Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə21/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   17   18   19   20   21   22   23   24   ...   78

İDDİANIN VERİLMƏSİ 
M a d d  ə  1 4 9 .  İddia ərizəsinin forması və məzmunu 
149.1.  İddia  ərizəsi  məhkəməyə  yazılı  şəkildə  verilir.  O,  iddiaçı  və  ya  onun  bunu  imza 
etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 
149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 
149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 
149.2.3.  iddiaçının  və  ya  ərizəçinin  tələbi,  onların  öz  tələblərini  əsaslandırdıqları  hallar, 
qanunlara  və  digər  normativ‐hüquqi  aktlara  əsaslanan  tələbin  əsaslandırıldığı  hüquqi  tövsif, 
iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 
67 
149.2.4.  müqavilə  ilə  və  ya  həmin  kateqoriya  işlər  üçün  qanunla  bu,  nəzərdə  tutulmuşsa, 
cavabdehlə  mübahisənin  məhkəməyə  qədər  (pretenziya)  qaydada  nizama  salınmasına  riayət 
edilməsinə dair məlumat; 
149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 
149.3.  İddiaçı  bir‐biri  ilə  bağlı  olan  bir  neçə  tələbi  bir  iddia  ərizəsində  birləşdirməyə 
haqlıdır. 
149.4.  Ərizədə  mübahisənin  düzgün  həll  edilməsi  üçün  zəruri  olan  digər məlumatlar, 
həmçinin, iddiaçının vəsatətləri də göstərilir. 
M a d d  ə  1 5 0 .  İddia ərizəsinə əlavə edilən sənədlər 
150.0. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 
150.0.1. Cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; 
150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 
150.0.3. nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd; 
150.0.4. iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin 
surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 
150.0.5.  iddiaçının  öz  tələblərini  əsaslandırdığı  hallara  dair  sənədlər,  əgər  bu  sənədlərin 
surətləri  cavabdehlər və  üçüncü  şəxslərdə  yoxdursa,  onlara  verilmək  üçün  bu  sənədlərin 
surətləri; 
150.0.6. onun mübahisələndirildiyi halda, normativ aktın mətni; 
150.0.7.  müqavilə  ilə  və  ya  həmin  kateqoriya  mübahisələr  üçün  qanunda  bu  nəzərdə 
tutulmuşsa,  cavabdehlə  mübahisənin  məhkəməyə  qədər və  ya  pretenziya  qaydasında  nizama 
salınmasına riayət edilməsini təsdiq edən sənəd. 
M a d d  ə  1 5 1 .  İddia ərizəsinin mümkünlüyü 
151.1.  İddia  ərizəsi  bu  Məcəllənin  tələblərinə  riayət  edilməklə  verildikdə,  onun  məhkəmə 
icraatı mümkündür. 
151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə 
riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. 
151.3.  İddia  ərizəsi,  əgər  onun  daxil  olmasından  2  həftə  müddətində  məhkəmə 
qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, qəbul edilmiş sayılır. 
M a d d  ə  1 5 2 .  İddia ərizəsinin qaytarılması 


152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 
152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149‐cu maddəsi ilə müəyyən olunmuş formasına və 
məzmununa riayət edilmədikdə; 
152.1.2.  iddia  ərizəsi  imzalanmadıqda  və  ya  onu  imzalamağa  hüququ  olmayan  şəxs 
tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 
152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 
152.1.4. iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin 
alınmasına dair sübut təqdim edilmədikdə; 
152.1.5.  müəyyən  edilmiş  qaydada  və  məbləğdə  dövlət  rüsumunun  ödənilməsini  təsdiq 
edən sənəd təqdim edilmədikdə; 
152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı 
cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə 
dair sənəd təqdim etmədikdə; 
152.1.7.  bir  və  ya  bir  neçə  cavabdehə  bir‐biri  ilə  əlaqədar  olmayan  bir  neçə  tələb 
birləşdirildikdə; 
152.1.8. cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ‐
hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsilə alınmalıdırsa, 
banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə; 
152.1.9.  iddia  ərizəsini  icraata  götürmək  haqqında  qərardad  çıxarılana  qədər  iddiaçıdan 
iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda. 
152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 
152.3.  İddia  ərizəsinin  qaytarılması  haqqında  qərardaddan  şikayət  verilə  bilər.  Qərardad 
ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 
152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada 
ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 
M a d d  ə  1 5 3 .  İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 
153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. 
153.2.  Hakim  aşağıdakı  hallarda  iddianın  yolverilməzliyinə  görə  iddia  ərizəsini  qəbul 
etməkdən imtina edir: 
153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; 
153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair 
məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qətnaməsi  və  ya  iddiaçının  iddiadan  imtina  etməsi  ilə 
əlaqədar  iş  üzrə  icraatın  xitam  edilməsi  və  ya  tərəflərin  barışıq  sazişinin  təsdiq  edilməsi 
haqqında məhkəmənin qərardadı olarsa; 
153.2.3.  məhkəmə,  eyni  tərəflər  arasında,  eyni  predmet  barəsində  və  eyni  əsaslar  üzrə 
mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi 
verməkdən  imtina  etdiyi  və  ya  işə  yenidən  baxılmaq  üçün  qətnamə  qəbul  etmiş  münsiflər 
məhkəməsinə  qaytarıldığı,  lakin  işin  həmin  münsiflər məhkəməsində  baxılması  mümkün 
olmadığı  hallar  istisna  edilməklə,  münsiflər məhkəməsinin  qəbul  etdiyi,  qanuni  qüvvəyə 
minmiş qətnaməsi olarsa; 
153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair 
başqa məhkəmənin icraatında iş olarsa. 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə