134.7. Məhkəmə övladlığa götürülməni ləğv etdikdə, övladlığa götürülmüş uşağın
və övladlığa götürənlərin (onların qohumlarının) qarşılıqlı hüquq və vəzifələrinə xitam
verilir. Uşağın mənafeyi bunu tələb edərsə, onunla valideynləri (onun qohumları)
arasında qarşılıqlı hüquq və vəzifələr bərpa olunur.
134.8. Övladlığa götürmə ləğv olunduqda, uşaq məhkəmənin qətnaməsi ilə
valideynlərə qaytarılır.
134.9. Bu halda, uşağın valideynləri olmadıqda, yaxud uşağın valideynlərinə
qaytarılması onun mənafeyinə ziddirsə, uşaq müvafiq icra hakimiyyəti orqanının
himayəsinə verilir.
134.10. Məhkəmə uşağa övladlığa götürülərkən verilən ad və soyadın saxlanıb-
saxlanılmamasını da həll edir.
134.11. 10 yaşı tamam olmuş uşağın adı və soyadı onun öz razılığı ilə dəyişdirilə
bilər.
134.12. Məhkəmə uşağın mənafeyinə uyğun olaraq, bu Məcəllənin 76—78-ci
maddələrində qeyd edilən vəsaitin keçmiş övladlığa götürəndən tutulub uşağa verilməsi
haqqında qətnamə qəbul edə bilər.
134.13. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi ləğv edildikdə,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ayrı qayda
nəzərdə tutulmamışdırsa, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının
vətəndaşı olan uşağın Azərbaycan Respublikasının ərazisinə qaytarılması üçün tədbirlərin
görülməsi və ya övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin
qanunvericiliyinə uyğun yerləşdirilməsi məqsədilə övladlığa götürənin vətəndaşı olduğu
(daimi yaşadığı) dövlətin səlahiyyətli orqanına məlumat verir. Azərbaycan
Respublikasının ərazisinə qaytarılan uşaq bu Məcəllənin 114-116-cı maddələrinə uyğun
olaraq yenidən uçota alınır və müəyyən olunmuş qaydada yerləşdirilir.
42
Maddə 135.
Övladlığa götürmənin ləğvinin yolverilməzliyi
Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin
övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər
sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən
fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən
övladlığa götürmənin ləğvinə yol verilir.
20-ci fəsil
Uşaqlar üzərində qəyyumluq və himayə
Maddə 136. Üzərində qəyyumluq və himayə təyin edilən uşaqlar
136.1. Qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci
maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və
vəzifələrinin qorunması məqsədilə müəyyən olunur.
136.2. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar
üzərində təyin edilir.
136.3. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan
Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 137. Uşaqların qəyyumu (himayəçisi)
137.1. Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum
(himayəçi) təyin edilirlər.
137.2. Uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı
və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və
ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə
alınmalıdır.
137.3. Alkoqolik və narkomanlar, qəyyumluq (himayə) vəzifələrini icra etməkdən
kənarlaşdırılmış, valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, keçmiş övladlığa
götürənlər, əgər onların təqsiri üzündən övladlığa götürmə ləğv olunmuşsa və səhhətinə
görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər (bu Məcəllənin
120.1.1—120.1.5-ci maddələri) qəyyum (himayəçi) ola bilməzlər.
Maddə 138. Tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində
yerləşən uşaqlar üzərində qəyyumluq (himayə) təyin edilməsi
138.1. Tam dövlət himayəsində olmaqla tərbiyə, müalicə və əhalinin sosial
müdafiəsi müəssisələrində yerləşən uşaqlara qəyyum (himayəçi) təyin olunmur. Bu vəzifə
həmin müəssisələrin rəhbərliyinə həvalə edilir.
138.2. Uşaqların müvəqqəti olaraq belə müəssisələrə yerləşdirilməsi qəyyumların
(himayəçilərin) hüquq və vəzifələrini məhdudlaşdırmır.
138.3. Qəyyumluq və himayə orqanları uşağın bu Məcəllənin 138.1-ci maddəsində
göstərilən müəssisələrdə saxlanmasına, tərbiyə və təhsilinə daimi nəzarət edir.
138.4. Bu Məcəllənin 138.1-ci maddəsində göstərilən müəssisələrin məzunlarının
hüquqlarının qorunması qəyyumluq və himayə orqanına həvalə edilir.
Maddə 139. Qəyyumluqda (himayədə) olan uşaqların hüquqları
139.0. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallar istisna
olmaqla, qəyyumluqda (himayədə) olan uşaqlar, aşağıdakı hüquqlara malikdirlər:
139.0.1. qəyyumun (himayəçinin) ailəsində tərbiyə almaq, onlardan qayğı almaq,
qəyyum (himayəçi) ilə birlikdə yaşamaq;
139.0.2. onların saxlanması, tərbiyəsi, təhsili, hərtərəfli inkişafı və insan ləyaqətinə
hörmət edilməsi üçün şəraitlə təmin olunmaq;
139.0.3. onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq;
139.0.4. yaşadıqları ev (mənzil) üzərində mülkiyyət hüququnu və ya ondan istifadə
etmək hüququnu saxlamaq, ev (mənzil) olmazsa, mənzil qanunvericiliyinə uyğun mənzil
almaq;
139.0.5. bu Məcəllənin 51-ci maddəsinə uyğun qəyyumun (himayəçinin) sui-istifadə
hərəkətlərindən
müdafiə olunmaq;