Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə54/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   47   48   49   50   51   52   53   54   55

 
169
- tədris prosesinin forma və metodları; 
-  yekun  dövlət  attestasiyasına  qoyulan  tələblər  və  qiymət-
ləndirmə. 
Ali təhsilin səviyyələri üzrə təhsil proqramlarında aşağıdakı 
fənn bölümləri nəzərdə tutulur: 
Bakalavriat səviyyəsində: 
- humanitar fənlər; 
- ixtisasın peşə hazırlığı fənləri. 
Humanitar  fənn  bölümü,  sosial  fəaliyyətin  müxtəlif  sahə-
lərində  mövcud  problemləri  və  prosesləri  araşdırmağı  təmin 
etməlidir.  
Đxtisasın peşə hazırlığı fənləri ixtisasa dair standart və qeyri-
standart  məsələləri  həll  etmək  üçün  lazımi  bilik,  bacarıq  və 
vərdişlərin öyrənilməsini təmin etməlidir.  
Ümumi auditoriya saatlarının 15-20 faizi humanitar fənlərin, 
80-85  faizi  isə  peşə  hazırlığını  təmin  edən  fənlərin  tədrisinə 
ayrılır. 
Humanitar fənn bölümünə məcburi fənlər kimi "Azərbaycan 
tarixi", "Azərbaycan dili" (xarici dildə təhsil alanlar üçün), "Xarici 
dil" fənləri daxildir. 
Bakalavr səviyyəsində təkrar ali təhsil alanlar üçün ixtisaslar 
üzrə  təhsil  proqramlarına  uyğun  qısaldılmış  proqramlar  da  tətbiq 
edilə  bilər.  Qısaldılmış  təhsil  proqramlarına  yalnız  ixtisasın  peşə 
hazırlığı fənləri daxil edilir. Bu proqramlar üzrə təhsil qısaldılmış 
müddətdə başa çatdırılır. 
Magistratura səviyyəsində: 
- humanitar fənlər; 
- ixtisaslaşma fənləri. 
Bu  bölümlərə  daxil  olan  fənlərin  tədrisi  zamanı  magis-
trantlara müvafiq elm sahəsində elmi tədqiqat işlərini aparmaq və 
təşkil  etmək,  müasir  informasiya  texnologiyalarından  istifadə 
etmək,  ali  təhsil  müəssisələrində  pedaqoji  fəaliyyətlə  məşğul 
olmaq,  idarəetmə  sahəsində  fəaliyyət  göstərmək  vərdişləri 
aşılanır. 


 
170
Təhsil  proqramları  təhsil  və  elmi  tədqiqat  hissələrindən 
ibarətdir. Bu zaman təhsil hissəsinə ayrılan saatların həcmi 40-50 
faiz təşkil edir.  
Bu  təhsil  proqramları  üzrə  humanitar  fənlər  bölümünə 
ümumi  auditoriya  saatlarının  20-25  faizi,  ixtisaslaşma  fənlərinə 
75-80 faizi ayrılır. 
Humanitar fənn bölümünə məcburi fənlər kimi "Xarici dil", 
"Ali məktəb pedaqogikası" və "Psixologiya" fənləri daxildir. 
Bakalavr  və  magistr  təhsil  proqramlarının  bütün  fənn 
bölümlərinə  seçmə  fənlər  daxildir.  Hər  iki  proqramda  seçmə 
fənlərə ayrılan saatın həcmi ümumi saat miqdarının 25-30 faizini 
təşkil 
edir. 
Həmin 
fənlər 
təhsil 
müəssisəsi 
tərəfindən 
müəyyənləşdirilir. 
8.5. 
Ali 
təhsil 
səviyyəsinin 
ayrı-ayrı 
ixtisasları 
(ixtisaslaşmaları) üzrə təhsil proqramları aşağıdakı tədris-metodiki 
sənədlər əsasında həyata keçirilir: 
- nümunəvi tədris planı; 
- işçi tədris planı; 
-  istehsalat  təcrübələrinin  keçirilməsinə,  buraxılış  işlərinin 
və  magistrlik  dissertasiyalarının  yerinə  yetirilməsinə,  tələbələrin 
yekun dövlət attestasiyasına dair metodiki göstərişlər; 
- fənn proqramları; 
- fənlər üzrə işçi-tədris proqramları (sillabus); 
- fənlər üzrə tapşırıqların yerinə yetirilməsi cədvəli; 
- dərsliklər, mühazirə mətnləri, əyani vasitələr, təklif olunan 
ədəbiyyatların siyahısı; 
- seminar (praktiki) məşğələlərinin planı; 
- fənnin öyrənilməsi ilə bağlı tövsiyələr; 
-  kurs  işlərinin  (layihələrinin),  laboratoriya  və  qrafik 
işlərinin  yerinə  yetirilməsinə,  istehsalat  təcrübələrinin  yekunları 
barədə hesabatların hazırlanmasına dair metodiki tövsiyələr; 
-  tələbələrin  biliyinin  qiymətləndirilməsi  üçün  tədris-
metodiki  materiallar  (yoxlama  və  test  tapşırıqları,  imtahan 
biletləri, tələbələrin müstəqil hazırlığı üçün suallar və s.); 


 
171
- fənnə aid proqram və multimedia vasitələri; 
-  ixtisaslaşdırılmış  auditoriya,  kabinet  və  laboratoriyaların 
siyahısı. 
Bu 
sənədlərin 
formaları 
səlahiyyətləri 
çərçivəsində 
Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  və  ali  təhsil 
müəssisələri tərəfindən müəyyənləşdirilir və təsdiq edilir. 
8.6.  Ali  təhsil  müəssisələrində  tədris  prosesi  Avropa  Kredit 
Transfer  Sisteminə  uyğun  olan  kredit  sistemi  əsasında  təşkil 
olunur.  Kredit  sistemi  üzrə  tədrisin  təşkili  qaydaları  Azərbaycan 
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 
8.7.  Ali  təhsil  müəssisələri  tələbələrinin  tədris  yükünün 
ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir:  
8.7.1.  Ali  təhsil  müəssisəsi  tələbələrinin  həftəlik  maksimal 
tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar 
məşğələlər nəzərə alınmaqla). 
Həftəlik  auditoriya  dərsləri  bakalavriat  səviyyəsində  30, 
magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır.  
Tədris  planında  tədris  işinin  həcmi  kredit  vahidləri  ilə 
müəyyənləşdirilir  və  bir  kredit  30  (15  saat  auditoriya  və  15  saat 
tələbənin sərbəst işi) saata bərabərdir.  
8.7.2.  Əyani  forma  üzrə  məcburi  auditoriya  dərslərinin 
maksimal  həcmi  ayrı-ayrı  ixtisaslar  üzrə  təhsil  proqramları  ilə 
müəyyənləşdirilir. 
Qiyabi  forma  üzrə  isə  tələbələrin  auditoriya  dərslərinin 
həcmi  bakalavriat  səviyyəsində  ildə  180-240,  magistraturada  isə 
120-160 saat nəzərdə tutulur. 
8.7.3.  Hər  tədris  ilində  təlim  müddəti  sentyabrın  15-dən 
başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. 
8.7.4.  Tədris  ili  iki  semestrdən  (payız  və  yaz)  ibarətdir. 
Bundan  əlavə  yay  tətili  müddətində  6  (altı)  həftədən  çox 
olmayaraq, yay semestri də təşkil oluna bilər. 
8.7.5.  Tədris  ilinin  müddəti  40  həftədir.  Hər  semestr  20 
həftədən (5 həftə imtahan sessiyası) ibarətdir. 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə