Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ


Müvəqqəti saxlanc xüsusi gömrük proseduru



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə34/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

  
M a d d ə
 178. 
Müvəqqəti saxlanc xüsusi gömrük proseduru
 
  
178.1
.  Başqa  gömrük  proseduru  altında  yerləşdirilməsi  üçün  bəyan  edilmə  halları 
istisna olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici 
mallar onun tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək 

yan edilir: 
178.1.1. sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar;
 
178.1.2. sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar;
 
178.1.3. barəsində beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış
 mallar. 
178.2.  Malların  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi 
üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya 
onu əvəz edən tranzit sənədi qəbul edilir.
 
178.3.  Gömrük  orqanları  prosedur  sahibindən  yarana  biləcək  gömrük  borcuna  görə 
təminat tələb etmək hüququna malikdirlər.
 
178.4.  Malları  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirmək  və 
ya həmin prosedur altında saxlamaq mümkün olmadıqda, gömrük orqanları mallarla bağlı 
vəziyyəti tənzimləmək üçün təxirə salınmadan bütün zəruri tədbirləri həyata keçirirlər.
 
  
Maddə
 179. 
Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti
 
  
179.1. Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların 
və  istifadə
 
olunan  nəqliyyat  vasitəsinin  xüsusiyyətləri  nəzərə  alınmaqla,  gömrük 
bəyannaməsinin  təqdim olunması üçün lazım olan vaxt  nəzərə  alınmaqla  gömrük  orqanı 
tərəfindən müəyyən  edilir.  Prosedur  sahibinin  əsaslandırılmış  müraciəti  olduqda,  gömrük 
orqanı həmin müddəti bu Məcəllənin 179.2
-
ci maddəsinin göstərilən müddət çərçivəsində 
uzadır.
 
179.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı
-
ayrı malların xassələrindən və 
xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, 
m
alların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4
 (dörd) aydan çox 
olmamalıdır.
 
179.3.  Mallar  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  qalma  müddəti 
başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya 
gömrük anbarında yerləşdirilməlidir.
 
  
M a d d ə
 180. 
Müvəqqəti saxlancda olan mallarla bağlı əməliyyatlar
 
  
180.1.  Müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilən  malların 
mövcud  vəziyyətdə  qalmasını  təmin  etmək  üçün  onlar  adi  əməliyyatlara  məruz  qala 
bilərlər.  Belə  hallarda  malların  xarici  görünüşünün  və  texniki  göstəricilərinin 
dəyişdirilməsinə yol verilmir.
 
180.2. Müvəqqəti saxlanc bu Məcəllənin 180.3
-
cü maddəsinə uyğun olaraq müvafiq 
icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  tələblərə
 
cavab  verən  müvəqqəti  saxlanc 
anbarlarında həyata keçirilir.
 
180.3.  Müvəqqəti  saxlanc  anbarlarının  tiplərinə,  quruluşuna,  təchizatına,  orada 
yerləşdirilən  mallarla  əlaqədar  əməliyyatlara,  uçot  və  hesabatın  aparılmasına,  gömrük 
nəzarətinin  həyata  keçirilməsinə,  anbar  sahibinə  dair  tələbləri  müvafiq  icra  hakimiyyəti 
orqanı müəyyən edir.
 
  
 
 
 


M a d d ə
 181. 
Gömrük anbarlarında saxlanc
 
  
181.1.  Xarici  mallar  gömrük  anbarı  xüsusi  gömrük  proseduru  altında  müvafiq  icra 
hakimiyyəti  orqanı  tərəfindən  verilmiş  lisenziyası  olan  şəxslərin  gömrük  anbarlarında 
gömrük orqanlarının nəzarəti ilə yerləşdirilə və saxlanıla bilər.
 
181.2.  Gömrük  anbarı  istənilən  şəxs  tərəfindən  istifadə  edilə  bilən  açıq  tipli  və  ya 
müəyyən malların saxlanılması üçün nəzərdə tutulan qapalı tipli ola bilər.
 
181.3. Başqa mallara ziyan vura bilən və ya xüsusi saxlanc şəraiti tələb olunan mallar 
anbarın xüsusi avadanlıqla təchiz edilmiş yerlərində saxlanmalıdır.
 
181.4. Gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar gömrük 
anbarından  müvəqqəti  çıxarıla  bilər.  Fors
-
major  halları  istisna  edilməklə,  həmin  malların 
gömrük anbarından müvəqqəti çıxarılılması üçün gömrük orqanlarının icazəsi tələb olunur.
 
181.5.  Gömrük  anbarlarının  tiplərinə,  quruluşuna,  təchizatına,  orada  yerləşdirilən 
mallarla 
əlaqədar  əməliyyatlara,  uçot  və  hesabatın  aparılmasına,  gömrük  nəzarətinin 
həyata  keçirilməsinə,  anbar  sahibinə  dair  tələbləri  müvafiq  icra  hakimiyyəti  orqanı 
müəyyən edir.
 
  
M a d d ə
 182. 
Gömrük anbarlarında daxili malların saxlanılması və emalı
 
  
182.0. Gö
mrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 
gömrük anbarında aşağıdakıların həyata keçirilməsinə icazə verirlər:
 
182.0.1. daxili malların saxlancına;
 
182.0.2. malların daxildə emal və ya son istifadə xüsusi gömrük prosedurları  altında 
yerləşdirilərək, həmin prosedurlar üçün müəyyən edilmiş şərtlərə uyğun olaraq emalına.
 
  
M a d d ə
 183. 
Malların gömrük anbarında saxlanc müddəti
 
  
183.1.  Mallar  gömrük  anbarı  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilərək  3
 (üç 
il) 
müddətində saxlanıla bilər. Müvafiq icra hakimiyyəti orqanı bu müddəti malların ayrı
-
ayrı 
kateqoriyaları üzrə məhdudlaşdıra bilər.
 
183.2. Bu Məcəllənin 183.1
-
ci maddəsində müəyyən edilən müddət başa çatanadək 
mallar başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət 
başa çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində bu 
Məcəllənin 57
-
ci fəslində müəyyən edilmiş qaydada sərəncam verilir.
 
183.3.  Gömrük  anbarında  saxlanc  müddəti  başa  çatmış  malların  və  nəqliyyat 
vasi
tələrinin bu Məcəlləyə uyğun olaraq satışından əldə edilən məbləğ onların daşınması, 
saxlancı və satışı ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mal sahibinə verilir.
 
  
  
FƏSİL 31
 
SƏRBƏST ZONA
 
  
M a d d ə
 184. 
Sərbəst zonanın müəyyən edilməsi
 
  
184.1.  Müvafiq  icra  hakimiyyəti  orqanı  gömrük  ərazisində  sərbəst  zona  yarada  və 
ləğv edə bilər.
 
184.2. Müvafiq icra hakimiyyəti orqanı hər bir sərbəst zonanın sahəsini, onun giriş və 
çıxış məntəqələrini müəyyənləşdirir.
 
184.3.  Sərbəst  zona  qapalı  olmalıdır.  Onun  sahəsinin  perimetrləri,  giriş  və  çıxış 
məntəqələri gömrük orqanlarının nəzarəti altında olur.
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə