Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/26
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7958
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

38 
 
Psixoekoloji problemlər yeni qlobal problem kimi və onun 
müasir miqyası. 
 
Müasir audio və videoməhsullarin hazırlanmasında 
neyro-linqvistik proqramlaşdırma (NLP) texnologiyalarından 
istifadə. “25-ci kadr texnologiyası” gizli NLP nümunəsi kimi. 
“Zomblaşdirma”. “25-ci kadr effekti”ndən beynəlxalq 
internet  şəbəkəsində
 
istifadə olunması. “25th.Century.Fox”, 
“666”, “Troya”, “Nayk” və s. kompüter viruslarının kütləvi 
auditoriyaya ekspansiv təsirinin səciyyəvi xüsusiyyətləri. 
 Gizli 
informasiya 
təsirinin psixoekoloji təsirinin təhlü-
kəli nəticələri. Ekoloji cəhətdən təhlükəli texnologiyaların 
qərəzli istifadəsinin və
 
qərəzli texnologiyaların KİV-də 
tətbiqinin xüsusi narahatlıq doğurması. Elektron KİV-in 
inkişafı ilə  əlaqədar olaraq yaranan ekoloji və psixoekoloji 
problemlərin həlli sahəsində
 
KİV
 
qarşısında qoyulan tələblər. 
Qlobal psixoekoloji problemlərin həlli istiqamətində
 
təbliğatçılıq işinin forma və metodları. Bu mövzuda çıxışların 
janr rəngarəngliyi. 
 
Mövzu 10. Jurnalistika və beynəlxalq terrorizm problemi 
 
 Beynəxalq terrorizm anlayişi. Beynəxalq terrorizmin 
müasir dünya inkişafının qloballaşması  məhsulu və yeni si-
yasi təzahür kimi büruzə verməsi.  Bu təzahürün arxasında 
yeni dünya müharibəsinin başlanması 
təhlükəsinin 
dayanması. Beynəlxalq terrorizmin mahiyyətinin, onun da-
xili anatomiyasının və zahiri cəhdlərinin obyektiv təhlilinin 
zəruriliyi. Cəmiyyətdəki funksiyasına görə  KİV-in bu isti-
qamətdə mühüm rol oynaması. 
 Beynəxalq terrorizmin müasir beynəlxalq müna-
sibətlərlə bağlı  kəskin qlobal problemə
 
transformasiyası 
səbəblərinin KİV tərəfindən izahı. Digər ümumbəşəri qlobal 
problemlərə xas olan xarakterik xüsusiyyətlərin beynəxalq 
terrorizmə  də aid olması.
 
 Beynəxalq terrorizm probleminin 


39 
 
spesifik cizgiləri və onların KİV tərəfindən nəzərdən 
keçirilməsi. 
 Beynəxalq terrorizm probleminin işıqlandırılması  və 
həlli yollarının tapılması sahəsində  KİV-in vəzifələrinin 
bəşəriyyətin qarşısında duran problemlər aspektində müəyyən 
olunması: dünya informasiya məkanının total qloballaşması; 
dünya ictimaiyyətinin olduğu xüsusi vəziyyət. Beynəlxalq 
terrorçu qruplaşmaların, cinayətkar sindikatların və  KİV-in 
dolayı  və ya birbaşa, düşünülmüş  və ya düşünülməmiş 
şəkildə qarşılıqlı fəaliyyətlərinin xüsusı rol oynaması. Terror 
aktlarının bu hadisələrə  KİV tərəfindən kütləvi  əks-sədanın 
olacağı düşünülərək, həyata keçirilməsi. Bu vəziyyəti izah 
edən aspektlər. 
Beynəxalq terrorizm probleminə qarşı mübarizə
 
yollarının müəyyən edilməsi sahəsində  təbliğatçılıq işinin 
forma və metodları. Jurnalist kompetentliyi və obyektivliyi 
KİV-in təsirliliyini təmin edən amillər kimi. Bu mövzuda 
materialların tematik və janr xüsusiyyətləri. 
 
Mövzu 11. Jurnalistika və qlobal miqrasiya 
prosesləri 
 
Miqrasiya müasir dövrün qlobal problemi və  KİV-in 
əsas mövzularından biri kimi. Miqrasiya və miqrant 
anlayışları. Müasir dünyada miqrasiya poseslərinin vəziyyəti. 
İnsan yerdəyişmələrinin  əsas istiqamətləri, motivləri, 
meylləri, marşrutları. Miqrasiyanın növləri: daxili və xarici; 
məcburi və könüllü; qanuni və qanunsuz, tənzimlənən və 
tənzimlənməyən miqrasiya. Həm sahə elmi, həm də  KİV
 
tərəfindən miqrasiya proseslərinin demoqrafiya problemi ilə 
sıx əlaqəli şəkildə öyrənilməsi. 
Azərbaycan Respublikasında miqrasiyanın vəziyyəti: 
retrospektiv nəzər. XX əsrin sonlarında Ermənistan ərazisinin 
azərbaycanlılardan etnik təmizlənməsi, sonradan Ermə-


40 
 
nistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi və 
eyni zamanda Orta Asiyada milli zəmində baş vermiş 
münaqişə  nəticəsində Azərbaycanda 1 milyondan artıq 
qaçqın və  məcburi köçkünün əmələ  gəlməsi. Geniş  və 
tənzimlənməyən miqrasiyanın cəmiyyət üçün böyük iqtisadi 
və sosial problemlər əmələ gətirməsi. 
İnsanların öz iqtisadi vəziyyətlərini daha da 
yaxşılaşdırılmaq cəhdləri miqrasiyanin əsas səbəblərindən bi-
ri kimi. Öz ölkəsinin hüdudlarından kənarda yaşayan insan-
lar, qanunsuz miqrasiyanın iştirakçıları, insan alverinin 
qurbanları. 
Miqrasiya proseslərinin tənzimlənməsi sahəsində 
beynəlxalq təcrübə  və  sənədlər. BMT-nin “Qaçqınların 
statusu haqqında” 1951-ci il Konvensiyası və
 
1967-ci il Pro-
tokolu. Palermo protokolları. Bu sahədə  fəaliyyət göstərən 
beynəlxalq təşkilatlar və onların iş təcrübəsi. 
Azərbaycan Respublikasında miqrasiya proseslərinin 
tənzimlənməsi təcrübəsi. Bu sahədə qanunvericilik bazasının 
yaradılması  və
 
təkmilləşdirilməsi. Beynəlalq təşkilatlarla 
əməkdaşlıq. 
Miqrasiya probleminin mətbuatda işıqlandırılmasının 
mövzu istiqamətləri. Əhalinin miqrasiya problemləri ilə
 
bağlı 
maarifləndirilməsi: qanuni miqrasiyanın pozitiv tərəflərinin 
təbliği; qanunsuz miqrasiyanın təhlükələri ilə  əhalinin tanış 
edilməsi. Jurnalistlərin istifadə etdikləri təbliğatçılıq işinin 
forma və metodları. Bu mövzuda çıxışların janr 
rəngarəngliyi. KİV-in çıxışlarının təsirliliyinin artırılmasının 
yaradıcılıq amilləri. 
 
Mövzu 12. Jurnalistika və qlobal narkomaniya 
problemi 
 
Narkomaniya müasir dövrün qlobal sosial problemi 

 
KİV-in  əsas mövzularından biri kimi. Narkomaniya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə