vəzifəsinin yerinə yetirilməsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanına həvalə
edilir.
19-cu fəsil
Övladlığa götürmə
Maddə 117. Övladlığa götürülməsinə yol verilən uşaqlar
117.1. Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların
mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan
sonra yol verilir.
34
117.2. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz.
117.3. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını
övladlığa götürə bilər.
117.4. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların
müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir.
117.5. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa
götürülməsinə, həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan
Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün
olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları
(bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların
övladları) övladlığa götürmədikdə icazə verilir.
35
117.6. Uşaqlar Azərbaycan Respublikasından daimi olaraq kənarda yaşayan
Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 115.5-ci maddəsinə uyğun olaraq ümumi
uçota götürüldüyü gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər.
36
117.7. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə müvafiq icra
hakimiyyəti orqanının razılığı əsasında yol verilir.
37
Maddə 118.
Övladlığa götürmə qaydası
118.1. Övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi
ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmədə övladlığa götürmə
barədə işə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual
qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır.
118.2. Övladlığa götürənlərin və övladlığa götürülən uşaqların hüquq və vəzifələri
məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin
qanuni qüvvəyə mindiyi gündən yaranır.
118.3. Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi
gündən 3 gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına
göndərməyə borcludur.
118.4. Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət
qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydiyyata alınır.
118.5. Hər hansı şərtlər altında, hər hansı müddətə və ya nümayəndələr vasitəsilə
övladlığa götürmək yolverilməzdir.
118.6. Uşaq öldükdə övladlığa götürməyə yol verilmir.
118.7. Azərbaycan Respublikası vətəndaşı olan uşaqlar əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, övladlığa götürənlərə hüquqi yardım
akkreditə edilmiş orqan tərəfindən həyata keçirilir.
118.8. Akkreditə edilmiş orqan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
38
Maddə 119.
Övladlığa götürülən uşaqların və övladlığa götürməyi arzu edən
şəxslərin uçotu
119.1. Övladlığa götürülən uşaqların uçotu bu Məcəllənin 115.5-ci maddəsində
müəyyən olunmuş qaydada həyata keçirilir.
119.2. Uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçotu müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
119.3. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini
arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu müvafiq icra hakimiyyəti
orqanı tərəfindən aparılır.
Maddə 120. Övladlığa götürmək hüququ olan şəxslər
120.1. Aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan yetkinlik yaşına çatmış
şəxslər övladlığa götürən ola bilərlər:
120.1.1. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət
qabiliyyətli hesab edilən şəxslər;
120.1.2. məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya
valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
120.1.3. qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya
himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
120.1.4. əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş
şəxslər;
120.1.5. səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər.
120.2. Övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan
verməyən xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
olunur.
120.3. Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə
bilməzlər.
Maddə 121. Övladlığa götürülən uşaq ilə övladlığa götürən arasında yaş fərqi
121.1. Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın
yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzürlü hesab edilən səbəb
olduqda, yaş fərqi qısaldıla bilər.