Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə22/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   221

 

 

69 



 

faktı,  məsələni  uzun  müddət  hafizəsində  saxlaması  və  ondan  faydalanması 

mümkün deyildir. 

Təcrübə  göstərir  ki,  anlayışların  formalaşdırılması  üçün  müəllim  onların 

məzmununu  şərh  etmək  və  əlamətlərini  sadalamaqla  kifayətlənməməli, 

mənimsəmə  prosesinin  (qavrama,  dərketmə,  yadda  saxlama  və  tətbiq  etmə) 

qanunauyğunluqlarına  riayət  etməli,  şagirdləri  zəruri  təfəkkür  əməliyyatlarının 

icrasına  cəlb  etməlidir.  Bunsuz  anlayışların  mənimsənilməsi  mümkün  deyildir. 

Beləliklə,  şagirdin  bu  istiqamətdə  qazanacağı  uğurların  səviyyəsi  onun  əqli 

qabiliyyətlərinin  inkişafından  asılıdır.  Odur  ki,  proqram  materialları  şagirdlərə 

elə  çatdırılmalıdır  ki,  onların  hafizə,  təfəkkür,  təxəyyül  və  s.  psixi  fəaliyyət 

formaları  əlaqələndirilsin,  normal  zehni  fəaliyyətləri  təmin  olunsun.  Bu  isə 

müəllimdən  tələb  edir  ki,  hər  bir  konkret  dərsə  hazırlaşarkən  təlim 

materiallarının  məzmununu  tələb  etdiyi  zehni  əməliyyatları  konkret  olaraq 

müəyyənləşdirsin və dərs prosesində bütün şagirdlərin həmin əməliyyatları icra 

etmələrinə nail olsun. 

Bu  işin  öhdəsindən  gəlmək  üçün  proqram  bölmələrinin  sonunda  verilmiş 

«şagirdlərin əsas bacarıqları» tövsiyyəsindən istifadə edilməlidir. Bunlar dərsin 

əsas  məsələlərinin,  anlayışlarının  mənimsənilməsi  üçün  tələb  olunan  zehni 

əməliyyatları müəyyənləşdirməkdə müəllimə istiqamət verə bilər. Bu tövsiyənin 

əsas  mənası  mövzunun  məzmununa  müvafiq  əlaqələndirmə,  müqayisə  etmə, 

təhlil  etmə,  ümumiləşdirmə  və  nəticə  çıxarma  üsulları  ilə  şagirdlərin  təfəkkür 

qabiliyyətini  üzə  çıxarmaq,  onlarda  bacarıq  vərdişləri  formalaşdırmaqdır. 

Müəllimin  başlıca  vəzifəsi  hər  bir  mövzuya  müvafiq  bacarıqları  seçib 

dəqiqləşdirməkdir.  Bunsuz  müəllimin  təlim  materiallarının  mənimsənilməsinə 

nail olması müşkül olar. 

Şagirdlərin  inkişafı,  tərbiyəsi,  onların  fəal  ictimai-siyasi  həyata 

hazırlanması  üçün  də  bu  tövsiyənin  müstəsna  əhəmiyyəti  vardır.  Müəllim 

«Bacarıqlar»dakı  tövsiyələrdən  istifadə  edərək  şagirdlərdə  konkret  mövzular 

üzrə proqramda göstərilən vacib problemlər, məsələlər üzrə müstəqil bilik əldə 

etmək,  məlumat,  məruzə,  müsahibə  və  referat  hazırlamaq,  icmal  və  tezislər, 



 

 

70 



 

cədvəllər  tərtib  etmək,  yoldaşları,  valideynlər  qarşısında  çıxış  etmək, 

ümumməktəb tədbirlərindən iştirak etmək vərdişləri aşılamalıdır. 

Proqramın sözügedən tövsiyəsi şagirdlərdə proqnozlaşdırmaq vərdişlərinin 

də formalaşdırılmasına kömək etməlidir. 

Fikrimizcə,  proqramın  strateji  məqsədlərindən  biri  də  müəllim  şəxsiyyəti, 

müəllim biliyi və peşəkarlığı, müəllim təşəbbüskarlığı və yaradıcılığının inkişaf 

etdirilməsidir. 

Proqram  materiallarını  şagirdlərə  mənimsətmək,  ləyaqətli  vətəndaşlar 

yetişdirmək  naminə  müəllim  indi  dünya  praktikasında  yayılmış  və  özünü 

doğrultmuş yeni təlim metodlarından və texnologiyalarından – diskusiya, debat, 

disput, konfrans, müsabiqə və interaktiv təlim üsullarından, texnikalarından və iş 

formalarından  istifadə  etməlidir.  Bunlar  Vətənimizi  sevən,  qanunlarımıza 

hörmətlə  yanaşan,  azad  və  demokratik  ruhlu,  savadlı  və  ləyaqətli,  təşəbbüskar 

nəslin yetişdirilməsinə kömək edir. 

Ədəbiyyat 

1.

 



Aktualnıe 

voprosı  metodika  obuçeniya  istorii  (Pod.  Red. 

A.Q.Koloskova. M., 1984). 

2.

 



Vaqin A.A. Metodika obuçeniye istorii v sredney şkole. M., 1972. 

3.

 



Dayri  N.Q.  Proverka  znaniy  i  poznovatelnaya  deyatelnost  uçaşixsya 

klassa. M., 1960. 

4.

 

Metodika  obçueniya  istorii  drevneqo  mira  i  srednix  vekov  v  V-VI 



klassax. M., 1970. 

5.

 



Abbasov  A.N.  Pedaqogika  (müxtəsər  konspekt  və  sxemlər).  Bakı, 

2007. 


6.

 

Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün tarix proqramları. Bakı, 



2000-ci il. 

7.

 



Əmirov  M.M.  Orta  məktəbdə  tarixin  tədrisinin  aktual  problemləri. 

Bakı, 2009, 160 səh. 

 

 



 

 

71 



 

IV BÖLMƏ. MƏKTƏBDƏ TARĠX TƏLĠM PROSESĠ 

Müəllimlik sənəti, peşəsi cəmiyyətdə 

ən  yüksək  qiymətə  layiq  olan  bir 

peşədir. Müəllim olmaq kimi şərəfli 

bir  iş  yoxdur.  Çünki  müəllimlər 

xalqın  biliklənməsinin,  təhsilinin 

inkişaf etməsinin və nəhayət, xalqın 

elminin 

inkişafının 

əsasını 

qoyanlardır 

                                                                                                        Heydər Əliyev 

§  1  Məktəbdə  tarix  təlim  prosesinin  mahiyyəti  və  onun 

planlaĢdırılması.  Tarix  təliminin  didaktik  prinsipləri  və  funksiyaları. 

Məktəb tarix təlimi prosesinin qanunauyğunluqları  

Təlim - müəllim və şagirdlərin qarşılıqlı fəaliyyətinin xüsusi təşkil edilmiş, 

məqsədyönlü,  sistemli  və  idarə  olunan  prosesi  olub  bu  zaman  bilik,  bacarıq  və 

vərdişlərin  mənimsənilməsi  baş  verir,  məktəblilərin  tərbiyə  və  inkişafı  həyata 

keçir. 

Təlim  anlayışı  hadisəni  bildirir.  Təlim  obyektiv  gerçəkliyin  çox  mürəkkəb 



prosesidir.  Ona  görə  də  bu  prosesin  tam  və  hərtərəfli  tərifini  vermək  çox 

çətindir. Təlimin metodik ədəbiyyatda çoxsaylı tərəfləri var. 

Qədim  və  orta  əsr  mütəfəkkirlərinin  əsərlərində  «təlim»,  «təlim  prosesi» 

anlayışları  dedikdə,  başlıca  olaraq  tədris  başa  düşülür.  XX  əsrin  əvvəllərində 

«təlim»  anlayışına  bu  prosesi  təşkil  edən  iki  komponenti-  tədris  və  öyrənmə 

anlayışlarını da daxil etdilər. Tədris dedikdə dərs materialının mənimsənilməsini 

təşkil  etmək  üçün  müəllimlərin  fəaliyyəti  başa  düşülür.  Öyrənmə  dedikdə 

keçirilən  materialı  mənimsəmək  üçün  şagirdlərin  fəaliyyəti  başa  düşülür. 

Şagirdlərin  idrak  fəaliyyətini  formalaşdırmaq  üzrə  müəllimin  idarəedici 

fəaliyyəti, müəllim və şagirdlərin birgə fəaliyyəti də təlim anlayışında öz əksini 

tapır. 

Müasir anlamda təlim üçün aşağıdakı əlamətlər səciyyəvidir: 



1) ikitərəfli xarakter; 

2) müəllimlərin və şagirdlərin birgə fəaliyyəti; 

3) müəllim tərəfindən rəhbərlik; 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə