Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə48/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   44   45   46   47   48   49   50   51   ...   55

 
148
nazirliklərin,  təşkilatların  və  idarələrin  nümayəndələri  də  daxil 
edilə bilər. 
5.2.  Şuranın  iclası  onun  üzvlərinin  üçdə  iki  hissəsi  iştirak 
etdikdə səlahiyyətli sayılır. Şuranın qərarı iclasda iştirak edənlərin 
sadə  səs  çoxluğu  ilə  qəbul  edilir.  Səslər  bərabər  bölündükdə, 
Şuranın sədrinin səsi həlledici olur.  
5.3.  Şura  dövlət  təhsil  standartlarının  tələblərinə  uyğun 
hazırlanmış  və  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi 
tərəfindən  təsdiq  olunmuş  tələb  və  meyarlar  əsasında  təhsil 
müəssisəsinin statusunu müəyyənləşdirir, onun tam şəkildə və  ya 
ayrı-ayrı  təhsil  proqramları  üzrə  akkreditasiyadan  keçib-
keçməməsi  barədə  qərar  qəbul  edir.  Bu  qərarın  əsasında 
Azərbaycan  Respublikasının  təhsil  naziri  təhsil  müəssisəsinin 
akkreditasiyası 
barədə 
əmr 
verir. 
Həmin 
əmrlə 
təhsil 
müəssisəsinin  statusu  (tipi,  növü)  və  həyata  keçirilən  təhsil 
proqramları təsdiq olunur. Akkreditə olunmuş təhsil müəssisəsinə 
müvafiq keyfiyyət sənədi - sertifikat verilir. 
Təhsil  müəssisəsinin  akkreditə  olunması  barədə  məlumatlar 
mətbuatda dərc edilir. 
5.4. Təhsil müəssisəsinin mövcud statusu müəyyən olunmuş 
tələb  və  meyarlara  uyğun  gəlmədikdə,  Şura  onun  akkreditasiyası 
haqqında  mənfi  qərar  qəbul  edə  bilər.  Bu  halda  təhsil  müəssisəsi 
Şuranın müəyyən etdiyi statusla fəaliyyət göstərə bilər. 
5.5.  Akkreditasiyadan  keçməyən  təhsil  müəssisəsinə  və  ya 
ayrı-ayrı  proqramlar  üzrə  kadr  hazırlığına  növbəti  tədris  ili  üçün 
qəbul planlaşdırılmır.  
5.6.  Akkreditasiyadan  keçməyən  təhsil  müəssisəsi  və  ya 
onun  ayrı-ayrı  təhsil  proqramları  1  ildən  sonra  təkrar 
akkreditasiyadan  keçə  bilər.  Təhsil  müəssisəsi  və  ya  onun  ayrı-
ayrı təhsil proqramları təkrar  akkreditasiyadan keçmədikdə, onun 
təhsil  fəaliyyəti  dayandırılır  və  təhsilalanların  digər  təhsil 
müəssisələrində  təhsilinin  davam  etdirilməsi  üçün  müvafiq 
tədbirlər  həyata  keçirilir.  Akkreditasiyadan  keçməyən  təhsil 


 
149
müəssisəsinin  əvvəllər  verdiyi  təhsil  haqqında  dövlət  sənədi  öz 
qüvvəsində qalır. 
5.7.  Təhsil  müəssisəsi  Akkreditasiya  Şurasının  onun 
akkreditasiyası  barədə  çıxardığı  mənfi  qərarla  bağlı  qanun-
vericiliyə uyğun olaraq məhkəmə qarşısında iddia qaldıra bilər.     
5.8.  Akkreditasiyanın  aparıldığı  təhsil  müəssisəsi  üçün 
müvafiq  sənədlər  toplusu  (akkreditasiya  işi)  tərtib  olunur.  Bu 
topluya aşağıdakılar daxil edilir: 
-  təhsil  müəssisəsinin  Azərbaycan  Respublikasının  Təhsil 
Nazirliyinə təqdim etdiyi sənədlər; 
-  təhsil  müəssisəsinin  akkreditasiya  olunması  üçün 
Akkreditasiya Komissiyasının yaradılması haqqında əmr;  
- Akkreditasiya Komissiyasının arayışı; 
-  təhsil  müəssisəsinin  akkreditasiyasının  nəticəsi  barədə 
Azərbaycan Respublikası təhsil nazirinin əmri. 
Zəruri hallarda topluya digər sənədlər də əlavə oluna bilər. 
Sənədlər  toplusu  Azərbaycan  Respublikasının  Təhsil 
Nazirliyində xüsusi qovluqda saxlanılır. 
Təhsil müəssisəsinin akkreditasiyası haqqında əmr aşağıdakı 
hallarda öz qüvvəsini itirir: 
- təhsil müəssisəsinin akkreditasiya müddəti başa çatdıqda; 
- təhsil müəssisəsinin müvafiq müraciəti olduqda; 
-  təhsil  müəssisəsinin  lisenziyası  ləğv  edildikdə  və  ya 
lisenziya müddəti bitdikdə və uzadılmadıqda; 
- təhsil müəssisəsi yenidən təşkil olunduqda. 
 
 
 
 
 
 
 
 


 
150
Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil 
haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi 
qaydası 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
2010-cu il 29 aprel tarixli 82 nömrəli  
qərarı ilə təsdiq edilmişdir 
  
 1. Ümumi müddəa 
  
Bu  Qayda  "Təhsil  haqqında"  Azərbaycan  Respublikası 
Qanununa uyğun hazırlanmışdır və ali təhsil pilləsinin bakalavr və 
magistr  səviyyələrində  təhsil  haqqında  dövlət  sənədlərinin 
nümunələrini və onların verilməsi qaydasını tənzimləyir. 
  
2. Bakalavr və magistr diplomlarının nümunəsi 
 
2.1.  Ali  təhsil  pilləsinin  bakalavriat  və  magistratura 
səviyyələrində aşağıdakı növ diplomlar müəyyənləşdirilir: 
- bakalavr diplomu (adi və fərqlənmə); 
- magistr diplomu (adi və fərqlənmə). 
2.2.  Bakalavr  və  magistr  diplomları  bakalavr  və  magistr 
təhsil səviyyələrini başa vurmuş şəxslərə verilir. 
2.3. Bakalavr diplomunun təsviri: 
Diplom  15x21sm  ölçüdə  kitabça  şəklində  çap  olunur.  Ali 
təhsil  müəssisəsini  fərqlənmə  ilə  bitirməyənlər  üçün  diplomlar 
göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir. Diplomun 
üz  qabığı  dermantin  materialdan  hazırlanır  və  yuxarı  hissəsində 
relyeflə  Azərbaycan  Respublikasının  Dövlət  gerbi,  aşağı 
hissəsində  isə  "BAKALAVR  DĐPLOMU"  sözləri  həkk  olunur. 
Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəfində Azərbaycan 
Respublikasının  Dövlət  gerbinin  təsviri  olan  və  bakalavr 
diplomunun  nümunəsinə  uyğun  hazırlanmış  qoruyucu  nişanlı 
xüsusi  kağız  yapışdırılır.  Diplomun  sağ  səhifəsinin  yuxarı 


 
151
hissəsində  qara  rənglə  "AZƏRBAYCAN  RESPUBLĐKASI"  və 
"BAKALAVR  DĐPLOMU"  sözləri,  sol  səhifənin  yuxarı 
hissəsində "BAKALAVR DĐPLOMU ALĐ TƏHSĐL HAQQINDA 
DÖVLƏT  SƏNƏDĐDĐR"  sözləri,  diplomun  seriyası  və  nömrəsi 
yazılır.  Sol  aşağı  kənarında  isə  möhür  yeri  və  diplomun 
verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Daha 
sonra  səhifələrdə  mətn  bakalavr  diplomunun  nümunəsində 
göstərilən formada yerləşdirilir (1 nömrəli əlavə). 
2.4.  Bakalavriat  səviyyəsini  fərqlənmə  ilə  bitirənlər  üçün 
diplomun sağ səhifəsinin yuxarı hissəsində yazılan "BAKALAVR 
DĐPLOMU"  sözlərinin  altında  qırmızı  rənglə  "Fərqlənmə"  sözü 
yazılır (2 nömrəli əlavə). 
2.5.  Nömrələnmə  A  №000001-dən  başlayaraq,  hər  dəfə  bir 
say  artırmaqla  aparılır.  Altırəqəmli  nömrələnmə  son  həddə 
çatdıqdan sonra № işarəsində əvvəlki hərf Azərbaycan əlifbasının 
ardıcıllığı  ilə  yeni  hərflə  əvəz  edilir  və  nömrələnmə  yenidən 
aparılır. 
2.6. Bakalavr səviyyəsinin məzunlarına nümunədə göstərilən 
formada diploma əlavə verilir (1 və 2 nömrəli əlavələr). Diploma 
əlavə  qoruyucu  nişanlı  xüsusi  kağızda  çap  edilir.  Diploma 
əlavənin  birinci  səhifəsinin  yuxarı  hissəsində  Azərbaycan 
Respublikasının  Dövlət  gerbi  həkk  olunur,  "BAKALAVR 
DĐPLOMUNA  ƏLAVƏ  (diplomsuz  etibarsızdır)"  sözləri, 
əlavənin  seriyası  və  nömrəsi  yazılır,  sonuncu  səhifənin  sol 
tərəfində  möhür  yeri  saxlanılır.  Daha  sonra  səhifələrdə  mətn 
əlavələrin nümunəsində göstərilən formada yerləşdirilir. 
2.7. Magistr diplomunun təsviri: 
Diplom  15x21sm  ölçüdə  kitabça  şəklində  çap  olunur.  Ali 
təhsil  müəssisəsini  fərqlənmə  ilə  bitirməyənlər  üçün  diplomlar 
göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir. Diplomun 
üz  qabığı  dermantin  materialdan  hazırlanır  və  yuxarı  hissəsində 
relyeflə  Azərbaycan  Respublikasının  Dövlət  gerbi,  aşağı 
hissəsində  isə  "MAGĐSTR  DĐPLOMU"  sözləri  həkk  olunur. 
Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəfinə Azərbaycan 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə