Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə36/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   32   33   34   35   36   37   38   39   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
102 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
103
Açar sözlər:  Avropa Parlamenti, parlament seçkiləri, siyasi partiyalar, siyasi 
qruplar, institusional strukturlar, Təsis sazişləri, Lissabon Sazişi
Key  words:  European  Parliament,  parliament  elections,  political  parties, 
political groups, institutional structures, the founding treaties,  the Treaty of 
Lisbon 
Ключевые  слова:  Европейский  парламент,  парламентские  выбо-
ры,  политическиe партии,  политические группы,  институциональные 
структуры, учредительный договор,  Лиссабонский договор
Avropa İttifaqında 
parlamentar siyasət: 
parlamentinin və 
siyasi partiyaların 
yenidən strukturlaşması
Elnarə 
QƏRİBOVA
Azərbaycan Respublikasının 
Prezidenti yanında Strateji 
Araşdırmalar Mərkəzinin 
elmi işçisi
elnara.garibova@ sam.gov.az


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
104 
Giriş
Xüsusi  struktura,  səlahiyyətlərə  malik  və  bu  istiqamətdə  bir  çox 
dəyişikliklərdən keçən tarixi ilə daim diqqət mərkəzində olan Avropa İttifaqı 
(Aİ) Parlamenti İttifaq orqanları arasında yeganə seçkili orqan kimi Aİ-də de-
mokratiyanın təminatçısıdır. 
Aİ bir tərəfdən fəaliyyətini artıraraq dərinləşmə istiqamətində hərəkət edir, 
digər tərəfdən də öz tərkibinə yeni üzvlər qəbul etmək yolu ilə genişlənərək bir 
çox məsələlərdə stabilliyə doğru addımlar atır. Təbii ki, bu yöndə də Aİ-nin ins-
titusional strukturu və funksionallığını öyrənmək mühüm əhəmiyyət kəsb edir. 
Aİ-nin qurumlarında mərhələli şəkildə islahatlar həyata keçirilmişdir. Hər bir 
mərhələ başa çatdıqda gələcəyə istiqamətlənmiş hədəf müxtəlif elementləri 
birləşdirə biləcək mütəhərrik sistemin yaranmasına yönəlmişdir. Bundan daha 
çox, təbii ki, Aİ-də hər zaman açıq qalan və tez-tez bəhs edilən demokratiya 
boşluğunun doldurulması və şəffaflıq məsələsi baxımından da Avropa xalqları 
ilə Aİ-nin yaxınlaşmasının konkret tərəfi kimi qurumlarla yaxınlaşmanı təmin 
etmək prioritet hədəflər hesab olunur. Bu hədəflər çərçivəsində isə önəmli və 
avanqard qurum Avropa Parlamentidir (AP).  
Aİ-nin daha şəffaf və effektli struktura çevrilməsi üçün həyata keçirilməsi 
vacib olan işlərdən biri də institusional islahatlardır. Belə ki, Şura, Komissiya 
və  Parlament  arasındakı  institusional  tarazlıq  kontekstində  üzv  dövlətlərdən 
bəziləri  Şuranın  səlahiyyətlərinin  qorunması  fikrini  müdafiə  etdiyi  hal-
da,  digərləri  Parlamentin  bu  tarazlıq  daxilindəki  çəkisinin  artırılması  fikrini 
dəstəkləyirlər. Komissiyanın rolu məsələsində də buna bənzər fikir ayrılıqları 
mövcuddur. Qərar qəbuletmə mexanizmlərinin yenilənməsi məsələsində bəzi 
ölkələr  qəbul  edilən  bütün  qərarlarda  yekdil  rəy  əvəzinə  kvalifikasiyalı  səs 
çoxluğunun, bir qayda olaraq, qəbul edilməsi fikrini müdafiə etdikləri halda, 
digərləri bu istiqamətdəki dəyişikliyə şübhə ilə yanaşırlar. 
Bu yerdə D.Krissoçun “Aİ qurumları ilə əlaqədar olaraq” adlandırdığı demok-
ratiya məhdudluğunun “Ortodoks yanaşması” ideyasına diqqət yetirməyimiz 
yaxşı olardı. Bu ideyaya əsasən, “Qanunvericilik səlahiyyəti və məsuliyyətləri 
milli parlamentlərdən Aİ-nin Şura və ya Komissiya kimi inzibati qurumlarına 
köçürülmüş,  Avropa  səviyyəsində  və  beynəlxalq  səviyyədə  reallaşan  yeganə 
birbaşa seçilmiş qurum olan Parlament isə belə qüvvə transferinə uyğun və 
layiq  olan  demokratik  məsuliyyət  və  qanunvericilik  səlahiyyətinə    malik  ola 
bilməmişdir” [1, s. 71]. 
Buna görə də qurumların hesabatvermə məsuliyyəti və ötürülən qüvvə ara-
sında  yaranan  bu  boşluq,  Uilyamsa  görə,  Avropa  mütəxəssisləri  və  ya  texniki 
komitələr kimi tanınan milli mülki kadrlar tərəfindən doldurulur. Bundan baş-
qa,  bəzi  hallarda  çox  sayda  biznes  qrupları  və  lobbiləri  bu  prosesdə  aktyor 
vəziyyətinə düşürlər. Əslində, bu məsələlər Parlamentin səlahiyyətini artıran Va-
hid Avropa Aktından bu günə qədər daha da geniş yayılmağa başlamış, Aİ-nin 
qərar qəbul etməyə dair yeni siyasət sahələrinə genişləndirilən yeni hüquqlar və 
Şurada kvalifikasiyalı səs çoxluğu sisteminin tətbiqinə icazə verilmişdir [2]. 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
105
Aİ  qurumlarının  demokratik  məhdudluq  arqumenti  bir-biri  ilə  bağlı  olan 
bir  çox  problemi  gündəliyə  gətirir.  Bu  səbəbdən  qurumların  zəif  funksiya 
yerinə yetirməsi məsələsinə hesablanmayan bu mübahisələr daha çox xalqın 
kifayət etməyən iştirakı və təmsil olunması, şəffaflığın olmaması, nəzarət və 
hesabatvermə məsələlərindəki çatışmazlıq və texnokratik qərarvermə prose-
durları üzərində cəmləşir. Demokratik prosedurun məhdudluğunun digərlərinin 
funksiyalarına mənfi təsir göstərməsi fikri əsas götürülməklə Aİ-nin əsas qu-
rumlarının demokratiyanın məhdudluğu ilə bağlı həll və konseptuallaşdırma 
təşəbbüsləri davam edəcək [1, s. 74-102]
Yaxın gələcəkdə 30 üzvdən ibarət İttifaqa çevrilməsi müzakirə edilən Aİ-
nin qərar qəbuletmə mexanizmi və demokratik funksionallığını bu fakta görə 
çoxpilləli şəkildə yenidən strukturlaşdırması zəruri idi. Avropa Şurası, Komis-
siyası  və  Parlamenti  arasında  artıb-azalan  dinamikaları  ilə  özünəxas  qərar 
qəbuletmə proseduru işləyib hazırlayan Aİ-nin bu orijinal (sui generis) vəziyyəti 
elmi ədəbiyyatda “demokratiyanın avropalaşması” (Europeanization of the De-
mocracy) kimi xarakterizə edilir. 
Xüsusilə  Şərqə  doğru  genişlənmə  prosesindən  sonra  28  üzvdən  ibarət 
struktura  malik  olan  Aİ-nin  qurumları  arasındakı  və  bu  qurumların  Aİ 
vətəndaşları ilə yaratdıqları münasibətləri yenidən formalaşdırmaq istədiyini 
müşahidə  edirik.  Məsələn,  Avropa  Şurasında  artıq  xroniki  hal  alan  veto-
lar,  azlığın  çoxluq  qarşısında  maneələr  yaratması,  Aİ-nin  idarəetmə  prob-
lemi  açıq    şəkildə  hiss  edildiyi  halda,  çox  vaxt  bu  proses  nəticəsində  çı-
xarılan  qərarlar  çox  ciddi  şəkildə  tənqid  olunur.  Brüsselin  artıq  daha  çox 
milli  mənfəətlər  istiqamətində  hərəkət  edən  üzv  ölkələrin  “Şərq  qaydasın-
da qiymət sövdələşməsi” nəticəsində qeyri-şəffaf metodlarla qəbul etdikləri 
qərarlardan şikayət edən Aİ bürokratiyası da islahat tərəfdarı kimi öz möv-
qeyini açıqladı. Aİ-nin qərar qəbuletmə və idarəetmə prosesində veto qoy-
ma hüququna malik olan fiqurlar get-gedə potensial qərar qəbul edəndən 
potensial maneə yaradana çevrildilər. 
Lissabon Sazişinə əsasən, hər şeydən əvvəl qərar qəbuletmə mexanizmi 
daxilində Avropa Parlamentinin səlahiyyətləri artırıldığı halda, 2014-cü ildən 
etibarən  Avropa  Komissiyası  kiçildiləcək  və  hər  bir  üzv  ölkənin  bir  komis-
sara  malik  olacağı  sistem  tətbiq  ediləcək.  Digər  tərəfdən  6  aylıq  dövrlərlə 
sədrlik sistemini aradan qaldıran yeni razılaşma ilə birlikdə tətbiq olunan da-
imi Aİ Sədri 2,5 illik dövr üçün təyin ediləcək və o, Aİ sammitlərinə sədrlik 
edəcək.  Yəni  Lissabon  Sazişinin  nəticəsi  olaraq  tətbiq  olunan  və  “ikitərəfli 
əksəriyyət sistemi” adlandırılan kvalifikasiyalı səsvermə metodu üzv ölkələrin 
qərar qəbul edə bilmələri üçün ölkələrin sayı nəzərə alındıqda 55%, ölkələrin 
əhalisinin sayı nəzərə alındıqda isə 65% dəstək təmin etmələrini zəruri edir.  
Onu  da  qeyd  edək  ki,  öz  ətrafında  müxtəlif  istiqamətlərə  ayrılan  ideyaları 
birləşdirən,  gözlənilən  yeni  islahatlarla  Təsis  Sazişində  dəyişikliyə  yol  açan  
Lissabon  Sazişi  13  dekabr  2007-ci  il  tarixində  Aİ-yə  üzv  olan  27  ölkənin 
dövlət və hökumət başçıları tərəfindən imzalanmışdır. Lissabon Sazişi Aİ-nin 
və  onun  orqanlarının  effektivliyi,  şəffaflığı  və  demokratik  legitimliyi  artırıl-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə