səmərəli fərdi təlim üçün vacib 
hesab edilir. 

Müxtəlif fəaliyyətlər yadasalma qabiliyyətinin inkişaf 
etdirilməsi və müvafiq təlim mühitinin yaradılması üçün istifadə 
edilə bilər. 

Resurslar məqsədəuyğun, istifadəyə yararlı, müəyyənedici və 
uşağın təliminə uyğun olmalıdır.
Uşaq inkişaf və təlim prosesinin fəal iştirakçısıdır.
 
Müasir 
təlim tələb edir ki, məlumat uşağa valideyn və ya tərbiyəçi 
tərəfindən hazır ötürülməsin, uşaq məlumatı tərbiyəçinin yönəldici 
fəaliyyəti ilə biliyin əldə edilməsi prosesində iştirak edərək, özü 
qazansın.


58 
Biliyin əldə edilməsinin əsasını təşkil edən bacarıqlar təcrübə 
prosesində təkmiləşdirilir. Buna görə də uşaqlara ətraf mühitdə 
biliklərin araşdırma yolu ilə əldə edilməsi imkanını, eyni zamanda, 
əşyalar və modellərin imitasiyası imkanını vermək çox vacibdir. 
Beləliklə, məşğələlər zamanı uşaqlara ətraf mühiti təcrübi yolla dərk 
etmək, müxtəlif fəaliyyətlər həyata keçirmək, məsələlərin həllində 
iştirak etmək, danışıq və ünsiyyət vərdişlərini inkişaf etdirmək 
imkanı vermək olduqca zəruridir. Məktəbəqədər yaşlı uşaqların 
inkişafını təmin etmək üçün ayrı-ayrılıqda oxu, yazı və riyazi 
anlayışların təliminə və əzbərçiliyə həddən artıq əhəmiyyət vermək 
lazım deyil. Evdə və məktəbəqədər təhsil müəssisələrində uşaq üçün 
rəngarəng fəaliyyətlər planlaşdırılmalıdır. Əsas uşaqların nəyi 
bilmələri deyil, nə etməyi bacardıqları və nəyi müstəqil öyrəndik-
ləridir. Daha doğrusu, öyrənmə və düşünmə bacarıqlarının təkmil-
ləşdirilməsidir. 
Fəal öyrənmə prosesi uşaqların ətrafdakı insanlar və əşyalarla 
qarşılıqlı təsiri nəticəsində baş verir.
 
Böyüklərin uşağın inkişafını 
dəstəkləmələrində rolu özlərinin bu prosesdə birgə iştirakı ilə 
əlverişli emosional şərait yaratmaqdan ibarətdir. Bu zaman uşaqlara 
əşyalarla manipulyasiya etmək, seçim etmək, əşya və ideyaları 
“tədqiq” etmək, eksperiment aparmaq və “kəşflər etmək” imkanı 
vermək mümkündür. Bu zaman uşaqlar həm öz həmyaşıdları ilə, 
həm də böyüklərlə təhlükəsiz və xoş mühitdə ünsiyyət qurmaq 
imkanı qazana bilirlər.
Fəal təlim metodları üzərində qurulan məşğələ ənənəvi 
məşğələlərdən fərqlənir. Bu məşğələlər uşaqların sərbəst şəraitdə 
fəaliyyət göstərməsinə imkan yaradır və bu zaman onlar özlərinin 
bütün bilik, bacarıq və istedadlarını nümayiş etdirə bilmək imkanı 
əldə edirlər. Fəal təlim məktəbəqədər yaşlı uşaqların inkişaf 
etdirilməsi üçün ən yaxşı texnologiyadır. Bu o deməkdir ki, uşaqlar 
təlim prosesində passiv deyil, konkret materiallarla və əhatəsində 
olan insanlarla fəal, qarşılıqlı ünsiyyətdə olurlar.


59 
Fəal təlim metodlarından istifadə tədris prosesinin təşkilinə, 
tərbiyəçi-uşaq münasibətlərinə yeni məzmun gətirir, tərbiyəçi-uşaq 
münasibətlərinin dəyişdirilməsini, onlar arasında pedaqoji əmək-
daşlığa, qarşılıqlı hörmətə, bir-birinin ləyaqətinə, hüquq və azadlıq-
larına hörmət etməyə əsaslanan yeni münasibətlərin yaradılmasını 
təmin edir.
Məktəbəqədər təhsil müəssisələrində fəal təlim metodlarları ilə 
aparılan məşğələlərin əsasən üç mərhələli strukturla həyata keçiril-
məsi məqsədəuyğun hesab edilir: 
1.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə