Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix26.03.2018
ölçüsü0,55 Mb.
#34770
1   2   3   4   5   6   7   8   9   ...   23

 

Qiymətli  kağızlar  bazarı  sərbəst  kapitalın  qoyula  biləcəyi  müxtəlif  sferalardan 



biri  olduğuna  görə,  o  digər  bazarlarla  aşağıdakı  şərtlər  daxilində  rəqabət  aparmağa 

məcburdur: 

-

 

Bazarın gəlirlik səviyyəsi; 



-

 

Bazarın vergiqoyma səviyyəsi; 



-

 

gözlənilən gəlirin alınmaması və ya kapitalın itirilmə riski səviyyəsi



-

 

bazarın  təşkil  olunması  və  invetor  üçün  əlverişli  şəratin  yaradılması,  yəni 



bazarda tez girmək və çıxmaq imkanı; 

-

 



bazarın informasiya vermə səviyyəsi və s. 

Qiymətli kağızlar bazarı müxtəlif funksiyaları yerinə yetirir. Bu funksiyalar şərti 

olaraq  2  qrupa  –  bütün  bazarlara  xas  olan  ümumbazar  funksiyalarına  və  digər 

bazarlarda  olmayan  xüsusi  funksiyalara  bölünür.  Qiymətli  kağızlar  bazarının 

ümumbazar funksiyalarına aşağıdakılar daxildir: 

-

 



kommersiya  funksiyası  –  həmin  bazarda  aparılan  əməliyyatlardan  mənfəətin 

əldə edilməsi

-

 

qiymət  funksiyası  –  bazar  qiymətlərinin  əmələ  gəlməsinin  və  dəyişməsinin 



təmin olunması; 

-

 



informativlik  funksiyası  –  ticarət  obyektləri  və  iştirakçıları  haqqında 

məlumatların hazırlanması və bütün bazar iştirakçılarına çatdırılması; 

-

 

tənzimləmə  funksiyası  –  ticarət  və  ticarətdə  iştirak  qaydalarının 



müəyyənləşdirilməsi,  iştirakçılar  arasında  yaranan  mübahisəli  halların 

araşdırılması, prioritetlərin  təyin edilməsi, nəzarət və idarəetmənin təşkili. 

Qiymətli  kağızlar  bazarının  xüsusi  funksiyalar  qrupunu  yenidənpaylama  və 

maliyyə risklərinin sığorta funksiyaları təşkil edir. Yenidənpaylanma funksiyaları öz 

yerində 3 hissəyə bölünür: 

-

 



müxtəlif sahələr və bazar fəaliyyəti sferaları arasında pul vəsaitlərinin yenidən 

paylanması; 

-

 

ehtiyatların qeyri-istehsal sahəsindən istehsal sahəsinə köçürülməsi; 




 

-



 

əlavə  pul  vasitələrinin  dövriyyəyə  buraxılmaması  şərti  ilə  dövlət  büdcəsi 

defesitinin maliyyələşdirilməsi. 

Qiymətli  kağızlar  bazarının  maliyyə  risklərinin  sığortası  funksiyasını  yerinə 

yetirilməsi  fyuçers  və  opsion  kimi  törəmə  qiymətli  kağızlar  növünün  meydana 

gəlməsi ilə əlaqədardır. 

Qiymətli kağızlar adlı, adsız və orderi qiymətli kağızlara bölünür. 

Adlı qiymətli kağızlar müəyyən şəxsin adına verilmiş qiymətli kağız sayılır. Bu 

qiymətli kağız üzrə borclu icranı yalnız sənədin sahibi olan və özünün adına verilmiş 

şəxs kimi və ya şəxsin hüquq varisi kimi təqdim edən şəxsə həyata keçirilməlidir. 

Qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən borclu öhdəliyi  bu qiymətli 

kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür. 

Əgər  qiymətli  kağız  üzrə  ixtiyarlı  şəxs  öz  sərəncamı  ilə  öz  əvəzinə  başqa 

ixtiyarlı  şəxs  təyin  edə  bilərsə,  qiymətli  kağız  orderi    kağız  sayılır.  Borclu  icranı 

yalnız  adına  və  ya  sərəncamı  ilə  sənəd  yazılmış  şəxs  və  ya  şəxsin  hüquq  varisi 

olduğunu sübut edən şəxsə həyata keçirməlidir.[11] 

Qiymətli  kağızlar  bazarının  tərkib  hissəsinin  əsasını  bazarda  aparılan  ticarət 

üsulları  təşkil  edir.  Bu  baxımdan  qiymətli  kağızlar  bazarının  5  növ  müxtəlifliyini 

qeyd etmək lazımdır: 

1.

 



İlkin və təkrar qiymətli kağızlar bazarı. 

İlk növbədə ilkin bazarı nəzərdən keçirək.Bu zaman qiymətli kağızlar öz qəbul 

qaydaları  tələbləri  ilə  ilk  dəfə  satışa  çıxarılır  və  realizə  olunma  prosesinin  ilk 

mərhələsində  ilk  dəfə  olaraq  alıcılar  tərəfindən  alınır.  Təkrar  bazarda  isə  öncələr 

buraxılmış  qiymətli  kağızlar  dövriyyə  müddəti  daxilində  alqı-satqı  və  ya  digər 

köçürmə formalarında öz sahibini dəyişir. 

2.

 

Mütəşəkkil və qeyri-metəşəkkil qiymətli kağızlar bazarı. 



Mütəşəkkil  qiymətli  kağızlar  bazarında  qiymətli  kağızların  yicarəti  bazar 

istirakçıları arasında, onların zəmanəti ilə digər bazar iştirakçıları – lisenziyaya malik 

peşakar  vasitəçilər  tərəfindən  sərt  qaydalar  əsasında  təşkil  edilir.  Qeyri-mütəşəkkil 

bazarda  vəziyyət  fərqlidir.Bu  zaman  qiymətli  kağızların  dövriyyəsi  zamanı  bazar 




 

iştirakçılarının hamı tərəfindən qəbul edilmiş qaydalara riayət etməsinə heç bir tələb 



qoyulmur. 

3.

 



Birja və birjadankənar qiymətli kağızlar bazarı. 

Birja  bazarında  qiymətli  kağızların  ticarəti  yalnız  bütün  bazar  iştirakçıları 

arasından ciddi surətdə seçilmiş birja vasitəçiləri tərəfindən fond birjasında və birja 

qaydaları  əsasında  təşkil  edilir.  Birjadankənar  bazarda  qiymətli  kağızların  ticarəti 

fond birjasından kənara həyata keçirilir. 

4.

 



Ənənəvi və kompyuterləşdirilmiş qiymətli kağızlar bazarı. 

Bazar  iştirakçılarının  arasında  qiymətli  kağızların  ticarəti  ənənəvi  və 

kompyuterləşmiş bazarda həyata keçirilə bilər. Sonuncu halda ticarət fond vasitələrini 

birləşdirən  vahid  kompyuter  şəbəkəsi  vasitəsilə  aparılır.  Bu  zaman  iştirakçıların 

yerləşdiyi  fiziki  yerə  heç  bir  məhdudiyyət  qoyulmur  və  onlarla  ticarət  əlaqələrini 

yaradıb  həyata  keçirmək  üçün  ticarət  sisteminə  qiymətli  kağızların  alışı  və  satışı 

haqqında öz sifarişlərini daxil etmək kifayət edir. 

5.

 



Kassa və müddətli qiymətli kağızlar bazarı. 

Kassa  qiymətli  kağızlar  bazarında  əqdlər  1-2  iş  günü  ərzində  icra  olunur. 

Müddətli  qiymətli  kağızlar  bazarında  isə  müxtəlif  növ  əqdlərin  icra  müddəti  2  işçi 

günündən çox olub, adətən 3 ayadək davam edir. 

Qiymətli kağızlar bazarının alqı – satqı obyekti kimi qiymətli kağızlar çıxış edir. 

Onlar  kağız  formasında  və  yaxudda    elektron  formada  olur  və  öz  dəyəri  olmayan 

əmtəədir. 

Qiymətli  kağız  müəyyən  olunmuş  formaya  riayət  olunmaqla hər  hansı  hüququ 

təsdiqləyən  sənəddir.Həmin  hüquq  bu  sənəd  olmadan    həyata  keçirilə  bilməz. 

Qiymətli kağız başqasına verdikdə onun təstiqlədiyi bütün hüquqlar da keçir. 

Qiymətli kağızla təstiqlənən hüquqların, qiymətli kağızların məcburi rekvizitləri, 

qiymətli  kağızın  formasına  aid  tələblər  və  digər  zəruri  tələblər  qiymətli  kağızlar 

haqqında qanunlarla və ya onların müəyənləşdirdiyi qaydada təyin edilir.  



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə