Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə24/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   20   21   22   23   24   25   26   27   ...   78

167.1.5.  mübahisəni  həll  etmək  üçün  tərəflərin  münsiflər məhkəməsinə  müraciət  etmək 
hüququnu və bu hərəkətin nəticələrini onlara izah edir; 
167.1.6. tərəflərin barışması üçün tədbirlər görür; 
167.1.7.  işin  nəticəsində  maraqlı  olan  fiziki  və  hüquqi  şəxslərə  onun  baxılma  yeri  və  vaxtı 
barədə məlumat verir; 
167.1.8. şahidlərin çağırılması məsələsini həll edir; 
167.1.9.  tərəflərin  vəsatəti  və  ya  öz  təşəbbüsü  ilə  ekspertiza  təyin  edir,  habelə  prosesdə 
iştirak etmək üçün mütəxəssis və tərcüməçi cəlb edilməsi məsələsini həll edir; 
167.1.10. tərəflərin vəsatəti ilə fiziki və hüquqi şəxslərdən sübutlar tələb edir; 
167.1.11.  təxirə  salınmamalı  hallarda  işdə  iştirak  edən  şəxslərə  xəbər  verməklə  maddi  və 
yazılı sübutların yerində müayinəsini aparır; 
167.1.12. məhkəmə tapşırıqları göndərir; 
167.1.13. iddianın təmin edilməsi üçün tədbirlər görür. 
167.2. Hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. 
M a d d  ə  1 6 8 .  Ərizənin və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada 
verilməsi 
168.1.  Hakim  iddia  ərizəsinin  surətinin  və  ona  əlavə  edilmiş  sənədlərin  cavabdehə  rəsmi 
qaydada verilməsini təmin edir, zəruri hallarda müəyyən edilmiş müddətdə özünün rəy və ya 
etirazlarını və bu etirazlarını əsaslandıran sübutlarını təqdim etməyi təklif edir. 
73 
Hakim  izah  edir  ki,  cavabdeh  tərəfindən  sübutların  və  etirazın  təqdim  edilməməsi  işdə 
mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmur. 
168.2.  Mülki  iş  üzrə  iddia  ərizəsinin  surətinin  və  ona  əlavə  edilmiş  sənədlərin  cavabdehə 
rəsmi  qaydada  verilməsi  iddiaçı  tərəfindən də  edilə  bilər.  Bu  halda  iddiaçı  məhkəməyə 
göndərilən sənədlərin rəsmi qaydada verilməsini təsdiq edən sənəd təqdim etməlidir. 
74 
M a d d  ə  1 6 9 .  Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması 
169.1. Hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini 
və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. 
169.2.  Bir  neçə  iddiaçı  iddia  verərsə  və  ya  bir  neçə  cavabdehə  qarşı  iddia  verilərsə,  hakim 
tələblərə  ayrıca  baxılmasını  məqsədə  müvafiq  hesab  edərsə,  bir  və  ya  bir  neçə  tələbi  ayrıca 
icraata ayırmağa haqlıdır. 
169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə 
işin,  yaxud  bir  iddiaçının  müxtəlif  cavabdehlərə,  yaxud  müxtəlif  iddiaçıların  eyni  cavabdehə 
iddiaları  üzrə  bir  neçə  işin  olduğunu  müəyyən  etdikdə,  bu  işlərin  birləşdirilməsini 
məqsədəmüvafiq  hesab  edərsə,  onları  birlikdə  baxılmaq  üçün  bir  icraatda  birləşdirməyə 
haqlıdır. 
169.4.  Bu  Məcəllənin  169.1‐169.3‐cü  maddələrində  göstərilən hərəkətləri  hakim  çəkişmə 
prinsipinə  əməl  etməklə  həmin  məsələ  üzrə  işdə  iştirak  edən  şəxsləri  dinlədikdən  sonra  edə 
bilər. 
75 
M a d d  ə  1 7 0 .  İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın 
dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması 


170.1.  Bu  Məcəllənin  254,  255,  261.0.1—261.0.3  və  261.0.6—261.0.8‐ci  maddələrində 
göstərilən  əsaslar  olduqda,  məhkəmə  baxışına  hazırlığın  icraatı  dayandırıla  və  ya  xitam  edilə 
bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 
170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı 
hakim qərardad çıxarır. 
170.3.  Bu  Məcəllənin  170.1‐ci  və  170.2‐ci  maddələrində  göstərilən  qaydada  qəbul  edilmiş 
qərardaddan şikayət verilə bilər. 
76 
M a d d  ə  1 7 1 .  İşin məhkəmə baxışına təyin edilməsi 
Hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı 
və  yeri  haqqında  məlumat  verməklə,  onun  məhkəmə  iclasında  baxılmağa təyin  edilməsi 
haqqında qərardad çıxarır. 
F ə s i l   1 5  
MƏHKƏMƏ BAXIŞI 
M a d d  ə  1 7 2 .  İşlərin baxılması və həll edilməsi müddətləri 
172.1.  Ərizə  məhkəməyə  daxil  olduğu  vaxtdan  sonra  3  aydan  gec  olmayan  müddətdə  işə 
baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. 
77 
172.2. İşə bərpa, aliment tutulması, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin 
qərarlarının,  hərəkətlərinin  (və  ya  hərəkətsizliklərinin)  düzgün  olmaması  barədə  işlərə  1  ay 
müddətində baxılır və həll edilir. 
172.3. Ayrı‐ayrı kateqoriya işlərə baxılması və onların həllinə dair qətnamə və ya qərardad 
çıxarılması üçün qanunla qısaldılmış müddətlər müəyyən edilə bilər. 
78 
M a d d  ə  1 7 3 .  Məhkəmə iclası 
İşə, işdə iştirak edən şəxslər mütləq xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. 
M a d d  ə  1 7 4 .  Məhkəmə iclasına sədrlik edən 
174.1. İşə təkbaşına baxan hakim sədrlik edən sayılır. 
174.2. Sədrlik edən işin bütün hallarının, tərəflərin hüquq və vəzifələrinin tam, hərtərəfli və 
obyektiv surətdə aydınlaşdırılmasını təmin edərək məhkəmə iclasına rəhbərlik edir, baxılan işə 
aidiyyəti olmayan hər şeyi məhkəmə baxışından çıxarır. 
174.3.  Prosesdə  iştirak  edən  şəxslərdən hər  hansı  biri  sədrlik  edənin  hərəkətlərinə  qarşı 
etiraz  etdiyi  hallarda,  bu  etiraz  məhkəmə  iclasının  protokolunda  yazılır.  Sədrlik  edən  öz 
hərəkətləri ilə bağlı şərhlər verir. 
174.4. Sədrlik edən məhkəmənin iclasında müvafiq qaydaya riayət olunmasını təmin etmək 
üçün  zəruri  tədbirlər  görür.  Onun  göstərişləri  prosesin  bütün  iştirakçıları,  habelə  məhkəmə 
iclası zalında olan şəxslər üçün məcburidir. 
M a d d  ə  1 7 5 .  Məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi 
175.1.  Məhkəmə  işə  baxarkən iş  üzrə  sübutları  bilavasitə  tədqiq  etməyə, tərəflərin  və 
üçüncü  şəxslərin  izahatlarını,  şahidlərin  ifadələrini,  ekspertlərin  rəylərini  dinləməyə,  yazılı 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə