STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
104
İndi isə təhlili Azərbaycanın son məhsulunda 10 faizlik bir artımın tərəfdaş
ölkələrdə və ümumilikdə dünya üzrə ümumi buraxılışın həcmində hansı
dəyişikliyə səbəb olmasının müəyyən edilməsi ilə davam etdirək (bax: cədvəl
7). Bununla Azərbaycanın dünya dövlətləri ilə qarşılıqlı iqtisadi əlaqələrdə
rolunu təhlil etmiş oluruq.
Cədvəl 7. Azərbaycanın son məhsulunun 10 faiz artmasının nəticələri
Ölkələr
Ümumi buraxılışın həcmindəki dəyişiklik
(dollarla)
Cəmi dünyaya nisbətən
faizlə
Azərbaycan
8794233205,6
99,44185434
Türkiyə
5246122,1
0,059321159
Gürcüstan
3166536,7
0,035805996
Avstriya
2443803,7
0,027633605
Çin
5101823,6
0,057689486
Almaniya
3430378,0
0,038789414
İtaliya
1920830,7
0,021720025
Qazaxıstan
2349758,3
0,026570176
Rusiya
14251969,5
0,161155867
Ukrayna
4325105,4
0,048906652
Cəmi dünya üzrə
8843593338,2
100
Mənbə: Modeldən alınmış nəticələr
Azərbaycanın son tələbinin (məhsulunun) 10 faiz həcmdə artması dünyanın
ümumi buraxılışının 8843593338,2 dollar artmasına səbəb olur ki, bunun da
99.4%-i Azərbaycanın özündə, 0.16%-i Rusiyada, 0.059%-i Türkiyədə, 0.057%-i
Çində, 0.049%-i Ukraynada, 0.039%-i Almaniyada, 0.036%-i Gürcüstanda və s.
yaranır. Azərbaycanın son tələbindəki dəyişiklik özündən sonra ən çox Rusiyaya
təsir edir. Bu isə Azərbaycanın Rusiya üçün hələ də vacib iqtisadi tərəfdaş
olmasını əsaslandırır. Qeyd edək ki, Rusiyanın son tələbinin (məhsulunun) 10
faiz həcmdə artması dünyanın ümumi buraxılışının 136670215922350.0 dollar
artmasına səbəb olur. Azərbaycanın ümumi buraxılışında yaranan artımın isə
dünya üzrə yaranan artımda payı 0.064% təşkil edir.
Nəticə
Azərbaycan iqtisadiyyatı dünyada baş verəcək hər hansı böhrandan ən
az təsirlənən iqtisadiyyatlardan biridir. Aparılan təhlillərdən belə bir qənaətə
gəlinmişdir ki, dünya ölkələrinin əlavə dəyər normalarının artması nəticəsində
qiymətlərin səviyyəsi region ölkələrindən ən az Azərbaycanda artır. Belə ki,
əgər dünya üzrə əlavə dəyər norması 1% artsa (Azərbaycan, Gürcüstan və
Ermənistanda sabit qalmaqla), onda Azərbaycanda qiymətlərin səviyyəsi
0.008%, Gürcüstanda 0.032%, Ermənistanda isə 0.02% artar. Göründüyü kimi,
əhalinin həyat tərzində çox önəmli yerə malik olan qiymətlərin səviyyəsi
Say 7-8 • 2014 |
STRATEJİ TƏHLİL
105
xarici iqtisadi əlaqələrdən ən az Azərbaycanda təsir görür. Bundan başqa,
Azərbaycanın son tələbinin 10% artması Ermənistanın ümumi buraxılışında
0.000011%-lik artıma səbəb olur. Əksini nəzərdən keçirsək, Ermənistanın son
tələbinin 10% artması Azərbaycanın ümumi buraxılışında, demək olar ki, heç
bir dəyişikliyə səbəb olmur. Deməli, Ermənistan iqtisadiyyatı dolayı yollarla belə
Azərbaycandakı iqtisadi artımdan nisbətən daha çox asılıdır. Eyni zamanda, bu
ölkənin iqtisadiyyatı Azərbaycan iqtisadiyyatı ilə müqayisədə digər dövlətlərdə
baş verən dəyişmələrə daha çox həssasdır.
İstifadə edilmiş ədəbiyyat:
1. Həmzəağa Orucov, Yadulla Həsənli, Vilayət Vəliyev. Xətti cəbr və iqtisadi modellər.
Bakı: Qafqaz Universiteti nəş., 2009.
2. Həsənli Y. Azərbaycan iqtisadiyyatının sahələrarası əlaqələrinin modelləşdirilməsi.
Bakı, 2011.
3. Iris Jensen. The Leontief Open Production Model or Input-Output Analysis.
December 15, 2001 http://msemac.redwoods.edu/~darnold/math45/laproj/
Fall2001/Iris/lapaper.pdf
4. İmanov Q., Həsənli Y. Azərbaycanın sosial-iqtisadi inkişafının modelləri. Bakı, 2001.
5. Carl P. Simon, Lawrence Blume. Mathematics for economists.
6. Leontief, Wassilly. Environmental Repercussions and the Economic Structure: An
Input-Output Approach. // Review of Economics and Statistics 52, No 3(Avqust
1979) pp.262-271.
7. Dünya bankının rəsmi internet saytı // http://datacatalog.worldbank.org/
8. BMT-nin “UNcomtrade” elektron statistik məlumat bazası // http://comtrade.
un.org/
Jeyhun Abbasov
Analyzing the regional economic position of
Azerbaijan by using Input-Output table
Economic relations between Azerbaijan and the world’s countries have
been analyzed by input-output table in this research work. Ten percent
increase of the final demand in our country raises the gross output of the
world countries up to 8843593338,2 US dollars. The change in final demand
of Azerbaijan raises gross output up to 14251969,5 US dollars in Russia,
5246122,1 US dollars in Turkey, 5101823,6 US dollars in China, 4325105,4 US
dollars in Ukraine, 3430378,0 US dollars in Germany and so on. It is defined
that one percent increase in ratio of gross value added of world’s countries
raises the prices in Azerbaijan by 0.008%. It should be noted that this fact is
more satisfactory in Azerbaijan than other region countries.
STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
106
Джейхун Аббасов
Анализ региональной экономической позиции Азербайджана
на основе модели межотраслевого баланса
Экономические отношения Азербайджана с другими государствами
мира были проанализированы в таблице межотраслевого баланса.
Повышение конечного спроса в нашей стране на 10% приводит к
повышению стоимости валовой продукции в мире до 8843593338,2
долларов. Повышение конечного спроса в Азербайджане приводит к
повышению стоимости валовой продукции до 14251969,5 долларов
в России, 5246122,1 долларов в Турции, 5101823,6 долларов в Китае,
4325105,4 долларов в Украине, 3430378,0 долларов в Германии, и так далее.
Было определено, что один процент величения валовой добавленной
стоимости в мировой экономике приводит к росту цен в Азербайджане
на 0,008%. Следует отметить, что этот показатель является наиболее
удовлетворительным в
Азербайджане, чем в других странах региона.