38
Psixoekoloji problemlər yeni qlobal problem kimi və onun
müasir miqyası.
Müasir audio və videoməhsullarin hazırlanmasında
neyro-linqvistik proqramlaşdırma (NLP) texnologiyalarından
istifadə. “25-ci kadr texnologiyası” gizli NLP nümunəsi kimi.
“Zomblaşdirma”. “25-ci kadr effekti”ndən beynəlxalq
internet şəbəkəsində
istifadə olunması. “25th.Century.Fox”,
“666”, “Troya”, “Nayk” və s. kompüter viruslarının kütləvi
auditoriyaya ekspansiv təsirinin səciyyəvi xüsusiyyətləri.
Gizli
informasiya
təsirinin psixoekoloji təsirinin təhlü-
kəli nəticələri. Ekoloji cəhətdən təhlükəli texnologiyaların
qərəzli istifadəsinin və
qərəzli texnologiyaların KİV-də
tətbiqinin xüsusi narahatlıq doğurması. Elektron KİV-in
inkişafı ilə əlaqədar olaraq yaranan ekoloji və psixoekoloji
problemlərin həlli sahəsində
KİV
qarşısında qoyulan tələblər.
Qlobal psixoekoloji problemlərin həlli istiqamətində
təbliğatçılıq işinin forma və metodları. Bu mövzuda çıxışların
janr rəngarəngliyi.
Mövzu 10. Jurnalistika və beynəlxalq terrorizm problemi
Beynəxalq terrorizm anlayişi. Beynəxalq terrorizmin
müasir dünya inkişafının qloballaşması məhsulu və yeni si-
yasi təzahür kimi büruzə verməsi. Bu təzahürün arxasında
yeni dünya müharibəsinin başlanması
təhlükəsinin
dayanması. Beynəlxalq terrorizmin mahiyyətinin, onun da-
xili anatomiyasının və zahiri cəhdlərinin obyektiv təhlilinin
zəruriliyi. Cəmiyyətdəki funksiyasına görə KİV-in bu isti-
qamətdə mühüm rol oynaması.
Beynəxalq terrorizmin müasir beynəlxalq müna-
sibətlərlə bağlı kəskin qlobal problemə
transformasiyası
səbəblərinin KİV tərəfindən izahı. Digər ümumbəşəri qlobal
problemlərə xas olan xarakterik xüsusiyyətlərin beynəxalq
terrorizmə də aid olması.
Beynəxalq terrorizm probleminin
39
spesifik cizgiləri və onların KİV tərəfindən nəzərdən
keçirilməsi.
Beynəxalq terrorizm probleminin işıqlandırılması və
həlli yollarının tapılması sahəsində KİV-in vəzifələrinin
bəşəriyyətin qarşısında duran problemlər aspektində müəyyən
olunması: dünya informasiya məkanının total qloballaşması;
dünya ictimaiyyətinin olduğu xüsusi vəziyyət. Beynəlxalq
terrorçu qruplaşmaların, cinayətkar sindikatların və KİV-in
dolayı və ya birbaşa, düşünülmüş və ya düşünülməmiş
şəkildə qarşılıqlı fəaliyyətlərinin xüsusı rol oynaması. Terror
aktlarının bu hadisələrə KİV tərəfindən kütləvi əks-sədanın
olacağı düşünülərək, həyata keçirilməsi. Bu vəziyyəti izah
edən aspektlər.
Beynəxalq terrorizm probleminə qarşı mübarizə
yollarının müəyyən edilməsi sahəsində təbliğatçılıq işinin
forma və metodları. Jurnalist kompetentliyi və obyektivliyi
KİV-in təsirliliyini təmin edən amillər kimi. Bu mövzuda
materialların tematik və janr xüsusiyyətləri.
Mövzu 11. Jurnalistika və qlobal miqrasiya
prosesləri
Miqrasiya müasir dövrün qlobal problemi və KİV-in
əsas mövzularından biri kimi. Miqrasiya və miqrant
anlayışları. Müasir dünyada miqrasiya poseslərinin vəziyyəti.
İnsan yerdəyişmələrinin əsas istiqamətləri, motivləri,
meylləri, marşrutları. Miqrasiyanın növləri: daxili və xarici;
məcburi və könüllü; qanuni və qanunsuz, tənzimlənən və
tənzimlənməyən miqrasiya. Həm sahə elmi, həm də KİV
tərəfindən miqrasiya proseslərinin demoqrafiya problemi ilə
sıx əlaqəli şəkildə öyrənilməsi.
Azərbaycan Respublikasında miqrasiyanın vəziyyəti:
retrospektiv nəzər. XX əsrin sonlarında Ermənistan ərazisinin
azərbaycanlılardan etnik təmizlənməsi, sonradan Ermə-
40
nistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi və
eyni zamanda Orta Asiyada milli zəmində baş vermiş
münaqişə nəticəsində Azərbaycanda 1 milyondan artıq
qaçqın və məcburi köçkünün əmələ gəlməsi. Geniş və
tənzimlənməyən miqrasiyanın cəmiyyət üçün böyük iqtisadi
və sosial problemlər əmələ gətirməsi.
İnsanların öz iqtisadi vəziyyətlərini daha da
yaxşılaşdırılmaq cəhdləri miqrasiyanin əsas səbəblərindən bi-
ri kimi. Öz ölkəsinin hüdudlarından kənarda yaşayan insan-
lar, qanunsuz miqrasiyanın iştirakçıları, insan alverinin
qurbanları.
Miqrasiya proseslərinin tənzimlənməsi sahəsində
beynəlxalq təcrübə və sənədlər. BMT-nin “Qaçqınların
statusu haqqında” 1951-ci il Konvensiyası və
1967-ci il Pro-
tokolu. Palermo protokolları. Bu sahədə fəaliyyət göstərən
beynəlxalq təşkilatlar və onların iş təcrübəsi.
Azərbaycan Respublikasında miqrasiya proseslərinin
tənzimlənməsi təcrübəsi. Bu sahədə qanunvericilik bazasının
yaradılması və
təkmilləşdirilməsi. Beynəlalq təşkilatlarla
əməkdaşlıq.
Miqrasiya probleminin mətbuatda işıqlandırılmasının
mövzu istiqamətləri. Əhalinin miqrasiya problemləri ilə
bağlı
maarifləndirilməsi: qanuni miqrasiyanın pozitiv tərəflərinin
təbliği; qanunsuz miqrasiyanın təhlükələri ilə əhalinin tanış
edilməsi. Jurnalistlərin istifadə etdikləri təbliğatçılıq işinin
forma və metodları. Bu mövzuda çıxışların janr
rəngarəngliyi. KİV-in çıxışlarının təsirliliyinin artırılmasının
yaradıcılıq amilləri.
Mövzu 12. Jurnalistika və qlobal narkomaniya
problemi
Narkomaniya müasir dövrün qlobal sosial problemi
və
KİV-in əsas mövzularından biri kimi. Narkomaniya
Dostları ilə paylaş: |