Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə38/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   34   35   36   37   38   39   40   41   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

Şaxələndirmə (klaster).
Tərbiyəçi tərəfindən lövhədə və ya iş 
vərəqlərində dairə çəkilir və onun mərkəzində yapışdırılmış şəkil ilə 
bağlı söz və ya ifadələr söyləmək uşaqlara tapşırılır. Mərkəzdə 
yapışdırılmış şəkildən başlayaraq hər növbəti şəkil onunla əlaqəli 
şəkillərlə xətlərlə birləşdirilir. Məşğələnin sonunda alınan şaxələn-
dirməyə əsasən ümumiləşdirmə aparılır. Bu üsuldan məktəbəhazırlıq 
qruplarında istifadə oluna bilər.
 
Problemli vəziyyət. 
Bu üsul tənqidi təfəkkürü, təhliletmə və 
ümumiləşdirmə vərdişlərini inkişaf etdirir. Tərbiyəçi əvvəlcədən 
problemi və müzakirə üçün sualları hazırlayır. Uşaqlar 4-5 nəfərlik 
qruplara bölünür. Problemli vəziyyət təsvir olunmuş vərəqlər 
uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini 
müzakirə edir və həlli yolunu göstərir. Qruplar öz işlərini bitirdikdən 
sonra qrupda ümumi müzakirə aparılır. 
S
ujetli-rollu oyunlar.
 
Rollu oyunlar hər hansı bir problemə 
müxtəlif nöqteyi-nəzərdən yanaşmağı tələb edir. Bu üsul uşaqlara 
hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə başqalarının
gözu ilə baxmaq imkanı verir. Oyun prosesində uşaqlar rola girir, 
mövcud vəziyyəti başqasının gözü ilə görürlər. Təlim prosesinə belə 
oyun elementlərinin gətirilməsi onun maraqlılığını, uşaqların 
yaradıcı fəaliyyət göstərməsi imkanlarını genişləndirir. 
Suallar. 
Uşaqların idrak fəallığının artırılmasında böyük rol 
oynayır.
Sualların sayının 4-5 arasında olması məqsədəuyğundur. 
Sualların qoyuluşu tənqidi təfəkkürün inkişafına doğru yönəldilməli, 
məntiqi ardıcıllıq gözlənilməli, məzmun və mövzu ilə bilavasitə 
əlaqəli olmalıdır. 
 
 


64 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə