Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə37/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   33   34   35   36   37   38   39   40   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

Nağıletmə.
 
Nağıletmə məlumatın tərbiyəçidən uşağa ötürül-
məsi və dinləmə bacarıqlarının inkişafı üsuludur. Bu üsuldan mövzu 
ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədilə 
istifadə etmək məqsədəuyğundur. Belə qısa nağıletmə 10-15 dəqiqə 
ərzində aparılır. Nağıletmə ilə bağlı aşağıdakı məsələlər diqqət 
mərkəzində saxlanılır.

Nağıletmənin məqsəd və vəzifələrini dəqiq müəyyən-
ləşdirmək. 

Nağıletmə zamanı ardıcıllığı gözləmək. 

Nağıletmədə süjetli şəkillərdən istifadə etmək. 

Digər əyani və texniki vasitələrdən istifadə etmək.
Tərbiyəçi məlumatın ötürülmə prosesini verbal (suallar ver-
mək) və vizual (uşaqların sifətlərinin ifadəsini və jestlərini müşahidə 
etməklə) tənzimləyir. 
Müzakirə. 
Müzakirə mövzu ətrafında ideya, məlumat, təəs-
sürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi 
problemi təhlil edərək həlli yolunu tapmaq, düzgün qərar qəbul 
etmək üçün imkan yaratmaqdır. 
Uşaqların ünsiyyət, kommunikativ bacarıqlarının formalaşdırıl-
masında mühüm rol oynayır. Uşaqlar sual və replikalarla müzakirə-
lərə qoşulur, fakt və hadisələrdən istifadə etməklə inandırıcı nitq 
nümayiş etdirirlər. Qazandıqları bilik və bacarıqları təcrübədə tətbiq 
etmək imkanı əldə edirlər.
Müzakirə apararkən əvvəlcədən uşaqlara müzakirə qaydaları 
deyilir. Mövzu aydın şəkildə ifadə olunur. Müzakirə prosesini 
inkişaf etdirən suallar vermək və uşaqların cavablarını nəzərdən 
keçirməklə tərbiyəçi müzakirəni tənzimləyir. Bu zaman cavabı 
“Bəli” və ya “xeyr” olan qapalı suallar vermək məqsədəuyğun hesab 
edilmir. Müzakirədə mövzuya aid “Nə baş verdi? Nə üçün baş 
verdi? Bu, başqa cür ola bilərdimi və necə? Siz bu vəziyyətdə nə 
edərdiniz? Sizin fikrinizcə, həmin obraz nə hiss etdi? Siz bu şəraitdə 


63 
nə hiss edərdiniz? Bu, düz idimi? Nə üçün?” kimi suallardan istifadə 
olunur. Bu təlim üsulundan böyük və məktəbəhazırlıq qruplarında 
istifadə edilir. 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə