Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə34/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   30   31   32   33   34   35   36   37   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
96 
tənzimləyən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Res-
publikasının Qanunu; Elektron ticarətin  təşkili və həyata keçirilməsinin hü-
quqi əsaslarını, onun iştirakçılarının hüquq və vəzifələrini, habelə elektron 
ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən 
edən “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunu;
●  İnformasiyanın yığılması, işlənilməsi, saxlanılması, axtarışı və yayılması əsasında 
informasiya  ehtiyatlarının  formalaşdırılması,  informasiya  sistemləri,  texnolo-
giyaları,  onların  təminat  vasitələrinin  yaradılması  və  onlardan  istifadə  olun-
ması,  informasiyanın  mühafizəsi  ilə  əlaqədar  olaraq  yaranan  münasibətləri 
tənzimləyən və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını 
müəyyən edən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi 
haqqında” Azərbaycan Respublikasının Qanunu;
●  Konstitusiya ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, 
maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik 
hüquqi  dövlətin  prinsipləri  əsasında  təmin  edilməsinin  hüquqi  əsaslarını 
müəyyənləşdirən,  həmçinin  ictimai  vəzifələrin  yerinə  yetirilməsinə 
vətəndaşlar  tərəfindən  nəzarət  olunmasına  şərait  yaradan  “İnformasiya 
əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu;
●  Telekommunikasiya (elektrik və ya elektromaqnit rabitə vasitələri (kabel, op-
tik və radio əlaqəsi və digər vasitələr) ilə hər hansı siqnalın, səsin və təsvirin 
məsafəyə ötürülməsi və qəbul edilməsi) sahəsində fəaliyyətin hüquqi, iqti-
sadi, təşkilati əsaslarını müəyyənləşdirən və telekommunikasiya resurslarının 
məqsədyönlü planlaşdırılmasını və ədalətli istifadə olunmasını tənzimləyən 
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.
Ə) Elmi-texniki və institusional baza, davamlı maliyyə təminatı
Ölkədə internet iqtisadiyyatının inkişafına nail olmaq üçün ümumilikdə İKT 
sahəsində elmi-tədqiqat və inkişaf mərkəzlərinin yaradılması, kadr potensialı-
nın artırılması, innovasiyaların stimullaşdırılması, rəqəmsal məhsullar istehsalı, 
o  cümlədən  yeni  internet  texnologiyalarının  iqtisadiyyata  inteqrasiyası  üzrə 
fəaliyyətin dəstəklənməsi strateji hədəf kimi müəyyən edilmişdir. Qeyd olunan 
hədəflərə çatmaq üçün Azərbaycanda Yüksək Texnologiyalar üzrə Tədqiqat və 
İnkişaf  Mərkəzi,  Yüksək  Texnologiyalar  Parkı,  İnformasiya  Texnologiyalarının 
İnkişafı  Dövlət  Fondu  və  informasiya  texnologiyaları  sahəsində  ixtisaslı  kadr 
hazırlığını həyata keçirən İnformasiya Texnologiyaları Universitetinin bazasında 
yeni “ADA” Universiteti yaradılmışdır.
Göründüyü  kimi,  internet  iqtisadiyyatının  formalaşdırılması  istiqamətində 
davamlı işlər aparılır. Belə ki, bu sahənin davamlı inkişafı dövlətin növbəti illərdə 
həyata  keçirəcəyi  iqtisadi  siyasətin  mərkəzində  dayanmış,  elektron  ödəniş 
sistemləri infrastrukturunun təkmilləşdirilməsi və elektron ticarətin geniş tətbiqi 
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
97
təsdiq  edilmiş  “Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyasında  öz 
əksini tapmışdır. Bununla yanaşı, dövlət tərəfindən internet iqtisadiyyatının inki-
şafına xidmət edəcək aşağıdakı gələcək hədəflər də müəyyən edilmişdir:
●  nağdsız ödənişlərin miqyasını genişləndirilmək, “Hökumət Ödəniş Portalı”na 
dövlət qurumlarının inteqrasiyası istiqamətində işləri davam etdirmək;
●  regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırıl-
masını təşviq etmək, innovativ ödəniş alətlərindən istifadənin kütləvi hal 
alması, nağdsız və elektron hesablaşmaların həcminin artırılması üçün sti-
mullaşdırma tədbirlərini davam etdirmək;
●  elektron ödəniş xidmətləri sahəsində qanunvericilik bazasını formalaşdır-
maq [18].
●  şəbəkə  infrastrukturunun  inkişafı  sahəsində  2017-ci  ilin  sonuna  mobil 
və stasionar şəbəkələr üzərində yüksək sürətli genişzolaqlı optik və sim-
siz  şəbəkələrin  qurulması  və  hər  bir  vətəndaş,  iş  və  ev  təsərrüfatının  bu 
şəbəkəyə çıxışını təmin etmək və inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq;
●  rəqəmli  iqtisadi  sektorun  inkişafında  yüksək  texnologiyalara  əsaslanan 
elektronika və nanoelektronika, kosmik peyklər və yeni informasiya texno-
logiyalarının tətbiqi ilə ixrac potensialının gücləndirilməsinə yönələn inno-
vativ və rəqabətədavamlı məhsul və xidmətlərin istehsalını təmin etmək;
●  regional  və  beynəlxalq  səviyyədə  informasiya  və  tranzit  xidmətlərini 
genişləndirmək,  müvafiq  təhlükəsizlik  strukturları  ilə  birlikdə 
kibertəhlükəsizliyi möhkəmləndirmək [19].
Nəticə
Aparılan təhlil və araşdırmalar onu göstərdi ki, əhatə olunduğumuz mühit 
İKT-nin təsirləri ilə yeni müstəvidə formalaşır. İnternet çox sürətlə yayılaraq so-
sial, iqtisadi və mədəni fəaliyyətin təşkilində yeni effektlərlə xarakterizə olunur, 
həyat  tərzi  və  davranış  üslublarının  müasir  formalarının  meydana  çıxmasına 
səbəb  olur,  o  cümlədən  sivil  cəmiyyət  quruculuğuna  təkan  verir.  Buna  görə 
də qabaqcıl dünya dövlətləri tərəfindən gələcək inkişaf istiqamətində qəbul 
edilən proqramlarda internet amili diqqət mərkəzində dayanır. Bu səbəbdən 
Azərbaycanın  qlobal  internet  iqtisadiyyatına  sürətli  inteqrasiyası  milli  iqti-
sadiyyatımızın  neft  amilindən  asılılığının  azaldılması  üçün  müəyyən  edilən 
hədəflərdən biri olmalıdır. Göründüyü kimi, bu istiqamətdə davamlı işlər apa-
rılmış, internet iqtisadiyyatının infrastrukturu qurulmuşdur. Lakin buna baxma-
yaraq, hələ də Milli İnternet İqtisadiyyatı, o cümlədən elektron ticarət ümumi 
iqtisadi fəaliyyətin təşkilində çox cüzi paya malikdir.
Bu boşluğun aradan qaldırılması üçün beynəlxalq təcrübə nəzərə alınmaq-
la  (i)  genişzolaqlı  internetə  çıxış  imkanlarının    daha  da  genişləndirilməsini, 
(ii)  elektron  hökumətin  kütləvi  təbliğini,  (iii)  informasiya  sistemlərinin  və 
şəbəkələrinin  təhlükəsizliyinin  artırılmasını,  (iv)  İKT  sahəsində  bilik,  bacarıq 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə