Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə12/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   221

 

 

38 



 

faktik materiala, tarixə dair ekskursiyalarla və müqayisələrlə göstərilsin. Qərarda 

deyilirdi ki, «İctimaiyyat, ədəbiyyat, dillər, coğrafiya və tarix tədris proqramına 

SSRİ xalqlarının milli mədəniyyətinə, onların ədəbiyyatına, incəsənətinə, tarixi 

inkşaflarına  aid  biliklər  və  eləcə  də  SSRİ  ölkəşünaslığı  ünsürlərini  (təbii 

xüsusiyyətlər,  sənaye,  kənd  təsərrüfatı,  ictimai-iqtisadi  inkişaf  və  s.)»  daxil 

etmək  zəruri  hesab  edilsin».  Mərkəzi  Komitə  yeni  tədris  planları  və 

proqramlarının  yaradılmasını  lazım  bildiyi  kimi,  yeni  dərsliklərin  yaradılması 

məsələsinə də böyük əhəmiyyət verirdi. 

Buna görə də Mərkəzi Komitə «İbtidai və orta məktəb üçün dərs kitabları 

haqqında» 12 fevral 1933-cu ildə qərar qəbul etdi. Həmin qərara müvafiq olaraq 

Azərbaycan K (b) P Mərkəzi Komitəsi 20 may 1933-cü ildə xüsusi qərar qəbul 

etdi. Azərbaycan partiya təşkilatının bu qərarına əsasən tarix proqramları və bir 

sıra dərsliklər Azərbaycan dilində nəşr edildi. Bu tədbirlər əhəmiyyətli olsa da, 

yeni  proqram  və  dərsliklərdə  mülki  tarix  öz  yerini  tuta  bilməmişdi.  Məktəbdə 

tarixin  tədrisini  əsaslı  surətdə  yaxşılaşdırmaq  üçün  partiya  və  hökumət  yeni 

qərar  qəbul  etməli  oldu.  Bu,  SSRİ  XKS  və  ÜİK  (b)  P  Mərkəzi  Komitəsinin 

«SSRİ  məktəblərində  mülki  tarixin  tədrisi  haqqında»  15  may  1934-ci  il  tarixli 

qərarı  idi.  Bu  qərar  məktəb  tarix  təhsilinin  inkişafında  yeni  dövr  açdı.  Qərarda 

məktəbdə  tarix  dərsinin  keçilməsinin  qənaətbəxş  olmadığı,  dərsliklər  və  dərsin 

verilməsi  mücərrəd,  sxematik  xarakter  daşıdığı  qeyd  olunurdu.  Qərar  «Mülki 

tarix  dərslərini  canlı  və  maraqlandırıcı  şəkildə  keçmək,  ən  mühüm  hadisə  və 

faktları  onların  xronoloji  ardıcıllığı  ilə  şərh  etmək,  tarixi  şəxsiyyətlərin 

xarakteristikasını  vermək»  və  s.  məsələləri  tarix  müəllimlərinin  əsas  vəzifəsi 

hesab  edirdi.  Qərarda  deyilirdi:  «Ancaq  belə  bir  tarix  kursu  tarix  materialının 

şagirdlər üçün lazım olan asanlığını, əyaniliyini və konkretliyini təmin edə bilər; 

şagirdləri  tarixi  marksistcəsinə  anlamağa  yanaşdıran  tarixi  hadisələrin  düzgün 

təhlil  edilməsi  və  düzgün  ümumiləşdirilməsi  ancaq  bu  əsasda  mümküdür…». 

SSRİ  XKS  və  ÜİK  (b)  P  Mərkəzi  Komitəsi  1935-ci  il  iyun  ayı  üçün  tarix 

proqramları və tarixdən (qədim dünya tarixi, orta əsrlər tarixi, yeni tarix, SSRİ 




 

 

39 



 

tarixi,  asılı  ölkələrin  və  müstəmləkə  ölkələrinin  yeni  tarixi)  dərs  kitabları 

hazırlamağı tapşırdılar. 

ÜİK  (b)P  MK-nın  «İbtidai  və  natamam  orta  məktəbdə  ümumi  tarixin  və 

SSRİ  tarixinin  ibtidai  kursunun  keçilməsi  haqqında»  9  iyun  1934-cü  il  tarixli 

qərarında  III-IV  siniflərdə  SSRİ  tarixinin  qısa  kursu,  V-VI  siniflərdə  qədim 

dünya tarixi, VI-VII siniflərdə orta əsrlər tarixi keçilməsi müəyyən edildi. 

Azərbaycan  SSR  Xalq  Maarif  Komissarlığı  1934-cü  ildə  partiya  və 

hökumətin qərarlarına müvafiq olaraq ibtidai, yeddiillik və orta məktəblərimizdə 

tarix  fənninin tədrisinə  xüsusi  fikir verdi.  Azərbaycan  SSR məktəbləri  tarixdən 

dərs kitabları ilə təmin edildi. A.Şestakovun redaktorluğu ilə III-IV siniflər üçün 

«SSRİ  tarixinin  qısa  kursu»  dərsliyi  1937-ci  ildə  Azərbaycan  dilinə  tərcümə 

edilərək  çapdan  buraxıldı. Bunun  ardınca  1940-cı  ildə professor  A.V.Mişulinin 

redaktorluğu  ilə  V-VI  siniflər  üçün  «Qədim  dünya  tarixi»,  professor 

E.A.Kosminskinin  VI-VII  siniflər  üçün  «Orta  əsrlər  tarixi»,  VIII  siniflər  üçün 

A.V.Yefimovun  «Yeni  tarix»,  IX  sinif  üçün  V.M.Xvostovun  redaktorluğu  ilə 

«Yeni tarix», VII-X siniflər üçün professor A.M.Pankratovanın redaktorluğu ilə 

3  hissədən  ibarət  «SSRİ  tarixi»  dərslikləri  çapdan  çıxdı  və  1941-ci  ildə 

Azərbaycan dilinə tərcümə edildi. 

Sov.  İKP  Mərkəzi  Komitəsi  və  SSRİ  Nazirlər  Sovetinin  «Məktəblərdə 

tarixin  tədrisində  bəzi  dəyişikliklər  edilməsi  haqqında»  1959-cu  il  8  oktyabr 

tarixli  qərarı  Sovet  məktəblərində  tarixin  tədrisini  daha  da  yaxşılaşdırmaq 

məqsədi  daşıyırdı.  Qərarda  deyilirdi:  «Məktəblərdə  tarixin  öyrənilməsi  üçün 

aşağıdakı qayda müəyyən edilsin: 

IV sinifdə – SSRİ tarixindən epizodik hekayələr; 

V sinifdə – qədim dünya tarixinin elementar kursu

VI sinifdə – orta əsrlər tarixinin elementar kursu; 

VII-VIII siniflərdə – Sovet dövlətinin ictimai və dövlət quruluşu haqqında 

ən mühüm məlumat verməklə SSRİ tarixinin elementar kursu; 

IX-XI siniflərdə – SSRİ tarixinin sistematik kursu, xarici ölkələrin yeni və 

ən yeni tarixinin sistematik kursu». Sonra göstərilirdi: «Müttəfiq respublikaların 



 

 

40 



 

Kommunist  partiyaları  MK-larına  və  Nazirlər  Sovetlərinə  tapşırılsın  ki, 

məktəblərdə  müttəfiq  respubilkanın  tarixini  öyrənmək  məsələsini  nəzərdən 

keçirib  həll  etsinlər».  Bu  göstərişə  əsasən  Azərbaycan  Kommunist  Partiyası 

Mərkəzi  Komitəsi  və  Azərbaycan  SSR  Nazirlər  Soveti  «Azərbaycan  SSR 

məktəblərində tarixin tədrisində bəzi dəyişikliklər edilməsi haqqında» 1959-cu il 

5  noyabr  tarixli  qərarı  qəbul  etdilər.  IV-VIII  siniflərdə  Azərbaycan  tarixinin 

öyrənilməsi  müəyyən  edildi.  Bu  qərara  əsasən  Azərbaycanın  tarix  alimləri  ilk 

dərs vəsaiti və dərsliklər yaratdılar. 1960-cı ildə orta məktəb üçün «Azərbaycan 

tarixi» adlı dərs vəsaiti çapdan çıxdı. İlk dərs vəsaitinin yazılmasında və redaktə 

edilməsində  görkəmli  Azərbaycan  tarixçiləri  Ə.S.Sumbatzadə,  Z.İ.İbrihamov, 

İ.A.Hüseynov, Ə.N.Quliyev və Y.A.Tokorjevski iştirak etmişdilər. 

Ə.Quliyev  və  E.Məmmədovun  «Azərbaycan  tarixi»  (7-8-ci  siniflər) 

kitabının çıxması məktəbliləri Azərbaycan tarixi üzrə dərslik və dərs vəsaiti ilə 

təmin  etmək  sahəsində  böyük  əhəmiyyətə  malik  idi.  Həmin  tarixi  qərarlar 

əsasında  SSRİ  tarixi  və  onun  tərkibində  Azərbaycan  tarixi  üzrə  proqram  və 

dərsliklər  yaranır  və  tarix  üzrə  bir  sıra  metodik  vəsaitlər  və  məqalələr  dərc 

olunurdu.  Azərbaycan  tarixinin  tədrisi  metodikası  üzrə  elmi-tədqiqat  işləri 

genişləndirilirdi. 

Azərbaycan tarixinin daha dərindən öyrənilməsi Sov. İKP və SSRİ Nazirlər 

Sovetinin  «Məktəblərdə  tarixin  tədrisi  qaydalarında  dəyişiklik  edilməsi 

haqqında»  1965-ci  il  14  may  tarixli  qərarının  böyük  əhəmiyyəti  oldu.  Qərar 

SSRİ  tarixinin  tərkibində  Azərbaycan  tarixinin  öyrənilməsi  imkanını 

genişləndirdi.  Bu  qərar  on  illik  orta  məktəb  bazasında  konsentrizmin  (1959-

1965-ci  illər)  ləğvinə,  məktəb  tarix  kursunun  ardıcıl  və  əsaslı  öyrənilməsinə 

imkan yaratdı. 

Azərbaycan tarixindən dərsliklərin yaranmasına diqqət artırılır. Azərbaycan 

tarixi  üzrə  7-8  siniflər  üçün  yeni  dərslik  (müəllifi  Ə.N.Quliyev,  redaktorları 

Ş.C.Məmmədbəyli və İ.V.Struqunovdur), 1972-ci ildə IX sinif üçün (müəllifləri 

Ə.Quliyev,  E.Məmmədov,  redaktorları  Ş.Məmmədbəyli  və  İ.V.Striqunovdur) 

1975-ci ildə çapdan çıxdı. 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə