Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə13/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   78

83.4.  Rayon  məhkəmələrinin  başqa  dövlətin  məhkəmələrinə  göndərdiyi  tapşırıqlar 
«Məhkəmələr və  hakimlər  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  91‐ci  maddəsinə 
müvafiq olaraq həyata keçirilir. 
M a d d  ə  8 4 .  Məhkəmə tapşırıqlarının yerinə yetirilməsi qaydası 
84.1.  Məhkəmə  tapşırığının  yerinə  yetirilməsi  bu  Məcəllə  ilə  müəyyən  olunmuş  qaydalar 
üzrə məhkəmə iclasında həyata keçirilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında 
xəbərdar edilir, onların gəlməməsi iclasın keçirilməsinə mane olmur. 
84.2.  Məhkəmə  tapşırığının  yerinə  yetirilməsi  haqqında  qərardad  qəbul  edilir  və  həmin 
qərardad dərhal bütün materiallarla birlikdə işə baxan məhkəməyə göndərilir. 
84.3. Tapşırığı yerinə yetirən məhkəməyə izahat və ya ifadə verən işdə iştirak edən şəxslər 
və ya şahidlər məhkəmə iclasına gəldikdə ümumi qaydada izahat və ifadə verirlər. 
M a d d  ə  8 5 .  Sübutların_təmin_edilməsi_haqqında_ərizə'>Sübutların_təmin_edilməsi'>Sübutların təmin edilməsi 
85.1.  Özləri  üçün  zəruri  sübutların  təqdim  edilməsinin  nəticə  etibarı  ilə  mümkün 
olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin 
olunmasını məhkəmədən xahiş edə bilərlər. 
85.2.  Məhkəmədə  işə  başlamamışdan  əvvəl  sübutların  təmin  edilməsi  qanunvericilikdə 
nəzərdə  tutulmuş  qaydada  notariuslar,  konsul  idarələrinin  vəzifəli  şəxsləri  və  notarius 
hərəkətlərini yerinə yetirən digər şəxslər tərəfindən həyata keçirilir. 
M a d d  ə  8 6 .  Sübutların təmin edilməsi haqqında ərizə 
86.1.  Sübutların  təmin  edilməsi  haqqında  ərizə  işə  baxan  və  ya  sübutların  təmini  üzrə 
prosessual hərəkətlərin yerinə yetirilməli olduğu rayonun məhkəməsinə verilir. 
86.2.  Ərizədə  təmin  edilməli  sübutlar,  həmin  sübutlarla  təsdiq  edilməli  olan  hallar,  təmin 
etmə haqqında xahişlə müraciət etməyə ərizəçini vadar edən səbəblər, habelə sübutların təmin 
edilməsinin hansı iş üçün zəruri olduğu göstərilməlidir. 
M a d d  ə  8 7 .  Sübutların təmin edilməsi qaydası 
87.1. Sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. 
87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və 
maddi sübutları tələb və müayinə etməklə təmin edir. 
87.3. İşdə iştirak edən şəxslər sübutların təmin edilməsi haqqında ərizəyə baxılmanın vaxtı 
və  yeri  barədə  xəbərdar  edilirlər,  onların  gəlməməsi  isə  sübutların  təmin  edilməsi  haqqında 
ərizəyə baxmağa mane olmur. 
87.4.  Məhkəmə  sübutların  təmin  edilməsi  haqqında  qərardad  çıxarır  və  orada  icra  edilmə 
qaydaları və üsullar göstərilir. 
87.5.  Protokollar  və  ya  sübutları  təmin  etmə  qaydasında  toplanmış  bütün  materiallar  işə 
baxan məhkəməyə göndərilir və işdə iştirak edən şəxslərə bu barədə məlumat verilir. 
87.6. Sübutların təmin edilməsi barədə qərardada onu çıxaran məhkəmə tərəfindən yenidən 
baxıla bilər. 
M a d d  ə  8 8 .  Sübutların qiymətləndirilməsi 


Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara 
tətbiq  edilməli  hüquq  normalarına  müvafiq  olaraq  qiymət  verir.  Heç  bir  sübutun  məhkəmə 
üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 
M a d d  ə  8 9 .  Yazılı sübutlar 
89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında 
təsdiq  olunmuş  sənədlər,  aktlar,  müqavilələr,  arayışlar,  işgüzar  yazışmalar  və  sair  sənəd və 
materiallardır. 
89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar 
məhkəmə  tərəfindən o  şərtlə  yazılı  sübut  kimi  qəbul  edilə  bilər  ki,  həmin  sənədlərin 
həqiqiliyini müəyyən etmək mümkün olsun. 
89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər 
baxılan  işə  sənədin  yalnız  bir  hissəsi  aiddirsə,  belə  olan  halda,  bu  sənəddən təsdiq  olunmuş 
çıxarış təqdim edilir. 
89.4.  Sənədlərin  əsli  qanunlara  və  ya  digər  normativ  hüquqi  aktlara  müvafiq  olaraq,  işin 
halları  ancaq  bu  cür  sənədlərlə  təsdiq  edildikdə  və  ya  məhkəmənin  tələbi  ilə  digər zəruri 
hallarda təqdim edilir. 
89.5.  İşdə  iştirak  edən  şəxslər tərəfindən məhkəməyə  təqdim  olunmuş  yazılı  sübutların 
surətləri onlarda olmayan digər işdə iştirak edən şəxslərə göndərilir (verilir). 
M a d d  ə  9 0 .  Sənədlərin əslinin qaytarılması 
90.1.  İşdə  olan  sənədlərin  əsli,  məhkəmə  qətnaməsi  qanuni  qüvvəyə  mindikdən  sonra 
həmin sənədləri təqdim etmiş şəxslərin xahişi ilə onlara qaytarıla bilər. 
90.2. Həmin şəxslər bu sənədləri tələb etməklə eyni zamanda onların lazımi qaydada təsdiq 
olunmuş  surətlərini  məhkəməyə  təqdim  edir  və  ya  işdə  qalan  surətlərin  həqiqiliyini  təsdiq 
etməyi məhkəmədən xahiş edirlər. 
90.3. Qətnamə qanuni qüvvəyə minənədək iş üzrə icraat prosesində sənədlər onları təqdim 
edən şəxslərə o şərtlə qaytarıla  bilər  ki, məhkəmə bu sənədlərin  qaytarılmasının  mübahisənin 
düzgün həllinə xələl gətirməyəcəyinə əmin olsun. 
M a d d  ə  9 1 .  Maddi_sübutlar'>Maddi sübutlar 
Xarici  görünüşünə,  xüsusiyyətlərinə,  olduğu  yerə  və  digər  əlamətlərinə  görə  iş  üçün 
əhəmiyyətli olan halların müəyyən edilmə vasitəsi ola bilən əşyalar maddi sübutlardır. 
M a d d  ə  9 2 .  Maddi sübutların saxlanılması 
92.1. Maddi sübutlar məhkəmədə saxlanılır. 
92.2.  Məhkəməyə  gətirilə  bilməyən  maddi  sübutlar  olduqları  yerdə  saxlanılır.  Onlar 
məhkəmə  tərəfindən  müayinə  edilməli,  müfəssəl təsvir  olunmalı,  möhürlənməli,  zəruri 
hallarda foto və ya video lentə çəkilməlidir. 
92.3.  Maddi  sübutların  saxlanılması  üçün  xərclər  bu  Məcəllənin  müddəalarına  əsasən 
tərəflər arasında bölüşdürülə bilər. 
92.4.  Məhkəmə  və  sübutları  saxlayan  şəxs  maddi sübutların  dəyişməz vəziyyətdə  qalması 
üçün tədbirlər görür. 
M a d d  ə  9 3 .  Tez xarab olan maddi sübutların müayinəsi və tədqiqi 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə