Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə17/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   221

 

 

54 



 

§2.Təhsilin məzmununu əks etdirən sənədlər 

1. Kurikulum 

Kurikulum  -  təhsilin  ayrı-ayrı  pillələri  üzrə  təlimin  nəticələrini  və 

məzmun  standartlarını,  tədris  fənlərini,  həftəlik  dərs  və  dərsdənkənar 

məĢğələ  saatlarının  miqdarını,  təlim-tərbiyə  prosesinin  təĢkili,  təlim 

nəticələrinin  monitorinqi  və  qiymətləndirilməsinin  keçirilmə  mexanizmini 

əhatə edən dövlət sənədidir. 

Kurikulum  təhsil  prosesinin  məqsədinə  əsasən,  müvafiq  dövlət 

standartlarına  uyğun  şəkildə,  bu  və  ya  digər  təhsil  pilləsi  və  istiqamətləri  üzrə 

təhsilin  məzmununa  və  mənimsənilmə  qaydalarına  aydınlıq  gətirir.  Kurikulum 

tədris  planını,  ayrı-ayrı  fənlər  üzrə  tədris  proqramlarını,  metodik  təminatla 

əlaqədar  tövsiyələri,  qiymətləndirmə  və  başqa  təhsil  texnologiyalarını  özündə 

birləşdirir.  Respublikamızda  təhsilin  ayrı-ayrı  pillləri  və  səviyyələri  üzrə 

kurikulumlar  (təhsil  proqramları)  həyata  keçməkdədir.  Əlavə  təhsil  və 

məsafədən (distant) təhsil üzrə də təhsil proqramlarından istifadə olunur. 

1999-cu  ildə ölkə  Prezidentinin  Fərmanı  ilə  «Azərbaycan  Respublikasında 

Təhsil  haqqında  İslahat  Proqramı»  təsdiq  edilmişdir.  İslahatın  mühüm 

istiqamətlərindən  biri  də  təhsilin  məzmununun  təkmilləşdirilməsindən  və 

yeniləşdirilməsindən,  dünya  təhsil  sistemi  səviyyəsinə  çatdırılmasından 

ibarətdir.  Əsasən  2004-cü  ildən  etibarən  ölkəmizdə  ardıcıl  həyata  keçirilən 

məzmun  dəyişiklikləri  pedaqoji  prosesin  sistemli  planlaşdırılmasını  nəzərdə 

tutan  kurikulum  islahatları  şəklində  reallaşır.  Azərbaycan  Respublikasının 

Nazirlər  Kabineti  2006-cı  il  oktyabrın  30-da  ―Azərbaycan  Rcspublikasında 

ümumi  təhsilin  Konsepsiyası‖nı  (Milli  Kurikulumunu)  təsdiq  etmişdir.  Milli 

kurikulumda ümumi təhsil üzrə təlim nəticələri və məzmun standartları, ümumi 

təhsilin  ayrı-ayrı  mərhələlərində  keçilən  tədris  fənləri,  həftəlik  dərs  və 

dərsdənkənar məşğələ saatları, təlim-tərbiyə prosesinin təşkili və idarəolunması, 

təlim  müvəffəqiyyətinin  monitorinqi və qiymətləndirilməsi ilə  əlaqədar başlıca 

tələblər  kompleks  halında  əks  etdirilmişdir.  Həmin  sənəd  əsasında  hazırlanmış 



 

 

55 



 

fənn  kurikulumlannda  hər  bir  sinif  üzrə  təlimin  nəticələri,  məzmun  və 

qiymətləndirmə standartları, təlim strategiyaları öz ifadəsini tapmışdır. 

Fənn kurikulumlarında, hər şeydən öncə təlimin məzmunu verilir. Ənənəvi 

proqramlarla  müqayisədə  burada  məzmun  nəticələr  formasmda  ifadə  olunur. 

Həmin  nəticələr  məktəblilərin  əldə  edəcəkləri  bilikləri,  həmçinin  onların 

fəaliyyətlərini nəzərə çarpdırır. Əsasən bacarıqlardan ibarət olan həmin nəticələr 

minimum tələb kimi təsdiq edildiyi üçün eyni zamanda standart kimi götürülür. 

Pedaqoji  ədəbiyyatda  qeyd  edildiyi  kimi,  fənn  kurikulumlarının  didaktik 

əsasında  nəticəyönümlülük,  tələbyönümlülük  və  şəxsiyyətyönümlülük  prinsipləri 

dayanır. 

Nəticəyönümlülük təhsilin ayrı-ayrı pillələri, konkret siniflər və fənlərlə bağlı 

əldə ediləcək təlim nəticələrinin qabaqcadan nəzərdə tutulmasını; 

tələbyönümlülük  -  təlim  məqsədlərinin  dövlətin,  cəmiyyətin  və 

təhsilalanların tələbatmı ödəməsini; 

şəxsiyyətyönümlülük  -  şagirdlərin  maraqlarının,  arzu,  istək,  meyl  və 

qabiliyyətlərini hesaba almaqla mühüm və gərəkli həyati bacarıq və vərdişlərin 

formalaşdırılmasını məqsədəuyğun hesab edir. 



2. Dövlət təhsil standartları 

Təhsilin  ayrı-ayrı  pillələlərində  məzmunun  işlənib  hazırlanmasında  dövlət 

təhsil  standartları  özünəməxsus  rol  oynayır.  Təhsilin  standartlaşdınlması 

ölkəmizdə  vahid  təhsil  məkanının  yaradılması  zərurətindən  irəli  gəlir  və 

müxtəlif tip məktəblərdə: 

təhsil  alanlar  üçün  ümumi  təhsilin  vahid  səviyyəsini  təmin  edirsə,  digər 

tərəfdən dünya təhsil sisteminə inteqrasiya olunmağımıza imkan verir. 

 

Təhsil  standartı  -  məzunların  ümumi  təhsil  hazırlığına  verilən 



tələblərin məcburi səviyyəsidir, təlimin və nəzarətin həmin tələblərə uyğun 

gələn  məzmununu,  metodlarını,  formalarını  və  vasitələrini  özündə  əks 

etdirir. Bunlar həm «norma», həm «nümunə» və həm də «ölçü»dür. 

Pedaqoji  ədəbiyyatda  göstərildiyi  kimi,  təhsil  standartı  dedikdə, 

təhsilin dövlət normaları kimi nəzərdən keçirilən ictimai idealı və bu ideala 


 

 

56 



 

nail  olmaq  üzrə  təhsil  sistemini  ifadə  edən  əsas  cəhətlərin  sistemi  baĢa 

düĢülür. 

Dövlət  təhsil  standartları  müəyyən  dövr  üçün  dövlət  tələblərini  özündə 

əhatə edən ümumi normalar məcmusu olub, pedaqoji elmin prinsiplərinə əsasən 

hazırlanır. Təhsil standartları mütərəqqi beynəlxalq meyarlar, milli, ümumbəşəri 

dəyərlər əsas götürülməklə müəyyən edilir. 

Dövlət  təhsil  standartları  təhsilin  məzmununu,  pedaqoji  elmin  üzvlərinin 

keyfiyyət  göstəricilərini,  təhsilin  müxtəlif  pillələrində  şagirdlərin  (tələbələrin) 

bilik, bacarıq və vərdişlərin  səviyyəsini, təhsil müəssisəsinin və təlim prosesinin 

idarə  olunmasını,  maddi  texniki  bazanı  müəyyən  edir.  Təhsil  müəssisələrində 

təhsilin dövlət standartlarına uyğun təşkili təmin edilir. 

Ayrı-ayrı  məktəb  tiplərinin  fəaliyyətlərinin,  təhsilin  səviyyəsinini  və 

məzunların  təlim  göstəricilərinin  monitorinqi  və  qiymətləndirilməsində, 

akkreditasiya və məzunların yekun attestasiyasında müvafiq təhsil standartlarına 

əsaslanır.  Sağlamlıq  imkanlari  məhdud  olan  məktəblilərin  təhsilini  həyata 

keçirmək məqsədilə isə xüsusi dövlət standartları işlənib hazırlanır. 

Ümumi dövlət təhsil standartı aşağıdakıları nəzərdə tutur: 

-

 

təhsilin  hər  bir  pilləsi  üzrə  məzmunu  əks  etdirir.  Dövlət  şagirdlərə 



(tələbələrə) zəruri ümumi təhsil hazırlığı verməyi nəzərdə tutur; 

-

 



təhsilalanların zəruri hazırlığına minimum tələblər verilir. 

Məzmun baxımından ümumtəhsil məktəbinin dövlət standartı nəzərdə tutur: 

-

 

elmlərin  əsaslarına  dair  nəzəriyyələrdən,  konsepsiyalardan,  onların 



tarixindən,  problemlərindən,  metodologiyasından  və  proqnozlarından  xəbərdar 

olmaq; 


-

 

bu  və  ya  digər  bilik  sahəsinin  əsas  anlayışlarını  bilmək  və  tətbiq  etmək 



bacarığı; 

-

 



əsas anlayışlara tərif vermək: 

-

 



anlayışın məzmununu və qayəsini açmaq; 

-

 



anlayışlara praktik şərh (təfsir) vermək; 


Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə