Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə33/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

M a d d ə
 171. 
Malların daşınması
 
  
Tranzit  və  sərbəst  zona  xüsusi  gömrük  prosedurları  istisna  olmaqla,  digər  xüsusi 
gömrük  prosedurları  altında  yerləşdirilmiş  mallar  gömrük  ərazisinin  müxtəlif  məntəqələri 
arasında gömrük qanunvericiliyinin tələblərinə riayət olunmaqla daşına bilər.
 
  
M a d d ə
 172. 
Mallarla adi işləmə formaları
 
  
Gömrük anbarlarında saxlanc, emal və ya sərbəst zona xüsusi gömrük prosedurları 
altında  yerləşdirilmiş  mallar  onların  qorunması,  xarici  görünüşünün  və  keyfiyyətinin 
yaxşılaşdırılması, satış və
 
daşınma üçün hazırlanması məqsədi ilə adi işləmə formalarına 
məruz qala bilərlər.
 
  
M a d d ə
 173. Ekvivalent mallar 
  
173.1.  Xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş  malların  əvəzinə  saxlanca 
qoyulan, istifadə edilən və ya emal edilən daxili mallar ekv
ivalent mallar hesab olunur. 
173.2.  Xaricdə  emal  prosedurunda  ekvivalent  mallar  bu  prosedur  altında 
yerləşdirilmiş daxili malların əvəzinə emal olunan xarici mallardan ibarətdir.
 
173.3.  Ekvivalent  mallar  əvəz  etdikləri  mallarla  eyni  keyfiyyətə,  eyni  texnik

göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik 
olmalıdırlar.
 
173.4.  Gömrük  orqanları  gömrük  prosedurunun  gömrük  nəzarəti  baxımından 
qanunvericiliyin  tələblərinə  uyğun  tətbiq  olunmasının  təmin  edilməsi  şərti  ilə  tranzit, 
müvəqqəti  idxal  və  ya  müvəqqəti  saxlanc  xüsusi  gömrük  prosedurları  istisna  edilməklə, 
digər xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadəyə icazə verirlər.
 
173.5.  Müvafiq  icra  hakimiyyəti  orqanı  ekvivalent  mallardan  istifadə  qaydalarını 
müəyyən edir.
 
  
  
FƏSİL 29
 
TRANZİT
 
  
M a d d ə
 174. 
Beynəlxalq tranzit
 
  
174.1. Beynəlxalq tranzit xüsusi gömrük proseduru xarici malların gömrük rüsumları, 
əlavə  dəyər  vergisi  və  aksizlər  alınmadan,  ticarət  siyasəti  tədbirləri  tətbiq  olunmadan 
g
ömrük nəzarəti altında bir yerdən başqa yerə daşınmasıdır.
 
174.2.  Malların  beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilərək 
daşınması aşağıdakı qaydada həyata keçirilir:
 
174.2.1. malların daşınması gömrük ərazisindən kənarda başlanır, yaxud başa çatır;
 
174.2.2.  malların  daşınması  gömrük  ərazisinin  iki  məntəqəsi  arasında  gömrük 
ərazisindən kənar ərazidən keçməklə baş verir.
 
174.3.  Bu  Məcəllənin  174.1
-
ci  maddəsində  qeyd  edilən  daşınma  aşağıda 
göstərilənlər əsasında həyata keçirilir:
 
174.3.1. 
beynəlxalq tranzit xüsusi gömrük proseduru;
 
174.3.2. beynəlxalq gömrük tranziti üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı 
beynəlxalq müqavilələr;
 
174.3.3. mallar Ümumdünya Poçt İttifaqının Aktları əsasında hüquqlara malik olan və 
öhdəliklər  daşıyan
 
subyektlər  (poçt  rabitəsi  operatorları)  tərəfindən  və  ya  onlar  üçün 
beynəlxalq poçt göndərişlərinin daşınmasında vasitəçilik edən şəxslər tərəfindən daşındığı 
halda, bu aktlara müvafiq olaraq beynəlxalq poçt göndərişlərinin mübadiləsi sistemi.
 


174.4.  Daxi
li  malların  beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilməsi hallarını və şərtlərini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
 
174.5.  Xarici  dövlətlərin  və  beynəlxalq  təşkilatların  rezidentlərin  mənafeyinə  zərər 
vuran ayrı
-seçkilik 
və digər iqtisadi siyasət tədbirlərinə cavab kimi, müvafiq icra hakimiyyəti 
orqanı həmin dövlətlərin və müvafiq beynəlxalq təşkilatlara daxil olan dövlətlərin mallarının 
gömrük ərazisindən beynəlxalq tranzitinə qadağalar və məhdudiyyətlər tətbiq edə bilər

174.6.  Malların  beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilərək 
daşınması gömrük orqanlarının icazəsi əsasında həyata keçirilir.
 
  
M a d d ə
 175. Daxili tranzit 
  
175.1.  Daxili  tranzit  xüsusi  gömrük  proseduru  daxili  malların  statusunu  dəyişmədən 
gömrük  ərazisinin  bir  yerindən  başqa  yerinə
 
(o  cümlədən  xarici  ölkənin  ərazisindən 
keçməklə)
 
daşınmasıdır.
  
175.2.  Bu  Məcəllənin  175.1
-
ci  maddəsində  qeyd  edilən  daşınma  poçt  sistemi 
daxilində daşınan mallara da şamil edilir.
 
175.3.  Malların  daxili  tranzit  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilərək 
daşınması gömrük orqanlarının icazəsi ilə həyata keçirilir.
 
175.4.  Malların  beynəlxalq  və  daxili  tranzit  xüsusi  gömrük  prosedurları  altında 
yerləşdirilərək daşınması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
 
  
  
FƏSİL 30
 
SAXLANC 
  
M a d d ə
 176. 
Saxlanc xüsusi gömrük prosedurunun əhatə dairəsi
 
  
176.1.  Saxlanc  xüsusi  gömrük  proseduru  müvəqqəti  saxlanc  və  gömrük  anbarı 
prosedurlarından  ibarətdir.  Malların  saxlanc  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
 
176.2. Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, 
idxal  ü
zrə  əlavə  dəyər  vergisi  və  aksizlər  alınmadan,  ticarət  siyasəti  tədbirləri  tətbiq 
olunmadan  gömrük  və  müvəqqəti  saxlanc  anbarlarında  gömrük  nəzarəti  altında 
yerləşdirilir.
 
176.3.  Daxili  mallar  da  gömrük  qanunvericiliyinə  müvafiq  olaraq  gömrük  anbarı 
prosed
uru və ya sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilə bilər.
 
176.4.  Daxili malların  saxlanc xüsusi gömrük  proseduru altında yerləşdirildiyi halları 
və şərtləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
 
  
 
 
M a d d ə
 177. Saxlanc xüsusi gömrük p
roseduru sahibinin məsuliyyəti
 
  
177.1. Saxlanc xüsusi gömrük prosedurunun sahibi aşağıdakılara görə cavabdehdir:
 
177.1.1. müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında 
yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına

177.1.2. malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə;
 
177.1.3.  gömrük  və  ya  müvəqqəti  saxlanc  anbarlarının  təsisi  ilə  əlaqədar  verilmiş 
lisenziyada müəyyən edilən şərtlərə əməl edilməməsinə.
 
177.2.  Prosedur  sahibi  malların  müvəqqəti  saxlanc  və  ya  gömrük  anbarı  xüsusi 
gömrük  prosedurları  altında  yerləşdirilməsindən  irəli  gələn  öhdəliklərini  yerinə 
yetirməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə