Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/26
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7958
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

34 
 
sayının artması ilə mütənasibliyi. Dünyada istehsal olunan 
ərzaq məhsullarının qeyri-bərabər bölünməsi. 
 Torpaq 
ehtiyatı probleminin qlobal xarakteri. Məh-
suldar və azməhsuldar sahələr. Dünyada məhsuldar sahələrin 
hər il itirilməsinin getdikcə artması. Hər adambaşına düşən 
sahənin azalması. 
 Elmi-texniki 
tərəqqinin nəticəsi olaraq quru sahənin 
xeyli hissəsinin çirklənməsi, yararsız hala düşməsi. Kənd tə-
sərrüfatı üçün nəzərdə tutulan sahələrin urbanizasiya, yeni 
şəhərlər, kəndlər salmağa verilməsinin artmaqda davam 
etməsi. Hər adamın orta təminatı üçün əkin sahəsi. 
 
İnsanın qida ilə,  ərzaqla təmin olunması üçün yararlı 
sahələrin azalması  səbəbləri. Dünya əhalisinin  ərzağa olan 
tələbatının ödənilməsi üçün mövcud olan imkanlar, onlardan 
istifadə 
səviyyəsi. 
Şumlanan sahələrin və onun 
məhsuldarlığının artırılması. İntensiv təsərrüfat üsulu, istehsal 
mədəniyyətinin yüksəldilməsi. Xəstəliklərə, ziyanvericələrə 
qarşı mübarizənin elmi əsaslarla təşkili.  Əkinçilikdə elmi 
nailiyyətlərdən səmərəli istifadə olunması. 
 
Ərzaq probleminin mahiyyətinin açıqlanmasında, 
qavranılmasında, qabaqcıl təcrübənin, nümunələrin 
ümumiləşdirib yayılmasında, qüsurların tənqidində və aradan 
qaldırılmasında, mövcud imkanların aşkara çıxarılmasında, 
onlardan səmərəli istifadə olunmasında jurnalistikanın rolu və 
əhəmiyyəti. 
 
Ərzaq probleminin işıqlandırılmasının mövzu istiqa-
mətləri:  ərzaqla təminatın  əhali artımının tənzimlənməsi ilə 
bağlılığı; ərzaq yardımı iqtisadi yardım növlərindən biri kimi; 
kənd təsərrüfatının iqtisadi yardımla birgə, paralel inkişaf 
etdirilməsi; kənd təsərrüfatına qoyulan xarici yardımın 
artırılması; “yaşıl inqilab”; kənd təsərrüfatı sahəsində
 
təhsil 
sisteminin inkişaf etdirilməsi, “fiziki texnologiyalara” 
bağlılıq. 


35 
 
 
Ərzaq və ehtiyat probleminin işıqlandırılmasında 
KİV-in qarşısında duran vəzifələr, istifadə etdiyi təbliğatçılıq 
işinin forma və metodları. Bu mövzuda çıxışların janr 
rəngarəngliyi. 
 
Mövzu 6. Jurnalistika və qlobal demoqrafiya 
problemi 
 
 Demoqrafiya 
anlayışı. Demoqrafiya probleminin 
mahiyyəti, təzahür formaları, həlli yolları. 
 Demoqrafiyanın bir çox ictimai elmlərlə - sosiologiya, 
siyasi iqtisad, tarix, hüquq, etnoqrafiya, sosial gigiyena, sta-
tistika və s. ilə əlaqəsi. 
 Demoqrafiyada 
əhali nəzəriyyəsinin mahiyyəti. 
Müəyyən demokratik siyasət yeridilməsi üçün əhali 
nəzəriyyəsinin lazımi  əsas yaratması.  Əhali kəmiyyəti və
 
əhali keyfiyyəti. 
 “Demoqrafik 
partlayış” və “demoqrafik inqilab” 
anlayışları. Əhali artımı ilə iqtisadi potensial artımının sürəti 
arasında uyğunluğun  əmələ  gəlməsi. Demoqrafiya siyasəti, 
əhali konsepsiyaları. 
 Dünya 
əhalisinin artım tendensiyaları. Demoqrafiya 
probleminin həllində BMT strukturlarının rolu. “Əhalinin 
məskunlaşması sahəsində ümumdünya fəaliyyət proqramı”. 
Ölkəmizdə demoqrafik problemin vəziyyəti və onun həlli 
istiqamətində həyata keçirilən tədbirlər. 
  Qlobal demoqrafiya probleminin KİV-də 
işıqlandırılmasının tarixi təcrübəsi.  Əhali konsepsiyaları 
demoqrafiya probleminin işıqlandırılmasının mövzu istiqa-
mətləri kimi. Demoqrafik siyasətin əsas istiqamətlərinin stra-
tegiyası  və taktikasının KİV-də  işıqlandırılmasının forma və 
metodları. Çıxışların tematik və janr xüsusiyyətləri. 
 


36 
 
Mövzu 7. Jurnalistika və qlobal energetika 
problemi 
 
 
Energetika probleminin qlobal xarakter alması. Keçən 
əsrin 70-ci illərindən etibarən bu problemin beynəlxalq 
aləmdə qlobal miqyasda bütün kəskinliyi ilə qarşıya çıxması. 
Bunun isə  hər  şeydən  əvvəl energetika və enerji ehtiyat 
mənbələrinin istehsala cəlb olunması miqyasının artması ilə 
əlaqədar olması. 
 Energetika 
ehtiyatları, müxtəlif enerji növlərinin 
alınması, bir şəkildən başqa  şəklə çevrilməsi, ötürülməsi və 
istifadə olunması  məsələlərini  əhatə edən mühüm təsərrüfat 
sahəsi olması. 
 
Təzələnməyən, təkrarlanmayan və  bərpa olunmayan 
enerji ehtiyat mənbələrinin müasir vəziyyətinin həyacan 
doğurması. Bu sahəyə diqqətin artırılması  zərurəti. Bu 
problemin bəşəriyyət qarşısında getdikcə daha kəskin 
qoyulması. “Energetika böhranı” və ondan çıxış yolları. 
 Energetika 
və enerji ehtiyat mənbələri probleminin 
həllində jurnalistikanın rolunun kəskin şəkildə artması. Ener-
getika və enerji ehtiyat mənbələrinin aşkara çıxarılması  və 
səmərəli istifadə olunmasında KİV-in təbliğatçılıq işinin 
forma və metodlarından səmərəli faydalanmaq zərurəti. 
 Jurnalistika 
və “energetika böhranı”. Bu böhranın ara-
dan qaldırılmasında, ehtiyat mənbələrinin aşkara çıxarılma-
sında KİV-in imkanlarından bacarıqla istifadənin əhəmiyyəti. 
Energetika probleminə dair çıxışların tematikası, janr 
rəngarəngliyi və sənətkarlıq xüsusiyyətləri. 
 
Mövzu 8. Jurnalistika və kosmosdan dinc 
məqsədlər üçün istifadə olunması problemi 
 
 
Kosmosdan dinc məqsədlər üçün istifadə olunması 
müasir dövrün qlobal problemlərindən biri kimi. Bu sahədə 


37 
 
bir sıra ölkələrin, xalqların texniki, iqtisadi və intellektual 
səylərinin birləşdirilməsi zərurətinin yaranması. 
 Dünyada 
bir-birinə  zidd  olan  hərbi qütbləşmənin 
mövcudluğunun və onun nəticəsi olaraq  “soyuq müharibə”-
nin aradan qaldırılması ilə kosmosdan dinc məqsədlər üçün 
istifadənin yeni mərhələsinin başlanması. 
 
Kosmosdan dinc məqsədlər üçün istifadə sahəsində 
BMT strukturlarının və digər beynəlxalq təşkilatların fəaliy-
yəti. “Nüvə silahının kosmosda yerləşdirilməsinin qadağan 
olunması haqqında” Beynəlxalq Saziş
 
(1967-ci il) və s. 
 
Kosmosdan dinc məqsədlər üçün istifadənin elmin, 
texnikanın, istehsalın, idarəetmənin  ən yeni nailiyyətlərinə 
əsaslanmanı  tələb etməsi, bu sahədə çalışan adamları Yer 
kürəsi və ehtiyat mənbələri barədə  məlumatlarla təmin et-
məsi. Bu məlumatların gələcək kosmik sənaye, kosmik tex-
nologiya və kosmik ehtiyat mənbələrinin  əsas  əlamətlərini 
əks etdirməsi. 
 
Kosmosdan dinc məqsədlər üçün istifadə olunması 
uğrunda mübarizədə jurnalistikanın rolu. KİV-in bu isti-
qamətdə etdiyi təbliğatçılıq işinin forma və metodları. Bu 
mövzuda çıxışların tematik və janr xüsusiyyətləri. 
 
Mövzu 9. Elektron KİV-lər və qlobal psixoekoloji 
problemlər 
 
 
Teleradio verilişlərində müasir rəqəm və
 
kompüter 
texnologiyalarınin istifadə olunması. Bu texnologiyaların 
müxtəlif video və auidioeffektlərin  əldə olunmasina imkan 
verməsi. Eyni zamanda onların insanlarin psixi və fiziki 
sağlamlığına qlobal mənfi təsir göstərmək imkanları.  
 
Rəqəm texnologiyalarından istifadə
 
edən elektron 
KİV-lərin kütləvi davranışa və fiziki sağlamlığa qərəzli və ya 
qərəzsiz  şəkildə  təhlükəli təsirinin öyrənilməsinin vacibliyi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə