Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə10/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   6   7   8   9   10   11   12   13   ...   98

39 
 
üzrə qəbul edilən qərardan və ya qərardaddan protest vermək 
hüququna malikdir. 
54.4. Prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü 
maddələrində nəzərdə tutulan məlumatlara baxaraq on beş gün 
müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması 
haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd 
edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın 
surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan 
onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı 
prokurora və ya məhkəməyə şikayət verilə bilər.    
54.5. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması 
haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan 
məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə 
tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə 
icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü 
maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və 
ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.  
54.6. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar 
haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar 
haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. 
Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər 
ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi 
barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında 
ondan vəsatət daxil olmasın. 
 
Maddə  55. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər 
 
55.1. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər: 


40 
 
55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni 
nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və 
tərcüməçilərə verilmiş məbləğlərdən; 
55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə 
(daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən 
ibarətdir. 
55.2. Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər 
üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində 
inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin 
üzərinə qoyulur. 
55.3. İnzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği 
məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş 
sənədlər əsasında müəyyən edilir. 
55.4. Məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh 
tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam 
verilməsi haqqında qərarda göstərilir. 
 
Maddə 56. Zərər çəkmişlərə, şahidlərə, onların qanuni 
nümayəndələrinə, ekspertlərə və tərcüməçilərə ödənilməli məbləğ 
 
56.1. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, 
səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq 
zərər çəkmişlərin, şahidlərin, onların qanuni nümayəndələrinin, 
ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin 
çəkdikləri xərclər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
qaydada ödənilir. 
56.2. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, 
səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) zərər çəkmiş, şahid, 


41 
 
ekspert, onların qanuni nümayəndələri, mütəxəssis, tərcüməçi və 
hal şahidləri kimi çağırılan şəxslərin işdə olmadıqları müddət 
ərzində iş yerində onların əməkhaqqı saxlanılır. 
56.3. Mütəxəssisin, ekspertin və tərcüməçinin əməyi müvafiq 
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. 
 
Maddə 57. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi 
 
 
   qaydada verilməsi 
 
57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına 
bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında 
işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) 
hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt 
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə 
tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli 
vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - 
göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz 
verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi 
imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını 
hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın 
əməkdaşına tapşıra bilər. 
57.2. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana 
(vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza 
etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan 
(vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər 
tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq 
vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə 
verilir. 


42 
 
57.3. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun 
yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan 
sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən 
birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış 
yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti 
orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan 
sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin 
kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə 
münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi 
sənədi ünvan sahibinə verməlidir. 
57.4. Sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin 
çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı 
gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə 
bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana 
(vəzifəli şəxsə) xəbər verməlidir. 
57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda 
rəsmi qaydada verilmiş hesab edilir: 
57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş 
hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 
57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş 
hallarda: 
57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına 
çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 
57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin 
çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana 
(vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan; 
57.5.3. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş 
halda nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan.  


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə