yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və
qanunla
qorunan
maraqlarının
pozulduğunu
əsaslandırdığı
hallarda
mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və
müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
35.2. Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları
(ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya
qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya
hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda
qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin
35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir.
35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.
Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
Maddə 36. Müəyyən etmə və ya tanınma haqqında iddia
36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı
hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın
etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər.
36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra
olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər.
36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin
münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu
hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının
marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər.
36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia
növlərinə münasibətdə subsidiar xarakter daşıyır.
Maddə 37. Bir neçə tələbin obyektiv olaraq bir iddiada birləşdirilməsi
Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə
tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən
bir iddiada birləşdirilə bilər.
Maddə 38. İddia müddəti
38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu
vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan
inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən
imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı
məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
Maddə 39.
İnzibati orqanın hərəkətsizliyindən müdafiə ilə bağlı iddia
müddətləri
39.1. İnzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət
instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla
müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi
hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək
(qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar
istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir.
39.2. Tələb olunan inzibati aktın, o cümlədən inzibati şikayətə dair qərarın xüsusi
səbəblər üzündən qəbul edilmədiyi hallarda, məhkəmə inzibati aktın və ya inzibati
şikayətə dair qərarın qəbul edilməsi üçün, qanunvericiliklə digər müddət müəyyən
edilməmişdirsə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.3-
cü maddəsində nəzərdə tutulmuş müddəti nəzərə almaqla müəyyən müddət təyin edir.
Təyin edilmiş müddət bitənədək iş üzrə icraat məhkəmə tərəfindən dayandırılır.
39.3. Məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul
edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir.
VII fəsil
MƏHKƏMƏ QAYDASINDA TƏTBİQ EDİLƏN MÜVƏQQƏTİ XARAKTERLİ
MÜDAFİƏ TƏDBİRLƏRİ
Maddə 40. Müvəqqəti xarakterli müdafiə
40.1. Maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın
təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat
tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə
məhkəməyə ərizə ilə müraciət edə bilər.
40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud
məhkəmə icraatının gedişində verilə bilər.
40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə
müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud
müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda
məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər.
40.4. Maraqlı şəxs inzibati aktdan şikayət instansiyasına inzibati şikayət etdiyi
hallarda müvəqqəti xarakterli müdafiə barədə vəsatətlə həmin orqana müraciət
etməlidir. Şikayət instansiyası 15 gün müddətində maraqlı şəxsin vəsatətini təmin
etmədikdə, o, bu barədə ərizə ilə bu Məcəllənin 40.1-ci və 40.2-ci maddələrində nəzərdə
tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.
Maddə 41. İnzibati aktın icrasının dayandırılması