34
sayının artması ilə mütənasibliyi. Dünyada istehsal olunan
ərzaq məhsullarının qeyri-bərabər bölünməsi.
Torpaq
ehtiyatı probleminin qlobal xarakteri. Məh-
suldar və azməhsuldar sahələr. Dünyada məhsuldar sahələrin
hər il itirilməsinin getdikcə artması. Hər adambaşına düşən
sahənin azalması.
Elmi-texniki
tərəqqinin nəticəsi olaraq quru sahənin
xeyli hissəsinin çirklənməsi, yararsız hala düşməsi. Kənd tə-
sərrüfatı üçün nəzərdə tutulan sahələrin urbanizasiya, yeni
şəhərlər, kəndlər salmağa verilməsinin artmaqda davam
etməsi. Hər adamın orta təminatı üçün əkin sahəsi.
İnsanın qida ilə, ərzaqla təmin olunması üçün yararlı
sahələrin azalması səbəbləri. Dünya əhalisinin ərzağa olan
tələbatının ödənilməsi üçün mövcud olan imkanlar, onlardan
istifadə
səviyyəsi.
Şumlanan sahələrin və onun
məhsuldarlığının artırılması. İntensiv təsərrüfat üsulu, istehsal
mədəniyyətinin yüksəldilməsi. Xəstəliklərə, ziyanvericələrə
qarşı mübarizənin elmi əsaslarla təşkili. Əkinçilikdə elmi
nailiyyətlərdən səmərəli istifadə olunması.
Ərzaq probleminin mahiyyətinin açıqlanmasında,
qavranılmasında, qabaqcıl təcrübənin, nümunələrin
ümumiləşdirib yayılmasında, qüsurların tənqidində və aradan
qaldırılmasında, mövcud imkanların aşkara çıxarılmasında,
onlardan səmərəli istifadə olunmasında jurnalistikanın rolu və
əhəmiyyəti.
Ərzaq probleminin işıqlandırılmasının mövzu istiqa-
mətləri: ərzaqla təminatın əhali artımının tənzimlənməsi ilə
bağlılığı; ərzaq yardımı iqtisadi yardım növlərindən biri kimi;
kənd təsərrüfatının iqtisadi yardımla birgə, paralel inkişaf
etdirilməsi; kənd təsərrüfatına qoyulan xarici yardımın
artırılması; “yaşıl inqilab”; kənd təsərrüfatı sahəsində
təhsil
sisteminin inkişaf etdirilməsi, “fiziki texnologiyalara”
bağlılıq.
35
Ərzaq və ehtiyat probleminin işıqlandırılmasında
KİV-in qarşısında duran vəzifələr, istifadə etdiyi təbliğatçılıq
işinin forma və metodları. Bu mövzuda çıxışların janr
rəngarəngliyi.
Mövzu 6. Jurnalistika və qlobal demoqrafiya
problemi
Demoqrafiya
anlayışı. Demoqrafiya probleminin
mahiyyəti, təzahür formaları, həlli yolları.
Demoqrafiyanın bir çox ictimai elmlərlə - sosiologiya,
siyasi iqtisad, tarix, hüquq, etnoqrafiya, sosial gigiyena, sta-
tistika və s. ilə əlaqəsi.
Demoqrafiyada
əhali nəzəriyyəsinin mahiyyəti.
Müəyyən demokratik siyasət yeridilməsi üçün əhali
nəzəriyyəsinin lazımi əsas yaratması. Əhali kəmiyyəti və
əhali keyfiyyəti.
“Demoqrafik
partlayış” və “demoqrafik inqilab”
anlayışları. Əhali artımı ilə iqtisadi potensial artımının sürəti
arasında uyğunluğun əmələ gəlməsi. Demoqrafiya siyasəti,
əhali konsepsiyaları.
Dünya
əhalisinin artım tendensiyaları. Demoqrafiya
probleminin həllində BMT strukturlarının rolu. “Əhalinin
məskunlaşması sahəsində ümumdünya fəaliyyət proqramı”.
Ölkəmizdə demoqrafik problemin vəziyyəti və onun həlli
istiqamətində həyata keçirilən tədbirlər.
Qlobal demoqrafiya probleminin KİV-də
işıqlandırılmasının tarixi təcrübəsi. Əhali konsepsiyaları
demoqrafiya probleminin işıqlandırılmasının mövzu istiqa-
mətləri kimi. Demoqrafik siyasətin əsas istiqamətlərinin stra-
tegiyası və taktikasının KİV-də işıqlandırılmasının forma və
metodları. Çıxışların tematik və janr xüsusiyyətləri.
36
Mövzu 7. Jurnalistika və qlobal energetika
problemi
Energetika probleminin qlobal xarakter alması. Keçən
əsrin 70-ci illərindən etibarən bu problemin beynəlxalq
aləmdə qlobal miqyasda bütün kəskinliyi ilə qarşıya çıxması.
Bunun isə hər şeydən əvvəl energetika və enerji ehtiyat
mənbələrinin istehsala cəlb olunması miqyasının artması ilə
əlaqədar olması.
Energetika
ehtiyatları, müxtəlif enerji növlərinin
alınması, bir şəkildən başqa şəklə çevrilməsi, ötürülməsi və
istifadə olunması məsələlərini əhatə edən mühüm təsərrüfat
sahəsi olması.
Təzələnməyən, təkrarlanmayan və bərpa olunmayan
enerji ehtiyat mənbələrinin müasir vəziyyətinin həyacan
doğurması. Bu sahəyə diqqətin artırılması zərurəti. Bu
problemin bəşəriyyət qarşısında getdikcə daha kəskin
qoyulması. “Energetika böhranı” və ondan çıxış yolları.
Energetika
və enerji ehtiyat mənbələri probleminin
həllində jurnalistikanın rolunun kəskin şəkildə artması. Ener-
getika və enerji ehtiyat mənbələrinin aşkara çıxarılması və
səmərəli istifadə olunmasında KİV-in təbliğatçılıq işinin
forma və metodlarından səmərəli faydalanmaq zərurəti.
Jurnalistika
və “energetika böhranı”. Bu böhranın ara-
dan qaldırılmasında, ehtiyat mənbələrinin aşkara çıxarılma-
sında KİV-in imkanlarından bacarıqla istifadənin əhəmiyyəti.
Energetika probleminə dair çıxışların tematikası, janr
rəngarəngliyi və sənətkarlıq xüsusiyyətləri.
Mövzu 8. Jurnalistika və kosmosdan dinc
məqsədlər üçün istifadə olunması problemi
Kosmosdan dinc məqsədlər üçün istifadə olunması
müasir dövrün qlobal problemlərindən biri kimi. Bu sahədə
37
bir sıra ölkələrin, xalqların texniki, iqtisadi və intellektual
səylərinin birləşdirilməsi zərurətinin yaranması.
Dünyada
bir-birinə zidd olan hərbi qütbləşmənin
mövcudluğunun və onun nəticəsi olaraq “soyuq müharibə”-
nin aradan qaldırılması ilə kosmosdan dinc məqsədlər üçün
istifadənin yeni mərhələsinin başlanması.
Kosmosdan dinc məqsədlər üçün istifadə sahəsində
BMT strukturlarının və digər beynəlxalq təşkilatların fəaliy-
yəti. “Nüvə silahının kosmosda yerləşdirilməsinin qadağan
olunması haqqında” Beynəlxalq Saziş
(1967-ci il) və s.
Kosmosdan dinc məqsədlər üçün istifadənin elmin,
texnikanın, istehsalın, idarəetmənin ən yeni nailiyyətlərinə
əsaslanmanı tələb etməsi, bu sahədə çalışan adamları Yer
kürəsi və ehtiyat mənbələri barədə məlumatlarla təmin et-
məsi. Bu məlumatların gələcək kosmik sənaye, kosmik tex-
nologiya və kosmik ehtiyat mənbələrinin əsas əlamətlərini
əks etdirməsi.
Kosmosdan dinc məqsədlər üçün istifadə olunması
uğrunda mübarizədə jurnalistikanın rolu. KİV-in bu isti-
qamətdə etdiyi təbliğatçılıq işinin forma və metodları. Bu
mövzuda çıxışların tematik və janr xüsusiyyətləri.
Mövzu 9. Elektron KİV-lər və qlobal psixoekoloji
problemlər
Teleradio verilişlərində müasir rəqəm və
kompüter
texnologiyalarınin istifadə olunması. Bu texnologiyaların
müxtəlif video və auidioeffektlərin əldə olunmasina imkan
verməsi. Eyni zamanda onların insanlarin psixi və fiziki
sağlamlığına qlobal mənfi təsir göstərmək imkanları.
Rəqəm texnologiyalarından istifadə
edən elektron
KİV-lərin kütləvi davranışa və fiziki sağlamlığa qərəzli və ya
qərəzsiz şəkildə təhlükəli təsirinin öyrənilməsinin vacibliyi.
Dostları ilə paylaş: |