127.1. Məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin
valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər.
127.2. Bu Məcəllənin 124.6-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla,
övladlığa götürülən 10 yaşına çatmış uşaq barəsində bu cür qeydin yazılması üçün onun
razılığı lazımdır.
127.3. Övladlığa götürənlərin valideyn kimi yazılması zəruriliyi barədə övladlığa
götürmə haqında məhkəmə qətnaməsində göstərilir.
Maddə 128. Tərbiyəçi öldükdə övladlığa götürmənin təsdiqi
Tərbiyəçi öldükdə övladlığa götürmə faktı məhkəmə qaydasında müəyyən oluna
bilər, yalnız o şərtlə ki, yetkinlik yaşına çatmayanlar ailədə doğma uşaq kimi qəbul
edilsin, eləcə də övladlığa götürən sağlığında bu barədə məhkəməyə ərizə təqdim etmiş
olsun.
Maddə 129. Valideynlərin ölümünə görə pensiya və ya müavinət hüququnun
saxlanması
Övladlığa götürülmə vaxtınadək ailə başçısını itirməyə görə pensiya, dövlət
müavinəti almaq hüququna malik olan yetkinlik yaşına çatmayanlar bu hüququ övladlığa
götürüldükdən sonra da saxlayırlar.
Maddə 130. Övladlığa götürmənin gizli saxlanması
130.1. Övladlığa götürmənin sirri qanunla mühafizə olunur.
130.2. Övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və
himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat
vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa
götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar
vermək qadağan edilir.
130.3. Övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslər
qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.
Maddə 131. Övladlığa götürmənin ləğv edilməsi
131.1. Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir.
131.2. Övladlığa götürmənin ləğv olunması barədə işə qəyyumluq və himayə
orqanının və müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır.
40
131.3. Məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsinin
qüvvəyə mindiyi gündən övladlığa götürməyə xitam verilir.
131.4. Məhkəmə övladlığa götürmənin ləğv olunması barədə qətnamə qüvvəyə
mindikdən sonra 3 gün ərzində həmin qətnamədən çıxarışı övladlığa götürmənin dövlət
qeydiyyatına alındığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına uşağın yaşadığı
(olduğu) yer üzrə müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının
vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa
götürülməsi hallarında eyni zamanda müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.
41
Maddə 132.
Övladlığa götürmənin ləğv edilməsinin əsasları
132.1. Övladlığa götürmə aşağıdakı hallarda ləğv edilir:
132.1.1. övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə
yetirmədikdə;
132.1.2. övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə;
132.1.3. övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət
bəslədikdə;
132.1.4. övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda.
132.2. Məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər
əsaslarla da övladlığa götürməni ləğv edə bilər.
Maddə 133. Övladlığa götürmənin ləğv olunmasını tələb etmək hüququ
olanlar
Övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri , uşağın
valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və müvafiq icra hakimiyyəti
orqanı tələb edə bilər.
Maddə 134. Övladlığa götürmənin və övladlığa götürmənin ləğv olunmasının
hüquqi nəticələri
134.1. Övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların
qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa
götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və
vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar.
134.2. Övladlığa götürülən uşaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə
şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirirlər.
134.3. Uşaq övladlığa bir nəfər tərəfindən götürüldükdə əgər o, kişidirsə,—ananın
arzusu ilə, əgər qadındırsa—atanın arzusu ilə, şəxsi qeyri-əmlak və əmlak hüquq və
vəzifələri saxlanıla bilər.
134.4. Uşağın valideynlərindən biri öldükdə, əgər bunu onun mənafeyi tələb edirsə,
ölmüş valideynin atasının və ya anasının (uşağın babasının və ya nənəsinin) xahişi ilə
ölənin qohumlarına münasibətdə şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri
saxlanıla bilər. Ölən valideynin qohumlarının övladlığa götürülən uşaqla ünsiyyətdə
olmaq hüququ bu Məcəllənin 62-ci maddəsinə uyğun həyata keçirilir.
134.5. Uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsində
övladlığa götürülənin valideynlərindən biri və ya ölmüş valideynin qohumları ilə
münasibətlərin saxlanması barədə qeyd olunur.
134.6. Bu Məcəllənin 128.1 və 128.2-ci maddələri ilə nəzərdə tutulmuş hüquqi
nəticələri övladlığa götürən şəxslərin uşağın doğum haqqında akt qeydində onun
valideynləri qismində yazılmasından asılı olmadan yaranır.