Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

 
 
 
 
 
 
 
46
cümlәdәn Qazmaservis vә Logistika  idarәsindә  111 әdәd,  kәnar  tәşkilatda 6 әdәd) elektrik  
avadanlığı  әsaslı  tәmir olunmaqla istismara qaytarılmışdır.   
NKİ-nin struktur vahidlәrindә  neftin nәqlinin texnoloji proseslәrindә istifadәdә olan 58 
magistral nasos aqreqatlarının 25%-nin işlәmә müddәtinә  istismar müddәtinin  keçmiş  
olduğunu  nәzәrә  alaraq, texnoloji proseslәrin tәmin edilmәsi üçün  balansda  mövcud olan  
30 әdәd nasos qurğusunda sazlama vә nasosla mühәrrik arasında oxların mәrkәzlәşdirilmәsi 
vә cari tәmir işlәri aparılmış,  nasos stansiyalarının normal iş  fәaliyyәti bәrpa edilmişdir.      
Daşgil NNS-nı elektrik enerjisi ilә  tәmin edәn 35/6kV-luq yarımstansiyasında  әsaslı  tәmir 
işlәrinә başlanmış vә fiziki köhnәlmiş elektrik avadanlıqları müasir tipli yeni avadanlıqlarla әvәz 
edilmişdir. Sınaq sazlama işlәrinin tәrtib olunmuş qrafik üzrә vaxtlı-vaxtında görülmәsinә görә 
elektrik avadanlıqlarının işlәmә müddәtlәri uzadılmış  vә tez-tez sıradan çıxmasına yol 
verilmәmişdir. 
Elektrik enerjisindәn sәmәrәli istifadә barәdә müvafiq tәdbirlәr hәyata keçirilmiş
texnoloji qurğuların daha optimal iş rejimlәrinә uyğun variantlar seçilmәklә istismarda olan 
elektrik avadanlıqları nisbәtәn kiçik güclü avadanlıqlarla  әvәz edilmiş  vә  balansdan kәnar  
tәşkilatlara verilәn obyektlәrin sәrf etdiklәri enerji dә  nәzәrә alınarsa, elektrik enerjisinin  
istehlakı, 2012-ci ilin müvafiq dövrü ilә müqayisәdә 10793 min kVt.saat  azalmışdır. 
2013-cü ilin yanvar-dekabr ayları әrzindә ARDNŞ-nin müәssisә  vә  tәşkilatları  enerji  
tәchizatı  müәssisәlәrindәn, cәmi 945827 min kVt.saat  elektrik  enerjisi  almışdır. 
O cümlәdәn, 
“Azәrenerji” ASC-dәn 61171 min kVt.saat, “Bakıelektrikşәbәkә” ASC-dәn 721510min 
kVt.saat, “Sumqayıtelektrikşәbәkә” ASC-dәn 162073 min kVt.saat vә digәr idarәlәrdәn1073 
min kVt.saat elektrik enerjisi alınmışdır (Diaqram XII.1). 
 
2013-cü ilin yanvar-dekabr  ayları әrzindә kәnardan alınan elektrik enerjisi haqqında: 
 
"Azәrenerji"ASC     
 
  61171 min kVt.saat 
"Bakı.el.şәbәkә 
  721510 
min 
kVt.saat 
"Sumqayıt 
ASC 
  162073 
min 
kVt.saat 
Kәnar tәşkilatlar 
   
 
 
1073  min kVt.saat 
 
 
Diaqram XII.1
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
47
 
 
2013-cü  ilin yanvar - dekabr aylarında “Azәrikimya”  İB-dә 79611min kVt.saat, 
“Azneft”İB - 142720 min kVt.saat (o cümlәdәn, QTES-48 137759min kVt.saat;  DES- 
4961 min kVt.saat ) elektrik enerjisi hasil edilmişdir (Diaqram XII.2). 
 
2013-cü ilin yanvar-dekabr ayları әrzindә ARDNŞ-nin müәssisә vә tәşkilatlarında 
istehsal edilәn elektrik enerjisi haqqında:  
Azneft İB                   
142720  min kVt.saat 
QTES-48                    
137759  min kVt.saat 
Azәrikimya  İB              
  79611  min kVt.saat 
DES                             
   4961   min kVt.saat
  
 
Diaqram XII. 2 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
        2013-cü il әrzindә ARDNŞ-nin struktur tәrkibindә olan müәssisә vә tәşkilatlarında 
istehsalata 1162686 min kVt.saat elektrik enerjisi sәrf olunmuşdur. Eyni zamanda   2924 
min kVt.saat elektrik enerjisi kәnar tәşkilatlara vә 304 min kVt.saat  elektrik enerjisi  isә  
Çilov  adasında yaşayan әhaliyә müvafiq qaydada satılmışdır (Diaqram XII.3).   
ARDNŞ-nin  müәssisә vә tәşkilatlarının  istehsal etdiyi  elektrik enerjisinin  
sәrfi haqqında: 
 
İstehsalata                
 
1162686   min kVt.saat 
Kәnar tәşkilata                 
     2924  min kVt.saat 
Әhaliyә                             
       304  min kVt.saat 
                                                                                             
Diaqram XII.3
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
48
      
  
Enerji  resurslarından sәmәrәli istifadә  tәdbirlәrinin hәyata keçirilmәsi vә elektrik 
enerjisinin qeyri qanuni sәrfinin qarşısının alınması ilә әlaqәdar müvafiq işlәrin görülmәsinә 
nәzarәt daimi olaraq aparılmışdır. 
Enerji tәchizatı müәssisәlәrinin elektrik sistem vә şәbәkәlәrindә baş vermiş qәzalara 
görә ARDNŞ-nin müәssisәlәrinin, idarә vә tәşkilatlarının elektrik tәchizatında fasilәlәrә tәsadüf 
olunsa da, mәdәndaxili  elektrik şәbәkәsinә xidmәt heyәtinin tәqsiri ucbatından  boş  
dayanmalara yol verilmәmişdir. 
2013-cü ildә  elektrik qurğu vә avadanlıqlarında 3420 min manat hәcmindә  sınaq-
sazlama işlәri, 1571 min  manat  hәcmindә  elektrik  avadanlıqlarının vә 4290 min manat  
hәcmindә  qazma  vә  neft-mәdәn  avadanlıqlarının әsaslı  tәmir işlәri, hәyata  keçirilmiş  vә  
iş  saatları  uzadılaraq istismara  qaytarılmışdır. Hesabat ilindә istehsalata yararsız qurğu vә 
avadanlıqların balansdan silinmәsindәn 94583 ton qara vә 388 ton әlvan metal qırıntı  vә 
tullantılarının tәdarük olunaraq, tәhvil verilmәsi üzrә müvafiq tәdbirlәrin hәyata keçirilmәsi 
tәmin olunmuşdur. 
2013-cü ildә qazma, neft-mәdәn avadanlıqlarinın vә texnoloji qurğuların istismarında 
vaxtından qabaq sıradan çıxma vә ehtiyat hissәlәrinin çatışmazlığından boşdayanma hallarına 
yol  verilmәmişdir. 
Yanğından mühafizә sahәsindә  dә müәyyәn işlәr görülmüşdür. “Vixr” tipli 
yanğınsöndürәn gәmilәrin nәzәrdә tutulan neft-qaz yataqlarında daim növbә çәkmәsinә nail 
olunmuşdur.  İdarә  vә müәssisәlәr ilkin yanğınsöndürmә vasitәlәri vә köpük әmәlә  gәtirәn 
maye ilә tәmin edilmişdir.        
         DDÖ–nin  әksәriyyәtindә su çilәmә sistemlәri, dairәvi yanğınsöndürmә  su    xәtlәri,  
yanğınsöndürmә dayaqları, dalma nasoslarının şaxtaları vә gәmi yanalma meydançaları tәmir 
edilmişdir. Manifold sistemlәrinin, alçaq vә yüksәk tәzyiq separatorlarının yenilәri ilә  әvәz 
olunması sahәsindә böyük hәcmli işlәr görülmüşdür. 
         Qazma işlәrinin sürәtli vә keyfiyyәtli yerinә yetirilmәsinin tәmin olunması üçün 2013-cü 
ildә 2 dәst ZJ70/4500DZM qazma qurğusu, 6 dәst 3NB-1600F qazma nasosu, 9 dәst 
DOOSAN PU 180Tİ dizel mühәrriki, 1 dәst MRB2-80x35, 2 dәst MB-2Ux250, MB-2Ux350 
manifoldları ,2 dәst KPB-3M, 1 dәst KP12-3U dönәn kranlar, 4 dәst Mİ-WACO gil mәhlulunun 
tәmizlәnmәsi sistemi,1 dәst ZJ700 bucurqadı,1 dәst 500 tonluq 800HP AKER Top Drayveri
18 dәst NJ-1 mәhlul qarışdırıcısı, 4 dәst 4

–13 5/8
’’
 hidravliki açar stansiyası alınmış  vә 
quraşdırılaraq istismara buraxılmışdır. 
         Qazmadan  çıxan  neft  vә qaz quyuları quyuağzı avadanlıqla vaxtında tәmin edilmişdir  
ki, bu  da neft-qaz  hasilatına  öz müsbәt  tәsirini   göstәrmişdir.  
        İl әrzindә “Azneft” İB tәrәfindәn 2 dәst Kamaz şassisi üzәrindә UNB 160x40 aqreqatı, 
1  әdәd VN 120/80 tipli nasos qurğusu, 2-dәst VU 0,6/13M1, PV 3091- 7,5 -500 tipli 
kompressor, 1 dәst NAK 250/18, 1 dәst NAK 300/24Mx7T qaldırıcı kranlar, 1 dәst NSP 
125x400 dizel nasos aqreqatı, 1 dәst UPT-50(traktor bazasında), 1 dәst UP100x125 “Ruslan” 
markalı qaldırıcı vә 1 dәst Straj tipli proqramla idarә edilәn yanğınsöndürәn robot alınmış vә 
quraşdırılaraq müәssisәlәrdә istismara verilmişdir. Qalmaz vә Qaradağ YQA–da 7 әdәd 
quyuda quyuağzı avadanlıqlar yenisi ilә әvәz  edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə