Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə46/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   42   43   44   45   46   47   48   49   ...   55

 
141
Təhsil  proqramları  üzrə  hazırlığın  məzmunu  onun  dövlət 
təhsil  standartlarının  tələblərinə  uyğunluğu  və  bu  hazırlığı  təmin 
edən 
müvafiq 
tədris-metodik 
sənədlərin 
təhlili 
əsasında 
qiymətləndirilir. Bu zaman aşağıdakılar təhlil olunur:  
-  tədris  planlarının  baza  təhsil  proqramlarına  uyğun 
hazırlanması və təsdiqi; 
-  tədris  planlarında  olan  fənlərin  və  onların  proqramlarının 
məzmununun dövlət təhsil standartlarının tələblərinə uyğunluğu; 
-  tədris  olunan  fənlərə  ayrılmış  saatların  miqdarının  tədris 
planlarına uyğunluğu; 
-  tədris  planlarında  nəzərdə  tutulmuş  fənlərə  dair  tədris-
informasiya  mənbələrinin  kifayət  qədər  olub-olmaması  və 
müasirliyi. Bu məqsədlə aşağıdakılar müəyyən olunmalıdır: 
-  fənn  proqramlarında  tövsiyə  olunan  tədris-metodik 
vəsaitlər  və  onların  nüsxələrinin  mövcud  normalara  uyğun 
kitabxana fondunda olması;  
-  tədris  planında  nəzərdə  tutulmuş  fənlər  üzrə  proqram 
təminatı; 
-  təhsil  müəssisəsinin  beynəlxalq  informasiya  şəbəkəsinə 
çıxışı; 
- son beş ildə təhsil müəssisəsinin hazırladığı tədris-metodik 
materiallar,  o  cümlədən  Azərbaycan  Respublikası  Təhsil 
Nazirliyinin təsdiq etdiyi dərsliklər və dərs vəsaitləri;  
-  təhsilalanların  kurs  işləri,  təcrübələrin  (istehsalat  və 
pedaqoji)  aparılmasına  dair  sənədlər,  məzunların  buraxılış 
işlərinin  və  dövlət  imtahanlarının  (buraxılış  imtahanlarının) 
nəticələri. 
Təhsil  proqramları  üzrə  hazırlığın  məzmununu  təhsil 
müəssisəsi aşağıdakı kimi qiymətləndirir: 
- uyğundur; 
- əsasən uyğundur; 
- uyğun deyildir. 
Qiymətləndirmə təsdiqedici sənədlərlə əsaslandırılmalıdır.  


 
142
Təhsil  proqramları  üzrə  hazırlığın  strukturunun  təhlili  təhsil 
müəssisəsinin  gələcək  inkişaf  perspektivlərini  müəyyənləşdirmək 
məqsədi ilə aparılır.  
Təhlil təhsil müəssisəsinin cari tədris ilinin oktyabr ayının 1-
nə  olan  məlumatları  əsasında  aparılır.  Bu  zaman  aşağıdakılar 
müəyyən edilməlidir: 
-  son  beş  il  ərzində  mütəxəssis  hazırlığının  strukturunda 
aparılmış dəyişikliklər və onların təhsil müəssisəsinin profilinə və 
əmək bazarının tələbatına uyğunluğu; 
-  son  beş  il  ərzində  təhsil  müəssisəsini  bitirənlərin  (dövlət 
hesabına və ödənişli əsaslarla) nəticələrinin təhlili. 
3.3.4. Tədris prosesinin təşkilinin qiymətləndirilməsi 
Tədris  prosesinin  təşkilinin  qiymətləndirilməsi  üçün  aşağı-
dakılar müəyyən edilməlidir: 
- tədris prosesinin təşkilinin tədris planlarına uyğunluğu; 
-  təhsilalanların  fəallığını  artıran  yeni  təlim,  texnologiya  və 
metodların tətbiqi; 
- təhsilalanların elmi tədqiqat işlərinin təşkili; 
- tədris-laboratoriya bazasının mövcud tələblərə uyğunluğu; 
-  tədris  prosesində  yeni  informasiya  texnologiyalarının  və 
hesablama texnikasının tətbiqi. 
3.3.5. Təhsil proqramları üzrə hazırlığın keyfiyyəti  
Təhsil  proqramları  üzrə  hazırlığın  keyfiyyəti  ayrı-ayrı 
proqramlar  üzrə  təhsilalanların  imtahanlarının,  buraxılış  işlərinin, 
dövlət və ya buraxılış imtahanlarının, eləcə də özünütəhlil zamanı 
təhsilalanların  attestasiyasının  nəticələrinin  təhlili  əsasında 
müəyyən  edilir.  Bu  zaman  ayrı-ayrı  təhsil  proqramlarının,  kadr 
təminatının,  maddi-texniki  bazanın,  beynəlxalq  əməkdaşlığın, 
sosial-məişət şəraitinin təhlili də verilməlidir. 
Təhsilalanların  müvafiq  proqramları  mənimsəmə  səviyyəsi 
və  təhsil  proqramları  üzrə  hazırlığının  keyfiyyəti  aşağıdakılarla 
müəyyənləşdirilir: 
- təhsilalanların imtahanlarının nəticələri;  


 
143
-  təhsil  müəssisəsinin  keçirdiyi  monitorinqin  nəticələri 
(buraxılış  qruplarında  və  ya  siniflərində  təhsilalanların  bilik 
səviyyəsi  təhsil  müəssisəsində  hazırlanmış  suallar  əsasında 
müəyyənləşdirilir və qiymətləndirilir);  
-  məzunların  buraxılış  işlərinin,  dövlət  və  ya  buraxılış 
imtahanlarının  nəticələri  (buraxılış  işlərinin  mövzularının  təhlili, 
onların  məzmununun  təhsil  proqramlarının  profilinə  uyğunluğu, 
dövlət və ya buraxılış imtahanlarının təşkili və keçirilməsi);  
-  attestasiya  komissiyası  sədrlərinin  verdikləri  hesabatların 
təhlilinin nəticələri; 
-  təhsil  proqramları  üzrə  aparılan  hazırlığa  dair  şikayətlərin 
(təhsilalanların, idarə və təşkilatların və sair) olub-olmaması.  
Ayrı-ayrı  təhsil  proqramları  üzrə  hazırlığın  keyfiyyəti  və 
təhsilalanların 
mənimsəmə 
səviyyəsi 
aşağıdakı 
kimi 
qiymətləndirilir: 
- yoxlama zamanı təhsilalanların 91-100 faizi müsbət qiymət 
aldıqda - əla; 
- 71-90 faizi müsbət qiymət aldıqda - yaxşı; 
- 51-70 faizi müsbət qiymət aldıqda - kafi; 
-  50  faizdən  az  (50  faiz  də  daxil  olmaqla)  hissəsi  müsbət 
qiymət aldıqda - qeyri- kafi.  
Yoxlama  zamanı  sorğu  aparılacaq  tədris  qruplarında 
təhsilalanların 90 faizinin iştirakı vacibdir. 
Özünütəhlil  zamanı  yoxlama  üçün  istifadə  olunmuş  suallar 
hesabatla birlikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 
təqdim edilir.  
3.3.6. Kadr təminatı 
Təhsil müəssisəsinin kadr təminatının vəziyyəti müəyyənləş-
dirilərkən aşağıdakılar nəzərə alınır: 
- kadr potensialının mövcud vəziyyəti və dinamikası;  
-  müəllimlərin  ixtisaslarını  artırması  işinin  təşkilinin 
vəziyyəti;  
- müəllimlərin yaş tərkibinin təhlili. 
3.3.7. Elmi tədqiqat fəaliyyəti  


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə