Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/26
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7958
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

41 
 
anlayışı. Müasir dünyada və Azərbaycanda narkomaniya ilə 
bağlı  vəziyyət. Narkomaniyanın yayılmasının miqyas və 
tempinin yüksək olmasının bəşəriyyətin mənəvi və fiziki 
sağlamlığını, insanların böyük bir hissəsinin gələcəyini, 
qlobal sosial sabitliyi və bir sıra ölkələrin milli 
təhlükəsizliyini sual altında qoyması. 
Narkomaniyaya qarşı qlobal mübarizə aparılmasının 
vacibliyi. Narkomaniyanın cəmiyyətdə cinayət kimi deyil, 
xəstəlik və sosial təzahür kimi qəbul edilməsinin zəruriliyi. 
Narkomanların hüquqi, tibbi, sosial və digər reabilitasiya 
təminatı sistemlərinin, eyni zamanda paralel olaraq 
narkomaniyaya qarşı güclü təbliğat kampaniyaları 
sistemlərinin yaradılması. 
Narkomaniyaya qarşı güclü təbliğat kampaniyaları 
sistemlərinin yaradılmasında və aparılmasında KİV-in böyük 
rol oynaması. Bu sahədə dünya mətbuatının təcrübəsi. Qəzet 
və televiziya çıxışlarının səciyyəvi xüsusiyyətləri. 
Qlobal “İnternet” informasiya şəbəkəsinin narko-
maniya sahəsində
 
istifadəsinin ikili xarakteri: “İnternet” 
narkomaniya və narkobiznes mənbəyi kimi; “İnternet” 
narkomaniyaya qarşı  təbliğat kampaniyalarında  ən imkanlı 
vəsitə
 
kimi. Narkomaniya mövzusunda materialların eyni 
zamanda həm antinarkotik, həm də narkogen xarakter 
daşıması. 
Narkomaniya mövzusunun işıqlandırılması sahəsində 
Azərbaycan KİV-nin təcrübəsi. Narkomaniyaya qarşı 
mübarizə sahəsində  qəbul olunmuş hökumət direktivlərinə
 
uyğun olaraq, narkomaniya mövzusunun mətbuatda 
işıqlandırılması dövrləri: 1986-1991-ci illər; 1991-1999-cu 
illər; 1999-cu ildən sonrakı dövr. Bu dövrlərdə
 
KİV-in 
fəaliyyətinin təhlilindən  əldə olunan nəticələr. Bu sahədə 
KİV-in çıxışlarının səmərəliliyini artırmaq üçün əsas 
vəzifələr. Narkomaniya mövzusunda yazan jurnalistlərin 
qarşısında qoyulan sənətkarlıq tələbləri. Bu sahədə  təbliğat-


42 
 
çılıq işinin forma və metodları, mövzu və janrlardan 
istifadənin çoxşaxəliliyi. 
 
Mövzu 13. Jurnalistika və qlobal korrupsiya 
problemi 
 
 Korrupsiya 
anlayışı. Korrupsiya müasir dövrün qlobal 
problemi və  KİV-in  əsas mövzularindan biri kimi. 
Korrupsiya sosial-siyasi həyatın elementi kimi. 
 Yeni 
dövr 
(XYI-XX 
əsr) dövləti: fəlsəfəsi, mahiyyəti 
və ideyası. Fərd dövlətin üzvü kimi. Fərdin iradə və azadlığı. 
İradə  və azadlıqdakı qeyri-məhdudiyyətin neqativ xarakter 
daşıması  və
 
siyasət sahəsində onun fanatizmə çevrilməsi
dövlət institutlarını sarsıtması. Korrupsiyanın dövləti,  onun 
sosial missiya və funksiyalarını  zəiflətməsi. Müasir dövrdə 
korrupsiya dövlətçiliyi və beynəlxlq sabitliyi dağıdan (milli 
və transmilli cinayətkar qruplar vasitəsilə) qlobal problem 
kimi.  
Korrupsiya ilə mübarizə sahəsində beynəlxalq 
təcrübə
.
   

Korrupsiya ilə  əlaqədar cinayət məsuliyyəti 
haqqında" v
Ə
 “Korrupsiya ilə  əlaqədar mülki-hüquqi məsu-
liyyət haqqında" Avropa Konvensiyaları. Azərbaycan Res-
publikasının bu konvensiyalara qoşulması
.
 Korrupsiyanın 
qarşısının alınmasının beynəlxalq mülki-hüquqi və prosessual 
aspektləri. Korrupsiya ilə mübarizənin modeləri: totalitar, 
avtoritar, oliqarxiya, liberal. 
Azərbaycanda korrupsiya ilə bağlı  vəziyyət. 
Korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin və-
ziyyəti. Cəmiyyətin kriminallaşması  və korrupsiya prob-
lemləri: tarixi nəzər, sovet dövründəki amiranə idarəetmə ilə
 
əlaqədar korrupsiyanın inkişaf mərhələləri. Beynəlxalq 
əməkdaşlıq.
 
Problemin araşdırılması və işıqlandırılmasında sistem-
li yanaşmanın  əhəmiyyəti. Korrupsiyanın xarakteristikasının 


43 
 
açılmasında, korrupsiyaya görə  məsuliyyət normalarının 
müəyyənləşdirilməsi və  təkmilləşdirilməsində, korrupsiyaya 
qarşı  vətəndaş mübarizəsinin praktik mexanizmlərinin 
formalaşmasında və  tətbiqində  KİV-in rolu və  vəzifələri. 
Təbliğatçılıq işinin forma və metodları. Mövzu və janr 
rəngarəngliyi. 
Mövzu 14.
 
Qlobal problemlərin həlli beynəlxalq 
təşkilatların və jurnalistikanın fəaliyyət sferasında 
Qlobal problemlərin qarşılıqlı  əlaqələri,  əhatəliliyi, 
uzunmüddətli olması, bəşəriyyətin qarşısında bu problemlərin 
neytrallaşdırılmasının və  zəifləməsinin yeni şəkildə 
qoyulması. Bu problemlərin kəskinləşməsinin irəlicədən 
proqnozlaşdırılması 
və 
həlli yollarının birlikdə 
müəyyənləşdirilməsi. 
Yeni dünya qaydaları  və onların həllinin ümumi 
prinsiplərinin bütün planetdə sülh və  ədaləti bərqərar etmək 
vəzifəsinin qarşıya qoyulması. Bu vəzifələri yerinə yetirmək 
üçün adamların həyat tərzində  və  şüurunda köklü 
dəyişikliklərin edilməsi zərurəti. Təcavüzkarlığın hər cür 
təzahür formalarının qarşısının alınması üçün birgə sülh 
tədbirlərinin həyata küçirilməsi. Bəşəriyyətin öz səylərini bu 
problemlərin həllinə doğru birləşdirməsi zərurəti dövrün 
tələbi kimi. 
Yerin təkinin vahidliyi, onun ehtiyat mənbələrindən 
elmi cəhətdən  əsaslandırılmış ümumi istifadə edilməsi 
prosesinin uzaqgörənliklə idarə olunması bacarığı. Bunun 
üçün sülhün və dinc yanaşı yaşamagın bərqərar olması, hərbi 
xərclərin kəskin  şəkildə azaldılmasının gərəkliyi. Bütün 
dövlətlərin hərtərəfli  əməkdaşlığı, mənafelərinin qarşılıqlı 
nəzərə alınması, elmin inkişafı  və onun nailiyyətlərinin 
zənginləşdirilməsi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə