Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında[1]


Mərkəzi Bankın maliyyə uçotu və hesabatı



Yüklə 48 Kb.
səhifə3/3
tarix31.08.2018
ölçüsü48 Kb.
#65823
1   2   3

Mərkəzi Bankın maliyyə uçotu və hesabatı

 

Maddə 56. Mərkəzi Bankın hesabat ili



 

Mərkəzi Bankın hesabat ili yanvar ayının 1-də başlanır və dekabr ayının 31-də başa çatır.

 

Maddə 57. Maliyyə uçotu və hesabatı



 

57.1. Mərkəzi Bankın maliyyə uçotu və hesabatı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq aparılır.

57.2. Mərkəzi Bankın illik maliyyə hesabatı balansdan, mənfəət və zərər, habelə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan və onlara verilən izahat qeydlərindən ibarətdir.

 

Maddə 58. Mərkəzi Bankın auditi



 

58.1.  Mərkəzi Bankın fəaliyyəti yalnız Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq bir və ya bir neçə il müddətinə təyin edilmiş auditor tərəfindən ildə bir dəfə yoxlanılır.

58.2.  Zəruri hallarda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq auditor yoxlaması növbədənkənar qaydada təyin edilə bilər.

58.3.  Mərkəzi Bankın auditi Beynəlxalq Audit Standartlarına uyğun olaraq aparılır. Auditlə bağlı xərclər Mərkəzi Bankın vəsaiti hesabına ödənilir.

58.4.  İlin yekunları haqqında auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatı, habelə hesabat əməliyyat büdcəsi Azərbaycan Respublikası Prezidentinə təqdim edilir.

58.5; Audit rəyi ilə təsdiq edilmiş ilin yekunlarına dair maliyyə hesabatı audit başa çatdıqdan sonra ən geci 1 ay müddətində kütləvi informasiya vasitələrində dərc olunur.

 

XII fəsil



Yekun müddəalar

 

Maddə 59. Mərkəzi Bankın əməkdaşları



 

59.1. Bu Qanunun tələbləri nəzərə alınmaqla Mərkəzi Bankla əməkdaşlar arasında əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

59.2. Mərkəzi Bankın əməkdaşları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.

59.3. Mərkəzi Bankın İdarə Heyətinin üzvləri, habelə İdarə Heyəti tərəfindən müəyyən olunmuş vəzifələri tutan əməkdaşlar krediti yalnız Mərkəzi Bankdan ala bilərlər. Həmin əməkdaşlar kredit təşkilatlarından aldıqları kredit kartları haqqında Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi qaydada İdarə Heyətinə məlumat verirlər.

59.4. Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən olunmuş vəzifələri tutan əməkdaşlar kredit təşkilatlarının və onların törəmə təsərrüfat cəmiyyətlərinin təsisçisi və iştirakçısı, onların idarəetmə orqanlarının üzvü ola bilməzlər.

59.5. Mərkəzi Bankın əməkdaşlarının pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.[52]

59.6. Mərkəzi Bank öz əməkdaşlarının sosial müdafiəsi məqsədilə əlavə tədbirlər görə bilər.

 

Maddə 60. Məxfilik



 

Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və əməkdaşları vəzifələrinin icrası ilə əlaqədar onlara məlum olmuş xidməti məlumatı, o cümlədən dövlət və bank sirrinə aid olan məlumatı işlədikləri dövrdə və işdən azad olunduqdan sonra yalnız “Dövlət sirri haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarında müəyyən olunmuş hallarda açıqlaya bilərlər.[53]

 

Maddə 61. Məhkəmə iddialarından müdafiə



 

Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və əməkdaşları bu Qanunla müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımır, bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz və ya vicdansız olduğu sübut edilməsin.

 

Maddə 62. Təhlükəsizlik



 

Mərkəzi Bank öz fəaliyyətinin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər görür. Mərkəzi Bankın respublika ərazisində pul və digər qiymətlilərin təhlükəsiz daşınması ilə məşğul olan struktur bölmələri zirehli nəqliyyat vasitələri ilə təchiz edilir, müvafiq əməkdaşları xüsusi geyimlə, habelə “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş qaydada xidməti (odlu) silah və döyüş sursatları ilə təmin edilir.[54]

 

Maddə 63. İnformasiyanın toplanması



 

Öz funksiyalarının həyata keçirilməsi məqsədilə Mərkəzi Bank dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüquqi şəxslərdən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən zəruri statistik məlumat alır.[55]

 

Maddə 64. Nəşrlər



 

64.1. Mərkəzi Bank illik hesabatını dərc etdirir. Mərkəzi Bankın illik hesabatı ölkədəki makroiqtisadi vəziyyəti, həyata keçirilən pul siyasətinin yekunlarını, bank sisteminin vəziyyətini, habelə Mərkəzi Bankın maliyyə vəziyyətini, o cümlədən əməliyyat büdcəsinin nəticələrini əks etdirir.

64.2.  Mərkəzi Bank ayda bir dəfədən az olmayaraq pul və maliyyə bazarlarının vəziyyəti haqqında informasiya bülletenləri buraxır.

64.3.  Mərkəzi Bank bank sistemi haqqında ümumiləşdirilmiş statistika, habelə iqtisadi məsələlərə aid məqsədəuyğun saydığı digər məlumatı dərc etdirir.[56]

64.4.  Mərkəzi Bankın icmal balansı hər ay kütləvi informasiya vasitələrində dərc olunur.

 

Maddə 65. Güzəştlər



 

Mərkəzi Bank Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq vergi güzəştlərinə malikdir, dövlət rüsumu və yığımlarının bütün növlərinin ödənilməsindən azaddır.

 

Maddə 66. Qanunun qüvvəyə minməsi



 

66.1.  Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

66.2.  Bu Qanun qüvvəyə mindikdən dərhal sonra Mərkəzi Bank öz nizamnamə kapitalını mənfəəti hesabına, mənfəəti kifayət etmədikdə isə kapital ehtiyatları hesabına bu Qanunun 10.2-ci maddəsində nəzərdə tutulmuş həddə çatdırır.

66.3.  Bu Qanunun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 172) və ona edilmiş bütün dəyişikliklər və əlavələr qüvvədən düşmüş hesab edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 dekabr 2004-cü il



                 № 802-IIQ

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 oktyabr 2005-ci il tarixli 1031-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1004)



2.       17 aprel 2007-ci il tarixli 320-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 562)

3.       9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)

4.       6 noyabr 2007-ci il tarixli 477-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1196)

5.       26 may 2009-cu il tarixli 821-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 iyul 2009-cu il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 404)

6.       19 iyun 2009-cu il tarixli 836-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 iyul 2009-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 507)

7.       30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517)

8.      30 sentyabr 2010-cu il tarixli 1081-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 oktyabr 2010-cu il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, №10, maddə 839)

9.       24 iyun 2011-ci il tarixli 173-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 iyul 2011-ci il, № 159, “Azərbaycan” qəzeti, 31 iyul 2011-ci il, № 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 612)

10.    28 oktyabr 2014-cü il tarixli 1098-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1371)



11.    15 may 2015-ci il tarixli 1282-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 iyun 2015-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 684)

12. Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli1403-IVQD nömrəli Qanunu

 
Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə