Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə10/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara 

çıxmağa haqlı deyildir.  

 

Maddə 53. Qarşılıqlı iddia  



 

53.1.  İlkin  iddia  üzrə  icraat  zamanı  qarşılıqlı  iddia  qaldırıla  bilər,  lakin  bu  halda 

qarşılıqlı  tələb  ilkin  iddiada  irəli  sürülən  tələblə  və  ya  cavabdehin  ilkin  iddiaya  qarşı 

istifadə  etdiyi  müdafiə  vasitələri  ilə  əlaqəli  olmalıdır.  Aidiyyət  qaydalarına  görə 

iddianın başqa məhkəməyə aid olduğu hallarda qarşılıqlı iddiaya yol verilmir.  

53.2 Qarşılıqlı iddia bu Məcəllə ilə müəyyən edilmiş qaydada qaldırılır.  

53.3. Mübahisələndirmə haqqında, qanunauyğunluq haqqında və ya məcburetmə 

haqqında iddialara münasibətdə qarşılıqlı iddia qaldırıla bilməz.  

 

Maddə 54. İddianın dəyişdirilməsi  



 

54.1.  İnzibati  məhkəmə  icraatının  başqa  iştirakçılarının  razılığı  olduqda  və  ya 

məhkəmə  iddianın  dəyişdirilməsini  məqsədəuyğun  hesab  etdikdə,  iddiaçı  iddianı 

dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini 

artırmağa və ya azaltmağa) haqlıdır.  

54.2.  Cavabdehin  iddianın  dəyişdirilməsinə  etiraz  etmədiyi  və  yazılı  sənəddə 

(ərizədə,  vəsatətdə  və  s.)  və  ya  şifahi  məhkəmə  baxışında  artıq  dəyişdirilmiş  iddia 

barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə 

razılaşdığını hesab edir.  

54.3.  İddianın  dəyişdirilməsinin  qəbul  edilməsi  və  ya  onun  qəbulundan  imtina 

edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz.  

 

Maddə 55. İddiadan imtina edilməsi  



 

55.1.  Məhkəmə  qərarı  qanuni  qüvvəyə  minənə  qədər  iddiaçı  iddiadan  imtina 

etməyə haqlıdır.  

55.2.  Şifahi  məhkəmə  baxışında  tərəflərin  çıxışlarından  sonra  iddiadan  imtina 

edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir.  

55.3.  Məhkəmənin  tələbinə  baxmayaraq,  iddiaçı  30  gündən  çox  müddət  ərzində 

ardıcıl  olaraq  iş  üzrə  məhkəmə  icraatından  yayındıqda,  iddia  geri  götürülmüş  sayılır. 

Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.  

55.4.  İddiadan  imtina  edilməsi  eyni  tərəflər  arasında,  eyni  predmet  barəsində  və 

eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.  

55.5.  İddiaçı  iddiadan  imtina  etdikdə  və  ya  iddia  məhkəmə  tərəfindən  geri 

götürülmüş  sayıldıqda,  məhkəmə  icraata  xitam  verilməsi  barədə  qərardad  qəbul  edir. 

Həmin  qərardadda  iddiadan  imtina  edilməsinin  və  ya  iddianın  geri  götürülmüş 

sayılmasının  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hüquqi  nəticələri  göstərilməlidir. 

Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.  

 



Maddə  56.  Müstəqil  işlər  üzrə  icraatın  bir  icraatda  birləşdirilməsi  və  ya  bir 

icraatın müstəqil işlər üzrə icraata ayrılması  

 

56.1. Məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında 



olan  və  mübahisə  predmetləri  eyni  olan  müstəqil  işlər  üzrə  icraatı  bir  icraatda 

birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır.  

56.2.  Məhkəmə  birgə  baxılan  bir  neçə  tələb  üzrə  icraatı  ayrı-ayrı  müstəqil  icraata 

ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır.  

56.3.  Məhkəmə  müstəqil  işlər  üzrə  icraatın  bir  icraatda  birləşdirilməsi  və  ya  bir 

icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir.  

 

Maddə 57. Məhkəməyə gəlmək vəzifəsi  



 

57.1. Məhkəmə proses iştirakçısından məhkəmə iclasına şəxsən gəlməyi tələb  edə 

bilər.  Məhkəmə  bu  tələbə  əməl  etməyən  proses  iştirakçısına  50  manatdan  100 

manatadək məbləğdə cərimə olunacağı barədə xəbərdarlıq edir. 

57.2.  Üzrsüz  səbəbdən  gəlmədiyi  hallarda,  məhkəmə  proses  iştirakçısını  cərimə 

edə bilər.  

57.3.  Proses  iştirakçısının  şəxsən  gəlməsi,  gəlmədiyi  hallarda  cərimə  edilməsi  və 

cərimənin məbləğinin müəyyən olunması barədə məhkəmə qərardad qəbul edir.  

57.4. Cərimə barədə xəbərdarlıq və ya cərimə təkrar tətbiq edilə bilər.  

57.5. Proses iştirakçısı qismində hüquqi şəxsin çıxış etdiyi hallarda, cərimə barədə 

xəbərdarlıq  və  ya  cərimə,  qanuna  və  ya  hüquqi  şəxsin  nizamnaməsinə  uyğun  olaraq 

həmin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi olan şəxsə münasibətdə tətbiq edilir.  

57.6.  İnzibati  orqanın  nümayəndəsi  üzrsüz  səbəbdən  məhkəməyə  gəlmədiyi 

hallarda,  cərimə  barədə  xəbərdarlıq  və  ya  cərimə  inzibati  orqana  münasibətdə  tətbiq 

edilir.  

57.7. Məhkəmə, prosesin iştirakçısı olan inzibati orqandan və ya ümumi hüququn 

subyektindən, mübahisə ilə bağlı işin faktiki və hüquqi vəziyyəti barədə kifayət qədər 

məlumatlı  olan,  səlahiyyətləri  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  qaydada 

rəsmiləşdirilmiş  müvafiq  vəzifəli  şəxsin  nümayəndə  qismində  məhkəməyə 

göndərilməsini tələb edə bilər.  

 

Maddə 58. Sübutların araşdırılması qaydası  



 

58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.  

58.2.  Məhkəmə  sübutlara  yerində  baxış  keçirə,  şahidləri,  ekspertləri  və  proses 

iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər.  

58.3. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət 

yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər.  

58.4.  Zəruri  hallarda  sədrlik  edən  hakim  şifahi  məhkəmə  baxışı  başlayanadək, 

sübutların  araşdırılmasını  səlahiyyətli  hakim  qismində  məhkəmə  tərkibinin 

üzvlərindən birinə həvalə edə bilər.  



Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə