Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

 
 
 
 
 
 
 
42
        2013-cü ildә Şirkәt üzrә bir nәfәr işçiyә  düşәn  orta aylıq әmәk haqqının 60,45 
manat vә ya 7,8% artmasının әsas sәbәbi ARDNŞ-nin strukturuna daxil olan qurumlarda 
fәaliyyәt göstәrәn işçilәrin tarif (vәzifә) maaşlarının ARDNŞ-nin vә ANQHİRK-nın 71 vә 
02-13ә nömrәli 16 may 2013-cü  tarixli  Әmr-qәrarı ilә 01.06.2013-cü il tarixili Әmr-
qәrarına әsasәn  10%  hәcmindә artmasıdır. 
Şirkәtin strukturunda fәaliyyәt göstәrәn müәssisәlәrdәn daxil olan iş vaxtından 
istifadә balansının vәziyyәti haqqında mәlumatlar tәhlil edilir vә müvafiq tәkliflәr 
hazırlanır. 
Belә ki, 2013-cü ildә mümkün olan maksimal iş vaxtı fondu 13414943 adam/gün 
tәşkil edir vә bunun 95%-dәn vә ya 12687709 adam/günündәn sәmәrәli istifadә 
edilmişdir. Bir nәfәrә düşәn orta aylıq iş vaxtı 16,2 adam/gün (12687709:65294:12), 1 
nәfәrә düşәn iş vaxtından artıq iş 2,5 adam/gün (2261453:8: 9423: 12) tәşkil edir. 
Müәssisә vә tәşkilatlarda müvafiq qaydada aparılmış  iş yerlәrinin attestasiyasının 
nәticәlәri şöbәdә araşdırıldıqdan sonra baxılmaq üçün Mәrkәzi Attestasiya Komissiyasına 
tәqdim edilmiş    vә Komissiyanın qәrarına  әsasәn aidiyyәti tәdbirlәrin görülmәsi üçün 
zәruri sәnәdlәşmә işlәrinin  aparılması tәmin edilmişdir.  
Әlverişsiz iqlim şәraiti olan iş yerlәrinin siyahısının vә buna uyğun mövcud 
qanunvericiliklә müәyyәn edilmiş tarif(vәzifә) maaşlarına  artım  әmsallarının müәyyәn 
edilmәsi  vә rәsmilәşdirilmәsi üçün müvafiq tәdbirlәr görülmüşdür.  
Müәssisә  vә  tәşkilatlarda çalışan işçilәrin tarif(vәzifә) maaşlarına  müәyyәn 
edilmiş  artımların, o cümlәdәn әlverişsiz iqlim şәraitinә görә, ağır vә zәrәrli istehsalat 
amillәrinә görә müәyyәn edilmiş artımların düzgün tәtbiq edilmәsi ilә әlaqәdar icraçılara 
müvafiq metodiki göstәrişlәr verilmiş vә nәzarәt edilmişdir. 
ARDNŞ-nin strukturuna daxil olan qurumlarda  işçilәrin  әmәyinin ödәnilmәsinin 
mövcud qanunvericiliyә  vә  şirkәtdaxili normativ sәnәdlәrә uyğunluğunun müәyyәn 
edilmәsi ilә  әlaqәdar monitorinqlәr aparılmış  vә  işçilәrә  әmәk haqlarının düzgün 
hesablanmasına ümumi nәzarәt hәyata keçirilmişdir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
43
XII.  MEXANİKA VӘ ENERGETİKA
 
 
Energetika materiallarının vә  mәhsullarının kәşfiyyatı, işlәnmәsi, hasilatı, emalı, 
saxlanılması, nәqli, paylanması  vә istifadәsi üzrә 2013-cü ilin dövlәt  tapşırıqlarının  yerinә  
yetirilmәsi  üçün nәzәrdә tutulmuş müvafiq  tәdbirlәrin  hәyata  keçirilmәsindә ARDNŞ-nin  
struktur vahidlәrinin aidiyyәti üzrә xidmәtlәrinә texniki vә metodiki rәhbәrlik etmәklә,   
Mexanika  vә  energetika  şöbәsi,  yaxından  iştirak  etmişdir.  
ARDNŞ-nin  müәssisә  vә  tәşkilatlarında elektrik  tәchizatının  fasilәsiz-etibarlı  tәmin 
olunması  mәqsәdi  ilә  istifadәdә olan elektrik qurğu vә avadanlıqların  istismar müddәtinin 
uzadılması  ilә    әlaqәdar  müvafiq  tәdbirlәrin  görülmәsindә    şöbә  aidiyyәti  qurumlara  
texniki  rәhbәrlik  etmişdir. 
2013-2014-cü illәrin payız-qış mövsümünә hazırlıq tәdbirlәrinin yerinә yetirilmәsindә, 
enerji qurğularının mexaniki vә energetik avadanlıqlarının, hәmçinin elektrik ötürücü xәtlәrinin 
(EÖX)  әsaslı vә cari tәmirinin  vaxtlı-vaxtında keyfiyyәtlә  aparılması  ilә  әlaqәdar  tәdbirlәrin  
hәyata  keçirilmәsindә  iştirak  etmişdir. 
Mexanika vә energetika tәsәrrüfatında mancanaq dәzgahlarının, nasos qurğularının vә  
elektrik işlәdicilәrinin idarәetmә bloklarının  elektrik  qurğu vә avadanlıqlarının cari  tәmirinin  
nәzәrdә  tutulmuş  plan-qrafik  üzrә  aparılması  vә   elektrik  mühәrriklәrinin  tәlәb olunan 
gücә uyğun yenisi  ilә  әvәz  edilmәsi  işlәrinin hәyata  keçirilmәsi  tәmin  edilmişdir. 
 Görülmüş tәdbirlәr nәticәsindә elektrik tәchizatında güc çatışmamazlığı  problemlәrinin 
aradan qaldırılmasına vә güc ehtiyatının artırılmasına nail olunmuş vә enerjinin keyfiyyәtinin 
yaxşılaşdırılması ilә  avadanlıqların vaxtından  qabaq  sıradan  çıxması  halları minimuma 
endirilmişdir. 
          Yeni işә salınan qazma  quyularının elektrik enerji tәchizatı vaxtında tәmin olunmuş  
vә qazmadan çıxan yeni  quyularda  quyuağzı  avadanlıqlarının  quraşdırılması    hәyata  
keçirilmişdir.  
          Müәssisәlәrin vә idarәlәrin balansında istifadәdә olan qurğu vә avadanlıqların 
tәhlükәsiz vә etibarlı istismarının tәmini mәqsәdi ilә müәssisәlәr üzrә  nәzәrdә tutulmuş 
aşağıdakı  işlәr, planlı şәkildә hәyata keçirilmişdir; 
         “Neft  Daşlarında” yeni tikilәn istilik elektrik stansiyasının (yeni QTEİS) vә  mәrkәzi 
paylayıcı qurğunun (MPQ) tikintisi  başa  çatdırılaraq  istismara  buraxılmışdır. 
          Köhnә QTES-dә  1  әdәd  qazturbogenerator Ukrayna respublikasına әsaslı  tәmirә   
göndәrilmiş, işlәmә saatları başa çatmış 3 saylı QTG tәmirdәn gәlәn QTG ilә әvәz edilәrәk 
istifadәyә qaytarılmışdır. 
 
 
 
 
 
 
 
 
         
          Günәşli  yatağında  DDÖ (2-3);  DDÖ (6-11);  DDÖ (5-15) vә DDÖ (8-13)  arası  
qәzalı 6 kV-luq sualtı kabel xәtlәri tәmir edilәrәk istismara  qaytarılmış,  DDÖ 2-dә bütün 
elektrik tәlәbatçılarının yeni 0,4 kV-luq PQ-dәn qidalandırılması tәmin olunmuşdur. 
          “Neft Daşları” QTES-48 ilә DDÖ-2 arası yeni çәkilmiş 3 saylı 35 kV-luq  sualtı kabel 
xәttinin  birinci  kompleksi (sualtı hissәsi) istismara qәbul olunmuşdur. 
         DDÖ-8-dә yeni 6/0,4 kV-luq 2x1000 kVA transformator mәntәqәsi (TM) quraşdırılaraq  
istismara verilmiş  vә AKSA-703 kVA qәza dizel generatoru TM-nin 0,4 kV-luq elektrik 
şәbәkәsinә  qoşulmuşdur.   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə