Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə19/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   221

 

 

60 



 

Tədris  proqramları  quruluşuna  görə  iki  komponentdən  ibarətdir:  izahat 

vərəqi  (yaxud  giriş)  və  təhsilin  məzmunu.  Bəzi  pedaqoqlar  metodik  göstərişləri 

üçüncü  komponent  kimi  verirlər.  Əslində  metodik  göstərişlər  də  izahat 

vərəqində öz əksini tapır. 

Tədris  proqramları,  əsasən  iki  şəkildə  hazırlanır:  sistematik  (ardıcıl)  və 

konsentrik.  Proqramın  sistematiklik  prinsipi  üzrə  tərtibinin  mahiyyəti  bundan 

ibarətdir ki, bu və ya digər fənn elmin sistemini qoruyub saxlamağa xidmət edir, 

ayrı-ayrı mövzular özlərindən əvvəlki mövzuları tamamlayır, özlərindən sonrakı 

mövzular üçün zəmin yaradır. 

Tədris  mövzularının  konsentrik  düzülüşünün  mahiyyəti  belədir  ki,  aşağı 

siniflərdə,  yaxud  əvvəlki  sinifdə  öyrənilən  mövzuların  yuxarı  (sonrakı) 

siniflərdə  daha  əhatəli  və  dərindən  keçilməsi  təmin  olunur.  Məsələn,  ibtidai 

siniflərdə  Azərbaycan  dilindən  isim  barədə  yığcam  məlumat  verilir,  V  sinifdə 

həmin  mövzunun  üzərində  daha  geniş  dayanılır.  Və  yaxud,  V  sinifdə  «Ata 

yurdu» fənni tədris olunur. «Ata yurdu» Azərbaycan tarixi kursuna daxil olan bir 

fəndir.  Bu  fənn  üzrə  VI-XI  siniflərdə  nəzərdən  keçiriləcək  mövzuların  böyük 

əksəriyyətinə  yığcam  şəkildə  ekskurs  edilir.  Başqa  sözlə,  V  sinifdə  qədim 

dövrdən  bu  günümüzə  qədər  tariximiz  qısa  şəkildə  işıqlandırılır,  digər  siniflər 

Azərbaycan tarixinin yalnız müəyyən dövrünü (lakin hərtərəfli) əhatə edir. 

Tədris  proqramının  quruluşunun  konscntrik  üsulunda  eyni  material 

(məsələ)  bir neçə  dəfə,  lakin sadə  mürəkkəbliklə,  yeni komponentlərlə təhsilin 

məzmununun  genişləndirilməsi,  zənginləşdirilməsi,  onlar  arasındakı  əlaqələrin 

və asılılıqların dərindən nəzərdən keçirilməsi ilə şərh olunur. 

Proqramda  materialın  konsentrik  yerləşdirilməsi  heç  də  sadəcə  təkrarı 

nəzərdə  tutmur,  bu  və  ya  digər  məsələlər  nəzərdən  keçirilən  hadisə  və 

proseslərin  mahiyyətinə  daha  dərindən  nüfuz  etməklə  genişləndirilmiş  əsasda 

öyrənilır. 

Proqramın konsentrik qaydada hazırlanması məktəblilərin yaş və dərketmə 

səviyyəsini  hesaba  almaqla  bağlıdır.  Məktəblilərin  psixi  inkişafının  səviyyəsi 

belədir ki, bir sıra hallarda elmin qanun və anlayışlarını onlara çatdırmağa imkan 



 

 

61 



 

olmur.  Odur  kı,  bəzı  qanun  və  anlayışlar  barədə  əvvəlcə  yığcam  təsəvvürlər 

yaradılır,  daha  sonra  (sonrakı  siniflərdə)  geniş  şəkildə  həmin  məsələlərin 

üzərində dayanılır. 

Proqramın  tərtibinə  aşağıdakı  tələblər  verilir:  1.  Tədris  planına  əsasən 

hazırlanmalı; 2. Sistematik və ardıcıllığa əməl olunmalı; 3. Proqramda müəllim 

üçün müvafiq göstərişlər olmalı; 4. Proqramda elmin  mübahisəli məsələləri öz 

əksini  tapmamalı;  5.  Elmin  müasir  inkişaf  səviyyəsinə  uyğun  gəlməli;  6. 

Tərbiyəvi  vəzifələr  öz  həllini  tapmalı;  7.  Məktəblilərin  anlaq  səviyyələri,  yaş 

xüsusiyyətləri diqqət mərkəzində dayanmalı; 8. Nəzəriyyə ilə təcrübənin vəhdəti 

təmin  edilməli;  9.  Fənlər  arasında  təbii  əlaqəyə  fikir  verilməli;  10.  Proqrama 

elmin başlıca müddəaları və anlayışları daxil olunmalıdır və s. 

Konkret  fənn  (məsələn,  tarix  və s.) üzrə bütün siniflərin proqramı,  adətən 

bir yerdə, toplu halında nəşr olunur və göstərilir: (Son zamanlar bəzi fənlər üzrə 

dərsliklərin (hər bir dərsliyin) axırında həmin sinif üzrə proqramı əks etdirilməsi 

təcrübəsindən də istifadə olunur). 

Proqramın  izahat  vərəqi  bu  fənnin  tədris  olunduğu  bütün  siniflər  nəzərə 

alınmaqla, ümumi yazılır. Burada kursun qarşısında duran məqsəd və vəzifələr, 

proqramın  özündən  əvvəlki  proqramdan  fərqi,  yeniliklər,  müəllimlərin  diqqət 

yetirməli  olacaqları  əsas  məsələlər,  fəndaxili  və  fənlərarası  əlaqələrin 

yaradılması,  yeni  təlim  texnologiyalarından  istifadəyə,  təlimin  optimallaşdırıl-

masına,  müəllim-şagird  münasibətlərinin  düzgün  qurulmasının  zəruriliyinə, 

təlimin  prinsip  və  metodlarından  səmərəli  istifadəyə,  şagirdlərin  müstəqil 

işlərinin  təşkilinə  məktəblilərin  təlim  fəaliyyətinin  monitorinqi  və  qiymətlən-

dirilməsinə və s. dair tövsiyələr öz əksini tapır. 

Proqramda  təhsilin  məzmunu  üçün  ayrılmış  hissədə  (hər  bir  sinif  üçün 

ayrıca) konkret bölmənin (bəhsin) adı və həmin bölmənin öyrənilməsinə ayrılan 

saat, bu bölməyə daxil olan hər bir mövzu öyrənilərkən diqqət yetirilməsi vacib 

olan məsələlər (məzmun) ifadə olunur. Diqqət yetirək: 

Azərbaycan tarixi fənni üzrə VI sinifdə: «1 bölmə. «Azərbaycan ərazisində 

ibtidai icma quruluşu» (6 saat). 



 

 

62 



 

Mövzu: «Azərbaycan ərazisində ilk insan məskənləri» (1 saat). 



(Məzmun):      Azərbaycanın      təbii-iqlim      şəraiti.  İbtidai  insanların 

heyvanlar  aləmindən  ayrılması.  Ən  qədim  insanlar.  «Bacarıqlı  adam».  İbtidai 

insan  dəstələrinin  meydana  gəlməsi.  Onların  əmək  alətləri  və  məşğuliyyəti: 

yemtoplama  və  ovçuluq.  Azərbaycan  ərazisində  ən  qədim  insan  izləri:  azıx 

adamı. Oddan istifadə. 

Həmin  bölməyə  daha  dörd  mövzu  daxildir.  Həmin  mövzular,  onların 

tədrisinə  ayrılan  saatlar  və  məzmun  verildikdən  sonra,  təkrarın  aparılması  (1 

saat) nəzardə tutulur, kursdaxili, kurslararası va fənlərarası əlaqələrin imkanları 

göstərilir.  Diqqətəlayiq  cəhət  həm  də  burasındadır  ki,  proqrama  hər  bir 

bölmədən sonra «Formalaşdırılan əsas anlayışlar». «Şagirdlərin əsas bacarıqları» 

verilir. Yəni bölməyə aid mövzular öyrənildikdən sonra şagirdlər nələri bilməli, 

nələri bacarmalıdırlar. 



5. Dərsliklər və dərs vəsaitləri 

Dərsliklər  tədris  proqramının  tələbləri  əsasında  hazırlanır.  Tədris 

proqramının  məzmununun  konkretləşdirilməsi  öz  ifadəsini dərsliklərdə və dərs 

vəsaitlərində tapır. Dərsliklər və dərs vəsaitləri biliklərin, məktəblilərin müstəqil 

işlərinin təşkilinin əsas mənbəyi və təlimin ən mühüm vasitələrindən biridir. 

Dərsliklərin  tərtibinə  aşağıdakı  tələblər  verilir:  1.  Fənn  proqramına  uyğun 

gəlməli;  2.  Tərbiyənin  vəzifələrinin  həyata  keçirilməsinə  yardımçı  olmalı;  3. 

Sistemliliyə, ardıcıllıq, varislik və elmiliyə əməl edilməli; 4. Şagirdlərin yaşına 

və anlaq səviyyəsinə uyğun olmalı; 5. Dili sadə, anlaşıqlı, aydın və yığcam, nəşri 

yüksək  səviyyədə  olmalı;  6.  İdeoloji  baxımdan  yararlı  olmalı.  7.  Qazanılmış 

biliklə  yeni  bilik  arasında  əlaqə  yaradılmalı;  8.  Təlim  materialı  şagirdə  bilik 

verməklə  yanaşı,  həm  də  onun  ümumi  inkişafı  üçün  şərait  yaratmalıdır;  9. 

Materiallar  xarakterinə  görə  (hansını  məcburi  keçmək  lazımdır,  hansına  aid 

təsəvvür  yaradılmalıdır  və  s.)  bir-birindən  fərqlənməli;  10.  Müstəqilliyin 

inkişafına  şərait  yaradan  tapşırıqlara,  test  nümunələrinə  müraciət  edilməli, 

mətnlərdən sonra düşündürücü suallar verilməli; II. Bu fənn (fənndaxili əlaqə) və 




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə