Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   80   81   82   83   84   85   86   87   88

maddə 390) ilə 310‐ci maddədə ʺvətəndaşların və ya təşkilatlarınʺ sözləri ʺfiziki və ya 
hüquqi şəxslərinʺ sözləri ilə əvəz edilmişdir. 
16  may  2008‐ci  il  tarixli  607‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu  (“Azərbaycan”  qəzeti  7  iyun  2008‐ci  il,  №  123,  Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008‐ci  il,  №  6,  maddə  454)  ilə  310‐cu 
maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min 
mislinədək” sözləri “beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir. 
7  aprel  2006‐cı  il  tarixli  92‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2006‐cı  il,  №  5, 
maddə 390) ilə 311‐ci maddənin adı və 311.1‐ci maddə yeni redaksiyada verilmişdir: 
əvvəlki redaksiyada deyilirdi: 
Maddə 311. Rüşvət alma 
311.1. Rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə hərəkətlərə (hərəkətsizliyə) görə, bu 
hərəkətlərin (hərəkətsizliyin) edilməsi vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə daxil olduqda və ya o öz qulluq 
mövqeyinə görə belə hərəkətlərə (hərəkətsizliyə) yardım edə bildikdə, eləcə də xidmət üzrə ümumi 
himayədarlığa və ya laqeydliyə görə vəzifəli şəxs tərəfindən şəxsən və ya vasitəçidən istifadə etməklə pul, 
qiymətli kağızlar, digər əmlak və ya əmlak xarakterli mənfəət şəklində rüşvət alma— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum 
edilməklə və ya edilməməklə iki ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
7  aprel  2006‐cı  il  tarixli  92‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu(Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2006‐cı  il,  №  5,  maddə  390)  ilə  311.2‐ci  maddənin 
sanksiyasında ʺedilməkləʺ sözündən sonra ʺ, əmlakı müsadirə olunmaqlaʺ sözləri əlavə edilmişdir. 
7  aprel  2006‐cı  il  tarixli  92‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2006‐cı  il,  №  5, 
maddə  390)  ilə  311.3-cü maddənin sanksiyasında "yeddi" sözü "səkkiz" sözü ilə əvəz 
edilmişdir. 
7  aprel  2006‐cı  il  tarixli  92‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu(Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2006‐cı  il,  №  5,  maddə  390)  ilə  311‐ci  maddənin  ʺQeydʺ 
hissəsi yeni redaksiyada verilmişdir. 
Əvvəlki redaksiyada deyilirdi: 
Qeyd: Pul məbləği, qiymətli kağızların, əmlakın və ya əmlak xarakterli digər mənfəətin dəyəri 
şərti 
maliyyə vahidi məbləğinin beş min misli miqdarından yuxarı olduqda rüşvətin miqdarı «külli miqdar» hesab 
olunur. 


16 may 2008‐ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti 7 iyun 2008‐ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 
6,  maddə  454)  ilə  311‐ci  maddənin  “Qeyd”ində  “şərti  maliyyə  vahidi  məbləğinin  beş  min 
mislindən” sözləri “beş min manatdan” sözləri ilə əvəz edilmişdir. 
7  aprel  2006‐cı  il  tarixli  92‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2006‐cı  il,  №  5, 
maddə  390)  ilə  312‐ci  maddənin  adı  və  312.1‐ci  maddə  aşağıdakı  redaksiyada 
verilmişdir. 
Əvvəlki redaksiyada deyilirdi:
 Maddə 312. 
Rüşvət vermə 
312.1. Şəxsən və ya vasitəçidən istifadə etməklə vəzifəli şəxsə rüşvət vermə— 
şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və 
ya 
şərti  maliyyə  vahidi  məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə 
edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 
16  may  2008‐ci  il  tarixli  607‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu  (“Azərbaycan”  qəzeti  7  iyun  2008‐ci  il,  №  123,  Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008‐ci  il,  №  6,  maddə  454)  ilə  312.1‐ci 
maddənin  sanksiyasında  “şərti  maliyyə  vahidinin  min  mislindən  iki  min 
mislinədək” sözləri “min manatdan iki min manatadək” sözləri ilə əvəz edilmişdir. 
7  aprel  2006‐cı  il  tarixli  92‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu(Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2006‐cı  il,  №  5,  maddə  390)  ilə  312.2‐ci  maddənin 
sanksiyasında ʺvə ya olunmamaqla üçʺ sözləri ʺdördʺ sözü ilə əvəz edilmişdir. 
16  may  2008‐ci  il  tarixli  607‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu  (“Azərbaycan”  qəzeti  7  iyun  2008‐ci  il,  №  123,  Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008‐ci  il,  №  6,  maddə  454)  ilə  312.2-ci 
maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin iki min mislindən dörd min 
mislinədək” sözləri “iki min manatdan dörd min manatadək” sözləri ilə əvəz edilmişdir. 
7  aprel  2006‐cı  il  tarixli  92‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 
Qanunu(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2006‐cı  il,  №  5, 
maddə 390) ilə Aşağıdakı məzmunda 312‐1‐ci maddə əlavə edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə