Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix26.03.2018
ölçüsü0,55 Mb.
#34770
1   2   3   4   5   6   7   8   9   ...   23

 

16 


K

– istiqrazın kursu 



K

– istiqrazın bazar qiyməti 



N  – isitqrazın nominal qiyməti 

İstiqraz  səhmə  nisbətən  daha  üstün  qiymətli  kağız  sayılır  çünki  o  səhmdar 

cəmiyyətin  borc  öhdəliyidir.  Məhz  bu  üzdən  də  etibarlı  qiymətli  kağızlara  maraq 

göstərən investorlar istiqrazlara üstünlük verirlər. Emitentlər isə borc kapitalının bank 

krediti  vasitəsilə  cəlb  olunmasına  deyil,  istiqraz  buraxılışı  variantına  ona  görə  çox 

vaxt üstünlük verirlər.Bu zaman cəlb edilmə müddəti daha böyük olur. İnkişaf etmiş 

ölkələrdə istiqrazlar əsasən 10-15 il müddətinə buraxılır. 

   İstiqrazların emitentləri rolunda bir sıra  müəsissələr, federal idarəetmə orqanları, 

banklar, hökümət bələdiyyə və dövlət idarələri iştirak edə bilərlər. 

İstiqraz borc şəhadətnaməsidir və onun iki əsas əlaməti mövcuddur ki bunlara 

emitentin titulda göstərilmiş məbləği müəyyən edilmiş vaxtda qaytarmaq borcu və 

emitentin istiqraz sahibinə nominal qiymət üzrə müəyyəni edilmiş faiz borcu daxildir. 

Həmçinin  istiqrazlar  buraxılmış  müddətinə  görə,  sahiblik  qaydalarına  görə, 

istlqrazların məqsədindən asılı olaraq, nominal ödəmə metoduna görə, talonlu gəlirin 

ödənilməsinə görə təsnifləşdirilir. 

İstiqrazlar kuponun ödəmə qiymətinə görə aşağıdakı hissələrə bölünür: 

1)üzən faiz istiqrazlar 

2)bərabər  faiz  istiqrazlar.  Belə  istiqrazlar  indeksləşmiş  adlanırlar  və  adətən 

infilyasiya şəraitində buraxılır: 

3)minimal və ya sıfır kuponlu istiqrazlar, onlar üzrə faiz ödənilmir və ya onların 

həcmi çox kiçikdir. Belə istiqrazların bazar qiyməti adətən nominaldan az olur, 

yəni endirim təklif olunur: 

4)qarışıq tipli istiqrazlar, bu zaman sahibkar gəlirin bir hissəsini qeyd olunmuş 

gəlir formasında digər hissəsini üzən dərəcə üzrə alır: 

Fond bazarında tədavülə görə istiqrazlar olurlar adi istiqrazlara-İllik gəlirin 

ödənilməsi və əsas borcun borc müddəti zamanı ödənilməsi və dönərli 

istiqrazlara- Sahibkara eyni emitentin səhmləri ilə dəyişmək hüququ verir.  



 

17 


Bank sertifikatları bir şəhadətnamədir.O təyin edilmiş müddətdən sonra özünün 

və  faiz  məbləğinin  ödənilməsi  öhdəçiliyi  ilə  banka  qoyulmuş  depozit  haqqında 

sərbəst dövriyyəli şəhadətnamədir. 

Sertifikatın  bir  çox    xüsusiyyətləri  vardir.Məsələn  o  yalnız  banklar  tərəflndən 

buraxılır.Sertifikatlar  dövriyyə  sənədidir.  Bir  şəxsdən  digər  şəxsə  keçirilə 

bilər.Həmçinin sertifikat satılmış  mallara  və  göstərilmiş  xidmətlərə  ödəmə vasitəsi 

ola bilməz.  Sertifikatlar - xüsusi rekvizitlər dəsti olan, ciddi formal sənəddir 

      Əmanət  sertifikatı  fiziki  şəxsin  banka  yerləşdirdiyi  əmanətin  şəhadətnaməsidir. 

Bu sertifikatların dövriyyə müddəti bir illə məhdudlaşır, hesablaşma isə nəğdsiz yolla 

aparılır.  Sertifikatlar  üzrə  faizlər  buraxılış  zamanı  müəyyən  edilir  və  blanklar 

üzərində  pul  və  ya  faiz  formasında  göstərilir.Gördüyümüz  kimi  depozit  və  əmanət 

sertifikatları arasında fərqlər mövcuddur. 

Qiymətli  kağızların  bir  növüdə  çekdir.Çek  üzərində  qeyd  olunmuş  məbləği 

çekalana  ödəmək  üçün  çekverənin banka  yazılı  tapşırığıdır və  onun bir  sira  növləri 

var: 

a)  hesablaşma  çeki  –  hesablardan  nağdsız  qaydada  hesablamaların  aparılmasını 



nəzərdə tutan orderli çekdir. 

b)Bank  çeki  –  bir  bankın  başqa  banka  banklararası  hesablaşmaların  aparılmasını 

nəzərdə tutan orderli çekdir. 

c)Pul çeki – müştərinin bankda olan hesabından nağd pul vəsaitini almaq üçün yazılı 

sərəncamdan ibarət olan orderli çekdir; 

d)Yol  çeki  –  bir  məntəqədə  verilmiş  çekdə  imza  nümunəsi  göstərilən  çek  sahibinə, 

çekdə yazılmış məbləği ödəməyi üzərinə götürən təşkilatın öhdəliyi sahibinin imzası 

əsasında  çekin  emiteti,  onun  filialı  və  yaxud  emitetin  göstərdiyi  digər  təşkilat 

tərəfindən həyata keçirilir. [2] 

Konasament  –  yükün  daşınması  üçün  onun  yüklənməsi,  daşınması  və  alınması 

hüququnu təstiq edən beynəlxalq standart sənəd formasıdır. 



 

18 


Veksel müəyyən borc öhdəliylərini əks etdirən bir  qiymətli kağız növüdür. O 

ciddi formada tərtib olunur və vekseldə göstərilən məbləğin vaxtında ödənişini tələb 

etmə hüququnu verir.  

 

 



 

 

Vekselin  iki  növü  mövcuddur.Veksellər  barat(tratta)  və  sadə  veksələ  bölünür.. 



Adi vekselin ötürülən vekseldən fərqi var ki adi vekseldə 2 tərəf iştirak edir - veksel 

verən və vekselin sahibi, ötürülən vekseldə isə 3 tərəf iştirak edir: trassant-kreditor, 

trassant-borclu  və  remitent  ödəniş  alıcısı.  Həmçinin  adi  veksel  borclu  tərəfindən 

yazılır və imzalanır, ötürülən veksel isə kreditor tərəfindən. Adi veksel borc faktını 

rəsmiləşdirir ötürülən veksel isə ticarətin kreditləşməsinə xidmət edir. 

Həmçinin birinci veksel bir şəxsin digər şəxsə onun üçüncü şəxsə müəyyən müddətdə 

müəyyən məbləğdə pul verilməsi haqqında yazılı əmridir. Vaxtı göstərilməmiş barat 

vekseli təqdim olunarkən onun haqqı ödənilməlidir.Sadə vekseldə isə bir və ya bir 

neçə şəxsin bir miqdar məbləğ pulu müəyyən edilmiş vaxtda ödəyəcəkləri barədə 

şərtsiz yazılı öhdəlik və ya iltizamdır.Sadə veksel eyni dərəcədə məsuliyyət daşıyan 

bir neçə şəxs tərəfindən verilə bilər. 

Veksel müddətinə görədə fərqlənir.O müddətli və müddətsiz olmaqla iki hissəyə 

bölünür.Veksel qanunvericiliyə uygun olaraq dəqiq buraxılır.Onu rezident olan şəxs 

və veksel buraxan müəssisə verə bilər. 

Xəzinə vekseli – dövlət büdcəsindən ödənilməli olan vəsaitlərin məbləğini təbit edən 

və ya qısa müddətdə şəxslərdən pul vəsaitlərinin cəlb edilməsi məqsədi ilə buraxılmış 

sadə vekseldir. 

Veksel  bir  çox  üstünlüylərə  malikdir.Məsələn  o  gəlirin  sabit  səviyyəsini  saxlayır 

hesablaşmalarin həyata keçirilməsini sürətləndirir və s. 

Vekselin  xüsusi  bir  növünü  qeyd  etmək  istəyərdim  ki  bu  xəzinə  vekselidir.  Bizim 

Mülki  Məcəlləmizə  əsasən  xəzinə  vekseli  dövlət  büdcəsindən  ödənilməli  olan 

vəsaitlərin  məbləğini  təsbit  edən  və  ya  qısa  müddətə  şəxslərdən  sərbəst  pul 

vəsaitlərinin cəlb edilməsi məqsədilə buraxılmış sadə veksel növüdür.O müəyyən bir 

borclu 


kreditor 

ödənişi alan 

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə